Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-149/2024 21.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qeydin və həmin qeyd əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun ailə üzvlərinin birgə vəsaiti ilə yaradılmış "Nizami" kəndli fermer təsərrüfatının başçısı əvvəlcə mərhum atası X5 olmuş, 2016-cı ildə atasının vəfatından sonra anası X3 adına rəsmləşdirilməsinə qərar verilmişdir. İddiaçı qeyd edir ki, atasının vəfatından sonra qardaşı (üçüncü şəxs) X1 sənədlərlə torpaq sahəsindən istifadə hüququna dair "Çıxarış" almışdır. O, hesab edir ki, 35,0 ha torpaq sahəsi üzərində X2 10 il müddətində Hüquqlarının qeydə alınmasına dair dövlət reyesterində aparılmış qeyd va onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbi üzrə Cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 49 nömrəli sərəncamının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-149/2024 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iş üzrə X4 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı məhkəmədə iddia qaldırmaq üçün prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, mövqeyini hüquqlarının pozulduğunu bildiyi andan polis və digər hüquq mühafizə orqanlarına müraciət etmiş və lazımı sənədləri əldə etmək üçün iş üzrə cavabdehə və digər aidiyyati qurumlara rəsmi sorğular vermiş, sərəncamın ləğvi üçün qanunla müəyyən olunmuş prosessual müddəti ötürmədiyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizəyə uyğun izahat verərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 ayrı-ayrılıqda izahat verərək, prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Cavabdeh tərəfidən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 5-78/2-811/2024 saylı məktubundan görünür ki, Cavabdeh başçısının 16 aprel 2019-cu il tarixli 49 nömrəli Sərəncamı ilə Tərtər rayonunun Çaylı kəndi ərazisində yerləşən 35.0 (otuz beş) hektar dövlət mülkiyyətində olan torpaq sahəsi 10 il müddətinə X2 icarəsinə verilmişdir. Həmin Sərəncam verilərkən "Nizarni" kəndli fermer təsərrüfatının təsisçisi İddiaçı olmadığı üçün ona rəsmi məlumat verilməmişdir. Lakin İddiaçı sonradan həmin Sərəncamdan məlumatı olmuş və Cavabdehnə müxtəlif vaxtlarda, xüsusilədə 2023-cü ildə Cavabdeh başçısının 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamının ləğv edilərək qardaşı X2 icarəsində olan 35.0 (otuz beş) hektar torpaq sahəsinin "Nizami" kəndli fermer təsərrüfatının İcarəsinə verilməsi ilə bağlı müraciətləri olmuşdur. İddiaçı bütün müraciətlərinə Cavabdeh tərəfindən rəsmi qaydada cavab verilmişdir. Həmçinin bildirilmişdir ki, İddiaçı 2023-cü ildə Cavabdeh başçısının 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Gəncə İnzibati Məhkəməsində 2-1(114)-2400/2023 nömrəli inzibali işə baxılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçının Cavabdeh başçısının 16 aprel 2019-cu il tarixli 49 nömrəli Sərəncamından məlumatı olmuş, bununla bağlı polis və digər hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı 16 aprel 2019-cu il tarixli 49 nömrəli sərəncamının ləğv edilməsi ilə bağlı Cavabdehnə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldırmış, məhkəmə iclasında iddia ərizəsinə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2400/2023, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsi təmin edilmiş, iş üzrə icraat xitam verilmişdir. Bu hal da sübut edir ki, iddiaçının hal-hazırda mübahisələndirdiyi sərəncamdan xəbəri olmuşdur. Xəbərdar olmasına baxmayaraq iddiaçı sözügedən sərəncamı – inzibati aktı qeyd edilən qanunvericilik aktlarında nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı). “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Qeyd olunanlardan o nəticəyə gəlinir ki, iddiaçı onunla əmək münasibətlərinə xitam verilməsini bilmiş və qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə (üçüncü şəxs X4) qarşı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-149/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-149/2024
21.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver