Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-148/2022 11.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Samux rayonu Sərkar bələdiyyəsinə (üçüncü şəxs X15) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə üraciət edərək cavabdeh Samux rayonu Sərkar Bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və X15) qarşı Samux rayonu Sərkar Bələdiyyəsinə verilmiş xx.xx.2021-ci il tarixli reyestr **********48, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Samux rayonu Sərkar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının 04 nömrəli protokolun (qərarın) və həmin qərarın hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Samux rayonu Sərkar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının 04 nömrəli protokolunun (qərarının) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 11 oktyabr 2022-ci il tarixli qərardadları ilə hazırki iddia ilə məhkəmədə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmiş və iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üçüncü şəxs qismində icraatına xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyət hüququ - tik.”A”-nın 4/7 hissəsi, tik. ”B”, “V”, “Q”, ”E”, “D”-nin 11/14 hissəsi və 0,0794 ha torpaq sahəsi bütövlüklə xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına çıxarış verilmişdir. Bundan başqa, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına 0.1175 ha torpaq sahəsinə çıxarış verilmişdir. Həmin ünvanda yerləşən tik.”A”-nm 3/7 hissəsi, tik. ”B”, “V”, “Q”, ”E”, “D”-nin 3/14 hissəsi isə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla qardaşı X6 mülkiyyətinə verilmişdir. Həmin çıxarışlardan görünür ki, Azadil Yusifovun adına həyatyanı torpaq sahəsi olmamışdır, torpaq sahələri yalnız onun mülkiyyətində olmuşdur. Həmin evdə hazırda cavabdeh Azadil Yusifov ailəsi ilə birlikdə yaşayır, o da, həmin evdə yaşamışdır, lakin cavabdehlə və cavabdehin ailəsi ilə onların tez-tez narazılığı, sözsöhbətləri və dava-dalaşları olmuşdur. O, öz payına düşən hissədə barı tikdirmişdir ki, cavabdeh və cavabdehin ailəsi ilə onların münasibətləri olmasın. Sonra o, özünə yaşayış şəraiti yaratmaq üçün həmin barının üstündən mətbəx inşa etdirmək istəmişdir, lakin cavabdeh və cavabdehin ailəsi buna narazılıq etmiş, onların orada rahat yaşamaqlarına imkan verməmişdir. Həmin ünvanda yerləşən 0,0794 ha torpaq sahəsi bütövlüklə onun mülkiyyətində olmasına baxmayaraq, cavabdeh Azadil Yusifov onun icazəsi olmadan, qanunsuz olaraq həmin torpaq sahəsini zəbt edərək kürsülü, bir mərtəbəli iki ev tikdirmişdir. Həmin torpaq sahəsi onun mülkiyyətində olmasına baxmayaraq, o, əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququndan məhrum olduğundan dəfələrlə cavabdehə onun torpaq sahəsinin boşaldılmasını tələb etmiş, lakin cavabdeh buna heç bir məhəl qoymamış, onun torpaq sahəsində inşa etdirilmiş mövcud tikililərin sökülməsindən imtina etmişdir. Buna görə də o, “paylı mülkiyyətdə olan fərdi yaşayış evin naturada bölünməsinə, həmin ünvanda yerləşən ona məxsus 0,0794 ha torpaq sahəsində qanunsuz tikililərin X6 vəsaiti hesabına sökülməsinə və ailəsi ilə birlikdə həmin mülkə köçürülməsi” tələbinə dair Samux Rayon Məhkəməsinə müraciət etmiş və həmin işə baxılarkən məlum olmuşdur ki, ona məxsus 0,0794 ha torpaq sahəsinin 0,04 ha torpaq sahəsinə qardaşı Azadil Yusifov oğlu X7 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Bundan sonra, o, Cavabdehnə müraciət etmiş və məlum olmuşdur ki, Sərkar Bələdiyyəsi əvvəl həmin 0,04 ha torpaq sahəsinə bələdiyyənin mülkiyyətində olmasına dair xx.xx.2021-ci il tarixli reyestr **********48, ********** qeydiyyat nömrəli çıxarış almış və sonra Samux rayonu Sərkar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının 04 №-li protokoluna (qərarına) əsasən həmin torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədi ilə bələdiyyə ərazisində 5 il müddətindən az olmamamaqla daimi yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaş X10 bilavasitə satmış və torpağın satış qiymətini 200 (iki yüz) manat müəyyən etmiş və bu qərara əsasən X7 adına dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Çıxarışlardan görünür ki, həmin evin 0,0794 ha həyatyanı torpaq sahəsi bütövlüklə onun mülkiyyətində olmuşdur, lakin qardaşı Azadil Yusifovun mülkiyyətində ümumiyyətlə torpaq sahəsi olmamışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Azadil Yusifov mülkiyyətində olan 0,0794 ha həyatyanı torpaq sahəsində 1,6 x 1,4 ölçüdə ayaqyolu və 6,5 x 2,1 ölçüdə köməkçi tikililər və kürsülü, bir mərtəbəli iki ev inşa etdirmişdir, özünə qapı açmışdır və həmin torpaq sahəsindən oğlu X7 adına qanunsuz olaraq 0.04 ha torpaq sahəsinə ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış almışdır, yəni tamamilə mülkiyyətində olan 0,0794 ha həyatyanı torpaq sahəsini zəbt etmişdir. Həmin çıxarışa əlavə edilmiş sxemdən və onun adına verilmiş çıxarışa əlavə edilmiş sxemdən aydın görünür ki, həmin 0.04 ha torpaq sahəsi mülkiyyətində olan 0,0794 ha həyatyanı torpaq sahəsi ilə üst-üstə düşür. Bununla bağlı, o, Samux rayonu Sərkar Bələdiyyəsinə müraciət edərək Sərkar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasının 04 №-li protokolun (qərarın) ləğv edilməsini xahiş etmiş, lakin bələdiyyə həmin protokolun (qərarın) ləğv edilməsindən imtina etmişdir. Odur ki, məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Samux rayonu Sərkar Bələdiyyəsi məhkəməyə məktub ünvanlayaraq bildirmişdir ki, Samux rayonu X14 kənd sakini X10 0.04 ha həyətyanı torpaq sahəsini “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununa və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 16-cı bəndinə uyğun olaraq satmışdır. Belə ki, Sərkar Bələdiyyəsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu tanıtmış və digər prosedurları müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq aparmışdır. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin Sərkar kənd sakini X4 və mərhum həyat yoldaşı X11 adına 25 may 2018-ci il tarixdə (reyestr nömrəsi **********57-10301 və inventar nömrəsi 1929) verdiyi texniki pasportun situasiya planında həmin 0.04 ha torpaq sahəsi zəbt olunan torpaq sahəsi kimi göstərilmişdir. 18 avqust 2019-cu il tarixdə Sərkar kənd sakini, X15 bələdiyyəyə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin torpaq sahəsi onun istifadəsindədir. Onun ərizəsinə əsasən əraziyə tərəflərindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin 0.04 ha torpaq sahəsi həqiqətən onun istifadəsindədir və torpaq sahəsində ona məxsus tikinti vardır. Bundan sonra bələdiyyə “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanununa və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin razılaşdırılması qaydaları haqqında” Qanununun tələblərinə uyğun olaraq prosedura başlamış, torpaq sahəsi üzərində bələdiyyənin hüquqlarını tanıtmış və qanuna müvafiq qaydada X2. Bələdiyyənin xx.xx.2021-ci il tarixli, 04 nömrəli qərarı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinə göndərilmiş, düzgünlüyünə irad tutulmamış və qeydiyyata alınmışdır. Bələdiyyə 0.04 ha torpaq sahəsini X3 müvafiq qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı iddiası tam əsassızdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 11 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, üçüncü şəxs isə məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş üzrə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış və məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddia müddətinə riayət edilməklə verilmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, mübahisələndirilən qərar ləğv olunmalıdır. Belə ki, iş materiallarında olan: - “Torpağın mülkiyyətə verilməsinə dair” JN 641F, KOD 50700048 nömrəli şəhadətnamədən və onun qaiməsi (sertifikatı) hissəsindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 106 saylı qərarı ilə Samux rayonu Sərkar kənd sakini X4 və X5 mülkiyyətinə 2196.4 kv.m torpaq sahəsi verilmişdir. - MA seriyalı ******* nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışa əsasən Samux rayonu Sərkar kəndində yerləşən ümumi sahəsi 118.1 kv.m olan tikinti “A”-da 4/7 hissə, ümumi sahəsi 73.3 kv.m olan tikinti “B”, ümumi sahəsi 18.5 kv.m olan tikinti “V”, ümumi sahəsi 16 kv.m olan tikinti “Q”, ümumi sahəsi 56.3 kv.m olan tikinti “D” və ümumi sahəsi 35 kv.m olan tikinti “E”-də 11/14 hissə, eləcə də, bütövlükdə 0.2196 ha torpaq sahəsi üzərində X4, ümumi sahəsi 118.1 kv.m olan tikinti “A”-da 3/7 hissə, ümumi sahəsi 73.3 kv.m olan tikinti “B”, ümumi sahəsi 18.5 kv.m olan tikinti “V”, ümumi sahəsi 16 kv.m olan tikinti “Q”, ümumi sahəsi 56.3 kv.m olan tikinti “D” və ümumi sahəsi 35 kv.m olan tikinti “E”-də 3/14 hissə üzərində X11 mülkiyyət hüququ qeydiyyata alınmışdır. - xx.xx.2011-ci il tarixli 4Ə-03-219 reyestr nömrəli “Torpaq sahəsinin bəxşiş müqaviləsi”nə əsasən X8 mülkiyyətində olan 0.2196 ha həyətyanı torpaq sahəsinin tikinti altnda olmayan 0.14 ha sahəsini qızı İddiaçı bağışlamışdır. - xx.xx.2016-cı il tarixli 7E-1459 reyestr nömrəli ərizədən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli 4Ə-03-219 reyestr nömrəli “Torpaq sahəsinin bəxşiş müqaviləsi”nə əsasən ona bağışlanan 0.14 ha torpaq sahəsinə dair aparılan müayinə zamanı faktiki ölçünün 0.1175 ha olmasına görə həyətyanı torpaq sahəsinin faktiki vəziyyətinə uyun olaraq 0.1175 ha sahəsinə çıxarış verilməsinə etiraz etməmişdir. - RX seriyalı ******* nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən Samux rayonu Sərkar kəndində yerləşən ümumi sahəsi 0.1175 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. - xx.xx.2019-cu il tarixli 4Ə-256 reyestr nömrəli “Daşınmaz əmlakn bağışlanması müqaviləsi”nə əsasən X8 mülkiyyətində olan 0.0794 ha torpaq sahəsi bütövlükdə tikinti “A”-da 4/7 hissəni, tikinti “B”, “V”, “Q”, “D” və “E”-də 11/14 hissəni qızı İddiaçı bağışlamışdır. - Samux Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(058)-57/2020 nömrəli icra vərəqəsindən görünür ki, iddiaçı X6 Samux rayonu Sərkar kəndində paylı mülkiyyətdə olan fərdi yaşayış evində mərhum atası X12 miras qalmış payına, mirasın kütləsinə daxil olan tikinti “A”-da 3/7 hissəsinə, tikinti “B”, “V”, “Q”, “D” və “E”-də 3/14 hissəsinə münasibətdə mirası qəbul etməsi faktı müəyyən edilməklə o, qanun üzrə birinci növbə vərəsə tanınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tikinti “A”-da 4/7 hissə, tikinti “B”, “V”, “Q”, “D” və “E”-də 11/14 hissə, eləcə də, 0.0794 ha torpaq sahəsi üzərində İddiaçı, xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tikinti “A”-da 3/7 hissə, tikinti “B”, “V”, “Q”, “D” və “E”-də 3/14 hissə üzərində isə X6 mülkiyyət hüququ qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Sərkar kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərində Samux rayonu Sərkar bələdiyyəsinin mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bununla bağlı, AA 585738 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. - Samux rayonu Sərkar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 04 nömrəli qərarından görünür ki, Sərkar bələdiyyəsinin alqı-satqı predmeti olan 400 kv.m və ya 0.04 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə bələdiyyə ərazisində 5 il müddətindən az olmamaqla daimi yaşayış yeri üzrə qeydiyyatda olan vətəndaş X16 alqı-satqı yolu ilə satılması qərara alınmışdır. - AN-İ ******* nömrəli, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Samux rayonu Sərkar bələdiyyəsi mülkiyyətində olan 0.04 ha torpaq sahəsini X2. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Samux rayonu, Sərkar kəndində yerləşən 0.04 ha torpaq sahəsi üzərində X13 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, Samux rayonu, Sərkar kəndində yerləşən yerləşən ümumi sahəsi 118.1 kv.m olan fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyət hüququ - tik.”A”-nın 4/7 hissəsi, tik. ”B”, “V”, “Q”, ”E”, “D”-nin 11/14 hissəsi və 0,0794 ha torpaq sahəsi bütövlüklə xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla İddiaçı adına çıxarış verilmişdir. Bundan başqa, xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına 0.1175 ha torpaq sahəsinə çıxarış verilmişdir. Həmin ünvanda yerləşən tik.”A”-nm 3/7 hissəsi, tik. ”B”, “V”, “Q”, ”E”, “D”-nin 3/14 hissəsi isə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla iddiaçının qardaşı – üçüncü şəxs X6 mülkiyyətinə verilmişdir. Həmin çıxarışlardan görünür ki, Azadil Yusifovun adına həyatyanı torpaq sahəsi olmamışdır, torpaq sahələri yalnız iddiaçının mülkiyyətində olmuşdur. Lakin, Samux rayonu Sərkar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli iclas protokolu (qərarı) ilə 0.04 ha torpaq sahəsi X16 alqı-satqı yolu ilə satılan zaman cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmuş və iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi X1. Belə ki, məhkəmə iddiaçıya məxsus torpaq sahəsi ilə üçüncü şəxs X10 Samux rayonu Sərkar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli nömrəli qərarı ilə satılmış torpaq sahəsinin üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi üçün mütəxəssis rəyinin tərtib olunması barədə qərardad qəbul etmişdir. "xxxx" MMC-nin Tovuz Layihə- Tədqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-641F (KOD ********) nömrəli şəhadətnaməyə əsasən X8 və X5 ümumi mülkiyyətlərində olan 2196.4 kv.m torpaq sahəsinin 132.0 kv.m (1 sot 32 kv.m) hissəsi, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan 0.04 ha torpaq sahəsinin 132.0 kv.m (1 sot 32 kv.m) hissəsi ilə üstüstə düşür. Belə olan halda məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisələndirilən Samux rayonu Sərkar Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli qərarı mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra qəbul edilmiş, həmçinin, üçüncü şəxsə satılan torpaq sahəsinin 132.0 kv.m hissəsi ilə iddiaçıya məxsus torpaq sahəsinin 132.0 kv.m hissəsi üst-üstə düşür. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, İddiaçı məxsus torpaq sahəsinin 132.kv.m hissəsinin yenidən üçüncü şəxsə satılmasına dair cavabdehin qəbul etdiyi xx.xx.2021-ci il tarixli, 04 nömrəli qərarı qanunsuzdur. Ona görə də, iddia tələbi təmin edilməli, Samux rayonu Sərkar Bələdiyyəsinin 26 fevral 2021-ci il tarixli, 04 nömrəli qərarı ləğv edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsin əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Samux rayonu Sərkar Bələdiyyəsinin 26 fevral 2021-ci il tarixli, 04 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-148/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-148/2022
11.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver