Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1477/2025 17.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kırimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanik zavodunda ("xxxx" ASC-də) işlədiyi dövrdə - 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994 və 1995-ci illər üzrə 12 ay, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 2 ay, 1998-2005-ci illər üzrə 12 ayın (hər il üzrə) sosial sığorta stajına daxil edilməklə, xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. xx.xx.1981-ci il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir.
2. xx.xx.1984-cü il tarixli ПТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Tərəqqi sovxozunda sahədə mühafizəçi, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək həmin sovxozun anbarında mühafizəçi, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də misgər, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Göygöl Mənzil Kommunal X1 avtonəqliyyat sahəsində çilingər, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Tərəqqi sovxozunda donuz baxıcısı, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sovxozda traktorçu, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanikləşdirmə zavodunda təmir-işəsalma sexində misgər işləmişdir.
3. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 04 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən "xxxx" ATSC-nin (keçmiş Xanlar Mexaniki zavodunun) xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Təmir-işəsalma sexində misgər vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına əsasən İddiaçı peşəsi 2 saylı pensiya siyahısında mövcuddur.
4. Göygöl rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-16RA/2/Z/176/1/2023 nömrəli arxiv arayışında göstərilmişdir ki, Xanlar rayon Mexaniki zavodun arxiv fondunda saxlanılan əmr kitablarında İddiaçı xx.xx.1989-cu il tarixli 2 saylı əmrlə 0.01.1989-cu il tarixdən misgər usta şagirdi qəbul edildiyi göstərilmişdir. xx.xx.19890-cu il tarixli 49 nömrəli əmrlə 3 dərəcəli misgər keçirilib. 2006-cı ilə aid əmr kitabları arxivdə olmadığı səbəbindən işdən azad olması barədə əmri göstərmək mümkün olmadı. Həmçinin, həmin əmrdən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanik zavodunda ("xxxx" ASC-də) işlədiyi dövrdə - 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994 və 1995-ci illər üzrə 12 ay, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 2 ay, 1998-2005-ci illər üzrə ümumiyyətlə əmək haqqı almamışdır.
5. İddiaçı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-17-1/2-Z-198981/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin ona dair xx.xx.2023-cü il tarixli 8 nömrəli arayışında xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə misgər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışda işlədiyi sahənin və misgər vəzifəsinin yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğun peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə məlumatlar göstərilməyib. Eyni zamanda, Mərkəzi Filial tərəfindən iş stajına dair məlumatların araşdırılması zamanı, xx.xx.2006-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixli müraciəti ilə təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-48-16RA/2/Z/176/1/2023 nömrəli arxiv arayışında 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994-cü il, 1995-ci il, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 2 ay ona əmək haqqı ödənilmədiyi göstərilib. Buna görə də yuxarıda qeyd olunan ona əmək haqqı ödənilməyən, işləmədiyi müddəti (ümumilikdə 3 il) iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də, onun ümumi iş stajı 25 ildən az (16 il 9 ay 7 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-2015-ci illər üzrə cəmi 1 il 9 ay)) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17984,59 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığın təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.
6. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 08 nömrəli və xx.xx.2024-cü il tarixli 10 nömrəli arayışlarında göstərilmişdir ki, İddiaçı həqiqətən "xxxx" ASC-yə (keçmiş Xanlar Mexaniki zavoduna) xx.xx.1989-cu il tarixdə 2 saylı əmrlə misgər-qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə 05 saylı əmrıə öz ərizəsinə əsasən işdən azad edilmişdir. xx.xx.1989-cu ildən xx.xx.2006-cı illər ərzində, yəni 17 il 10 ay müddətində İddiaçı isti iş şəraitində tökmə, qaynaq etmə, qalaylama, mis və metal məmulatlarının hazırlanmasında, misgər qaynaqçı işlərində zərərli iş şəraitində tam iş günü ərzində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarında "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı"nın 11-14 bölməsi misgər (səhifə 10), 35-ci bölmə - ümumi peşələr elektrik qaynaqçıları (səhifə 168) qeyd olunmuşdur. İddiaçı misgər-elektrik qaynaqçısı vəzifəsində 17 il 10 ay müddətdə tam iş günləri ərzində işləməsi faktdır və bu da vətəndaş İddiaçı yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir.
7. Məhkəmənin sorğusuna Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-16RA/2-İM-87-1/2024 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Xanlar rayon Mexaniki zavodunda 1997-ci ildə sentyabr və oktyabr aylarında əmək haqqı almamışdır. Həmin məktubda qeyd edilmişdir ki, Vətəndaş İddiaçı 1998-2000-ci illərdə əmək haqqı kitablarında əmək haqqısı barədə qeydiyyat aparılmamışdır.
8. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, "xxxx" ASC 29 sentyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Dövlək Əmlakı Nazirliyinin 0223 saylı sərəncamına əsasən Xanlar Mexaniki zavodunun bazasında yaradılmışdır. Hal-hazırda fəaliyyət göstərən mexaniki zavodun əsas sexlərindən biri olan misgər sexi respublikanın bütün şərab zavodlarında əsas hissələri misdən olan aparat və avadanlıqların təmiri, quraşdırılması, nizamlanması və hazırlanması işlərini görür. Zavodun Misgər sexinin ən yaxşı ustalarından biri olan İddiaçı həmin sexə xx.xx.1989-cu il tarixdə işə qəbul edilmiş, xəstəliyinə görə xx.xx.2006-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. O, bu işdə işlədiyi 17 il 10 ay müddətində isti iş şəraitində tökmə, qaynaq etmə, qalaylama, payat etmə, mis və metal məmulatların hazırlanmasında, misgər-qaynaq işlərində, zərərli iş şəraitində tam iş günü ərzində işləmişdir. O, həm də Səhmdar Cəmiyyətin üzvüdür (sənəd təqdim olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarında "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı"-nın 11-14 bölməsi misgər (səhifə 10), 35-ci bölmə - ümumi peşələr elektrik qaynaqçıları (səhifə 168) qeyd olunmuşdur. İddiaçı misgər-elektrik qaynaqçısı vəzifəsində 17 il 10 ay müddətdə tam iş günləri ərzində işləməsi faktdır və bu da vətəndaş İddiaçı yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir.
9. Həmin məktuba əlavə edilmiş: - xx.xx.2017-ci il tarixli Qiymətli kağız mülkiyyətçilərinin reyestrində qiymətli kağız mülkiyyətçilərinin siyahısında 29-cu sırada İddiaçı adı qeyd edilmişdir.
10. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 10 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı hal-hazırda fəaliyyət göstərən zavodun əsas sexlərindən olan Misgər sexində xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixə kimi misgər-qaynaqçı işləmişdir. Misgər sexi zərərli sex olduğuna görə orada işləyən işçilərə, o cümlədən İddiaçı da 36 iş günü müddətinə məzuniyyət, hər birinə gündə zavodun yardımcı təsərrüfatından 0,5 litr süd verilirdi. Zərgərov X2 17 il 10 ay misgər-qaynaqçı işləyərək isti-hava şəraitində Sulfit turşusu ilə qalaylama, payat etmə işləri ilə bərabər Rezevuar daxilində işləmək, mis və metal hissələrin hazırlanması, metal konstruksiyaların qaynaq edilməsi işlərini yüksək səviyyədə təhlükəsiz yerinə yetirmək üçün ona verilən təlimatları düzgün əməl etmişdir. İddiaçı yerinə yetirdiyi işlərdən ona verilən təlimatlara düzgün əməl etməsindən imtahan verərək 5-ci dərəcəli misgər-qaynaqçı ustası normasını yerinə yetirmişdir.
11. Məhkəmənin sorğusuna Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-16RA/2-İM-120-8/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Xanlar rayon Mexaniki zavodun arxiv fondunda saxlanılan əmr kitablarında İddiaçı xx.xx.1989-cu il tarixli 2 saylı əmrlə xx.xx.1989-cu il tarixdən misgər usta şagirdi qəbul edildiyi göstərilmişdir. xx.xx.1989-cu il tarixli 49 nömrəli əmrlə 3 dərəcəli misgər keçirilib. 2006-cı ilə aid əmr kitabları arxivdə olmadığı səbəbindən işdən azad olması barədə əmri göstərmək mümkün olmadı. Həmçinin, həmin əmrdən görünür ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanik zavodunda ("xxxx" ASC-də) işlədiyi dövrdə - 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994 və 1995-ci illər üzrə 12 ay, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 2 ay, 1998-2005-ci illər üzrə ümumiyyətlə əmək haqqı almamışdır.
12. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 07 nömrəli cavab məktubunda bildirilmişdir ki, müəssisədə vəzifə təyinatı yoxdur. V dərəcəli misgər – qaynaqçı İddiaçı haqqında təqdim etdiyi arayışlarda onun zavodda gördüyü işlər barəsində geniş məlumatlar verilmişdir.
13. "xxxx" ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair xx.xx.2025-ci il tarixli 08 nömrəli arayışında göstərilmişdir ki, X5 “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə): Misgər-qaynaqçı vəzifəsində xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixə kimi işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək stajı) 17 (on yeddi) il 10 (on) ay (illər, aylar və günlər üzrə təsdiq edilmiş cədvəl əlavə olunur) təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri: Rəngli və qara metal məmulatlarının elektrik və avtogen qaynağı, qalaylama, payat etmə işləri görməkdən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş 11.14 bəndinə və qaynaqçı-misgər vəzifə koduna uyğundur.
14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-3/2-7203/2025 nömrəli cavab məktubuna əlavə edilmiş Xanlar Mexanikləşdirmə zavodunun xx.xx.2000-ci il tarixə olan ümumi işçilərin siyahısında 39-cu sırada İddiaçı oğlunun adı qeyd edilmişdir. II. Məhkəmədə icraat
15. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixinədək işlədiyi dövrün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ermənistan Respublikası, Vardenis rayonu, Yeni Zod kəndində anadan olmuşdur. 12 may 1981-ci il tarixdən 24 iyun 1983-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-Z- 198981/2024 nömrəli imtina məktubu ilə imtina verilmiş, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. Hesab edir ki, pensiyasının hesablanmasında səhvə yol verilmişdir. Belə ki, onun müraciət və pensiya təyinatı tarixində qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunuun 45-ci maddəsində deyilir. Bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının bu Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Ona görə də onun pensiyası müraciət tarixinə mövcud qanunvericiliyin tələbinə görə hesablanmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-cı il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasımın 2.2.1-ci yarımbəndinə və 4.1-ci bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi "Xanlar Mexanikləşdirmə ASC -nin 04 04.2023-cü il tarixli 8 nömrəli arayışında xx.xx.1989-01 10.2006-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə misgər vəzifəsində işlədiyi qeyd olunmuşdur.
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
18. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “xx.xx.1989cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanik zavodunda ("xxxx" ASC-də) işlədiyi dövrdə - 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994 və 1995-ci illər üzrə 12 ay, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 2 ay, 1998-2005-ci illər üzrə 12 ayın (hər il üzrə) sosial sığorta stajına daxil edilməklə, xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. III. İddianın növü və mümkünlüyü
19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
20. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
21. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
22. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
23. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
26. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
27. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
28. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.
29. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir.
30. Cavabdehin nümayəndəsi X4 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1981-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet; - xx.xx.1984-cü il tarixli ПТ-İ ******* nömrəli əmək kitabçası; - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 04 nömrəli arayışı; - Göygöl rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-16RA/2/Z/176/1/2023 nömrəli arxiv arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli 3-17- 1/2-Z-198981/2024 nömrəli imtina məktubu; - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 08 nömrəli və xx.xx.2024-cü il tarixli 10 nömrəli arayışları; - Məhkəmənin sorğusuna Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-16RA/2-İM-87-1/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusun "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli cavab məktubu; - xx.xx.2017-ci il tarixli Qiymətli kağız mülkiyyətçilərinin reyestrində qiymətli kağız mülkiyyətçilərinin siyahısı; - Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 10 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Göygöl rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3- 48-16RA/2-İM-120-8/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 07 nömrəli cavab məktubu; - "xxxx" ASC-nin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair xx.xx.2025-ci il tarixli 08 nömrəli arayışı; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli 3-21-3/2-7203/2025 nömrəli cavab məktubuna əlavə edilmiş Xanlar Mexanikləşdirmə zavodu xx.xx.2000-ci il tarixə olan ümumi işçilərin siyahısı.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
32. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
33. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
34. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə:
11. Metal emalı 11.14 Metal emalının digər peşələri a) yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr misgərlər
35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları
36. İddiaçı iddia tələbində güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.
38. İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuş, 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olmuşdur.
39. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının pensiya hüququnun yarandığı vaxt qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı tələb mövcud olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə dəyişiklik edilmiş (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 iyun 2022-ci il, № 135, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №6, maddə 583) ilə 9.1 – 9.3-cü, 9.6-cı və 9.7-ci maddələr yeni redaksiyada verilmişdir) və bununla da kapitalla bağlı həmin tələb ləğv edilmişdir.
40. İddiaçının cavabdeh orqana güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2024-cü il tarixədək ümumi iş stajı üzrə tələb olunan şərt ödənilir. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir.
41. Cavabdeh orqan iddiaçının ümumi iş stajını mübahisələndirərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli 3-48-16RA/2/Z/176/1/2023 nömrəli arxiv arayışında 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994-cü il, 1995-ci il, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 2 ay ona əmək haqqı ödənilmədiyi göstərilib. Buna görə də yuxarıda qeyd olunan ona əmək haqqı ödənilməyən, işləmədiyi müddəti (ümumilikdə 3 il) iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də, onun ümumi iş stajı 25 ildən az (16 il 9 ay 7 gün (xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1989xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1996xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.1997xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər və 2006-2015-ci illər üzrə cəmi 1 il 9 ay)) təşkil edir.
42. Məhkəmə aşağıdakılara görə cavabdehin həmin mövqeyini qismən əsassız hesab edir.
43. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə görə: Maddə 87. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
44. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 69. İş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir.
45. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına görə: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə görə: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
47. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajına malik olması da məhkəmə araşdırması ilə toplanmış sənədlərlə öz təsdiqini tapmışdır.
48. Belə ki: - xx.xx.1981-ci il tarixli НЗ ******* nömrəli hərbi biletə əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - xx.xx.1984-cü il tarixli ПТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək Tərəqqi sovxozunda sahədə mühafizəçi, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək həmin sovxozun anbarında mühafizəçi, xx.xx.2006-cı il tarixdən xx.xx.2011-ci il tarixədək "xxxx" MMC-də misgər, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Göygöl Mənzil Kommunal X1 avtonəqliyyat sahəsində çilingər, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək Tərəqqi sovxozunda donuz baxıcısı, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək həmin sovxozda traktorçu, xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanikləşdirmə zavodunda təmir-işəsalma sexində misgər işləmişdir.
49. Cavabdeh orqan iddiaçının hərbi xidmət və digər iş fəaliyyəti dövrlərini onun sosial sığorta stajına daxil edərək, yalnız xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanik zavodunda ("xxxx" ASC-də) işlədiyi dövrdə - 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994 və 1995-ci illər üzrə 12 ay, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 2 ay, 1998-2005-ci illər üzrə 12 ay əmək haqqı almadığına istinadla sosial sığorta stajı kimi qəbul etməmişdir.
50. Məhkəmə qeyd edir ki, 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
51. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
52. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X10) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır.
53. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nda "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit edilmişdir.
54. İddiaçı da xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanik zavodunda ("xxxx" ASC-də) işləməsinə dair əmək kitabçasını və Göygöl rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-16RA/2/Z/176/1/2023 nömrəli arxiv arayışını təqdim etmişdir.
55. Məhkəmə qeyd edir ki, iddiaçının əmək haqqı alması barədə məlumatın aşkar olunmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz.
56. Eyni zamanda, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
57. Ən əsası isə, məhkəmənin sorğularla əladə etdiyi sənədlərə əsasən, iddiaçının işlədiyi müəssisə - Xanlar Mexanik zavodun Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 223 nömrəli sərəncamı ilə özəlləşdirilməyə açıq elan edilmiş və onun bazasında "xxxx" ASC yaradılmışdır. Özəlləşdirmə zamanı Xanlar Mexanik zavodun xx.xx.2000-ci il tarixə olan ümumi işçilərinin siyahısı tərtib edilmişdir ki, İddiaçı adı həmin siyahıda 39-cu sırada qeyd edilmişdir.
58. Bununla yanaşı, "xxxx" ASC-nin xx.xx.2017-ci il tarixə olan Qiymətli kağız mülkiyyətçilərinin reyestrində qiymətli kağız mülkiyyətçilərinin siyahısında 29-cu sırada İddiaçı adı qeyd edilmişdir.
59. Qeyd olunan hallar isə iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanik zavodunda işlədiyini bir daha sübut edir.
60. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi digər hal iddiaçının güzəştli iş stajının olmaması barədədir.
61. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının Xanlar Mexanikləşdirmə zavodunda zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək misgər.
62. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, iddiaçının güzəştli iş stajı barədə mübahisə onun xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanikləşdirmə zavodunda işlədiyi misgər peşəsi ilə bağlıdır.
63. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.
64. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
65. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, "xxxx" ASC 29 sentyabr 2000-ci il tarixdə Azərbaycan Respublikası Dövlək Əmlakı Nazirliyinin 0223 saylı sərəncamına əsasən Xanlar Mexaniki zavodunun bazasında yaradılmışdır. Hal-hazırda fəaliyyət göstərən mexaniki zavodun əsas sexlərindən biri olan misgər sexi respublikanın bütün şərab zavodlarında əsas hissələri misdən olan aparat və avadanlıqların təmiri, quraşdırılması, nizamlanması və hazırlanması işlərini görür. Zavodun Misgər sexinin ən yaxşı ustalarından biri olan İddiaçı həmin sexə xx.xx.1989-cu il tarixdə işə qəbul edilmiş, xəstəliyinə görə xx.xx.2006-cı il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir. O, bu işdə işlədiyi 17 il 10 ay müddətində isti iş şəraitində tökmə, qaynaq etmə, qalaylama, payat etmə, mis və metal məmulatların hazırlanmasında, misgər-qaynaq işlərində, zərərli iş şəraitində tam iş günü ərzində işləmişdir. O, həm də Səhmdar Cəmiyyətin üzvüdür (sənəd təqdim olunur). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı 23 yanvar 2007-ci il tarixli qərarında "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin siyahısı"-nın 11-14 bölməsi misgər (səhifə 10), 35-ci bölmə - ümumi peşələr elektrik qaynaqçıları (səhifə 168) qeyd olunmuşdur. İddiaçı misgər-elektrik qaynaqçısı vəzifəsində 17 il 10 ay müddətdə tam iş günləri ərzində işləməsi faktdır və bu da vətəndaş İddiaçı yaşa görə güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir.
66. Məhkəmənin sorğusuna "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 10 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı hal-hazırda fəaliyyət göstərən zavodun əsas sexlərindən olan Misgər sexində xx.xx.1979-cu il tarixdən xx.xx.2006-cı il tarixə kimi misgər-qaynaqçı işləmişdir. Misgər sexi zərərli sex olduğuna görə orada işləyən işçilərə o cümlədən İddiaçıda 36 iş günü müddətinə məzuniyyət hər birinə gündə zavodun yardımcı təsərrüfatından 0,5 litr süd verilirdi. Zərgərov X2 17 il 10 ay misgər-qaynaqçı işləyərək istihava şəraitində Sulfit turşusu ilə qalaqlama, payat etmə işləri ilə bərabər Rezevuar daxilində işləmək, mis və metal hissələrin hazırlanması, metal konstruksiyaların qaynaq edilməsi işlərini yüksək səviyyədə təhlükəsiz yerinə yetirmək üçün ona verilən təlimatları düzgün əməl etmişdir. İddiaçı yerinə yetirdiyi işlərdən ona verilən təlimatlara düzgün əməl etməsindən imtahan verərək 5-ci dərəcəli misgər-qaynaqçı ustası normasını yerinə yetirmişdir.
67. Eyni zamanda, məhkəmə də müəyyən etmişdir ki, iddiaçının işlədiyi misgər peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndlərində (bənd 11.14) nəzərdə tutulmuşdur.
68. Həmin peşələr eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.
69. İddiaçının həmin peşələrdə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.
70. Göründüyü kimi, iddiaçıya xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.
71. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
72. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
73. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.
74. Məhkəmə hesab edir ki, iddiaçı hüququ yarandığı xx.xx.2023-cü il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.
75. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanik zavodunda ("xxxx" ASC-də) işlədiyi dövrdə - 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994 və 1995-ci illər üzrə 12 ay, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 2 ay, 1998-2005-ci illər üzrə 12 ayın (hər il üzrə) sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
76. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
77. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Xanlar Mexanik zavodunda ("xxxx" ASC-də) işlədiyi dövrdə - 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994 və 1995-ci illər üzrə 12 ay, 1996-cı il üzrə 8 ay, 1997-ci il üzrə 2 ay, 1998-2005-ci illər üzrə 12 ayın (hər il üzrə) sosial sığorta stajına daxil edilməklə, ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva