Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1469/2023 24.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı məcburi köçkün vəsiqəsinin verilməsinə əsas olan məktubun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və digər tələblərə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdehnə qarşı məcburi köçkün vəsiqəsinin verilməsinə əsas olmuş məktubun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və digər tələblərə dair iş materiallarına Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı 1993-cü ilin aprel ayının əvvəllərində Kəlbəcər rayonunun işğalı zamanı Daşbulaq kəndindən məcburi köçkün düşmüş və müvəqqəti olaraq Göygöl rayonunda məskunlaşmışdır. Ona xx.xx.2006-cı il tarixdə AA 134086 saylı məcburi köçkün vəsiqəsi verilmişdir və o, hər ay məcburi köçkün kimi dövlətdən vahid aylıq müavinət alır.
2. İddiaçı ilə X1 ailə münasibətlərindən (nikahları xx.xx.2006-cı il tarixdə rəsmiləşdirilmişdir) xx.xx.2004-cü il tarixdə X5 adlı uşaqları doğulmuşdur. Onların hər üçü Kəlbəcər rayonu, Alçalı kəndində qeydiyyatdadırlar.
3. İddiaçı Cavabdehnə müraciət edərək, qızı Jaləyə məcburi köçkün vəsiqəsi verilməsi üçün Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinə təqdim etmək üçün arayışın verilməsini xahiş etmiş, ona cavab məktubunda Kəlbəcər rayonu üzrə 01 yanvar 2006-cı il tarixdə əhalinin adlı siyahısında adının aşkar edilmədiyi bildirilərək, 1993-cü və 2006-cı illəri əhatə edən dövr ərzində Kəlbəcər rayonunda daimi pasport qeydiyyatında olmaqları ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş pasport, qeydiyyat və miqrasiya idarəsindən arayış təqdim etməsi tövsiyyə olunmuşdur.
4. Azərbaycan Respublikası Qaçqınların və X3 Üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlandığı xx.xx.2022-ci il tarixli 01/4398 saylı məktubda məcburi köçkün düşmələri ilə bağlı arayışın verilməsi üçün Kəlbəcər RİH-ə hər hansı göstəriş vermək Komitənin səlahiyyətində olmadığından təkrar aidiyyəti orqana müraciət etməli olduğu və sənədlər təqdim edildikdən sonra onun övladına məcburi köçkün statusunun veriləcəyi bildirilmişdir.
5. İddiaçı Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin Gəncə şəhəri, Göygöl, Daşkəsən və Samux rayonları üzrə sektoru) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məcburi köçkün vəsiqəsinin verilməsinə əsas olan məktubun verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması, Cavabdeh ona məcburi köçkün vəsiqəsinin verilməsi üçün zəruri olan məktubu verməməsi və ya vaxtında verməməsi səbəbindən onun xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən AzərTürk Bank-dan 3000 (üç min) manat kredit götürərək, 491,03 (dörd yüz doxsan bir manat 03 qəpik) manat faiz borcu olmaqla ümumilikdə 3491,03 (üç min dörd yüz doxsan bir manat 03 qəpik) manat kredit borcu ödəməli olmasına səbəb olduğuna görə 3491,03 (üç min dörd yüz doxsan bir manat 03 qəpik) manat maddi və 7000 (yeddi min) manat mənəvi zərərə görə təzminatın cavabdehdən tutularaq ona ödənilməsi, Cavabdeh məsul şəxsləri tərəfindən süründürməçilik yaradılaraq onun 2021-ci il tarixli müraciətinə xx.xx.2022-ci il tarixli H-24-073 nömrəli məktubla verilmiş cavabın məqsədyönlü şəkildə gecikdirilərək avqust ayının sonunda ona təqdim edildiyi üçün cavabdehin barəsində xüsusi qərardad çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
Əsaslandırma hissəsi:
7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbləri mümkün sayılmamalıdır.
8. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
9. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.
10. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
11. İş materiallarında olan AA1954916 nömrəli şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir ki, X5 xx.xx.2004-cü il təvəllüdlü olmaqla, yetkinlik yaşına çatmışdır. Bu səbəbdən o, tam fəaliyyət qabiliyyətli sayılmaqla, inzibati məhkəmə icraatında prosessual hərəkətləri öz adından çıxış etmək hüququna malikdir.
12. Azərbaycan Respublikası İPM-nin 26.1.1-ci maddəsində mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslərin inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna malik olduqları təsbit edilmişdir.
13. Göründüyü kimi, İddiaçı övladı X2 məcburi köçkün vəsiqəsinin verilməsinə əsas olan məktubun verilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır.
14. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.
15. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
16. İddiaçının ikinci tələbi olan 3491,03 (üç min dörd yüz doxsan bir manat 03 qəpik) manat maddi və 7000 (yeddi min) manat mənəvi zərər tələbi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb inzibati orqanın iddiaçının birinci tələbindən asılı olan fakültativ tələb olduğundan, cavabdeh orqanın X2 məcburi köçkün vəsiqəsinin verilməsinə əsas olan məktubun verilməsindən imtinası əsassız sayılacağı halda cari tələbin irəli sürülməsi mümkün ola bilər.
17. İddiaçının üçüncü tələbi olan Cavabdeh məsul şəxsləri tərəfindən süründürməçilik yaradılaraq onun 2021-ci il tarixli müraciətinə xx.xx.2022-ci il tarixli H-24- 073 nömrəli məktubla verilmiş cavabın məqsədyönlü şəkildə gecikdirilərək avqust ayının sonunda ona təqdim edildiyi üçün cavabdehin barəsində xüsusi qərardad çıxarılması tələbi də mümkün sayıla bilməz.
18. Belə ki, inzibati prosessual qanunvericilikdə xüsusi qərardad çıxarılması barədə qayda nəzərdə tutulmadığından bu tələbə münasibətdə mülki prosessual qanunvericiliyin müddəaları tətbiq olunacaqdır. Mülki Peosessual Məcəllənin 265.4-ci maddəsinə görə isə məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.
19. Hazırkı iş materiallarında isə cavabdeh orqanın əməllərində cinayət əlamətləri aşkar edilməmişdir.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
21. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
23. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır.
24. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəsi hissə:
25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva