Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1473/2020 21.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı məlumat vərəqinin doldurulması və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X5 Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Daxili İşlər Nazirliyi və Cavabdehndə xidmət illərinə görə güzəştli şərtlərlə pensiyanın hesablanması və onun barəsində məlumat vərəqinin doldurularaq Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X5 Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-928/2020 nömrəli qərardadı ilə işin baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1052/2020 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 928/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş məhkəmənin icraatına xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi (vəkili) X4 məhkəməyə ərizə təqdim edərək, məlumat vərəqinin doldurulması və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X5 Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2-1(114)-1473/2020 qərardadı ilə iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçıiddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1992-ci il tarixdən xx xxx 2006-cı il tarixədək Tovuz rayon Polis şöbəsinin polis baş leytenentı rütbəsində xidmət keçmişdir. xx xxx 2006-cı il tarixdən isə Azərbaycan Respublikası Cavabdehndə xidmət keçmiş və hazırda tərxis olunmuşdur. O, xidmət illərinə dair məlumat vərəqinin doldurulması və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X5 Təyinat İdarəsinə göndərilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Cavabdehnə müraciət etmiş, lakin inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçınümayəndəsi (vəkili) X4 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək İddiaçıxidmət illərinə dair məlumat vərəqinin doldurulması və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X5 Təyinat İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Cavabdehnə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Cavabdeh nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbinə dair məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinintəsdiqlənmiş surəti; xx.xx.2019-cu il tarixli, 032597 nömrəli vəsiqənin təsdiqlənmiş surəti; Azərbaycan Respublikası Cavabdeh xx.xx.2019-cu il tarixli, 20/xx-xx/05547 nömrəli məktubu; xx.xx.1985-ci il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti; Daxili xidmət kapitanı İddiaçı xidmət siyahısından çıxarışı; Azərbaycan Respublikası Cavabdeh xx.xx.2020-ci il tarixli, 0728/ş nömrəli əmrdən çıxarışı; Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəxsi X6 xx.xx.2020-ci il tarixli, 024-3688-1220 nömrəli məktubu. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edirlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X2 Məcəllənin 33.1 və 33.2-ci maddələrinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Çünki cavabdeh iddiaçının xidməti barədə məlumat vərəqinin göndərilməsindən imtina etmişdir. Həmçinin, iddiaçı tərəfindən İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsində nəzərdə tutulmuş iddianın qaldırılması ilə bağlı müddət (tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün) gözlənilmişdir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı xx xxxxxx 1992-ci il tarixdən xx xxx 2006-cı il tarixədək Tovuz rayon Polis şöbəsinin polis baş leytenentı rütbəsində xidmət keçmişdir. xx xxx 2006-cı il tarixdən isə Azərbaycan Respublikası Cavabdehndə xidmət keçmiş və hazırda tərxis olunmuşdur. O, pensiyasının düzgün hesablanması üçün xidmət illərinə dair məlumat vərəqinin doldurulması və Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X5 Təyinat İdarəsinə göndərilməsi ilə bağlı rəsmi qaydada ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Cavabdehnə müraciət etmiş, lakin inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə görə əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra—sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Məhkəmə sadalanan qanunvericilik aktılarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər nazirinin 245 saylı əmrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı qərarına əsasən İddiaçı 1992-ci ilin aprel ayından 1997-ci ilin may ayına qədər xidmətin bir günü iki xidmət günü kimi, döyüş əməliyyatlarında iştirak edən müddətin isə bir xidmət günü üç xidmət günü kimi hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçınınxidməti barədə məlumat vərəqi Azərbaycan Respublikası Cavabdeh tərəfindən doldurularaq Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X5 Təyinat İdarəsinə göndərilməlidir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsin barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı xidməti barədə məlumat vərəqinin doldurularaq Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X5 Təyinat İdarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xidməti barədə məlumat vərəqinin doldurularaq Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X8 Hərbi Qulluqçular və X5 Təyinat İdarəsinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1473/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1473/2020
21.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver