Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1508/2020 24.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsədov Elşən Yavər oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndələri X13 (vəkili) və X14 (anaları), Cavabdeh başçısı aparatının Hüquq şöbəsinin etibarnamə üzrə nümayəndəsi X2, üçüncü şəxs X3 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı (üçüncü şəxslər X8 və X24) Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra mətndə iddiaçılar) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı (üçüncü şəxslər X8 və X24) xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə üçüncü şəxslər X8 və X24 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdurlar. İdiaçıların vəkili xx.xx.2020-ci il tarixdə Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamının və onun qəbul olunmasına əsas olmuş sənədlərin alınması üçün Cavabdehnə məktub göndərmiş, məktuba cavab olaraq Cavabdeh xx.xx.2020-ci il tarixdə həmin sərəncamı və onun qəbul olunmasına əsas olmuş sənədləri iddiaçıların vəkilinə göndərmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçılar məhkəməyə iddia ərizəsi vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdırlar ki, Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamı ilə Gədəbəy şəhəri, Heydər Əliyev prospektində yerləşən, 2001-ci ildə inşa edilmiş qeyri-yaşayış binasının X9 və X15 adına hüquqi qeydiyyata alınmasına icazə verilmişdir. Sərəncamın verilməsi üçün əsas kimi sərəncamda X4 və X15 müraciətləri olduğu göstərilir. Cavabdeh başçısının xx xxxxxx 2019cu il tarixli, 90 saylı sərəncamı onlara göndərilməmiş və təqdim edilməmişdir. Bununla bağlı Cavabdehnə iddiaçıların vəkili tərəfindən sorğu verilmiş və sorğuya cavabdan məlum olmuşdur ki, ( sorğuya əlavə olunmuş sənədlərdən ) həmin qeyri-yaşayış sahələri ilkin olaraq onların nənəsi mərhum X6 adına qeydiyyatdan keçmişdir ( X10 şəxsi çörək sexi və mağaza tikintisi üçün torpaq sahəsi ayrılması barədə Cavabdeh Başçısının xx xxxxxx 1996-cı il tarixli 284 saylı Sərəncamı ). Sərəncamın verilməsi üçün əsas olmuş və iddiaçılara göndərilmiş sənədlərdə X9 və X15 müraciətləri yoxdur. Bundan başqa Cavabdeh sərəncamı verərkən mərhum X6 adından verilmiş vəsiyyətnaməyə və sərəncama istinad etmişdir. Həmin sənədlərdə nə X3, nədə ki, X15 adları var. X1 və X25 vəsiyyət edilmişdir. Sərəncam isə X6 adına verilmişdir ( çörək sexi və mağaza üçün ). Cavabdeh Başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamında göstərilir ki, İcra Hakimiyyəti X9 və X18 məxsus 2001-ci ildə inşa edilmiş qeyri-yaşayış binasının hüquqi qeydiyyata alınmasına icazə verir. Lakin təqdim edilən sənədlərdə həmin qeyri-yaşayış sahələrinin onlara məxsus olmasını təsdiq edən heç bir sənəd yoxdur. Həmin qeyri-yaşayış sahələri miras əmlakdır və iddiaçıların nənəsi mərhum X6 adına ilkin qeydiyyatdan keçmişdir. Bu əsaslarla cavabdehin sərəncamını qanunsuz hesab edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçıların nümayəndələri X21 və X22 ayrı-ayrılıqda iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X7 iddia tələbinə etiraz etsədə sərəncamın nə əsasında üçüncü şəxslərə əmlakın qeydiyyata alınmasına icazə verilməsinə əsas olmuş sübutları məhkəməyə təqdim edə bilməmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxs X8 mağazanı hal hazırda özünün işlətdiyini və Cavabdehnə müraciət etdikdən sonra ona əmlakın qeydiyyata alınmasına icazə verildiyini bildirmişdir. Üçüncü şəxs X18 məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxs X15 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçılara məxsus AA1003122 nömrəli və AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqələrinin surəti; - Cavabdeh başçısının birinci müavininin iddiaçıların vəkilinə ünvanladığı xx.xx.2020-ci il tarixli, 121/8-14 nömrəli məktubun əsli; - Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 90 nömrəli qərarının surəti; - xx.xx.2016-cı il tarixli 2V-95 reyestri nömrəli vəsiyyətnamənin surəti; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Gədəbəy rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 327 nömrəli məktubunun surəti; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur. Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqları və X12 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinin tələblərinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Gədəbəy rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 327 nömrəli məktubunundan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum nənələri X6 vərəsələridir. Gədəbəy şəhərində yerləşən çörək sexi və kommersiya mağazası iddiaçılara nənəsi tərəfindən miras qalmışdır. Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamı ilə X5 və X18 Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən 2001-ci ildə inşa olunmuş qeyri yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. Bu halda isə hal-hazırdakı vərəsələrin, iddiaçılar Gülnarə Faiq qızı və İddiaçı2 hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının aktları qanunvericilikdə mülki hüquq və vəzifələrin əmələ gəlməsi əsası kimi göstərilmişdir. İş materiallarında olan və şifahi məhkəmə baxışı iclasında tədqiq edilən Ədliyyə Nazirliyinin Gədəbəy rayon Notariat ofisinin xx.xx.2019-cu il tarixli, 327 nömrəli məktubunundan görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum nənələri X6 vərəsələridir. Gədəbəy şəhərində yerləşən çörək sexi və kommersiya mağazası iddiaçılara nənəsi tərəfindən miras qalmışdır. Məhkəmənin sorğusu əsasında Cavabdeh başçısının birinci müavini tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, 215/8-14 nömrəli məktuba əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 90 nömrəli sərəncamı xx.xx.2016-cı il tarixli, 2V-95 reyestri nömrəli vəsiyyətnamə əsasında qəbul edilmişdir. xx.xx.2016-cı il tarixli, 2V-95 reyestri nömrəli vəsiyyətnamədə mərhum X6, Gədəbəy rayon, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Fuad” kommersiya mağazasını vətəndaş X23 və vətəndaş X25 vəsiyyət etdiyi qeyd edilmişdir. Vəsiyyətnamə xx.xx.2016-cı il tarixdə Gədəbəy rayon notariat kontoronun xüsusi notariusu tərəfindən təsdiqlənmişdir. Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamı ilə X5 və X18 Gədəbəy şəhəri, H.Əliyev prospektində yerləşən 2001-ci ildə inşa olunmuş qeyri yaşayış binasının hüquqi qeydiyyatına icazə verilmişdir. Yuxarıda göstərilən sənədlər araşdırıldıqdan sonra məlum olmuşdur ki, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 2V-95 reyestri nömrəli vəsiyyətnaməyə əsaslanaraq qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamda adları qeyd olunmuş X3 və X15 xx.xx.2016-cı il tarixli, 2V-95 reyestri nömrəli vəsiyyətnamədə adları qeyd olunmuş X27 və X28 ilə heç bir aidiyyəti yoxdur. Bu səbəblərdəndə məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamı qanunsuzdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə mübahisə predmeti olan sərəncamlar qəbul edilərkən cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına əməl olunmaması ilə bağlı inzibati məhkəmə icraatının iştirakçılarının diqqətinə aşağıdakıları çatdırmağı zəruri hesab edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə əsasən qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən icraata iştirakçı kimi cəlb olunan üçüncü şəxslər icraat iştirakçılarının malik olduğu bütün hüquq və vəzifələrə malikdirlər. İştirakı məcburi olan üçüncü şəxs icraata cəlb olunduğu halda, icraatın sonunda qəbul olunmuş inzibati akt ona münasibətdə də etibarlı olur və onun üçün hüquq və vəzifələr yaradır. Yuxarıda sadalanan maddi hüquq normalarının tələblərindən görünür ki, qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan öz təşəbbüsü ilə həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. İcraatın sonunda qəbul olunmuş inzibati akt 3-cü şəxslərə münasibətdə də etibarlı olur və sonuncular üçün hüquq və vəzifələr yaradır, bir şərtlə ki, iştirakı məcburi olan üçüncü şəxslər icraata cəlb olunsunlar. Beləliklə də, məhkəmə araşdırmaları zamanı, şifahi məhkəmə baxışı iclasında araşdırılmış sübutlarla və qeyd edilən münasibətlərə tətbiq ediləcək maddi hüquq normalarının tələblərinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamının qəbul edilməsi iddiaçılar İddiaçı1 və İddiaçı2 maraqlarına toxunduğundan, həmin sərəncam ləğv edilməlidir. Göründüyü kimi, iddiaçılar tərəfindən iddia tələbinə dair təqdim etdikləri sübutlar qanuni və əsaslı olduğundan iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Məhkəmə araşdırması zamanı iddiaçılar tərəfindən mübahisələndirilən xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamı qəbul etmiş inzibati orqan Cavabdeh həmin sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamı ləğv edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh başçısının xx xxxxxx 2019-cu il tarixli, 90 saylı sərəncamın ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1508/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1508/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver