Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-151/2023 10.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, torpaq sahəsindən istifadəyə dair maneələrə son qoyulması və həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı Cavabdehnəqarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ceyrançöl qış otlaq sahəsindən 321 ha torpaq sahəsinin ona icarəyə verilməsinə dair xx.xx.2014-cü il tarixli, 19 saylı icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, torpaq sahəsindən istifadəyə dair maneələrə son qoyulması və həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 189 saylı sərəncamı əsasında İcra Hakimiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 19 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən Ceyrançöl qış otlaq sahəsindən 321 ha torpaq sahəsi ona xx.xx.2024-cü il tarixədək icarəyə verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının icarəsində olmuşdur və torpaq sahəsindən təsərrüfatında olan xırdabuynuzlu davarların otlaq sahəsi kimi istifadə etmişdir. Lakin 2018-ci ilin may ayından etibarən Cavabdeh onunla olan icarə müqaviləsinin şərtlərini qanunsuz olaraq pozmuş və onun həmin icarə müqaviləsi əsasında icarəyə verilmiş torpaq sahəsindən müqaviləyə uyğun istifadə etməyinə maneələr yaradılmış və hətta ona ayrılmış torpaq sahəsinin bir hissəsi müqavilə qüvvədə olduğu müddətdə qanunsuz olaraq digər şəxsə icarəyə verilmişdir. Bütün bunlar İcra Hakimməyəti tərəfindən müqavilə şərtlərinin pozulması və müqavilə öhdəliklərinin yerinə yetirilməməsi deməkdir. Cavabdeh bütün bu hərəkətlərini qanunsuz olaraq, guya ki iddiaçının özünə məxsus çoban evləri və qoyun fermalarımı digər şəxsə satmağım və mülkiyyətimdə xırda buynuzlu davarlar olmaması bəhanəsi ilə etmişdir. Lakin cavabdehin bu iddiaları yalandır və əsassızdır. Müqavilə ilə icarəyə verilmiş torpaq sahəsinin icarəçiyə təhvil verilməsi və müqavilənin şərtlərinə əməl edilməsi icarəverənin vəzifəsi kimi müəyyən olunmuşdur. Torpaq sahəsindən icarə müqaviləsi ilə nəzərdə tutulmuş qaydada sərbəst istifadə isə icarəçinin hüquqları kimi müəyyən olunmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi iddiaçının icarəçi kimi hüquqlarımı həyata keçirməsinə və torpaq sahəsindən sərbəst istifadəsinə mane olur. İddiaçı xx.xx.2021-ci il tarixdə müqavilənin şərtlərini yerinə yetirməsi ilə bağlı cavabdehə məktubla müraciət etmiş, xx.xx.2014-cü il tarixli, 19 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin şərtlərinə əməl edilməklə müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi və icarəyə verilmiş torpaq sahəsindən sərbəst, maneəsiz istifadə etməsinin təmin edilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən məktubu qəbul edilsə də hazırki vaxta qədər mənə hər hansı cavab verilməsindən imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2018-ci ildən həmin sahədən istifadə edə bilmir. İddiaçının vəkili X3 iddianı müdafiə edərək bildirmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(114)-253/2019 nömrəli qərarı Gəncə Apellyasiya Məhkəməsində dəyişdirilmədən saxlanılıb. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, surəti işə əlavə edilmiş Cavabdeh xx.xx.2014-cü il tarixli, 189 nömrəli sərəncamından görünür ki, Ceyrançöl qış otlağının 95h saylı ərazisindən 113 ha, 96h saylı ərazisindən 208 ha olmaqla cəmi 321 ha torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi və onunla bağlanmış icarə müqaviləsinin təsdiq edilməsi qərara alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2014-cü il tarixli 19 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixli 189 nömrəli sərəncamına əsasən ümumilikdə 321 ha torpaq sahəsi 10 il müddətinə İddiaçı icarəsinə verilmişdir. -surəti işə əlavə edilmiş Cavabdeh xx.xx.2018-ci il tarixli, 50 nömrəli sərəncamından görünür ki, Rayon İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 189 nömrəli sərəncamı ləğv edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(083)-253/2019 nömrəli qərarının məzmunundan görünür ki, İddiaçı Cavabdehnə qarşı xx.xx.2018-ci il tarixli, 50 nömrəli sərəncamın ləğv edilməsi barədə iddia təmin edilməmişdir. Beləliklə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının şərtlərinə əməl edilməsini tələb etdiyi Cavabdeh xx.xx.2014-cü il tarixli, 189 nömrəli sərəncamı Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 50 nömrəli sərəncamı ilə ləğv edilmişdir və mübahisəli torpaq sahəsi həmin tarixdən onun istifadəsində deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının sözügdən ləğv edilmiş sərəncamın şərtlərinə əməl edilməsini, eyni zamanda mübahisəli torpaq sahəsindən istifadəyə dair maneələrə son qoyulmasını və həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsinin dayandırılmasını tələb etmək hüququ istisna olunur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh şöbəsinə qarşı icarə müqaviləsinin şərtlərinə əməl edilməsi, torpaq sahəsindən istifadəyə dair maneələrə son qoyulması və həmin torpaq sahəsinin digər şəxslərə icarəyə verilməsinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-151/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-151/2023
10.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver