Məhkəmə qərarları › İş №2-1(114)-1494/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1494/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1494/2020 01.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X8, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X15 X16 Tərtər rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyində görə ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X15 Tərtər rayon şöbəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etdiyinə görə 56 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X11 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyində görə ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X15 X16 Tərtər rayon filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2- 1(114)-1494/2020 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Tərtər rayonu keçmiş “M.Ə.Sabir” adına narçılıq sovxozunda fəhlə işləmş və sağlamlıq imkanları məhdud xx.xx.1989-cu il təvəllüdlü qızı X1 yaşınadək tərbiyə etmişdir. Həmin illərin sosial sığorta stajına daxil edilməsi və xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar ərizə ilə inzibati orqan Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X12 Tərtər rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmiş və bu barədə ona imtina məktubu da verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi X11 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərəkİddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1993cü il tarixədək Tərtər rayonu keçmiş “M.Ə.Sabir” adına narçılıq sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyində görə ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsimim Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X15 X16 Tərtər rayon filialının üzərinə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehAzərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X15 X16 Tərtər rayon filialının etibarnamə üzrə nümayəndəsi X9 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyi illərə dair əmək kitabçası olmadığı üçün ona pensiya təyin edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: İddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti ; Nikahın bağlanmması haqqında xx.xx.1988-ci il tarixli, 350866 nömrəli şəhadətnamənin surəti; Doğum haqqında xx.xx.1989-cu il tarixli, 330973 nömrəli şəhadətnamənin təsdiq edilmiş surəti; M.Ə.Sabir adına narçılıq sovxozunun əmrlər kitabından çıxarışın təsdiq edilmiş surəti; xx.xx.1989-cu il təvəllüdlü qızı X5 xəstəliyin təsdiq edən sənədlərin surətləri ; Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X12 Tərtər rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********1 nömrəli məktubu. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia mahiyyəti üzrə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin 1-ci bəndinə əsasən hər kəsin sosial təminat hüququ vardır. 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 149-cu maddəsinin 1-ci və 3-cü hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir məhdudiyyət olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi yanında Dövlət X12 Tərtər rayon şöbəsinə ərizə ilə müraciət edərək onun xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Tərtər rayonu keçmiş “M.Ə.Sabir” adına narçılıq sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyəetdiyində görə ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat onun işlədiyi illərin əmək kitabçasına qeyd edilmədiyini əsas gətirərək tələbi təmin etməkdən imtina etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsin əsasən əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Belə ki, iş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Tərtər rayon Dövlət Arxivi tərəfindən verilmiş Tərtər rayonu keçmiş “M.Ə.Sabir” adına narçılıq sovxozunun əmrlər kitabından xx.xx.1979-cu il tarixli, 111 nömrəli və xx.xx.1991-ci il tarixli, 197 nömrəli əmrlərdən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Tərtər rayonu keçmiş “M.Ə.Sabir” adına narçılıq sovxozunda fəhlə işləmişdir. Həmçinin, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını 8 yaşınadək tərbiyə etmiş qadınlar 55 yaşına çatdıqda azı 10 il sığorta stajına malik olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan 18 saylı Zona X2 müayinə aktından çıxarışdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü X7 uşaqlıqdan müddətsiz İ qrup əlillik dərəcəsi verilmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq olunan Tərtər Rayon İcra Hakimiyyəti başçısının Hüsənli kənd inzibati ərazi dairəsi üzrə Nümayənlədiyinin xx.xx.2018-ci il tarixli, 315 nömrəli arayışından görünür ki, İddiaçı 19896-cu ildə anadan olmuş qızı, serebral iflic xəstəsi olan (anadangəlmə) X7 anadan olandan hal-hazıra qədər xidmət edir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh (inzibati orqan) Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X15 X16 Tərtər rayon filialı iddiaçının arxiv arayışına əsasən işlədiyiillərin sosial sığorta stajına daxil edilməsi, sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyində görə ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etməsi ilə sonuncunun konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı,İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Tərtər rayonu keçmiş “M.Ə.Sabir” adına narçılıq sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyində görə ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X15 X16 Tərtər rayon filialının üzərinə üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1991-ci il tarixədək və xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Tərtər rayonu keçmiş “M.Ə.Sabir” adına narçılıq sovxozunda fəhlə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyində görə ona xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və X10 Nazirliyi tabeliyində Dövlət X15 X16 Tərtər rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkə mə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar