Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1495/2024 05.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birdəfəlik müavinətin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birdəfəlik müavinətin ödənilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, azadlıqdan məhrumetmə növündə cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra verilən birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddətdə Rusiya Federasiyasında azadlıqdan məhrumetmə növündə cəza çəkmişdir. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxsləri sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müavinət almaq üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondudnun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 15 avqust 2023-cü il tarixli 3-17-1/2-Z-184206/2023 saylı məktubla müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, cəzaşəkmə müəssisəsindn azad olunduqdan sonra 3 ay müddət ərzində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qaytımamışdır. Hesab edir ki, cavabdeh tərəfindən verilmiş imtina tam olaraq əsassızdır. O səbəbdən ki, həbsdəan azad edildikdən sonra sənədlərinin hazırlanması ilə bağlı uzun prosedurlar keçməli olmuşdur ki, bu da ondan asılı olmayaraq müəyyən müddət tələb edirdi. Ona görə də qanunla nəzədə tutulması iddia edilən 3 ay müddətində geri dönməyi mümkün olmamışdı. Ona görə də azadlıqdan məhrumetmə növündə cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra verilən birdəfəlik müavintin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını iddia edir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
5. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə gəlməmiş, gəlməməsinin mümkünsüzlüyü və ya üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında şifahi vəsatətlə çıxış edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial X4 xx.xx.2024-cü il tarixli çıxarışı təqdim etməklə, İddiaçı cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxs kimi 1200 manat məbləğində birdəfəlik müavinət 24 aprel 2024-cü il tarixində təyin edildiyini, yəni iddia tələbinin cavabdeh orqan tərəfindən təmin olunduğunu bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, iddiaçının tələbi azadlıqdan məhrumetmə növündə cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra verilən birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial X4 xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxs kimi 1200 manat məbləğində birdəfəlik müavinət 24 aprel 2024-cü il tarixində təyin edilmişdir.
11. Azərbaycan Respublikası İPM-nə görə: addə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
12. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birdəfəlik müavinətin ödənilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva