Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1500/2023 28.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı dövlət qulluğunda ehtiyat kadr siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 2006-cı ilin may ayından xx.xx.2008-ci il tarixədək ehtiyat kadr siyahısına daxil edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2006-cı ilin aprel ayında Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant dövlət qulluğu vəzifələrinə qəbulla əlaqədar müvafiq dövlət qulluğunu idarəetmə orqanı tərəfindən elan edilən müsabiəqədə iştirak etmişdir. Hər iki mərhələdən 2006-cı ilin may ayında keçərək müsabiqədə müvəffəqiyyət qazanmışdır. Ancaq o işlə təmin edilməmişdir. Dəfələrlə müraciət etsə də müsbət nəticə olmamışdır. Müsabiqənin nəticələrinə əsasən xx.xx.2008ci ildə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Baş Məşğulluq İdarəsinin Daşkəsən rayon Məşğulluq Mərkəzinə baş mühasib təyin olunmuşdur. 30 iyul 2020-ci ilədək həmin vəzifədə çalışmışdır. Yenidən xx.xx.2021-ci il tarixdə vakant dövlət qulluğu vəzifəsi tutumaq üçün X5 tərəfindən elan edilmiş ümumi müsahibədə iştirak etmək üçün müraciət etmişdir. Ancaq həmin müsahibədə iştirak üçün 2006-cı ilin may ayından xx.xx.2008-ci ilədək olan müddət üçün ehtiyat dövlət qulluğu sıralarında qeydiyyatda olma barədə arayış tələb olunmuşdur. O bu haqda arayışı almaq üçün Dövlət Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hesab edir ki, imtina əsassız olmaqla onun dövlət qulluğu keçmə haqda qanunla müəyyən edilmiş hüquqları pozulmuşdur. Belə ki, dövlət qulluğu ilə bağlı qaydalara əsasən o dövlət qulluğuna qəbulla bağlı müsabiəqdə müsbət nəticə əldə etdiyi və bu əsasla işlə təmin edilmədiyi halda avtomatik olaraq ehtiyat kadr siyahısına daxil edilməlidir. Bu qeydiyyatın aparılması isə cavabdehin vəzifəsidir. Odur ki, 2006-cı ilin may ayından 05 fevral 2008-ci il tarixədək ehtiyyat kadr siyahısına daxil edilməyi öhdəliyini cavabdehin üzərinə vəzifə qoyulmasını iddia edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndəsi X1 nümayəndəsi iddiaya etiraz edərək bildirmişdir ki, həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2001-ci il tarixli 566 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsi ilə qəbul Qaydaları”nın 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati vəzifələrin altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr boşaldıqda müvafiq dövlət qulluğunu idarəetmə orqanı həmin vəzifələrin tutulması üçün müsabiqə elan edirdi. Həmin qaydaların 7.1-ci bəndinə əsasən sənədlərin qəbulu müsabiqə elan edilən gündən etibarən 30 gün ərzində müvafiq dövlət qulluğunu idarəetmə orqanı tərəfindən aparılırdı. 9-cu hissəyə əsasən test imtahanı Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirirdi. Qaydaların 11-ci hissəyə əsasən test imtahanını müvəffəqiyyətlə verən namizədlərə topladıqları ballar haqqında TQDK tərəfindən təsdiq edilmiş formada müvafiq arayış verilirdi. Namizədlərin tələbləri əsasında test imtahanının müxtəlif mərhələlərində topladığı ballara dair 2 gün müddətində arayış verilirdi. Test imtahanında mümkün olan baldan ən azı 80 faizini toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilirdi. Qaydaların 15-ci hissəsinə əsasən müvafiq dövlət qulluğunu idarəetmə orqanının rəhbəri ona təqdim edilən test imtahanının və söhbətin keçirilməsi barədə arayışa əsasən müsabiqənin yekununa dair müvafiq qərar qəbul edirdi. Elan olunmuş müsabiqədə iştirak edərək test imtahanından və söhbətdən müvəffəqiyyətlə keçmiş, boş vəzifəni tutmaq üçün müvafiq dövlət orqanına göndərilmiş, lakin boş vəzifəyə təyin edilməmiş şəxslər üç il müddətində dövlət qulluğunu idarəetmə orqanında ehtiyat kadr kimi saxlanılır və həmin müddət ərzində dövlət orqanlarında analoji vəzifə boşaldıqda, boş vəzifəyə təyin olunmaq üçün müvafiq dövlət orqanın göndərirdilər. Həmin dövrdə qüvvədə olan fərmandan da göründüyü kimi müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədin ehtiyat kadr kimi saxlanılmasını dövlət qulluğunu idarəetmə orqanı həyata keçirirdi. 16-cı hissəyə əsasən müvafiq dövlət qulluğunu idarəetmə orqanı və TQDK imtahanın keçirildiyi gündən bir ilədək müddətdə cavab kartlarının və söhbətlə bağlı sənədlərin saxlanılmasını təmin edir. Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2005-ci il tarixli 180 nömrəli “Azərbaycan Respublikasının Prezidenti yanında X3 üzrə Komissiyanın yaradılması haqqında” Fərman təsdiq edilmiş və Azərbaycan Respublikası Prezidentinin 2005ci il 3 iyun tarixli 247 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasının Prezidenti yanında X3 üzrə Komissiya haqqında Əsasnamə” təsdiq edilmişdir. Qeyd edilən əsasnamənin 9.5-ci bəndinə əsasən dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirmək və ondan səmərəli istifadə olunmasının təmin etmək Komissiyanın vəzifəsi kimi təsbit edilmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanın 5-ci hissəsinə əsasən Azərbaycan Respublikasının X5 dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X3 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmiş və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının X4 balansına verilmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən Nazirlik imtahanın nəticələri haqqında qərar qəbul etmək, həmçinin ehtiyat kadrlar siyahısını təsdiq etmək səlahiyyətinə malik olmamışdır. Odur ki, iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir : - İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti; - X4 xx.xx.2022-ci il tarixli, PHŞ/3-2-2022-554 nömrəli məktubu; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubu; - xx.xx.2008-ci il tarixli, 09/11-11 nömrəli, xx.xx.2009-cu il tarixli, 09/11-34 nömrəli və xx.xx.2009-cu il tarixli, 09/11-198 nömrəli əmrlərin surətləri; - TQDK-nın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərində işə qəbulla əlaqədar keçirilmiş test imtahanının nəticələri haqqında məlumatın surəti; Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyət baxımından da əsaslıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Həmin Qanunun 15-1.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. Həmin Qanunun 21.1.6-cı maddəsinə əsasən dövlət qulluqçuları üçün dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük təminatı verilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın 2-ci bəndinə əsasən Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Dövlət Reyestrinin yaradılmasında məqsəd dövlət qulluqçuları haqqında məlumatları toplamaq, təzələmək və təhlil etmək, onların qulluqda yüksəliş yolu ilə seçilməsi, yerləşdirilməsi, ixtisas dərəcələrinin artırılması məsələlərinin və dövlət qulluğu ilə bağlı digər məsələlərin həllində bu məlumatlardan istifadə etmək, müvafiq hallarda bu Qaydalarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada dövlət orqanlarını həmin məlumatlarla təmin etməkdir. Həmin Qaydaların 5-ci bəndinə uyğun Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X5 tərəfindən birgə aparılır. Həmin Qaydaların 12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 464 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlməkdə və ya dövlət orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsi Qaydası”nın 1-ci bəndinə əsasən bu Qayda dövlət qulluqçusunun (o cümlədən staj və ya sınaq müddətində olan şəxsin) “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.6-cı maddəsində nəzərdə tutulmuş üstünlüyünün həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və dövlət orqanının ləğvi, yaxud dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslərin ehtiyat kadr kimi saxlanılması və vakant vəzifəyə təyin edilməsi məsələlərini tənzimləyir. Həmin Qaydanın 8-ci bəndinə əsasən dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar dövlət qulluğuna xitam verilmiş şəxslər 2 il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və bu barədə Mərkəzə məlumat verilir. Müvafiq dövlət orqanında analoji vakant vəzifə yarandıqda həmin şəxslər 10 iş günü müddətində, bu Qaydanın 2-ci hissəsinə əsasən, vəzifəyə təyin edilməlidirlər və bu barədə Mərkəzə məlumat verilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsuluvə həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2008-ci il tarixdən bir il müddətinə stajçı kimi Daşkəsən rayon Məşğulluq mərkəzinin baş mühasibi vəzifəsinə təyin edilmiş, xx.xx.2009-cu il tarixdən altı ay müddətinə sınaq müddəti ilə həmin vəzifəyə qəbul edilmiş və xx.xx.2009-cu il tarixdən isə daimi dövlət qulluğuna qəbul edilmişdir. İşlədiyi dövrdə dövlət qulluğu haqqında qanunvericiliyə uyğun olaraq iddiaçıya xx.xx.2009-cu ildə “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi, xx.xx.2012-ci ildə “3-cü dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi və xx.xx.2014-cü ildə “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci ilədək dövlət qulluğu keçdiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, eyni zamanda dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 2.1.7-ci yarımbəndinin 1-ci abzasına əsasən Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları yanında yaradılan dövlət xidmətlərinin yerli bölmələrinin baş mühasib vəzifəsi inzibati vəzifələrin altıncı təsnifatına daxildir, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Baş Məşğulluq İdarəsi Daşkəsən Rayon Məşğulluq İdarəsi mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan dövlət xidməti statusunda olduğu üçün həmin idarədə baş mühasib vəzifəsi inzibati dövlət qulluğu vəzifəsidir. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifə inzibati dövlət qulluğu vəzifəsi olmuş, o, işlədiyi dövrdə ona “kiçik dövlət qulluqçusu”, “3-cü dərəcə dövlət qulluqçusu”, “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcələri verilmiş, onun dövlət qulluğuna “Dövlət qulluğu haqqında” Qanunun tələblərinə əsasən xitam verilmişdir, eyni zamanda iddiaçı işlədiyi dövrdə ixtisas dərəcəsinə və qulluq stajına görə vəzifə maaşına əlavələr almış, dövlət qulluqçuları üçün nəzərdə tutulmuş digər təminatlardan istifadə etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Baş Məşğulluq İdarəsi Daşkəsən Rayon Məşğulluq İdarəsində xx.xx.2008-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövlət qulluğu vəzifələrində stajı nəzərə alınmaqla onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ehtiyat kadr siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1500/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1500/2023
28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver