Məhkəmə qərarları › İş №2-1(114)-1503/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1503/2025

24.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1503/2025 24.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “XX.XX.1942-ci ildə Göygöl rayonu, Tülallar kəndində doğulmuş X1 atası X5, anası X3 qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1942-ci il tarixdə anadan olmuş mərhum həyat yoldaşı X2 məxsus doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1974-cü il tarixdə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikah dövründə onlar birgə təsərrüfat yaradaraq mülk əldə etmişlər. Hazırda yaşadıqları və qeydiyyatda olduqları Göygöl şəhəri, Q.Qarayev, 06 ünvanında yerləşən yaşayış evi mərhum əri X1 adınadır. İddiaçının həyat yoldaşı Manaf Mərdanov xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı ərindən miras qalmış əmlakı qəbul etmək istədikdə, ondan ərinə aid doğum şəhadətnaməsi tələb edilmiş, o, qeydiyyat orqanına müraciət etmiş, lakin ona bildirilmişdir ki, mərhum ərinin doğumu haqqında akt qeydi aşkar edilməmişdir. İddiaçının həyat yoldaşı Manaf Mərdanov 15 dekabr 1942-ci ildə Xanlar rayon Tülallar kəndində anadan olmuş orta məktəbi bitirmiş, attestat almış, hərbi xidmətdə olmuş və polis orqanlarında xidmət etmişdir. Buna baxmayaraq qeydiyyat orqanı tərəfindən bildirilir ki, onun mərhum həyat yoldaşı Manaf Mərdanovun doğum akt qeydi aşkar edilməmişdir. Qeyd olunan yanlışlığa görə iddiaçı hazırda mirası qəbul edə bilmir. Yanlışlığın aradan qaldırılaraq mərhum həyat yoldaşının doğum akt qeydinin bərpa edilməsi barədə aidiyyəti orqana müraciət etmiş, lakin bundan imtina olunmuş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Hazırda iddiaçı qeyd olunan yanlışlığa görə vərəsəlik hüququnu həyata keçirə bilmir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1503/2025 nömrəli qərardadı ilə iddia tələbi “XX.XX.1942-ci ildə Göygöl rayonu, Tülallar kəndində doğulmuş X1 atası X5, anası X3 qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh tərəfindən iddiaya qarşı məhkəməyə etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, lakin cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. İşin halları “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X6 XX.XX.1942-ci ildə Göygöl rayonu, Tülallar kəndində doğulmuşdur. НЗ ******* nömrəli hərbi bilet X2 məxsusdur. xx.xx.1974-cü il tarixli АЗ 222787 nömrəli Evlənmək haqqında Şəhadətnaməyə əsasən, X6 ilə İddiaçı xx.xx.1974-cü ildə evlənmişlər. xx.xx.1979-cu il tarixli, Vİ-ЖТ 429181 №-li Doğum haqqında Şəhadətnamə “X8”na məxsusdur, atası qrafasında “X6”, anası qrafasında “İddiaçı” qeyd edilmişdir. xx.xx.1985-ci il tarixli, İİİ-ЖТ 322455 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.1985-ci il tarixdə ölmüşdür. xx.xx.1996-cı il tarixli, İV-ЖТ 479211 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X3 xx.xx.1996-cı il tarixdə ölmüşdür. xx.xx.2008-ci il tarixli, AZ-İİ 178366 №-li Doğum haqqında Şəhadətnamə “X10”na məxsusdur, atası qrafasında “X6”, anası qrafasında “İddiaçı” qeyd edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində 39 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydiyyata alınmışdır. AC 682190 seriyalı sürücülük vəsiqəsi X2 məxsusdur. xx.xx.2024-cü il tarixli, AZ-İİ 401036 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2024-cü il tarixdə ölmüşdür. xx.xx.2024-cü il tarixli, AZ-T 273251 №-li Doğum haqqında Şəhadətnamə “X11”na məxsusdur, atası qrafasında “X6”, anası qrafasında “İddiaçı” qeyd edilmişdir. Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 1947-ci ildə Azərbaycan Respublikası, Göygöl rayonu, Tülallar kəndində anadan olmuş X1 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh arxivində yoxlama aparılmış və X1 barəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Ədliyyə Nazirliyi Cavabdeh xx.xx.2024-cü il tarixli arayışından görünür ki, XX.XX.1942-ci il təvəllüdlü X1 (öldüyü tarix xx.xx.2024) ailə tərkibi arvadı - İddiaçı, oğlu - X11, qızı – X7, oğlu – X12, oğlu - X8, oğlu – X4 ibarətdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1942-ci il təvəllüdlü X1 doğum yeri dəqiq qeyd edilmədiyindən axtarış yalnız Cavabdeh üzrə aparılmış, lakin heç bir məlumat aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

18. Ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş (bu Qaydanın “Qeyd”inin tələbləri nəzərə alınmaqla) bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, iş üzrə tərəfi dinləyərək, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi ilə iddiaçı mərhum ərinin doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti akt qeydləri Vətəndaşlıq vəziyyəti aktlarının arxivində və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrində və Vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə təhvil verilir. Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 1942-ci il təvəllüdlü X1 doğumu barəsində axtarış yalnız Cavabdeh üzrə aparılmış, lakin heç bir məlumat aşkar edilməmişdir. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, X6 XX.XX.1942-ci ildə Göygöl rayonu, Tülallar kəndində doğulmuşdur. İşdə olan НЗ ******* nömrəli hərbi bilet və AC 682190 seriyalı sürücülük vəsiqəsindən görünür ki, həmin sənədlər X2 məxsusdur. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, AZ-İİ 401036 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X6 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara görə, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İşdə olan sənədlərə əsasən X1 doğum haqqında akt qeydinin tərtib edildiyi müəyyən olunur ki, məhz onun əsasında da mərhum X1 şəxsiyyətini təsdiq edən və sonucuya məxsus olan digər sənədlər mövcuddur. Belə olan halda qanunvericiliyin tələbinə görə, həmin akt qeydi müvafiq vətəndaşın müraciətinə əsasən bərpa edilməlidir. Ona görə də məhkəmə cavabdehin imtinasını qanunsuz hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının mərhum əri X2 məxsus olan doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. XX.XX.1942-ci ildə Göygöl rayonu, Tülallar kəndində doğulmuş X1 atası X5, anası X3 qeyd edilməklə doğum haqqında akt qeydinin bərpa edilməsi öhdəliyi cavabdeh Ədliyyə Nazirliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar