Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1494/2024 03.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, N05) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-2300 nömrəli arxiv arayışında görünür ki, İddiaçı Tovuz RHK-dan çağırılmış, N973-cü il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N2-ci il tarixli 8 №-li əmrilə (əsas: səh-23, sıra-8) şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilərək "sıravi" hərbi rütbəsi verilməklə baş sürücü vəzifəsinə təyin olunmuşdur. Ailə vəziyyəti ilə əlaqədar olaraq məzuniyyətə göndərilmiş sıravi İddiaçı N №li hərbi hissə komandirinin N oktyabr N2-ci il tarixli 74 №-li əmrilə (əsas: səh-44, §-2) qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N yanvar N3-cü il tarixli 2 №-li əmrilə (əsas: səh-20, §-2, sıra-7) sıravi İddiaçı "çavuş" hərbi rütbəsi verilərək müvafiq vəzifəyə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli N88 №-li əmrilə (esas: səh-9, §-2, sıra-3) sürücü, sıravi İddiaçı Füzuli şəhərinə ezamiyyətə göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N sentyabr N3-cü il tarixli 227 №-li əmrilə (əsas: səh-26, §-N, sıra-25, qeyd: əmrdə ezamiyyətdən qayıtdığı yer göstərilməmişdir) sürücü, sıravi əsgər İddiaçı ezamiyyətdən qayıtdığı üçün qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin N0 oktyabr N3-cü il tarixli 262 №-li əmrilə (əsas səh-NN, §-N, sıra-2, əmrdə hərbi rütbəsi "çavuş" yazılmışdır) sürücü, çavuş İddiaçı Cəbrayıl rayonuna ezamiyyətə göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin N5 oktyabr N3-cü il tarixli 267 №-li əmrilə (əsas səh-32, §-8, sıra-3) sürücü, sıravi əsgər İddiaçı Cəbrayıl rayonundan ezamiyyətdən qayıtdığı üçün qazan təminatına qoyulmuşdur. N №-li hərbi hissə komandirinin N8 noyabr N3-cü il tarixli 30N №-li əmrilə (əsas səh-N7, §-4, sıra-4, əmrdə hərbi rütbəsi "kiçik çavuş" yazılmışdır) sürücü, kiçik çavuş İddiaçı Beyləqan rayonuna ezamiyyətə göndərildiyi üçün qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin 0N aprel N4-cü il tarixli 9N №-li əmrilə (əsas: səh-N0, §-9, sıra-N9, əmrdə hərbi rütbəsi "çavuş" yazılmışdır) çavuş İddiaçı tağım komandirinin müavini vəzifəsindən azad olunaraq bölmə komandiri vəzifəsinə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etdiyi üçün sürücü, sıravi əsgər İddiaçı - Səmərxan oğlu N №-li hərbi hissə komandirinin N dekabr N4-cü il tarixli 347 N№-li əmrilə (əsas: səh-28, §-N6, sıra-2) qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin NN may N5-ci il tarixli N29 №-li əmrilə (əsas: səh-38, §-8, sıra-2) sürücü, sıravi əsgər İddiaçı Tovuz rayonunda yerləşən N93 №-li hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Qeyd olunur ki, 250№-li hərbi hissə komandirinin may N5-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı tərxis olunması və 8N2 №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır.
2. İddiaçı məxsus xx.xx.2003-cü il tarixli AO №049N859 hərbi biletin 2N-ci səhifəsində xüsusi qeydlər olan hissəsində görünür ki, İddiaçı itirilmiş hərbi bilet əvəzinə yeni hərbi bilet verilir. Azərbaycan Respublikası Bakı Qarnizon Hərbi Məhkəməsinin hökmü ilə CM-in 24N-ci maddənin A bəndinə əsasən təqsirli bilinib 4 il azadlıqdan məhrum edilmişdir. Həmin məcəllənin 4N-ci maddəsi ilə təyin edilmiş cəza 2 il sınaq müddəti ərzində şərti hesab edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2023-cü il tarixli 2/2-N0394 nömrəli məktubda görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivini xx.xx.2023-cü il tarixli 4/2-2300 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətə göndərilməyi döyüş tapşırığının icrası ilə əlaqədar olmadığına görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. II. Məhkəmədə icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı N2-ci ildə hərbi xidmətə çağrılaraq Bakı şəhəri Binəqədi rayonu N nömrəli Hərbi Hissədə xidmətə başlamışdır. Vəzifsi atıcı olub. Onun xidmət etdiyi Həbri Hissə yalnız Avtopark idi. O, xidmətdə fərqləndiyinə görə ona çavuş rütbəsi verildi. Sonra isə onu sürücü təyin etdilər. Daha sonra o, baş sürücü təyin olundu. İddiaçının istifadəsində "Kamaz" markalı hərbi maşın verilmişdi. Sürücü təyin olunduqdan sonra iddiaçı Döyüş bölgələrinə ezamiyyətə göndərilməyə başlamışdır. Onun ilk ezamiyyəti Laçın-Kəlbəcər rayonu istiqamətində olub. 2 ay orda qalıbdır. Sonra ordan o, Sərsəng su anbarının yanına getmişdir. Ümidli kəndində N ay olub. Sonra Laçın rayonu Ərikli-Əliqulular kəndinə "qrad" mərmisi aparıbdır. Sonra Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan istıqamətində onun ezamiyyətləri olub. Həmin bölgələrdə iddiaçı ağır döyüşlərdə iştirak etmişdir. Horadizin azad olunmasında iştirak etmişdir. Şair Ramaldanovun komandanlığı altında döyüş tapşırığını yerinə yetirən zaman iddiaçının sürdüyü "Qrad" tipli raket qurğusu quraşdırılmış "Kamaz" markalı avtomaşın vurulmuş və o ağır xəsarətlər almışdır. Sonra iddiaçını Qubadlıya ezam ediblər. Qubadlı rayonu işğal olunan zaman iddiaçı bir neçə əsgərlə birlikdə İran Respublikasının ərazisinə keçməli olublar. N5 gün sonra onları İmişli rayonunda geri təhvil veriblər. İddiaçı Qazax rayonunda da ezamiyyətdə olmuş,6 ay orada qalmışdır. O, Tovuz rayonuna ezam olunan zaman xəstələnib qospitalda yatmışdır. Bununla bağlı iddiaçının xidmət etdiyim hərbi hissəyə xəstəlik tarixçəsindən çıxarış verilib. Həmin çıxarışın surətini ərizəyə iddiaçı əlavə edib. Hər dəfə ezamiyyətə gedən zaman ona verilən ezamiyyət vərəqələrini qayıdan zaman xidmət etdiyi Hərbi Hissəyə təqdim edirdi. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə müraciət etmiş və 08 may 2023cü il tarixli Arxiv arayışında onun N nömrəli Hərbi Hissədə xidməti və həmin hərbi hissədən Füzuli, Cəbrayıl, Beyləqan, Tovuz rayonuna ezamiyyətə göndərildiyi qeyd edilmişdir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
7. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
8. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.N. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.N. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.N.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.N.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
9. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.20N9-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
11. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
12. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
13. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
14. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.
15. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
16. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, N2 may N4-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığın yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarda iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı adının və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, o, N2-ci ildə xidmətə çağırılaraq Bakı şəhəri, Binəqədi rayonu, N nömrəli hərbi hissədə xidmətdə olmuş, sürücü kimi təyin edilmiş və onun istifadısinə "Kamaz” markalı hərbi maşın verilmişdir. İlk ezamiyyəti Laçın-Kəlbəcər rayonu istiqamətində olub.Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 08 may 2023-cü il tarixli 4/2-2300 nömrəli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətə göndərilməsi döyüş tapşırığının icrası ilə əlaqədar olmamışdır. Bu əsaslarla Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın N4 noyabr 2023- cü il tarixli 2/2-N0394 nömrəli məktubu ilə N7 oktyabr 2023-cü il tarixli iclasında XN ərizəsinə baxılmış və onun barəsində müsbət qərar qəbul edilməmişdir. Qanunvericiliyinin tələblərinə əsasən "N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
18. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-2300 nömrəli arxiv arayışı; - İddiaçıya məxsus xx.xx.2003-cü il tarixli AO №049N859 hərbi bilet; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin xx.xx.2023-cü il tarixli 2/2-N0394 nömrəli məktub.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
19. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
20. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətə göndərilməsi döyüş tapşırığının icrası ilə əlaqədar olmadığından cavabdeh orqan tərəfindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
21. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun N nömrəli hərbi hissədən ezamiyyətə göndərilməsi döyüş tapşırığının icrası ilə əlaqədar olmamışdır.
22. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.
23. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
24. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə N4. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd N. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4 cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.
27. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.
28. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N8-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd N.6. NN-ci il oktyabrın 9-dan N4-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.
29. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun N nömrəli hərbi hissədən ezamiyyətə göndərilməsi döyüş tapşırığının icrası ilə əlaqədar olmamışdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.
30. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N4-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür.
31. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
32. Belə ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi bileti ilə yanaşı, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da vacib şərtdir, hansı ki, iddiaçının nə hərbi bileti, nə də hərbi xidmətin başa çatması ilə hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması barədə sənədlər mövcud deyildir.
33. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.
34. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.N. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
35. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə:
36. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva