Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1504/2020 15.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Tərtər rayon filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Tərtər rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdən ona İİ dərəcə əlil kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci ildə Ağdərə rayonu, Leninavan kəndində doğulmuş, 1993-cü ildə Ağdərə rayonundan məcburi köçkün düşmüş və həmin vaxtdan hal-hazıradək məcburi köçkün kimi Tərtər şəhərində məskunlaşmışdır. O, uşaqlıqdan əlil olmuş, lakin sənədləşmə işi gec aparıldığından ona xx.xx.2015-ci il tarixdən İİ qrup əlillik dərəcəsi verilmişdir. X1 2001-ci ildə, anası X5 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişlər. Hesab edir ki, sonuncu vəfat edən anası olduğu üçün əlil olduğundan ailə başçısını itirməyə görə ona pensiya təyin edilməlidir. Bununla bağlı zəruri sənədləri təqdim etməklə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubla əlilliyinin uşaqlıqdan olmadığını əsas gətirərək pensiya təyin edilməsindən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıya və cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.2000-ci il tarixli TSE.0.ser, AR 104786 nömrəli Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin TSEK-də müayinə aktından çıxarış, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş xxxxxxx0001 nömrəli TSEK-də müayinə aktından (müayinə olunan şəxs barədə məlumat) çıxarış, xx.xx.2020-ci il tarixli AZ-İİ 066575 nömrəli ölüm haqqında şəhadətnamə, xx.xx.1977-ci il tarixli İV-ЖГ 386989 nömrəli doğum haqqında şəhadətnamə, Tərtər RİHB-nın Çardaxlı KİƏDÜ nümayəndəsinin xx.xx.2020-ci il tarixli 106 nömrəli arayışı və cavabdehin xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubunu göstərilən tarixdən bir ay sonra, yəni iyun ayının sonlarında almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi bu faktı mübahisələndirməmişdir. X4 Azərbaycan Respublikasının Qanunun:- - 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. - 62.2-ci maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iddiaçı 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşdan yuxarı əlil olmasına istinat edərək ona ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2000-ci il tarixli TSE.0.ser, AR 104786 nömrəli Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin TSEK-də müayinə aktının çıxarışından görünür ki, iddiaçıya xx.xx.2000-ci il tarixli 108 nömrəli müayinə aktına əsasən İİİ qrup anadangəlmə müddətsiz əlillik diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş xxxxxxx0001 nömrəli TSEK-də müayinə aktından (müayinə olunan şəxs barədə məlumat) çıxarışdan görünür ki, iddiaçıya təkrar, ikinci dərəcəli əlillik, müddətsiz, ümumi xəstəlik (müddətsiz anadangəlmə bud çıxığı, hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması, hər iki aşağı ətrafın xroniki varikoz xəstəliyi, sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, onurğanın bel tipli sol tərəfli skoliozu, xroniki xolesistit) ikinci dərəcə əlillik, anadangəlmə ikitərəfli bud çıxığı, hər iki aşağı ətrafın xroniki varikoz xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.1977-ci il tarixli İV-ЖГ 386989 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdə Mardakert rayonunun Leninovan kəndində doğulmuş, atası X7, anası X2r. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ 066575 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının anası X5 xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Tərtər RİHB-nın Çardaxlı KİƏDÜ nümayəndələyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 106 nömrəli arayışdan görünür ki, nümayəndəliyin qeydiyyatında olmaqla, hal-hazırda Tərtər şəhəri, N.Nərimanov küçəsində yaşayan İddiaçı himayəsində olmuş mərhum anası X5 vəfat etdiyi vaxta kimi onun himayəsində olmuşdur. Cavabdeh xx.xx.2020-ci il tarixli **********6 nömrəli imtina məktubunda iddiaçının əlilliyinin uşaqlıqdan əlil olmadığı üçün pensiya hüququnun yaranmadığını göstərmişdir. İş materialları ilə mübahisəsiz qaydada müəyyən edilmişdir ki, iddiaçı anadangəlmə əlil olmaqla məhdud əmək qabiliyyətlidir. Cavabdeh orqan iddiaçının ilkin əlillik dərəcəsinin 18 yaşdan yuxarı təyin edildiyi üçün ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsindən imtina etmişdir. Lakin cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır ki, Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin xx.xx.2015ci il tarixli, xxxxxxx0001 nömrəli rəyində iddiaçının əlilliyinin səbəbi kimi (müddətsiz anadangəlmə bud çıxığı, hərəkət funksiyasının əhəmiyyətli dərəcədə pozulması, hər iki aşağı ətrafın xroniki varikoz xəstəliyi, sümüklərin inkişaf qüsuru ilə əlaqədar əmələ gələn anadangəlmə skolioz, onurğanın bel tipli sol tərəfli skoliozu, xroniki xolesistit) qeyd olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əlillik dərəcəsinin 18 yaşdan sonra rəsmiləşdirilməsi onun əlilliyinin uşaqlıqdan yaranması faktını inkar etməməli, eləcə də hazırda tələb etdiyi hüquqi marağını məhdudlaşdırmamalıdır. Odur ki, məhkəmə cavabdeh orqanın imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi (2016-cı il tarixli 4 nömrəli bülleten, 11-ci səhifə) Plenumunun xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, işin araşdırılan və mübahisə edilməyən hallarından (müayinə olunan şəxs barədə məlumat) görünür ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin rəyinə əsasən anadangəlmə əlillik dərəcəsi müəyyən edilmiş olsa da, həmin əlillik sonradan qazanılmış əlillik deyil, iddiaçının doğum tarixindən, yəni xx.xx.1977-ci ildən yaranmış haldır və buna görə də, iddiaçıya ödənilməli olan pensiyanın (müavinətin) ödənilməsinin tələb edilməsi hüququ (mülki-prosessual hüquq qabiliyyəti) iddiaçının doğum tarixindən yaranmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 1-ci və 3-cü hissəsinə əsasən Hər kəsin sosial təminat hüququ vardır.Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun:- - 14.1.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. - 34-cü maddəsinə əsasən Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2020-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi və pensiya ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Tərtər rayon filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1504/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1504/2020
15.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver