Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1508/2022 30.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı cavabdehin 16 dekabr 2019-cu il tarixli, **********968800 nömrəli qərarının və onun hüquqi nəticələrinin ləğv ediməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi X2 tərəfindən qəbul edilmiş 16 dekabr 2019-cu il tarixli, **********968800 nömrəli qərara əsaəsn onun tərəfindən əsas vergi üzrə 718,46 manat, faiz üzrə 168,00 manat olmaqla, ümumilikdə 886,46 manat məbləğində borcun qanunvericilikdə nəzərdə tutulmuş müddətdə ödənilmədiyinə görə tələbkar 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 886,46 manat məbləğində vergi borcuna dair tələbi borcludan tutulması və dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Hesab edir ki, həmin qərar hüquqlarının kobud şəkildə pozulması ilə nəticələndiyindən orqanın hərəkətləri qanunsuz hesab edilməli və hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, ölkəni 2016-cı ildə tərk etmişdir. Gedərkən 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ərizə ilə müraciət edərək ona məxsus VÖEN-in bağlanmasını xahiş etmişdir. Sözügedən qərardan başa düşmək olmur ki, hansı inzibati xətaya yol vermiş, hansı maddənin tələblərini pozmuşdur. Hansı ki, barəsində qəbul edilmiş qərarda aydın şəkildə göstərilməli idi. İş üzrə məhkəmə hazırlıq iclası 30 avqust 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X6 11 saylı Ərazi Vergilər Baş İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 məhkəmə iclasında bildirmişdir ki, İddiaçı tələbin icraya yönəldilməsi qərarı üzrə ödənilməmiş vergi borcu qalmamışdır. Odur ki, iddia tələbinin mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçıya hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki mümkünlük və əsaslılıq hissələrinə ayrılır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Xidməti 11 saylı ərazi Vergilər Baş İdarəsinin 18 avqust 2022-ci il tarixli, **********924500 nömrəli məktubundan göründüyü kimi, İddiaçı tələbin icraya yönəldilməsi qərarı üzrə ödənilməmiş borcu qalmamışdır. Yəni hazırki inzibati iş üzrə inzibati orqanın hərəkəti nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması halı aradan qalxmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mübahisə predmeti artıq mövcud olmadığından, hazırki iddia tələbi mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın və onun hüquqi nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1508/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1508/2022
30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver