Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1469/2021 30.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti) qarşı əmək haqqına uyğun zərər ödəncinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Cavabdeh başçısının 22.06.1993-cü il tarixli, 10 saylı sərəncamı ilə X2 Şəhər İcra Hakimiyyəti başçısının müavini təyin edilmiş, aparatın sosial-iqtisadi inkişaf, sənayə, nəqliyyat və rabitə, memarlıq və tikinti şöbələrininn işinə rəhbərlik Eldar Əliyevə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası İ instansiyasının 14 dekabr 1999-cu il tarixli 68/99 nömrəli hökmünün surətindən görünür ki, X8 24 iyun 1993cü il tarixdə saat 17:50-də Cavabdeh başçısının müavini X7 qəsdən öldürmək üçün onun döş qəfəsi, qarın, sol bud və çanaq boşluğu nahiyələrinə avtomat silahdan bir neçə dəfə atəş açmaqla yetirildiyi anda həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə öldürmüşdür. X5 arvadı İddiaçı Cavabdehnə müraciət edərək mərhum əri X5 işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmaması nəticəsində həlak olması faktına görə zərər ödəncinin ödənilməsini xahiş etmişdir. Cavabdeh 20.02.2020-ci il tarixli Ə-35-060 nömrəli və 21.05.2021-ci il tarixli Ə-139- 060 nömrəli məktublarından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş İşçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları”nın 1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmçinin Qaydalarda qeyd edilir ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı) olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir. Odur ki, müraciət edənin mərhum əri X5 işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmaması nəticəsində həlak olması faktı təsdiq olunmadığından Cavabdeh tərəfindən hər hansı kompensasiyanın ödənilməsi nəzərdə tutulmamışdır. İmtinanı əsassız hesab edən İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək 24 iyun 1993-cü il tarixdə iş vaxtı əmək funksiyasını yerinə yetirərkən qətlə yetirilmiş Cavabdeh başçısının müavini vəzifəsində işləmiş mərhum əri X5 əmək haqqına uyğun zərər ödəncinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edərək 24 iyun 1993-cü il tarixdə iş vaxtı əmək funksiyasını yerinə yetirərkən qətlə yetirilmiş Cavabdeh başçısının müavini vəzifəsində işləmiş mərhum əri X5 əmək haqqına uyğun zərər ödəncinin 24 iyun 1993-cü il tarixdən ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, əri X2 şəhər İcra Hakimiyyəti Başçısının 22 iyun 1993-cü il tarixli 10 saylı sərəncamına əsasən Cavabdeh Başçısının müavini vəzifəsinə təyin edilmişdir. 24 iyun 1993-cü il tarixdə, saat 17:50 radələrində X11 öz xidməti vəzifələrini yerinə yetirərkən X8 tərəfindən odlu silahdan qəsdən açılan atəş nəticəsində həlak olmuşdur. Həmin qətl hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının 14 dekabr 1999-cu il tarixli, 68/99 saylı hökmünə əsasən X8 qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qatil nə hadisə baş verərkən, nə də ondan əvvəl mərhum əri X7 tanımamışdır və onunla heç bir ədavəti olmamışdır. Hadisə iş vaxtı mərhum X5 xidməti vəzifəsini yerinə yetirdiyi zaman baş vermişdir. Ailəyə ağır itki üz vermiş və ailə başçılarını itirərək həm maddi, həm də mənəvi sarsıntıya məruz qalmışlar. Hadisə ilə əlaqədar olaraq ailə başçısının xidməti vəzifəsini yerinə yetirərkən ölümü ilə bağlı zərər ödəncinin verilməsinə dair köməklik göstərilməsini Cavabdehndən xahiş etmiş, lakin xahişi təmin edilməmişdir. Bununla da qanunvericiliklə təsbit olunmuş hüquqları pozulmuşdur. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə müraciət edərək həyat yoldaşı X5 Gəncə şəhəri İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində işlədiyi vaxt 24 iyun 1993-cü il tarixdə iş vaxtı ölümü ilə bağlı müavinət verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Həmçinin Gəncə şəhəri İcra Hakimiyyətinə də eyni məzmunlu müraciət etmişdir. X9 Xidməti Gəncə regional ərazi şöbəsinin 21 may 2021-ci il tarixli **********2 saylı cavab məktubunda zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh Başçısının birinci müavinin 21 may 2021ci İl tarixli Ə-139-060 saylı cavab məktubunda əri X5 işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmaması nəticəsində həlak olması faktı təsdiq olunmadığından ona Cavabdeh tərəfindən hər hansı kompensasiyanın ödənilməsinin mümkünsüzlüyü ifadə olunmuşdur. Cavabdeh müraciətinə olan münasibəti ilə razı deyil. Ona görə ki, yuxarıda da qeyd etdiyi kimi hadisə iş vaxtı baş vermiş və X5 xidməti vəzifəsini icra edərkən baş vermişdir. Əmək qanunvericiliyinə görə həmin vaxt icra hakimiyyəti aparatında çalışan bütün işçilərin həyatı təhlükə qarşısında olmuşdur. Təhlükəsizliyi təmin etmək üçün isə müvafiq mühafizə xidməti həmin vaxt inzibati binada mövcud olmuşdur. Həlak olma faktı təsdiqini tapmadığından kompensasiya verilməsindən imtina edilməsi əsassızdır və hesab edir ki, zərər ödəncinin ona ödənilməsi məcburetmə qaydasında cavabdehin üzərinə qoyulmalıdır. Gəncə İnzibati Məhkəməsinin 09.07.2021-ci il tarixli 2-1(114)-1469/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının nümayəndəsi X12 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X13 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı var. Həmin qərarda qeyd olunmuşdur ki, istehsalatda baş verən bədbəxt hadisədə təqsirkar təşkilat cavabdehlik daşıyır. Həmçinin baş vermiş hadisə ilə bağlı məhkəmənin hökmü və ya qərarı olmalıdır. 26 il sonra bunu bədbəxt hadisə faktını təsdiq edən sübut yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 əvvəlki məhkəmə iclasında izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə görə istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Odur ki, qanunamüvafiq qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE 0******* nömrəli iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti; - İV-JQ 384010 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin surəti; - Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 11.02.2019-cu il tarixli 53/5 nömrəli arxiv arayışı əsasında təqdim edilmiş Cavabdeh başçısının 22.06.1993-cü il tarixli 10 saylı sərəncamı; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası İ instansiyasının 14 dekabr 1999-cu il tarixli 68/99 nömrəli hökmünün surəti; - Cavabdeh 20.02.2020-ci il tarixli Ə-35-060 nömrəli və 21.05.2021-ci il tarixli Ə- 139-060 nömrəli məktubları. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçının mərhum əri, Cavabdeh başçısının müavini X11 24 iyun 1993-cü il tarixdə saat 17:50-də Cavabdeh inzibati binasında X8 tərəfindən döş qəfəsi, qarın, sol bud və çanaq boşluğu nahiyələrinə avtomat silahdan bir neçə dəfə atəş açılmaqla yetirildiyi anda həyatı üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirilməklə öldürülmüş, İ.Əliyev Azərbaycan Respublikası CM-in 38-ci maddəsinə əsasən cəzaları az ciddi cəzanın daha ciddi cəza ilə əhatə olunması yolu ilə qismən birləşdirilib qəti olaraq ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Hadisə zamanı şəhər icra hakimiyyəti aparatına ezam edilmiş Gəncə şəhər Polis idarəsinin əməkdaşı X6 da aldığı güllə yarasından sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarət almış və qaçıb gizləndyi üçün xilas olmuşdur. İddiaçı mərhum əri X5 işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmaması nəticəsində həlak olması faktına görə zərər ödəncinin ödənilməsi tələbi ilə Cavabdehnə müraciət etmiş, cavabdeh inzibati orqan işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmaması nəticəsində həlak olması faktı təsdiq olunmadığından müraciətdən imtina etmişdir. İmtinanın əsas dəlili isə ondan ibarətdir ki, iddiaçı mərhum ərinin işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmaması nəticəsində həlak olması faktına görə zərər ödəncinin ödənilməsini xahiş etsə də, həmin hüququn yaranması əsasını təşkil edən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş İşçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”ndə nəzərdə tutulan hər hansı bir sənədi inzibati orqana və məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflərin arasında yaranmış mübahisə, işçinin işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmaması nəticəsində həlak olması ilə bağlı yaranmış mübahisədir. Bu baxımdan iddia tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş İşçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin müddəaları əsasında təhlil olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş İşçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin: - 1.1-ci bəndinin ikinci abzasına əsasən bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. - 1.1-ci bəndinin üçüncü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. - 1.3-cü bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: - istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); - işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) qərarı və yaxud ölümü haqqında şəhadətnamə. Qeyd olunan normalardan göründüyü kimi bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar işəgötürən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Həmin bu zərər- istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt; - işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); - işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyi nəticəsində ölməsi haqqında şəhadətnamə ilə müəyyən edilir. İddiaçı zərər ödəncinin ödənilməsi barədə tələbini əsaslandırmaq üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası İ instansiyasının 14 dekabr 1999-cu il tarixli 68/99 nömrəli hökmünün surətini məhkəməyə təqdim etsə də, məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi hökm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş İşçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 1.3-cü bəndində qeyd edilən hökm deyildir. Belə ki, Qaydalara əsasən nəzərdə tutulan məhkəmə hökmündə (qətnaməsində, qərarında) əməyin mühafizəsi ilə bağlı mütləq şəkildə işəgötürənin təqsiri sübuta yetirilməlidir. İddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyası İ instansiyasının 14 dekabr 1999-cu il tarixli 68/99 nömrəli hökmündə işəgötürənin deyil, cinayət hadisəsi törədən digər şəxsin təqsirinin sübuta yetirilməsi ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt, işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı) və ya işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyi nəticəsində ölməsi haqqında şəhadətnamə cavabdeh inzibati orqana təqdim edilmədiyindən sonuncu tərəfindən iddiaçının müraciətindən qanunvericiliyin tələblərinə riayət olunmaqla haqlı olaraq imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti) qarşı əmək haqqına uyğun zərər ödəncinin verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1469/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1469/2021
30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver