Məhkəmə qərarları › İş №2-1(114)-1491/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1491/2023

03.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1491/2023 03.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5, Üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X12, X18 və Gəncə Şəhər İcra Hakimiyyəti) qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-22/2009 saylı qətnaməsinə əsasən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, 1-ci döngə, bina 9, mənzil 22-də onun və oğlu X3 müəyyən edilmiş paylarının 25,76 kv.m təşkil edən iki otağın üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Dövlət mənzil fonduna aid olan yaşadığı Gəncə şəhəri Azərbaycan Bayrağı 1-ci döngə, bina 9, 22 saylı 5 otaqlı mənzil — onun və ögey qohumları ilə aralarında - Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)-22/2009 saylı qətnaməsinə əsasən, iki hissəyə bölünərək - hər birinin sahəsi 17,2 kv.m təşkil edən, 3 otağına dair şəxsi hesab vərəqəsinin analığı X6, hər birinin sahəsi 12.88 kv.m təşkil edən 2 otağına dair şəxsi hesab vərəqəsinin onun adlarına açılması qət edilmişdir. Həmin qətnaməyə uyğun olaraq, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 71 saylı, 01 sentyabr 2010-cu il tarixli sərəncamı ilə sözügedən mənzilin şəxsi hesab vərəqəsində müvafiq dəyişiklik edilməsi - Gəncə şəhər Mənzil Kommunal X4nin (MKTİBnin) rəhbərliyinə tapşırılmışdır və bununla da MKTİB adlarına müvafiq şəxsi hesabdan çıxarışlar təqdim etmişdir, həmçinin 50 ildir ki, yaşadığı sözügedən mənzildəki müvafiq qətnamə və sərəncam ilə müəyyən edilmiş payına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş 01 saylı, xx.xx.2023cü il tarixli onun adına kirayə müqaviləsi mövcuddur. Yaşadığı daşınmaz əmlak üzərində hüquqlarının Dövlət qeydiyyatına alınması məqsədilə cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, X12 və X18 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışı iclası 03 oktyabr 2023-cü il tarixə təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, Muradova Јаlə Fərman qızının xx.xx.2010-cu il tarixli, 71 saylı sərəncamın mənzil üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün əsas hesab edilmədiyi, həmçinin arxiv arayışı ilə təqdim edilmiş xx.xx.1972-ci il tarixli, 63 saylı orderdə Muradova Јаlə Fərman qızının adının qeyd edilmədiyi müəyyən edilmişdir. Təqdim olunmuş sərəncam əsasında mənzil üzərində istifadə hüququnun qeydiyyata alınması qanunauyğundur. Aparılan araşdırma zamanı, Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 71 saylı sərəncamına əsasən, Gəncə şəhəri, Tağı Arani küçəsi, 1-ci döngə, 9 nömrəli (keçmiş KirAz yaşayış massivi 12) binanın ümumi sahəsi 105,6 kv.m, o cümlədən dəhliz 15,1 kv.m, mətbəx 9,64 kv.m, hamam 23 kv.m, tualet 1,5 kv.m və yaşayış sahəsi 77,36 kv.m olan 22 nömrəli 5 otaqlı mənzilinin ümumi sahəsi 51,6 kv.m təşkil edən hər birinin ölçüsü 17,2 kv.m olmaqla üç otağına dair şəxsi hesab vərəqəsinin X6 adına, Gəncə şəhəri Tağı Arani küçəsi, 1-ci döngə, 9 nömrəli binanın 22 nömrəli mənzilinin ümumi sahəsi 22,76 kv.m təşkil edən hər birinin ölçüsü 12,88 kv.m olmaqla iki otağına dair şəxsi hesab vərəqəsinin Muradova Јаlə Fərman qızının adına açılması qərara alınmışdır. Həmin sərəncamda Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə qərar qəbul edildiyi qeyd olunmuşdur. Qətnamə ərazi idarəsinə daxil olmamışdır. Mənzil-Kommunal X4 11 saylı Mənzil-İstismar sahəsi tərəfindən həmin mənzilə dair xx.xx.2013-cü il tarixli, 348 saylı arayış-forma-2 verilmişdir. X1, X8 və X9 mənzildə yaşamaq hüquqlarının olduğu qeyd edilmişdir. X13 və X14 mənzilin X6 adına özəlləşdirilməsinə etiraz etməmələri barədə notarial qaydada təsdiq edilmiş razılıq ərizələri vermişlər. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2-1-4(84)-457/12 saylı qərarı ilə Gəncə şəhəri, Tağı Arani küçəsi, 1-ci döngə, 9 saylı binanın 22 saylı mənzilinin sahələri 12 kv.m olan 2 (iki) otaqlı Muradova Јаlə Fərman qızının payı müəyyən edilməklə və sahələri 17,2 kv.m olan 3 (üç) otaqlı X6 payı müəyyən edilməklə X6 və İddiaçı adlarına paylı mülkiyyət kimi qeydə alınmasının DƏDRX-nin Gəncə (3 saylı) Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 19 noyabr 2012-ci il tarixli, 2-1(104)-147/12 saylı qərarı ilə iş üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2012-ci il tarixli, 2-1-4(84)-457/12 saylı qərarı İddiaçı payının müəyyən edilməsi və İddiaçı adına paylı mülkiyyət kimi qeydə alınmasının DƏDRX-nin Gəncə (3 saylı) Ərazi İdarəsinə həvalə edilməsi hissəsində ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 19 noyabr 2012-ci il tarixli, 2-1(104)-147/12 saylı qərarı 19 dekabr 2012-ci il tarixində qanuni qüvvəyə minmiş və icra edilməsi üçün xx.xx.2013-cü il tarixdə DƏDRXnin Gəncə (3 saylı) Ərazi İdarəsinə daxil olmuşdur. Qətnamə icra olunaraq ümumi sahəsi 106,6 kv.m, yaşayış otaqların sayı 5 olan Gəncə şəhəri, Kəpəz rayonu, Tağı Arani küçəsi, 1-ci döngə, ev 9, mənzil 22 üzərində X6 və Muradova Јаlə Fərman qızının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, **********65-05101-093026 reyestr nömrəli çıxarış verilmişdir. Mənzil vahid əmlak olduğu və naturada bölünməsi mümkün olmadığı üçün ümumi birgə mülkiyyət hüququ kimi qeydiyyat aparılmışdır. Qeyd olunan mənzilə müayinə baxışı keçirilə bilmədiyi üçün texniki pasportun verilməsinin məqsədə uyğun sayılmaması barədə ərazi idarəsinin əməkdaşları tərəfindən xx.xx.2013-cü il tarixində akt tərtib edilmişdir. İddiaçı X12 cavabdeh Muradova Јаlə Fərman qızına qarşı iddia ərizəsi ilə Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, T.Arani küçəsi, 1-ci döngə, 9 nömrəli evin 22 nömrəli mənzilində cavabdehlə hər birinə düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)- 1196/2014 saylı qətnaməsi ilə, Gəncə şəhəri Kəpəz rayonu, Tağı Arani küçəsi 1-ci döngə 9 nömrəli evin 106,6 kv.m olan 22 nömrəli mənzilinə iddiaçı X6 payı 2/3 hissədə müəyyən edilmişdir. Qətnamə xx.xx.2017-ci il tarixində qanuni qüvvəsini almışdır və icra edilməsi üçün 3 saylı Ərazi İdarəsinə göndərilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1196/2014 saylı qətnaməsi icra olunaraq Gəncə şəhəri Kəpəz rayonu, Tağı Arani küçəsi 1-ci döngə 9 nömrəli evin 106,6 kv.m olan 22 nömrəli mənzilin 2/3 hissəsi üzərində X6, 1/3 hissəsi üzərində Muradova Јаlə Fərman qızının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2014cü il tarixli, **********65-05101-093026 reyestr nömrəli çıxarış verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-1948/2016 saylı qətnaməsinə əsasən, cavabdeh Muradova Јаlə Fərman qızının apellyasiya şikayəti təmin edilməmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1196/2014 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2(102)-2395/2017 saylı qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(104)-1948/2016 saylı qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-2311/2017 saylı qətnaməsi ilə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(043)-1196/2014 saylı qətnaməsi ləğv edilmiş, X6 cavabde İddiaçı qarşı Gəncə şəhəri, T.Arani küçəsi 1-ci döngə, 9 nömrəli evin 22 nömrəli mənzilindən cavabdehlə hər birinə düşən payın müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 28 avqust 2017-ci il tarixli, 2(104)-2311/2017 saylı qətnaməsi və icra vərəqəsi icra edilməsi üçün 29 iyul 2020-ci il tarixində 3 saylı Gəncə Ərazi İdarəsinə daxil olmuşdur. İcra sənədi icra olunaraq Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü İl tarixli, 2(043)-1196/2014 saylı qətnaməsi əsasında Gəncə şəhəri Kəpəz rayonu, Tağı Arani küçəsi 1-ci döngə 9 nömrəli evin 106,6 kv.m olan 22 nömrəli mənzilini 2/3 hissəsinə dair X6, 1/3 hissəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə verilmiş, xx.xx.2014-cü il tarixli, **********65-05101-093026 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Üçüncü şəxs X12 iddia tələbinə etiraz edərək tələbin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər üçüncü şəxslərə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, X7 və X18 məhkəmə iclasında iştirak etməmiş, Gəncə Şəhər İcra Hakimiyyəti isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə sonuncuların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Kəpəz Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(043)- 22/2009 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri, T.Arani küçəsi, 1-ci döngə, 9 saylı binanın 22 saylı mənzili hissəyə bölünərək sahələri 12,88 kv.m olan 2 otaq azyaşlı oğlu ilə birlikdə İddiaçı, sahələri 17,2 kv.m olan 3 otaq uşaqları Lalə və Vaqiflə birlikdə X6 istifadəsinə verilməklə adlarına ayrıca şəxsi hesab açılması qərara alınmışdır. -işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 71 nömrəli sərəncamından görünür ki, Gəncə şəhəri, T.Arani küçəsi 1-ci döngə 9 nömrəli binanın 22 nömrəli mənzilinin ümumi sahəsi 25,76 kv.m təşkil edən hər birinin ölçüsü 12,88 kv.m olmaqla iki otağına dair şəxsi hesab vərəqəsi İddiaçı adına açılması qərara alınmışdır. -işə əlavə edilmiş Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X4nin xx.xx.2023-cü il tarixli, **********102 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, Azərbaycan bayrağı döngə 1, ev 9, mənzil 22 ünvanı, iki otaq, sahəsi 25,76 kv.m olub ailə tərkibi İddiaçı və X2 ibarətdir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X11 xx.xx.2022-ci il tarixli, 1448(984)/4 nömrəli arxiv arayışından görünür ki, xx.xx.1972-ci il tarixli, 68 nömrəli orderlə KirAz yaşayış massivi, ev 12, 22 nömrəli mənzil (5 otaq, sahəsi 76,36 kv.m) yaşamaq hüququ ilə X15 və ailə üzvlərinə (Muradova Cavahir, Muradova Əfruz, Muradova Rahilə, Muradov Natiq, Muradov Sahib, Muradov Fərman, Bayramova Zərifə, Sadıxova Musala və Əhmədova Mələk) verilmişdir. -işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 1 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsindən görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4 ilə İddiaçı arasında Gəncə şəhəri, Taqi Arani küçəsi, 1-ci döngə, bina 9, 22 nömrəli mənzildə yerləşən yaşayış sahəsi 25,76 kv.m olan 2 otaqlı yaşayış sahəsində yaşamaq üçün müqavilə bağlanılmışdır. -işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********57 nömrəli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-5609/2023 nömrəli məktubu; -Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(104)-2311/2017 saylı qətnaməsi; -xx.xx.2014-cü il tarixli, **********65-05101-093026 reyestr nömrəli və xx.xx.2013-cü il tarixli, **********65-05101-093026 reyestr nömrəli çıxarışların surəti; -Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü İl tarixli, 2(043)-1196/2014 saylı qətnaməsi; -Gəncə Apellyasiya Məhkəməsinin 19 noyabr 2012-ci il tarixli, 2-1(104)-147/2012 saylı qərarının surəti; -Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 29 iyun 2012-ci il tarixli, 2-1-4(84)-457/2012 saylı qərarının surəti; Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinəşamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid edilmişdir. 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi əsasında Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 71 nömrəli sərəncamı ilə Gəncə şəhəri, T.Arani küçəsi 1-ci döngə 9 nömrəli binanın ümumi sahəsi 105,6 kv.m olan 22 nömrəli mənzilin iddiaçının adına mənzilinin ümumi sahəsi 25,76 kv.m təşkil edən hər birinin ölçüsü 12,88 kv.m olmaqla iki otağına dair şəxsi hesab vərəqəsi açılmışdır. İddiaçı hazırda mənzilin adına şəxsi hesab vərəqəsi açılmış 25,76 kv.m hissəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsindəşəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatıəmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə vəəsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestr nömrəsi (reyestr nömrəsi) - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq zamanca və Azərbaycan Respublikasının ərazisində dəyişməyən, təkrarolunmaz, daşınmaz əmlak obyektinin vahid şəkildə olduğunu göstərən nömrədir. Həmin Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Qeyd edilən Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. İşin faktiki hallarından da görünür ki, iddiaçı vahid mənzilin bir hissəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına alınmasını tələb edir ki, həmin tələb də qanunvericiliyin yuxarıda sadalanmış normalarına əsasən mümkün deyil. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X7, X12, X18 və Gəncə Şəhər İcra Hakimiyyəti) qarşı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar