Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-150/2024 11.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X11, X6, X7 və X8) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Mixaylovka kəndi ərazidə olan 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslnadırılmışdır ki, Xanlar rayonu Mixaylovka Bələdiyyəsinin 14 noyabr 2005-ci il tarixli, 11 nömrəli qərarına əsasən keçmiş Xanlar rayonu (Göy-Göl rayonu) Mixaylovka kənd ərazisindən 0.10 ha torpaq sahəsi almış və buna müvafiq olaraq torpaq sahəsi ilə bağlı bütün sənədləri və mülkiyyət hüququları barədə şəhadətnaməni əldə etmişdir. Qeyd olunan torpaq sahəsi bələdiyyənin yarasız torpaq sahəsindən ayrılmışdır. Hüquqularının qeydiyyatını aparılması üçün 2022-ci ildə cavabdehə müraciət etmiş, cavabdeh isə torpaq sahəsi üzərində olan hüquqularının qeydiyyatını aparmaqdan imtina etmiş, imtinasının əsası kimi ayrılmış torpaq sahəsi üzərində başqa şəxsin hüquq ilə bağlı qeydiyyat aparıldığı və torpaq sahəsinin faktiki ölçüləri ilə torpaq sahəsinin ölçüləri uyğun gəlmədiyini qeyd etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, aparılan araşdırma zamanı, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.. Üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu və təqdm edilmiş digər sənədlərlə müəyyən olunur ki, iddiaçı hazırki iddia tələbi ilə Xanlar rayonu Mixaylovka Bələdiyyəsinin 14 noyabr 2005ci il tarixli, 11 nömrəli qərarına əsasən ona verilmiş 0.10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etmiş, cavabdeh isə həmin sahənin digər şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsini əsas gətirərək qeydə almaqdan imtina etmişdir. İş üzrə verilmiş mütəxəssis rəyində bildirilir ki: -Göygöl (Xanlar) rayon Mixayılovka Bələdiyyəsinin 14 noyabr 2005-ci il tarixli, 11 saylı qərarı ilə İddiaçı satılmış 0.10 ha tropaq sahəsinə dair tərtib olunmuş, JN-289A (KOD ********) nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" şəhadətnamədə həmin torpaq sahəsinin koordinatları və qonşu torpaq sahələri qeyd olunmamış, eyni zamanda həmin torpaq sahəsi torpaq islahatı əsasında tərtib olumuş ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmamışdır. -**********44 reyest nömrəli çıxarışa əsasən X2 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə dair plan və ölçü sənədi mövcud olmadığından araşdırma zamanı elektron kadastr baza materiallarına əsaslanılmışdır. Elektron kadastr baza materiallarına istinadan **********44 reyest nömrəli çıxarışa əsasən X3 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinat və konfiqurasiyası həmin çıxışın verilməsinə əsas olmuş ilkin sənədlərə uyğundur. **********54 reyestr nömrəli çıxarışa əsasən X4 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinat və konfiqurasiyası həmin çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlərə uyğundur. **********47 reyestr nömrəli çıxarışa əsasən X9 mülkiyyətində olan 0.12 ha torpaq sahəsinin koordinat və konfiqurasiyası həmin çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlərə uyğundur. X5 mülkiyyətində olan 0.56 ha torpaq sahəsinə dair **********77 reyestr nömrəli çıxarış, JN-120 (KOD ********) saylı "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktı əsasında verilmişdir. **********77 reyestr nömrəli çıxarışın AA 001126 nömrəli Plan və ölçü sənədində qeyd olunan koordinatlarla, JN-120 (KOD ********) saylı "Torpağa Mülkiyyət Hüququna Dair" Dövlət Aktında göstərilən və torpaq islahatı əsasında hazırlanmış ərazinin kompleks yerquruluşu layihəsində öz əksini tapmış torpaq sahəsinin naturada yerləşmə vəziyyətinin koordinatları uyğun deyildir. -İddiaçı naturada təqdim etdiyi faktiki sahə, 0.08 ha təşkil edir. -İddiaçı naturada təqdim etdiyi faktiki sahə dövlət mülkiyyətinə aid meşə zolağında yerləşir. Torpaq sahəsi üzərində tikili və qurğu mövcud deyildir. Torpaq sahəsinin 0.027 ha hissəsi X5 mülkiyyətində olan torpaq sahəsinə dair **********77 reyestr nömrəli çıxarışın AA 001126 nömrəli Plan və ölçü sənədində göstərilən sahə ilə üst-üstə düşür. Bundan əlavə İddiaçı naturada təqdim etdiyi faktiki sahə elektron kadastr baza materiallarına istinadən X10 adına qeyd olunmuş torpaq sahəsi ilə üst-üstə düşür. Elektron baza materiallarında X10 adına qeyd olunmuş torpaq sahəsinin kadastr nömrəsi **********0130 qeyd olunmuşdur. X1 adına həmin torpaq sahəsinə dair plan və ölçü sənədi 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərində aşkarlanmadı. -Rəy hazırlanarkən, 3 saylı Gəncə Ərazi İdarəsinin istifadəsində olan elektron baza materiallarında mövcud olan, Göygöl (Xanlar) rayonu Yen Zod kəndi ərazisində aparılmış torpaq islahatı əsasında hazırlanmış 2000-ci il tarixli ərazinin kompleks yerquruluşu layihəsi, Göygöl (Xanlar) rayonu Mixayılovka bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilən torpaqların 2006-cı il tarixli yerquruluşu (KOD ********) sxeminə, mülki iş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlərə və arxiv sənədlərinə istinad edilmişdir. Göründüyü kimi hazırki vəziyyətdə iddiaçının qeydə alınmasını tələb etdiyi sahə üzrə yüklülük (üst-üstə düşmə halı) aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün deyil. Həmçinin iddiaçıya izah olunur ki, yuxarıda qeyd olunan üçüncü şəxslərin mülkiyyət hüququna dair sənədlər ləğv edildiyi təqdirdə qeydə alınmasını tələb etdiyi torpaq sahəsinin yüklülükdən azad edilməsi baxımından hazırki iddiaya baxılmasına zərurət aradan qalxa bilər. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-150/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-150/2024
11.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver