Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1488/2020 16.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X6 və üçüncü şəxsin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X20 (üçüncü şəxslər xxxx ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X8 üzrə Dövlət Agentliyi) qarşı daşınmaz əmlakın yüklülükdən azad edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X20 (bundan sonar mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri, A.Hacıyev küçəsində yerləşən 106A nömrəli evin yüklülükdən azad edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yüklü edilməsinin səbəbi X2 aid xx.xx.2013-cü il tarixli 030 nömrəli, X11 aid xx.xx.2013-cü il tarixli 039 nömrəli, X3 aid xx.xx.2013-cü il tarixli 041 nömrəli və X5 aid xx.xx.2013-cü il tarixli 036 nömrəli kredit müqavilələri üzrə həmin əmlakı kredit öhdəliklərinin təminatı kimi çıxış etməsi olmuşdur. İddiaçı xxxx ASC-nin xx.xx.2015ci il tarixli razılıq məktubuna əsasən X1 əsas borcunun 57021.18 (əlli yeddi min sıfır 21 manat, 18 qəpk) manat qalıq məbləğinin ödəniş qrafikinə uyğun şəkildə aylar üzrə hissəhissə ödənilməsini öz öhdəsinə götürmüş və buna müvafiq olaraq sonuncuya məxsus olan həmin fərdi yaşayış evi yüklü şəkildə mülkiyyətinə keçmiş, kredit öhdəliyini vaxtı-vaxtında icra etməklə yuxarıda qeyd olunan kredit məbləğini tamamilə ödəmişdir. Ləğv prosesində olan xxxx ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehə ünvanladığı xx.xx.2017-ci il tarixli 1696 nömrəli məktubu ilə sözügedən fərdi yaşayış evinin girovdan azad edilməsinə göstəriş verilməsi xahiş edilmiş, lakin hazırki vaxtadək əmlak girovdan azad edilməmişdir. O, qeyd olunan daşınmaz əmlakın girovdan azad edilməsi üçün rəsmi olaraq cavabdehə müraciət etmiş, lakin cavabdeh Ləğv prosesində olan xxxx ASC-nin xx.xx.2017-ci il tarixli 1696 nömrəli məktubunun Ərazi İdarəsinə daxil olmadığını, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X9 və Kreditlərin İdarə edilməsi üzrə Dövlət Xidmətinin 29/02.39 nömrəli xx.xx.2016-cı il tarixli məktubuna əsasən rəsmi razılıq məktubu olmadan əməliyyat aparılmasının və ipotekadan azad edilməsinin qadağan edildiyini göstərərək xx.xx.2020-ci il tarixli **********61 nömrəli məktubla bundan imtina etmişdir. Həmin məktubun tarixi xx.xx.2020-ci il kimi göstərilsədə ona karantin dövründə təqdim edildiyindən, qanunla müəyyən edilmiş 30 günlük şikayət müddətini ötürmədiyini hesab edir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X8 üzrə Dövlət Agentliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X12 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X9 və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin (bundan sonra Xidmət) 29/02-39 nömrəli xx.xx.2016-cı il tarixli məktubuna əsasən, Dövlət vəsaitinin qorunub saxlanılmasının təmin edilməsi məqsədilə Xidmətin rəsmi razılığı (möhürlə təsdiq edilmiş) olmadan əlavə edilmiş siyahıda adı çəkilən əmlakların ipoteka yüklülüyündən azad olunmaması xahiş edilmişdir. Gəncə «ASAN Xidmət» mərkəzində notariat kontorunun xx.xx.2015-ci il tarixli 4Ə-2941 reyestr nömrəli «Daşınmaz əmlakın alqı-satqı müqaviləsi»nə əsasən, X7 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini İddiaçı satmış, eyni zamanda «xxxx» ASC DƏDRX-nin 3 saylı X20 xx.xx.2015-ci il tarixli, 128 nömrəli məktub ünvanlayaraq ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yüklülükdə qalmaq şərti ilə İddiaçı satılmasına və mülkiyyətçinin dəyişdirilməsinə etiraz etmədiyini bildirmişlər. Qeyd olunun sənədlər əsasında ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində «xxxx» ASC-nin ipoteka hüququ saxlanılmaqla İddiaçı xx.xx.2016-cı il tarixli **********85-10301 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə «ASAN Xidmət» mərkəzinin vəkili Natiq Əliyevin ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin girovdan azad edilməsi barədə xx.xx.2020-ci il tarixli 27/2020 saylı müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X18 baxılmışdır. Müraciətin icrası ilə bağlı araşdırma zamanı əmlakın girovdan azad olunması üçün ləğv edilmiş xxxx ASC-nin xx.xx.2017-ci il tarixli 1696 nömrəli məktubunun Ərazi İdarəsinə daxil olmadığını, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X9 və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin 29/02-39 nömrəli xx.xx.2016-cı il tarixli məktubuna əsasən, Dövlət vəsaitinin qorunub saxlanılmasının təmin edilməsi məqsədilə Xidmətin rəsmi razılığı (möhürlə təsdiq edilmiş) olmadan etiraza əlavə edilmiş siyahıda adı çəkilən əmlakların ipoteka yüklülüyündən azad olunmasının qadağan edildiyi müəyyən edilmiş və buna görədə müraciətin icrası cavabdeh tərəfindən mümkün olmamışdır. Ona görədə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş üçüncü şəxs Ləğv prosesində olan xxxx ASC-nin nümayəndəsi X15 iddia tələbini müdafiə edərək bildirmişdir ki, X2 aid xx.xx.2013-cü il tarixli 030 nömrəli, X11 aid xx.xx.2013-cü il tarixli 039 nömrəli, X3 aid xx.xx.2013-cü il tarixli 041 nömrəli və X5 aid xx.xx.2013-cü il tarixli 036 nömrəli kredit müqavilələri üzrə Ləğv prosesində olan xxxx ASC qarşısında öhdəliklərini tam olaraq yerinə yetirdiyi üçün əmlakın yüklülükdən azad edilməsi barədə cavabdehə məktub göndərilmişdir. Hal-hazırda iddiaçının 4 müqavilə üzrə borcları tam olaraq bağlandığı üçün iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh və digər üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X8 üzrə Dövlət Agentliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh və digər üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin və digər üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Ləğv prosesində olan xxxx ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1696 nömrəli məktubu, cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********89 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri, cavabdehin etirazını və tərəflərin izahatlarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Göründüyü kimi iddia tələbi Göygöl şəhəri, A.Hacıyev keçəsində yerləşən 106A nömrəli mülkün yüklülükdən azad edilməsindən ibarətdir. İşin faktiki hallarından görünür ki, Göygöl şəhəri, A.Hacıyev keçəsi 106A ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə keçmişdir. İş materiallarına əlavə edilmiş Ləğv prosesində olan xxxx ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 1696 nömrəli məktubdan görünür ki, X2 aid xx.xx.2013-cü il tarixli 030 nömrəli, X11 aid xx.xx.2013-cü il tarixli 039 nömrəli, X3 aid xx.xx.2013-cü il tarixli 041 nömrəli və X5 aid xx.xx.2013-cü il tarixli 036 nömrəli kredit müqavilələri üzrə cavabdeh qarşısında öhdəliklərini tam olaraq yerinə yetirdikləri üçün qeyd olunan kreditlərin təminatı kimi ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan (seriya RX 0795265) ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin girovdan azad edilməsi barədə müvafiq göstəriş verilməsi xahiş edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli **********61 nömrəli məktubunda araşdırma zamanı Ləğv prosesində olan xxxx ASC-nin xx.xx.2017-ci il tarixli 1696 nömrəli məktubunun Ərazi İdarəsinə daxil olmadığı, həmçinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında X9 və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinin 29/02-39 nömrəli xx.xx.2016-cı il tarixli məktubuna əsasən rəsmi razılıq məktubu olmadan əməliyyat aparılmasının və ipotekadan azad edilməsinin qadağan edildiyini müəyyən edildiyi, Dövlət vəsaitinin qorunub saxlanılmasının təmin edilməsi məqsədilə Xidmətin rəsmi razılığı (möhürlə təsdiq edilmiş) olmadan etiraza əlavə edilmiş siyahıda adı çəkilən əmlakların ipoteka yüklülüyündən azda olunmasının qadağan edildiyinin müəyyən edilməsini bildirərək, cavabdeh tərəfindən müraciətin icrasının mümkün olmadığını bildirmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. İşin faktiki hallarından göründüyü kimi sözügedən daşınmaz əmlakın yüklü hala gətirilməsinə səbəb olan hallar artıq aradan qalxmışdır. Belə ki, həmin daşınmaz əmlakın ipoteka ilə yüklü olmasına səbəb olmuş X2 aid xx.xx.2013-cü il tarixli 030 nömrəli, X11 aid xx.xx.2013-cü il tarixli 039 nömrəli, X3 aid xx.xx.2013-cü il tarixli 041 nömrəli və X5 aid xx.xx.2013-cü il tarixli 036 nömrəli kredit müqavilələri üzrə ləğv prosesində olan xxxx ASC qarşısında öhdəlikləri tam olaraq yerinə yetirdiyindən, hazırda sözügedən daşınmaz əmlaka mülkiyyət hüququ iddiaçıya məxsus olduğundan o, belə bir tələbə malikdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş yüklülükdən azad edilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X19 üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin:- - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göygöl şəhəri, A.Hacıyev keçəsi 106A ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X19 üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1488/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1488/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver