Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1468/2025 09.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək ona orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixdə təyin edilmiş ümumi xəstəlik səbəbindən 1 illik müddətinə qəbul edilmiş qərarın ləğv edilərək, ona 2-ci dərəcəli müddətsiz əlilliyin təyin edilməsi, əlillik dərəcəsinin təyin edilmə vaxtının xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, məcburi köçkün düşdükdən sonra ünvan 1 ünvanında ailə üzvləri ilə birgə yaşayır. Ümumi xəstəlikdən əziyyət çəkdiyi üçün hələ 2018-ci ildən müalicə olunmağa başlamış və xx.xx.2023-cü il tarixdə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Akademik M.A.Topşubaşov adına X3” ətraf arteriyalarının aterosklerozu, hər iki aşağı ətraf arteriyalarının aterosklerozu diaqnozu qoyulmuşdur. Həmin diaqnoz yenidən xx.xx.2024-cü il tarixdə qoyulmuşdur. Həmin diaqnoz ilə iddiaçıya xx.xx.2023-cü il tarixdə İİ qrup əlillik dərəcəsi təyin edilməli idi. Lakin xx.xx.2023-cü il tarixdə ona əlillik dərəcəsi təyin edilməmiş və məcbur olub həmin diaqnozu yenidən xx.xx.2024-cü il tarixdə təkrar almışdır. xx.xx.2024-cü il tarixdə iddiaçı xəstəliyi ilə bağlı sənədlərini aldıqdan sonra xx.xx.2024-cü il tarixdə ona ümumi xəstəlikdən, orqanizmin funkusiyasının 60% pozulması dərəcəsi ilə 1 (bir) il müddətinə İİİ qrup əlillik dərəcəsi müəyyən edilmişdir. İddiaçı ona hansı səbəbdən İİİ qrup əlillik dərəcəsi müəyyən edilməsi və əlilliyinin niyə xx.xx.2023-cü il tarixdən yox xx.xx.2024-cü il tarixdən sonra nəzərə alınmasını, eyni zamanda hansı səbəbdən 1 (bir) il müddətinə əllilik dərəcəsi müəyyən edilməsini aydınlaşdırmaq məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ərizə ilə müraciət etmişdir. Bundan sonra 2 dəfə əyani komissiyada olmuşdur. Ərizəsinə cavab olaraq ona bildirilmişdir ki, tibb müəssisəsinin göndərişi və müraciət əsasında xx.xx.2024-cü il tarixdə 20 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən AKT baxılması üçün X5-Sosial Ekspert Komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına” müvafiq olaraq, iddiaçıya xx.xx.2024-cü il tarixindən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə 1 (bir) il müddətinə əlilliyin müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. O, sözügedən qərarla razı deyil. Ona görə də həmin qərardan şikayət vermək məcburiyyətindədir. Odur ki, iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 21 iyun 2024-cü il tarixdə təyin edilmiş, ümumi xəstəlik səbəbindən 1 illik müddətinə qəbul edilmiş qərarın ləğv edilərək, ona 2-ci dərəcəli əlillik dərəcəsinin müddətsiz təyin edilməsi, əlillik dərəcəsinin təyin edilmə vaxtının xx.xx.2023-cü il tarixdən müəyyən edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1468/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək ona orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1468/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdeh orqanın xx.xx.2024-cü il tarixli qərarının dəyişdirilərək ona orqanizmin funksiyalarının 61-80% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə İddiaçı tərəfindən verilmiş vəsatət təmin edilmiş, buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri yəni diaqnozun öz təsdiqini tapması və onun həyat fəaliyyətini məhdudlaşdıran ağırlaşmaların olmasına əsasən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları İddiaçı xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə “Tez-tez kəskinləşən 12 barmaq bağırsağın xora xəstəliyi daimi gizli qanaxmalar, soğanağın çapıq deformasiyası, daimi ağrı sindromu ilə. Həzm funksiyasının pozulması. İİ-li Anemiya.” diaqnozu ilə, ümumi xəstəlik ilə əlaqədar, İİ dərəcəli əlillik təyin edilmişdir. Akademik M.A.Topçubaşov adına X4 8.12.2023-cü il tarixli aşağı ətraf arteriyalarının rəngli doppler müayinəsinin nəticəsinə əsasən, hər iki aşağı arteriyal sistemdə ümumi bud arteriyası dərin səthi arteriyalarda yayılmış aterosklerotik düyünlər izlənir. Hər iki bud arteriyasında stenoz izlənmədi. Sağ və sol dizaltı arteriyada stenoz izlənmədi. Hər iki ön arxa qamış incik arteriyalarının proksimal hissələrində biafazik axınlar izləndi. Hər iki bud arteriyasının bifurkasiya yerindən altda daralma izləndi. Stenoz 58-62 %. “Samux Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli aşağı ətraf arteriyalarının Dupleks skanı üzrə nəticəyə əsasən, hər iki aşağı ətrafın arterial qan dövranının pozğunluğu, arterial işemiyası İİ-İİİ dərəcəli. Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki: xx.xx.2024-cü il tarixli həkim müayinəsinin nəticəsi: İ70.2 Ətraf arteriyalarının aterosklerozu, hər iki aşağı ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraf baldır arteriyalarının steno okkluziyası, İİİ (üçüncü) dərəcəli xroniki işemiya. Yerişin pozulması. Əl ağacı ilə yeriş. Cərrahi st: baxış zamanı hər iki aşağı ətraf dərisi avazıyıb, seyrək tüklərlə örtülmüşdür, sianotikdir, hiperpiqmentasiyalıdır. Palpator nisbətən soyuqdur. Periferik arteriyalarda sol arterior tibialis posterior, sağ arteriya tibialis anterior, sağ arteriya tibialis posterior, hər iki peroneal arteriya və sol arteriya tibialis anteriorda pulsasiya kəskin zəifləyib, ayaq dərisi siatonikdir. Yerişi yorucu, nisbi axsayıcıdır. xx.xx.2024-cü il tarixli tək orqan (nahiyə) rəngli doppler müayinəsinin nəticəsi: hər iki aşağı ətrafın arterial qan dövranının pozğunluğu, arterial işemiyası İİ-İİİ dərəcəli. Hər iki aşağı arterial sistemdə ümumi bud arteriyası dərin səthi arteriyalarda yayılmış aterosklerotik düyünlər izlənir. Hər iki bud arteriyasında stenoz izlənmədi. Sağ və sol dizaltı arteriyada stenoz izlənmədi. Hər iki ön arxa qamış incik arteriyalarının proksimal hissələrində biafazik axınlar izləndi. Hər iki bud arteriyasının bifurkasiya yerindən altda daralma izləndi. Stenoz 58-62 %. Əsas diaqnoz: İ70.2 Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraf arteriyalarının aterosklerozu. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Ətraf arteriyalarının aterosklerozu, hər iki aşağı ətraf arteriyalarının aterosklerozu” Diaqnozu ilə 1 il müddətinə, ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə əsasən, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.1-ci bəndində əsasən 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar orqanizmin funksiyasının 60% pozulmasına görə əlillik təyin edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Murad Kərəm oğluna ünvanlanmış xx.xx.2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət tibb müəssisəsinin göndərişi və onun müraciəti əsasında xx.xx.2024-cü il tarixində 20 nömrəli Tibbi-sosial ekspert komissiyasının ekspert-həkimləri tərəfindən əyani müayinə olunmuşdur. Bu barədə tərtib edilən akt baxılması üçün X5-sosial ekspert komissiyasına göndərilmişdir. Təqdim olunan tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, ona xx.xx.2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə 1 il müddətinə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; 1.0.17. əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə
2. Qan dövranı sisteminin xəstəlikləri Qeyd. Xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn orqanizmin qan dövranı sisteminin davamlı pozuntularının ağırlıq dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi klinikfunksional təzahürlərin ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır: qan dövranı çatışmazlığı, hipertonik sindrom, ağciyər hipertenziyası, aritmiyanın və ya blokadanın dərəcəsi. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, fəsadların olması. 2.6.1. ateroskleroz - İ70 Qeyd. Xroniki arterial çatışmazlıq, aşağı ətraf damarlarının obliterasiya edən arteriti və eləcə də revaskulyarizasiyadan sonrakı vəziyyət olduğu halda. Qiymətləndirmə 2.6.1.1. İİB dərəcəli işemiya, seqmentar okklüziya və ya stenozun (65%-dən çox) mövcudluğu ilə, ABİ 0,75-0,50 aralığında olduqda - 35-60 faiz - 1 il 2.6.1.2. İİİ dərəcəli işemiya, ABİ 0,50-dən az olduqda və ya cərrahi revaskularizasiyadan sonra davamlı distal blokun mövcudluğu, ətrafın məhdud trofik pozuntuları (xora, nekroz) və qan dövranı dekompensasiyası ilə - 65-80 faiz - 2 il
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Həmçinin hazırkı iddia tələbi üzrə iddia müddəti bərpa edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2010-cu il, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il tarixlərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə “Tez-tez kəskinləşən 12 barmaq bağırsağın xora xəstəliyi daimi gizli qanaxmalar, soğanağın çapıq deformasiyası, daimi ağrı sindromu ilə. Həzm funksiyasının pozulması. İİ-li Anemiya.” diaqnozu ilə, ümumi xəstəlik ilə əlaqədar, İİ dərəcəli əlilliyi müəyyən edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə “Ətraf arteriyalarının aterosklerozu, hər iki aşağı ətraf arteriyalarının aterosklerozu” diaqnozuna əsasən İddiaçı 1 il müddətinə ümumi xəstəlik ilə əlaqədar orqanizminin funksiyalarının 60% pozulmasına görə əlilliyi müəyyən edilmişdir. Hazırda iddiaçının hüquqi marağı onun əlilliyinin müəyyən olunması barədə xx.xx.2024-cü il tarixli qərarın orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə, 1 il müddətinə əlilliyin müəyyən olunması hissəsində dəyişdirilərək onun orqanizminin funksiyalarının 61-80% pozulmasına görə, müddətsiz əlilliyin müəyyən olunmasıdır. Məhkəmə iddia tələbinin orqanizmin funksiyalarının pozulması faizi hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı barəsində Goranboy Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat qrafikindən görünür ki, iddiaçıya əsas diaqnoz “İ70.2 Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraf arteriyalarının aterosklerozu” qoyulmuşdur. xx.xx.2024-cü il tarixli həkim müayinəsinin nəticəsinə əsasən, “hər iki aşağı ətraf baldır arteriyalarının steno okkluziyası, İİİ (üçüncü) dərəcəli xroniki işemiya. Yerişin pozulması. Əl ağacı ilə yeriş. Cərrahi st: baxış zamanı hər iki aşağı ətraf dərisi avazıyıb, seyrək tüklərlə örtülmüşdür, sianotikdir, hiperpiqmentasiyalıdır. Palpator nisbətən soyuqdur. Periferik arteriyalarda sol arterior tibialis posterior, sağ arteriya tibialis anterior, sağ arteriya tibialis posterior, hər iki peroneal arteriya və sol arteriya tibialis anteriorda pulsasiya kəskin zəifləyib, ayaq dərisi siatonikdir. Yerişi yorucu, nisbi axsayıcıdır.” olması müəyyən edilmişdir. Həmçinin xx.xx.2024-cü il tarixli tək orqan (nahiyə) rəngli doppler müayinəsinin nəticəsinə görə, “hər iki aşağı ətrafın arterial qan dövranının pozğunluğu, arterial işemiyası İİ-İİİ dərəcəli. Hər iki aşağı arterial sistemdə ümumi bud arteriyası dərin səthi arteriyalarda yayılmış aterosklerotik düyünlər izlənir. Hər iki bud arteriyasında stenoz izlənmədi. Sağ və sol dizaltı arteriyada stenoz izlənmədi. Hər iki ön arxa qamış incik arteriyalarının proksimal hissələrində biafazik axınlar izləndi. Hər iki bud arteriyasının bifurkasiya yerindən altda daralma izləndi. Stenoz 58-62 %.” olması müəyyən edilmişdir. Qeyd olunanlar Akademik M.A.Topçubaşov adına X4 8.12.2023-cü il tarixli aşağı ətraf arteriyalarının rəngli doppler müayinəsinin və “Samux Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli aşağı ətraf arteriyalarının Dupleks skanı üzrə nəticəsindən də görünür. Cavabdeh iddiaçı barəsində İ70.2 Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraf arteriyalarının aterosklerozu diaqnozu ilə əlillik müəyyən edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.1-ci bəndini əsas götürmüşdür. Həmin bənd üzrə qiymətləndirməyə əsasən, “İİB dərəcəli işemiya, seqmentar okklüziya və ya stenozun (65%-dən çox) mövcudluğu ilə, ABİ 0,75-0,50 aralığında olduqda” orqanizmin funsiyalarının 35-60 faiz pozulmasına görə 1 il müddətinə əlillik müəyyən olunur. Lakin iddiaçının tibbi müayinələrinin nəticəsindən görünür ki, iddiaçıda hər iki aşağı ətraf baldır arteriyalarının steno okkluziyası, İİİ (üçüncü) dərəcəli xroniki işemiya, hər iki aşağı ətrafın arterial qan dövranının pozğunluğu, arterial işemiyası İİ-İİİ dərəcəli və digər hallar müşahidə olunur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının əlilliyinin müəyyən olunması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.1-ci bəndini əsas tutmaqda haqlı olmamışdır. Belə ki, iddiaçıda müşahidə olunan sağlamlıq vəziyyətinin pozulması qeyd olunan halları ona “Əlilliyin müəyyən olunması meyarları”nın 2.6.1.2-ci bəndinə əsasən əlillik müəyyən olunmasına əsas verir. 2.6.1.2-ci bəndin qiymətləndirilməsinə əsasən, “İİİ dərəcəli işemiya, ABİ 0,50-dən az olduqda və ya cərrahi revaskularizasiyadan sonra davamlı distal blokun mövcudluğu, ətrafın məhdud trofik pozuntuları (xora, nekroz) və qan dövranı dekompensasiyası ilə” halı olduqda orqanizmin funsiyalarının 65-80 faiz pozulmasına görə 2 il müddətinə əlillik müəyyən olunur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin əlilliyin müddətsiz müəyyən olunması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2 və 4.3-cü bəndlərinə əsasən, müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, İİ və İİİ dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçının 2010-cu il tarixdə İİ dərəcə əlliliyi müəyyən olunmuş, həmin əlillik 2021-ci il tarixədək, yəni 10 ildən çox davam etmişdir. Həmin əlillik üzrə diaqnoz “Tez-tez kəskinləşən 12 barmaq bağırsağın xora xəstəliyi daimi gizli qanaxmalar, soğanağın çapıq deformasiyası, daimi ağrı sindromu ilə. Həzm funksiyasının pozulması. İİ-li Anemiya.” olmuşdur. İddiaçının 3 il aradan sonra 2024-cü ildə əlilliyi müəyyən edilmiş və hazırda iddiaçının müəyyən edilmiş əlilliyi üzrə diaqnoz isə “Ətraf arteriyalarının aterosklerozu. Hər iki aşağı ətraf arteriyalarının aterosklerozu”dur. Məhkəmə hesab edir ki, Əlilliyin qiymətləndirilməsi Qaydasının 4.2 bəndində qeyd olunan, “müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 il müddətində müəyyən olunduğu halda, növbəti qiymətləndirmə zamanı əlilliyin müddətsiz müəyyən edilməsi” müddəası eyni xəstəliklə yenidən əlillik müəyyən olunduqda tətbiq edilməlidir. Hazırkı vəziyyətdə isə iddiaçının 2010-cu ildən 2021-ci ilədək mövcud olmuş əlilliyi üzrə və 2024-cü ildə müəyyən olunaraq hazırda mövcud olan əlillik üzrə xəstəlikləri tamamilə fərqlidir. Belə olan halda iddiaçının əlilliyinin müddətsiz müəyyən edilməsi məhkəmə tərəfindən mümkün hesab edilmir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı əlilliyin orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə, 1 il müddətinə müəyyən edilməsi hissəsində dəyişdirilməli və həmin tarixdən iddiaçının orqanizminin funksiyalarının 61-80% pozulmasına görə 2 il müddətinə əlilliyin müəyyən edilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia qismən təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Murad Kərəm oğlunun əlilliyinin müəyyən olunması barədə xx.xx.2024-cü il tarixli qərarı əlilliyin orqanizmin funksiyalarının 60 faiz pozulmasına görə, 1 il müddətinə müəyyən edilməsi hissəsində dəyişdirilsin. xx.xx.2024-cü il tarixdən İddiaçı orqanizminin funksiyalarının 61-80% pozulmasına görə 2 il müddətinə əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva