Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1510/2023 17.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı qeydiyyatın ləğvi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı3 (o həm də digər İddiaçı1 nümayəndəsidir) iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsində yerləşən 99 nömrəli əmlak üzərində aparılmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı ilə iddiaçı X1 iddia tələbi təmin edilmiş və X1 Gəncə şəhəri, Ə.Məmmədov küçəsi, 99 saylı ünvanda yerləşən sahəsi 16,8 kv.m və 28.4 kv.m olan yaşayış otaqları və 11.3 kv.m olan eyvan üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2115/2021 nömrəli qərardadı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizəsi əsasında Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-535/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-10/2022 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası mümkün sayılmamışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, ev 99 ünvanında yerləşən fərdi yaşayış evi X1 tam mülkiyyətindədir.
5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarına əsasən X1 Əlövsət Məmmədov küçəsi, ev 99 ünvanında yerləşən sahəsi 16,8 kv.m və 28.4 kv.m olan yaşayış otaqları və 11.3 kv.m olan eyvandan ibarət tikililərə mülkiyyət hüququ tanınmış və ona bu əmlaka xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir (DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********99 saylı məktubu).
6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsini xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi, ev 99 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X1 mülkiyyət hüququnun qeydiyyata alınması Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)- 535/2020 nömrəli qərarı əsasında həyata keçirilsə də, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2115/2021 nömrəli qərardadı ilə həmin qərar ləğv edilmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-10/2022 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Hazırda qərardad qüvvəsini almışdır. Lakin buna baxmayaraq, sözügedən qərar əsasında Gəncə şəhəri, Ə.Məmmədov küçəsi, 99 saylı ünvanda yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarış ləğv edilməmişdir. Bu barədə cavabddehə müraciət etsələr də, cavabdeh orqan bundan imtina edərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. II. Prosessual məsələlər
9. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin mümkünlük iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərin iddia ərizəsində göstərilmiş ünvanlarına məhkəmə bildirişi göndərilmişdir. İddiaçıların sistemdə əlaqə nömrələri mövcud olmadığından onlara sms-xəbərdarlığın göndərilməsi mümkün olmamışdır.
10. İddiaçılardan İddiaçı3 məhkəmə iclasına gəlmiş və digər İddiaçı1 da təmsil etmişdir. Digər İddiaçı2 və cavabdehin nümayəndəsi isə məhkəməyə gəlməyərək, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı3 digər iddiaçıların xəstə olmaları səbəbindən iclasda iştirak etmədiklərini bildirmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. III. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
11. İddiaçı3 məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, bildirmişdir ki, mübahisəli evə dair X1 adına xx.xx.2021-ci il tarixdə məhkəmənin qərarı əsasında qeydiyyat aparılmışdır. Həmin qərar ləğv edilsə də, Vidadi Bağırovun mülkiyyət qeydi və ona verilmiş çıxarış hələ də qalmaqdadır, ləğv edilməmişdir. Ona görə də, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
12. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırma hissəsi:
13. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
14. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: - 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. - 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. - 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. - 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. - 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
15. İddia ərizəsinin məzmunu və iddiaçının izahatı ilə müəyyən edilir ki, iddiaçıların hazırkı iddianı qaldırmaqda hüquqi maraqları Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı ilə Gəncə şəhəri, Ə.Məmmədov küçəsi, 99 saylı ünvanda yerləşən sahəsi 16,8 kv.m və 28.4 kv.m olan yaşayış otaqları və 11.3 kv.m olan eyvan üzərində iddiaçı X1 adına aparılmış qeydiyyatın ləğvinə nail olmaqdır.
16. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2021-ci il tarixli **********99 saylı məktuba əsasən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarına əsasən X1 Əlövsət Məmmədov küçəsi, ev 99 ünvanında yerləşən sahəsi 16,8 kv.m və 28.4 kv.m olan yaşayış otaqları və 11.3 kv.m olan eyvandan ibarət tikililərə mülkiyyət hüququ tanınmış və ona bu əmlaka xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2115/2021 nömrəli qərardadı ilə İddiaçı1, İddiaçı2 və İddiaçı3 ərizəsi əsasında Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-535/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək, işə mahiyyəti üzrə baxılması təzələnmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-10/2022 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası mümkün sayılmamışdır.
18. Göründüyü kimi, iddiaçılar iddialarında mübahisəli daşınmaz əmlaka dair X1 adına qeydiyyatın aparılmasına əsas olmuş məhkəmə qərarı ləğv edildiyi və iddia tələbi mümkünsüz sayıldığı üçün həmin qeydin ləğvini tələb edirlər.
19. Lakin həmin məsələ ləğv edilmiş məhkəmə qərarının icrasında dönüş edilməsi ilə bağlı olduğundan ona ayrıca inzibati iddia icraatı qaydasında baxıla bilməz.
20. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
21. MPM-in 236-1.1-ci maddəsinə əsasən icra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır.
22. Həmin maddə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 09 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Qanunla (2021-ci ilin oktyabr ayının 1-dən qüvvəyə minmişdir) MPM-ə əlavə edilmişdir. Maddənin əlavə edilməsində məqsəd isə icra edilmiş məhkəmə qərarı ləğv edildiyi hallarda icranın nəticələrinin daha tez, sadə və səmərəli şəkildə aradan qaldırılması ilə bağlı prosedur qaydaların müəyyən edilməsi olmuşdur.
23. Məhkəməyə müraciət etmək hüququ hər kəsin konstitusion hüququ olsa da, o, mütləq deyildir. Həmin hüququn həyata keçirilməsi (realizəsi) qanunvericilikdə nəzərdə tutulmuş qaydalarla məhdudlaşır.
24. İddiaçılar da məqsədlərinə çatmaq üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən düzgün istifadə etməklə hüquqi maraqlarına uyğun olaraq məhkəmə qərarının icrasında dönüş edilməsi barədə ərizə ilə müvafiq məhkəməyə müraciət edə bilərlər.
25. Xüsusilə vurğulanmalıdır ki, mübahisəli məsələnin həllinə icrada dönüş barədə ərizəyə baxılması ilə daha tez və sadə yolla nail olmaq mümkün ikən, inzibati iddia icraatı çərçivəsində uzun (ən azı hazırlıq və şifahi baxış iclasları təyin edilməklə) məhkəmə araşdırmalarının aparılması “prosessual qənaət” prinsipi ilə də uzlaşmır.
26. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi barəsində aparılmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədə iddia tələbi mümkün sayılmamalıdır.
27. İPM-in: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. - 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
28. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva