Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1480/2020 12.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X8 və üçüncü şəxs X3qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X9 tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş MA № ******* seriyalı çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X8 və üçüncü şəxs X3 qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X9 tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş MA № ******* seriyalı çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X9 tərəfindən qızı X2 və onun birgə mülkiyyətinə xx xxxx 2012-ci il tarixdə MA № ******* seriyalı çıxarış verilmişdir. Belə ki, çıxarışda göstərilən torpaq sahəsi tam şəkildə xx.xx.2008-ci il tarixdə verilmiş A № 087800 saylı Torpaq sahəsinin plan və ölçüsünə əsasən ona məxsus olduğu halda çıxarışda ona məlum olmayan səbəblərə görə ümumi birgə mülkiyyətdə olması göstərilmişdir. Ərizədə qeyd etmişdir ki, buna onun heç bir razılıq ərizəsi olmamışdır. Bundan əlavə həmçinin iddiasında qeyd etmişdir ki, çıxarışda qeyd edilən evin çox hissəsi ona məxsusdur. Qeyd edilən halların aradan qaldırılması məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətindən imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənləri əsas gətirən iddiaçı məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X9 tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş MA № ******* seriyalı çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və tərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X7 iddia tələbini qəbul etmədiyini qeyd edib bildirmişdir ki, iddiaçı onun anasıdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X9 tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş MA № ******* seriyalı çıxarış xx xxxxxx 2012ci il tarixli «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamə əsasında verilmişdir. Həmin şəhadətnaməyə əsasən xx xxxxxxxx 1991-ci il tarixdə vəfat etmiş atası X6 məxsus olan Gədəbəy şəhəri M.Rüstəmov küçəsi 6051,4 hektar həyatyani torpaq sahəsi və onun üzərində yerləşən 197 nömrəli fərdi yaşayış evi ona və anasına atalarının vərəsələri kimi verilmişdir. Həmin şəhadətnamə əsasında onlar çıxarış almşılar və çıxarışda hüquq sahibliyi ümumi birgə mülkiyyət kimi qeyd edilmişdir. Çıxarışın ləğv edilməsi üçün heç bir qanuni əsas yoxdur. xx xxxxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasındaiddiaçının nümayəndəsi(qızı) Musayeva Hicran Əli qızı iddia ərizəsini müdafiə etdiyini və onun təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasında iddiaçı nə də onun nümayəndəsi, həmçinin cavabdehin nümayəndəsi iştirak etməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının, onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X9 tərəfindənverilmiş xx xxxx 2012-ci il tarixli MA № ******* seriyalı çıxarışınsurəti; 2V-1-16 reyestr nömrəli xx.xx.2012-ci il tarixli Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnamənin surəti; DƏDRX-nin 11 saylı ŞəmkirƏrazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020ciiltarixli **********67 saylı məktub. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X1 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X9 tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş MA № ******* seriyalı çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı öz iddiasında qeyd etmişdir ki, cavabdeh olan inzibati orqan onun və onun qızı olan üçüncü şəxs X2 adına verilmiş çıxarışın ləğv etmədiyindən cavabdehin üzərinə çıxarışın ləğv edilməsi öhdəliyin qoulması barədə qərar çıxarılmasını xahiş edir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, mübahisələndirilən çıxarış iddiaçının və üçüncü şəxsin adına 2V-1- 16 reyestr nömrəli xx.xx.2012-ci il tarixli Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsi əsasında verimişdir. Məhkəmə araşdırması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X8 çıxarışın verilməsi üçün əsas olmuş sənədlərin məhkəməyə təqdim edilməsi xahiş olunmuş və qeyd edilən idarənin xx xxxx 2020-ci il tarixli **********15 nömrəli məktubuna əsasən çıxarışın verilməsinə əsas olmuş 2V-1-16 reyestr nömrəli xx.xx.2012-ci il tarixli Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsi məhkəməyə göndərilmişdir. 2V-1-16 reyestr nömrəli xx.xx.2012-ci il tarixli Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən verilmiş «Qanun üzrə vərəsəlik hüququ haqqında» şəhadətnaməsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx xxxxxxxx 1991-ci il tarixdə vəfat etmiş X4 vərəsələri İddiaçı və X5r, onların hər biri miras əmlakdan bərabər hissədə irs alınmalıdır. Şəhadətnamə verilən miras əmlak miras qoyan X6 məxsus olan Gədəbəy şəhəri M.Rüstəmov küçəsi 6051,4 hektar həyatyani torpaq sahəsi və onun üzərində yerləşən 197 nömrəli fərdi yaşayış evindən ibarətdir. Şəhadətnamə qeydə olunması üçün DƏDRX-nin X8 təqdim olunmalıdır. İş materiallarına əlavə edilmiş DƏDRX-nin 11 saylı ŞəmkirƏrazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli **********67 saylı məktubundan müəyyən olunur ki, iddiaçı ərizə ilə çıxarışın ləğv edilməsi xahişi ilə həmin idarəyə müraciət etmiş, idarə isə imtina məktubu ilə hər hansı bir daşınmaz əmlak obyektinə verilmiş çıxarışın ləğv olunmasının yalnız məhkəmə qərarır əsasında mümkün olduğunu qeyd edib bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini əsaslı hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən müəyyənləşdirilir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati orqanın hərəkətlərində hər hansı bir qanuna zidd hərəkət yoxdur, həmçinin iddiaçı tərəfindən verilmiş iddia tələbinin təmin edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olmadığundan İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X9 tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş MA № ******* seriyalı çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X9 tərəfindən xx xxxx 2012-ci il tarixdə verilmiş MA № ******* seriyalı çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1480/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1480/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver