Məhkəmə qərarları › İş №2-1(114)-1491/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1491/2022

31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1491/2022 31.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun işdən çıxarılması ilə bağlı müvafiq əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəyə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh komandirinin xx.xx.N2-ci il tarixli, 111 nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin 09 iyun N2-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 10 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə cilingər vəzifəsinə təyin edilmiş, sonra hərbi hissədə aidiyyəti şəxs tərəfindən ona əvvəlcə manqa komandiri vəzifəsinə, Vətən müharibəsindən əvvəl tuşlayıcı operator vəzifəsinə təyin edilmişdir. 09 mart N1-ci il tarixdə Müdafiə Nazirliyinin 083 nömrəli əmri ilə N saylı hərbi hissəyə tuşlayıcı-operator vəzifəsinə təyin edilmişdir. N saylı hərbi hissədə xidmət etdiyi dövrdə daima ona verilən əmr və tapşırıqları vaxtı-vaxtında yerinə yetirmişdir. Lakin heç bir əsas olmadan təxminən 05 aprel N2-ci il tarixdə xidmət etdiyi hərbi hissəyə gedəndə ona bildirilmişdir ki, işdən azad edilməyi ilə bağlı əmr verilmişdir və həmin vaxt o, əmrin surətini tələb etsə də, hərbi hissədən əmrin surətini ona təqdim etmədilər. Həmçinin, dəfələrlə barəsində verilmiş əmrin surətini ona göndərilməsi barədə aidıyyati şəxslərə müraciət etsə də, indiyə kimi həmin əmrin surəti ona göndərilməmişdir. O da qanunvericilikdə nəzərdə tutulan müddətin keçməməsi üçün hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir və hesab edir ki, barəsində verilmiş əmr qanunsuz olduğundan ləğv edilməli və onun əvvəlki vəzifəyə bərpa olunmağı barədə qərar qəbul edilməlidir. İş üzrə şifahi məhkəmə baxışı iclası 31 avqust N2-ci il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı barəsində 2 dəfə hərbi qulluqçunun şərəf məhkəməsi keçirilmiş və məhkəmənin 132 nömrəli protokolundan görünür ki, onun taborun kollektivinə yaramadığı və xidmətdən azad edilməsi qərara alınmışdır. Cavabdehə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqında iddia tələbidir və iddia tələbi üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini və onun hüquqi nəticələrinin aradan qaldırılmasını xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1 maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73. maddəsi). Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - İddiaçı xidməti xasiyyətnaməsinin surətindən görünür ki, Cavabdeh 2-ci taborun, 4-cü bölüyün, 3-cü taqımın, 1-ci döyüş maşınları heyətinin tuşlayıcı-operator vəzifəsində xidmət edən mahhxhq əsgər İddiaçı, xidmət etdiyi müddət ərzində özünü nizam intizamsız və səhlənkar bir hərbi qulluqçu kimi göstərmişdir. Ümumi görünüşü qənaətbəxş deyil, hərbi libası səliqəsiz daşıyır. Hərbi nəzakət və davranış qaydaları zəifdir. Xidmətə münasibəti və məsuliyyəti laqeyddir, ixtisasına uyğun biliyi və onu tətbiq etməyi qənaətbəxş deyil. Özünə qarşı tələbkar deyil. Komandir və rəsilərin əmr və tapşırıqlarını vaxtında yerinə yetirməkdə çətinlik çəkir. Peşəkar bilik səviyyəsinin artırılması üçün öz üzərində çalışmır. İşinə tənqidi və yaradıcılıqla yanaşmağı zəifdir. Fiziki cəhətdən sağlamdır. - İddiaçı xidmət vərəqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.N1-ci il tarixdə sıra intizamını pozduğuna görə xx.xx.N1-ci il tarixdə “şiddətli töhmət”, xx.xx.N1-ci il tarixdə sıraya gecikdiyinə görə xx.xx.N1-ci il tarixdə “töhmət”, xx.xx.N1-ci il tarixdə geyim qaydasını pozduğuna görə xx.xx.N1-ci il tarixdə “töhmət” və xx.xx.N1-ci il tarixdə xidməti yerinə çıxmadığına görə xx.xx.N1-ci il tarixdə “şiddətli töhmət” verilmişdir. - Cavabdeh arayışından görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kiçik çavuş İddiaçı, 19 noyabr N1-ci il tarixdə saat 11:30 radələrindən etibarən xidməti yerini özbaşına tərk etmiş, 20 noyabr N1-ci il tarixdə saat 08:00 radələrindən etibarən xidməti yerinə qayıtmış, 29 noyabr N1-ci il tarixdə saat 08:00 radələrindən etibarən xidməti yerinə çıxmamış, 30 noyabr N1-ci il tarixdə saat 08:00 radələrindən etibarən xidməti yerinə qayıtmış, 02 dekabr N1-ci il tarixdə saat 08:00 radələrindən etibarən xidməti yerinə çıxmamış, 03 dekabr N1-ci il tarixdə saat 08:00 radələrindən etibarən xidməti yerinə qayıtmış, 08 dekabr N1-ci il tarixdə saat 08:00 radələrindən etibarən xidməti yerinə çıxmamış, 09 dekabr N1-ci il tarixdə saat 08:00 radələrindən etibarən xidməti yerinə qayıtmış, 17 dekabr N1-ci il tarixdə saat 08:00 radələrindən etibarən xidməti yerinə çıxmamış, 18 dekabr N1-ci il tarixdə saat 16:00 radələrindən etibarən xidməti yerinə qayıtmış, 25 dekabr N1-ci il tarixdə saat 08:00 radələrindən etibarən xidməti yerinə çıxmamış, 27 dekabr N1-ci il tarixdə saat 15:00 radələrindən etibarən xidməti yerinə qayıtmış, N mart N2-ci il tarixdə saat 08:00 radələrindən etibarən xidməti yerinə çıxmamış, 30 mart N2-ci il tarixdə saat 08:00 radələrindən etibarən xidməti yerinə qayıtmışdır. - Cavabdeh 2-ci taborun qərargah rəisinin artilleriya üzrə koməkçisinin raportun təsdiqlənmiş surətindən görünür ki, 2-ci taborun, 4-cü bölüyün, 3-cü taqımın, 1-ci döyüş maşınları heyətinin tuşlayıcı-operator vəzifəsində xidmət edən mahhxhq əsgər İddiaçı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, mütəmadi olaraq daxili xidmət nizamnaməsinin tələblərini pozaraq xidməti yerinə çıxmamış, xidməti yerini öz başına tərk etmiş, sıralara gecikmiş, verilən tapşırıqlara laqeyd yanaşmış, sıra baxışlarına dəfələrlə hazırlıqsız çıxmışdır. Odur ki, mahhxhq əsgər İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsində dindirilməsi barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması təklif olunmuşdur. - Cavabdeh müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsinin 24 fevral N2-ci il tarixli, 132 nömrəli protokolundan çıxarışın surətindən görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı bütün yuxarıda göstərilən nöqsanların səbəbini, özünün bütün bu olanları-xidmət yerinə çıxmamalarını və ya sıralara gecikməyinin səbəbini Ordu sıralarından tərxis olmasını istəməsi ilə əlaqələndirilmişdir. - Cavabdeh kiçik zabitlərin şərəf məhkəməsinin 24 fevral N2-ci il tarixli qərarının surətindən görünür ki, 2-ci taborun, 4-cü bölüyün, 3-cü taqımın, 1-ci döyüş maşınları heyətinin tuşlayıcı-operator vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər İddiaçı nizam-intizamsız, dəfələrlə fərdi söhbət aparılmasına baxmayaraq, xidməti nöqsanlara yol verən, geyim qaydasını pozan, xidməti yerinə çıxmayan, yuxarı rəis və komandirlərə qarşı hörmətsizlik edən, vəzifə borcuna səhlənkar yanaşan bir hərbi qulluqçu olmasını, onun hərbi xidmətə laqeyd olan münasibətini, hərbi intizamının və şəxsi keyfiyyətlərinin aşağı səviyyədə olmasını, həmçinin gələcək perspektivinin olmamasını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Ordu sıralarından ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hisə komandirinin 13 aprel N2-ci il tarixli, 111 nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, hərbi hissənin 2-ci tabor, 4-cü bölük, 2-ci taqım, 2-ci manqasının atıcı sanitarı, N nömrəli hərbi hissə komandirinin N mart N2-ci il tarixli 025 əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 13 aprel N2-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə rayon şöbəsinə göndərilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, Azərbaycan Respublikası Müdafiə Nazirinin 19 oktyabr 2017ci il tarixli, 22 nömrəli əmrinə əsasən N1-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu əsgər İddiaçı, N2-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, N2-ci ilin növbəti məzuniyyətindən tam istifadə edib, N2-ci il üçün nəzərdə tutulmuş məzuniyyət pulu ilə təmin olunub. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh 2-ci taborun, 4-cü bölüyün, 3-cü taqımın, 1-ci döyüş maşınları heyətinin tuşlayıcı-operator vəzifəsində xidmət edən mahhxhq əsgər İddiaçı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, mütəmadi olaraq daxili xidmət nizamnaməsinin tələblərini pozaraq xidməti yerinə çıxmamış, xidməti yerini öz başına tərk etmiş, sıralara gecikmiş, verilən tapşırıqlara laqeyd yanaşmış, sıra baxışlarına dəfələrlə hazırlıqsız çıxmışdır. Buna görə də mahhxhq əsgər İddiaçı Cavabdeh müddətdən artıq həqiqi hərbi xidmət hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsində dinlənilmiş və məhkəmə onun barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti üyğunsuzluğa görə) ehtiyata buraxılması üçün komandanlıq qarşısında vəsatət qaldırılmasını qərara almışdır. Qərar hərbi hissə komandirinə təqdim olunmuş və hərbi hissə komandiri verilmiş qərarla razılaşaraq mahhxhq əsgər İddiaçı “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılması üçün təqdim etmiş, nəticədə mahhxhq əsgər İddiaçı Cavabdeh komandirinin xx.xx.N2-ci il tarixli, 111 nömrəli əmri ilə ehtiyata buraxılmışdır. “Hərbi xidmətkeçmə haqqında”Əsasnamənin:

1. maddəsinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir.

2. maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətəçağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir.

156. maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar.

161. maddəsinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. Xidmət illəri hesablanarkən bu barədə hərbi qulluqçuya elan edilir. Hərbi qulluqçunun xidmət illərinin hesablanmasına görə etirazına baxılır və hərbi qulluqçunu ehtiyata buraxmağa təqdim etməzdən əvvəl bu barədə qərar qəbul olunur. Zəruri hallarda xidmətin ayrı-ayrı müddətlərinin hesablanması barədə mübahisələr Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müzakirəsinə çıxarılır.

168. maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun:

3. maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.

4. maddəsinə əsasən hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. 30.1 maddəsinə əsasən hərbi qulluqçular hüquq pozuntuları törətmək üstündə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə məsuliyyət daşıyırlar. Hərbi rütbəsindən və xidmət vəziyyətindən asılı olmayaraq hərbi qulluqçular qanun qarşısında bərabərdirlər. Göründüyü kimi, hazırki iş üzrə İddiaçı hərbi xidmətə uyğun olmadığından, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı əmrin ləğv edilməsi və işə bərpa barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.

Nəticəvi h i s s ə:

Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdeh qarşı əmrin ləğv edilməsi və işə bərpa barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar