Məhkəmə qərarları › İş №2-1(114)-1501/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1501/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1501/2021 12.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Üçüncü şəxs X19 iştirakı ilə, İddiaçı Fəxrəddin oğlunun Cavabdehnə (üçüncü şəxslər X34, X29 və X8) qarşı qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport X24 adına işlənilmişdir. Həmin yaşayış evinin yerləşdiyi 920 kv.m torpaq sahəsinə dair X24 adına 06.08.1955-ci il tarixdə “Torpaq qeydi” sənədi tərtib edilmişdir. Kirovobad şəhəri 2 saylı Dövlət notariat kontorunun 01.10.1980-ci il tarixli, 29-346 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, sözügedən ev X32 tərəfindən X2. Kirovobad şəhəri 1 saylı Dövlət notariat kontorunun 29.01.1982-ci il tarixli, 2K-1-25 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ev X22 tərəfindən X1. Gəncə şəhəri 7 saylı notariat kontorunun 08.04.2007-ci il tarixli, 2V-1-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və “Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında” şəhadətnaməsinə əsasən X20 (4/6 hissə), X14 (1/6 hissə) və X3 (1/6 hissə) keçmişdir. Gəncə şəhəri 7 saylı notariat kontorunun 08.04.2007-ci il tarixli, 3M1-203 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən X36 və X37 əmlakın onlara məxsus hissəsini X11 bağışlamışlar və sonuncunun adına 24.04.2007-ci il tarixli, **********8-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 1 saylı notariat ofisinin 21.08.2019-cu il tarixli, 2V-225 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməsi və 23.08.2019-cu il tarixli, 3M- 109 reyestr nömrəli Miras payın bağışlanması müqaviləsinə əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı Fəxrəddin oğlunun adına 10.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********8-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı Fəxrəddin oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil X26, X19 və X4, İddiaçı Fəxrəddin oğluna məxsus ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları ilə bağlı Cavabdeh Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, həmin məktub 04.05.2021-ci il tarixdə göndərilmiş və 08.05.2021-ci il tarixdə inzibati orqana çatdırılmışdır (poçtun 04.05.2021-ci il tarixli ********* nömrəli məxaric qəbzi və SS687495119AZ göndəriş nömrəli xəbərnamə iddia ərizəsinə əlavə edilmişdir), lakin inzibati orqan tərəfindən müraciətə cavab verilməmişdir. Ona görə də, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil hazırkı tələblə məhkəməyə müraciət edərək X26, X19 və X4 daimi qeydiyyatdan çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 05.07.2021-ci il tarixli 2-1(114)-1501/2021 nömrəli qərardadı ilə X34, X29 və X8 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Bundan sonra, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxslər X26, X19 və X5 iddiaçıya məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 saylı mənzil xüsusi mülkiyyəti olaraq iddiaçıya məxsusdur. Həmin mənzilin xüsusi mülkiyyətində olmağını təsdiq edən mənzilə dair iddiaçının adına 10.02.2021-ci il tarixdə daşınmaz əmlakın Dövlət reyestri xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın Dövlət reyestrindən **********4810301 saylı reyestr nömrəsi, ********** saylı qeydiyyat nömrəsi ilə çıxarış verilmişdir. Lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən Yaşayış yeri üzrə qeydiyyat haqqında 27.04.2021-ci il tarixli ******* nömrəli arayışdan məlum olmuşdur ki, xüsusi, tam mülkiyyətində olan ünvan 4 ünvanına 25 aprel 2003-cü il tarixdən tanımadığı, razılığı olmadan və ona məlum olmayan şəraitdə 10.08.1979-cu il təvəllüdlü X34, həmçinin mərhum qardaşının keçmiş həyat yoldaşı, 03.07.1968-ci il təvəllüdlü X29 və onun oğlu 26.07.1996-cı il təvəllüdlü X8 daimi qeydiyyata salınmışlar. Cavabdehlərdən X30 tanımır, onunla heç bir münasibət və əlaqəsi olmamışdır. Ümumiyyətlə, bütün cavabdehlər həmin mənzildə yaşamırlar və həmin mənzildə onlara məxsus hər hansı bir əşya və ya predmet də olmamışdır, hal hazırda da yoxdur. İddiaçının mülkiyyətində olan hazırkı mənzil 1978-ci ildə mərhum atası tərəfindən alınmışdır. X29 qardaşı X6 həyat yoldaşı olmuşdur. Amma ailə münasibətləri bir il çəkmişdir və 1996-ci ildən ayrılmışlar, ancaq rəsmi nigahları 1999-cu ildən pozulmuşdur. Qeyd edilən mənzildə X29 ümumən 1995-ci ildə ancaq doqquz ay yaşamışdır. Həmin vaxtdan qeyd edilən şəxs və onun oğlu Allahverdiyev Fəxrəddin bu günə kimi iddiaçıya məxsus məzildə yaşamamışlar. X29 və onun oğlu X8 atası İbrahimov Müzadilə məxsus və onların mülkiyyətində olan mənzildə yaşayırlar. Onların iddiaçıya məxsus, xüsusi mülkiyyətində olan mənzildə yaşamamalarına və uzun illər, həmçinin hazırda da heç bir əlaqə və bağlılığı olmamalarına baxmayaraq, həmin mənzildə pasport qeydiyyatında qalması iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən həmin şəxslərin iddiaçıya məxsus Gəncə şəhəri, Əli Nəzmi küçəsi, 125 saylı mənzildən daimi qeydiyyatdan çıxarılmaları barədə 04 may 2021-ci il tarixdə Gəncə şəhəri Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə müraciət edilmişdir. Lakin bu günə kimi həmin inzibati qurumdan cavab verilməmişdir. Təkrar olaraq 02 iyun 2021-ci il tarixdə Gəncə şəhəri Baş Polis İdarəsinin və Nizami rayon Polis İdarəsinin rəhbərlklərinə müraciətlər olunmuş, lakin yenə də həmin inzibati orqanlardan müvafiq cavablar əldə edilməmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs X29 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı onun qaynıdır və mübahisəli mənzilə gəlin köçmüş, həyat yoldaşı ilə həmin evdə yaşamış, boşandıqdan sonra qaynanası onun həmin evdə yaşamasına mane olmuşdur. Lakin buna baxmayaraq Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə onun həmin evə istifadə hüququ tanınmış və o mübahisəli mənzilə köçürülmüş, bununla bağlı akt tərtib edilmişdir. Hazırda həmin evdə ona məxsus əşyalar var və mənzilə dair onun istifadə hüququ ləğv edilməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəmə bildirişinin təqdim edilməsinə, cavabdeh orqana və digər üçüncü şəxslər X26 və X4 qeydiyyatda olduqları ünvana məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil isə teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınaraq həftənin tək günlərinin birinə təyin edilməsini xahiş etmişdir. İş üzrə iddiaçının, cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı ******** nömrəli İddiaçı Fəxrəddin oğluna məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış; - İ-JQ 485656 nömrəli “Boşanma haqqında şəhadətnamə”nin surəti; - AA0668042 nömrəli üçüncü şəxs X23 məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti; - İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh Nizami Rayon Polis İdarəsinə ünvanladığı ərizə, poçtun 04.05.2021-ci il tarixli ********* nömrəli məxaric qəbzi və SS687495119AZ göndəriş nömrəli xəbərnamə; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 17.07.2021-ci il tarixli **********683 nömrəli və 18.08.2021-ci il tarixli **********68 nömrəli məktubları; - Cavabdeh məhkəməyə ünvanladığı 16.07.2021-ci il tarixli, 120-21570-1221 nömrəli cavab məktubu; - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.02.1999-cu il tarixli 2-6/99 nömrəli qətnaməsinin surəti. Əsaslandırıcı hissə: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, ünvan 2 ünvanında yerləşən ev 10.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı Fəxrəddin oğlunun xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı Cavabdeh Nizami Rayon Polis İdarəsinə müraciət edərək, xüsusi mülkiyyətində olan mənzildən üçüncü şəxslər X29, X8 və X26 qeydiyyatdan çıxarılmasını xahiş etmiş, lakin inzibati orqan iddiaçının müraciətinə cavab verməmişdir. Göründüyü kimi iddiaçı tələbində xüsusi mülkiyyətində olan mənzildən tanımadığı X26, qardaşının keçmiş arvadı X29 və onun oğlu X4 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01.02.1999-cu il tarixli 2-6/99 nömrəli qətnaməsindən görünür ki, X9 (iddiaçının qardaşı) ilə X29 (üçüncü şəxs) arasında Gəncə şəhər Nikah evində bağlanmış 22 sentyabr 1995-ci il tarixli 181 saylı nikah pozulmuş, bundan başqa, X19 zinət əşyaları tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03.02.1997-ci il tarixli qətnaməsi ilə X23 gəlin köçdüyü Gəncə şəhəri, Əli Nəzmi küçəsi, 125 saylı mülkdə yaşayış hüququ verilmişdir. 16.06.1998-ci il tarixli aktdan məlum olur ki, Nizami rayon Məhkəməsinin 03.02.1997-ci il tarixli qətnaməsinə əsasən X12 Ə.Nəzmi küçəsi 125 ünvanında yerləşən evə istifadə hüququ verilmişdir. Həmin qətnamə icra edilərək S.Allahverdiyeva azyaşlı uşağı ilə birlikdə həmin evə köçürüldü. Məhkəmə hesab edir ki, üçüncü şəxs X19 mübahisəli mənzilə dair istifadə (yaşamaq) hüququ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03.02.1997-ci il tarixli qətnaməsi ilə tanındığından iddia tələbi ona münasibətdə təmin olunmamalıdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Qeyd olunan normaya görə qanunverici şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının altı əsasını müəyyən etmişdir: - şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; - başqa ölkədə yaşayış yeri seçdikdə — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin məlumatına əsasən; - azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; - öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; - yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; - qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarında Plenum hesab etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarla həmçinin müəyyən olunmuşdur ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə hesab edir ki, iddiaçı- üçüncü şəxs Sahibə İbrahimovanın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birinin mövcud olmasını, həmçinin qeyd olunan şəxsin həmin mülkə dair əmlak hüquqlarının olmamasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə üçüncü şəxs S.İbrahimova mənzilə istifadə hüquqnun tanınması və köçürülməsinə dair qətnamə və akt təqdim etmişdir. Digər şəxslər X34 və X7 münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbinə əsasən mənzilə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarında Plenum hesab etmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı Fəxrəddin oğlunun Cavabdehnə qarşı qeydiyyatdan çıxarılma tələbinə dair iddiası üçüncü şəxs X31 və X7 münasibətdə təmin edilməli, digər üçüncü şəxs X23 münasibətdə isə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin edilsin. X26 və X4, İddiaçı Fəxrəddin oğlunun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar