Məhkəmə qərarları › İş №2-1(114)-1500/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1500/2020

04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1500/2020 04.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, iddiaçı X1 nümayəndəsi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X5rşı Şəmkir rayon X2 xx xxxxxx 2002-ci il tarixli 89 saylı protokoluna əsasən Şəmkir rayon Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2002-ci il tarixli aktı ilə torpağın X3 verilməsi, həmin torpaq sahəsinin X3 məxsus olmasının tanıması və 1,20 ha torpaq sahəsindən istifadə etməsinə maneçılık törətməməsi, X3 vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında baxaraq, müəyyən etdi: İddiaçı X1 nümayəndəsi İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X5rşı iddia ərizəsi ilə müraciət edərək, Şəmkir rayon X2 xx xxxxxx 2002-ci il tarixli 89 saylı protokoluna əsasən Şəmkir rayon Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2002-ci il tarixdə qəbul edilmiş inzibati aktın müəyyən edilməsi və qanunauyğunluğunun yoxlanılmasına dair tələblə məhkəməyə müraciət etmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən xx.xx.2020-ci il tarixli məktubla iddiaçının nümayəndəsinə iddia tələbinin münasib iddia tələbi ilə əvəz olunmasında yardım göstərmiş, öhdəliyin icrası haqqında iddia növünün hüquqi marağına daha aydın olması və bu cür iddia növünün mümkünlük şərtləri onun nəzərinə çatdırılmışdır. Bundan sonra iddiaçının nümayəndəsi tələbini dəyişərək cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X5rşı Şəmkir rayon X2 xx xxxxxx 2002-ci il tarixli 89 saylı protokoluna əsasən Şəmkir rayon Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2002-ci il tarixli aktı ilə X3 verilmiş torpaq sahəsinin iddiaçıya verilməsi barədə qərar qəbul olunması, həmin torpaq sahəsinin ona məxsus olmasının tanınması, 1,20 ha torpaq sahəsindən istifadə etməsinə maneçılık törədilməməsi, öhdəlik pozulması nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələblərini irəli sürmüşdür. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, ilkin və sonrakı iddia ərizələrinin məzmunundan görünür ki, iddiaçının hüquqi marağı yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərə əsasən sözügüdən torpaq sahəsinə hüquqlarının qeydiyyata alınmasına, 1,20 ha torpaq sahəsinin istifadəsi ilə əlaqədar maneçiliyin aradan qaldırılmasına yönəlmişdir. Məhkəmə yuxarıda qeyd olunan xx.xx.2020-ci il tarixli məktubla bu cür tələbin mümkünlük şərtini, yəni ilk öncə cavabdeh inzibati orqana ərizə ilə müraciət etməli olmasını onun diqqətinə çatdırsa da, lakin yol verilən formal xəta aradan qaldırılmamış, habelə natamam faktiki məlumatlar tamamlanmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1 maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı X1 nümayəndəsi İddiaçının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X5rşı Şəmkir rayon X2 xx xxxxxx 2002-ci il tarixli 89 saylı protokoluna əsasən Şəmkir rayon Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2002-ci il tarixli aktı ilə torpaq sahəsinin X3 verilməsi barədə qərar qəbul olunması, həmin torpaq sahəsinin ona məxsus olmasının tanınması, 1,20 ha torpaq sahəsindən istifadə etməsinə maneçilik törədilməməsi, öhdəlik pozulması nəticəsində ona vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan:Gəncə şəhəri, H.Əliyev pr 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar