Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-151/2021 26.01.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı vəsiqəsinin dəyişdirilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, müharibə veteranı vəsiqəsinin dəyişdirilərək xx.xx.2019-cu il tarixdə qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Şəmkir rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmaqla 1993-1994-cü illərdə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbi xidmətdə olmuş, Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. 2018-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə xidmət keçməsi ilə bağlı müraciət etməsinə baxmayaraq arxiv arayışında xidməti tam və düzgün qeyd edilməmiş, arxiv arayışı Müdafiə Nazirliyi aparatında veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya göndərilmiş və həmin arxiv arayışına əsasən komissiyanın iclasında xx.xx.2019-cu il tarixdə (protokol № 575) baxılaraq ona müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçı mütəmadi olaraq müraciət etdikdən sonra cavabdeh tərəfindən ona xx.xx.2020-ci il tarixdə müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə onun adına hazırlanmış veteran vəsiqəsinin dəyişdirilməsi üçün Müdafiə Nazirliyinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, ilk dəfə Müdafiə Nazirliyinə 2019-cu ilin əvvəlində müraciət etmişdir, vəsiqə gec verildiyinə görə alacağı müavinətdən məhrum olmuşdur. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2018-ci il tarixli, 9/2-20598 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət müddəti (il, ay) dəqiq qeyd edilmədiyindən əlavə araşdırma aparılması mümkün olmamışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/O-4504 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və 575 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, 1/O-9165 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə müharibə veteranı” adı verilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli, 1/O-15833 nömrəli məktubunda bildirilir ki, Omarov X1 Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya xx.xx.2020-ci il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.2020-ci il tarixdə baxılmış və 679 nömrəli protokol ilə Müharibə veteranı” adı verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının ilkin müraciəti zamanı müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və 575 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Arxiv arayışlarından (xx.xx.2018-ci il tarixli, 9/2-20598 nömrəli və xx.xx.2019-cu il tarixli, 9/2-1388 nömrəli arayışlar) da görünür ki, əvvəlki tarixlərdə verilmiş arxiv məlumatları natamam olmuş, sonradan məlumatlar dəqiqləşdirildikdən sonra iddiaçı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya xx.xx.2020-ci il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.2020-ci il tarixdə baxılmış və 679 nömrəli protokol ilə Müharibə veteranı” adı verilmişdir. Göründüyü kimi qeyd olunan vəsiqə qanunauyğun şəkildə xx.xx.2020-ci il tarixdə verilmişdir və onun tarixinin dəyişdirilməsi üçün hüquqi əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı vəsiqəsinin dəyişdirilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-151/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-151/2021
26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver