Məhkəmə qərarları › İş №2-1(114)-1513/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1513/2025

17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1513/2025 17.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs Bərdə bələdiyyəsi) qarşı Bərdə rayon Qaradağlı kəndində yerləşən 1995-ci ildən faktiki istifadəsində olan 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 ona məxsus Bərdə rayonu, Qaradağlı kəndində 800 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 12.0 kv.m olan bir otaqlı fərdi yaşayış evini İddiaçı satmışdır.

2. Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə X9 və X3 fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0.08 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2003-cü il tarixli JN-410A KOD 61005058 nömrəli şəhadətnamə tərtib edilmişdir.

3. Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli 3-16-5/5-13-Q-67-6/23 nömrəli məktubunda bildirilmilşdir ki, Bərdə rayonu 3 saylı dövlət notariat ofisində 01 sentyabr 1995-ci il tarixdə 3M-103 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır.

4. İddiaçı göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən X7 adına olan 0.08 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-410A saylı şəhadətnamənin ləğv edilərək torpaq sahəsinə onun adına çıxarış verilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-21-3-46/1-Q-0096-8/2024 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Bununla əlaqədar bildirilir ki, ərizəsi əsasında X7 adına verilmiş, Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-410A KOD 61005058 nömrəli şəhadətnamənin ləğv edilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. X1 alqı-satqı yolu ilə aldığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-410A saylı şəhadətnaməsinin hansı səbəbdən iddiaçının adına işlənməməsi onlara məlum deyildir, Nəzərə çatdırılır ki, alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması barədə hər hansı bir qeyd göstərilməmişdir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması 0.08 ha torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada onlara alqı-satqısı olunmasından sonra mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müraciəti əsasında JN-410A nömrəli şəhadətnamənin ləğv edilərək torpaq sahəsinə onun adına çıxarış verilməsindən imtina olunur.

5. Məhkəmənin sorğusuna Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 509 nömrəli cavab məktubunda bildirilmişdir ki, Xaçmaz rayon 1 saylı notariat ofisində xx.xx.1969-cu il təvəllüdlü xx.xx.2010-cu ildə ölmüş X5 miras qalmış hər hansı bir əmlaka dair vərəsəliyin müəyyən olunması və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat aşkar edilməmişdir.

6. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) İddiaçı hazırda faktiki istifadə etdiyi torpaq sahəsi 0.08 hektar olmaqla, TEKUİS məlumat bazasına və Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın Qaradağlı kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, yaşayış məntəqələri torpaqları təyinatlı, bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. 2) TEKUİS məlumat bazasına və Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın Qaradağlı kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, İddiaçı hazırda faktiki istifadəsində olan (naturada təqdim etdiyi) torpaq sahəsinin koordinatları ilə X7 və X2 adına tərtib edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN- 410A KOD 61005058 nömrəli şəhadətnamədə göstərilən Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür. II. Məhkəmədə icraat

7. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X9 ayrılmış 0.08 ha torpaq sahəsinə aid xx.xx.2023-cü il tarixli JN-410A Kod 61005058 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Tələb onunla əsaslandırılmışdır ki, o, 1995-ci il 01 sentyabr tarixli alqı-satqı müqaviləsi ilə X5 ona məxsus olan, Bərdə rayon Qaradağlı kəndində 800 kvm (0.08 h) torpaq sahəsində yerləşən ümumi sahəsi 12.0 kvm olan bir otaqlı yaaşyış sahəsi olan evi ******* (dörd milyon beş yüz min) manata almışdır. Müqavilə notariat qaydada bağlanaraq təsdiq edilmişdir. O, həmin müqaviləni 1995-cildən Qardağlı kənd icra nümayədəliyinə vermişdir ki, onları ailə olaraq təsərrüfat başı kitabda qeydiyyata alsınlar. Ancaq kənd icra nümayəndəliyi daha sonra həmin müqaviləni arxivə təhvil vermiş və onda müqavilənin nüsxəsi qalmamışdır. O, evə çıxarış əldə etmək istəyərkən müqavilənin nüsxəsinin onda olmaması səbəbi ilə kənd icra nümayəndəliyinə müraciət etmiş, ancaq onlar demişdir ki, müqavilə arxivə verilibdir. O, müqaviləni 19 may 2023 cü il tarixdə dövlət notariat arxivindən əldə etmişdir. Baxmayraq ki, müqavilə üzrə əmlakın satıcısı olan Zakir Səfərovla aralarında bağlanan alqı-satqı müqaviləsi qüvvədə qalmış və pozulmamışdır, lakin cavabdeh qurum olan DƏDRX-nin 7 saylı Ərazi İdarəsi tərəfindən Zakir Səfərova 2003-cü il 10 oktyabr tarixindədə torpağın mülkiyyətə verilməsinə dair JN-410A saylı KOD 61005058 şəhadətnamə verilibdir. O, bu barədə yalnız bu il avqust ayında öz adına çıxarış əldə etmək istəyərkən məlumatlı olmuşdur. Tərəfindən xx.xx.2023-cü il tarixdə cavabdeh dövlət idarəsinə ərizə ilə müraciət edilmişdir ki, onlara ayrılmış yuxarıda haqqında bəhs etdikləri torpağa dair çıxarış verilsin, Zakir Səfərovun adına olan şəhadətnamə ləğv edilsin. Müraciətlərindən sonra DƏDRX-nin 7 saylı Ərazi İdarəsi xx.xx.2023-ci il tarixdə 3- 21-3-46/2-Q-00xx-xx/2023 saylı məktubla onlara cavab veriblər ki, Zakir Səfərova verilmiş JN-410A saylı KOD:61005058 şəhadətnamənin ləğvi onların səlahiyytlərinə aid deyil, çünki həmin sənədi vətəndaşa ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi vermişdir. 1995-ci ildən bu günə qədər bəhs edilən torpaq sahəsi evlə bərabər onun isifadəsindədir və bu günə qədər də kimsə tərəfindən buna dair etiraz görünməmişdir. Yəni 1995-ci il 01 sebtybar tarixində Zakir Səfərovla aralarında bağlanmış alqı-satqı müqaviləsi heç bir zaman heç kim tərəfindən mübahisələndirlməmişdir. O, alqı-satqı predmeti oalraq bir otaqlı yaşayış evini alarkən təbii ki onun yerləşdiyi həmin 0.08 ha torpaq sahəsini də müqavilə ilə əldə etmişdir. Belə olan halda cavabdeh inzibati orqanın Z.Səfərova torpağa mülkiyyətə dair şəhadətnamə verməsi onun alqı-satqı müqaviləsi ilə qazanılan mülkiyyət hüququnun pozulmasıdır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

10. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırki iddia tələbi “Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 nömrəli qərarı ilə Bərdə rayon Qaradağlı kəndi ərazisində fərdi yaşayış evi təyinatı məqsədi ilə X9 ayrılmış 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi və Bərdə rayon Qaradağlı kəndində yerləşən 1995-ci ildən faktiki istifadəsində olan 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.

11. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbi “Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 nömrəli qərarı ilə Bərdə rayon Qaradağlı kəndi ərazisində fərdi yaşayış evi təyinatı məqsədi ilə X9 ayrılmış 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsinə münasibətdə mümkün sayılmamışdır. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

18. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 və X4 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, xx.xx.2025-ci il tarixli qərardadla X7, xx.xx.2025-ci il tarixli qərardadla X2 üçüncü şəxs qismində iştiraklarına xitam verilmişdir.

19. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Bərdə bələdiyyəsi adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

20. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmişdir.

21. Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ünvanlayaraq səhhəti ilə bağlı üzürlü səbəbdən məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmiş, üçüncü şəxs isə məhkəməyə xx.xx.2025-ci il tarixli 157 nömrəli məktub ünvanlayaraq, nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, vətəndaş İddiaçı Bərdə rayonu Qaradağlı kəndində yerləşən, X7 adına olan 0.08 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-410A saylı Şəhadətnaməsinin ləğv edilərək torpaq sahəsinə öz adına çıxarış verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etmişdir. Vətəndaşın müraciətinə baxılmış xx.xx.2024-ci il tarixli **********89 nömrəli daşınmaz əmlaka dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunması barədə bildiriş göndərilmişdir. Bərdə rayonu Qaradağlı kəndində yerləşən, X7 adına olan 0.08 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-410A saylı Şəhadətnaməsinin ləğv edilərək torpaq sahəsinə öz adına çıxarış verilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə uyğun olaraq torpaq islahatını rayon və yerli aqrar islahatı komissiyaları aparmışdır. Ərizədə qeyd edilənləri nəzərə alaraq bildirirlər ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Bununla əlaqədar bildirirlər ki, müaciət əsasında X7 adına verilmiş, Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-410A KOD 61005058 nömrəli Şəhadətnamənin ləğv edilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. X1 alqı-satqı yolu ilə alınan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-410A saylı Şəhadətnaməsinin hansı səbəbdən İddiaçı adına işlənməməsi bizə məlum deyildir. Onu da qeyd edirlər ki, alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması barədə hər hansı bir qeyd göstərilməmişdir. Sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması, 0.08 ha torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada alqı-satqı olunmasından sonra mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını Məhkəmə müəyyən edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsinə görə, dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.3.-cü maddəsinə əsasən bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.4-cü maddəsinə əsasən daşınmaz əmlaka hüququn yaranması barədə müvafiq icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda hüquqların dövlət qeydiyyatından imtina olunur. Ərazi İdarəsi tərəfindən hər hansı bir qanunsuz hərəkət və ya hərəkətsizlik edilməmiş, mövcud qanunvericiliyin tələbləri izah olunmaqla 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Bu səbəbdən də hesab edirlər ki, Ərazi İdarəsinə qarşı qaldırılmış iddia əsassızdır.

23. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

24. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsi; - “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2003-cü il tarixli JN-410A KOD 61005058 nömrəli şəhadətnamə; - Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli 3-16-5/5-13-Q-67-6/23 nömrəli məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-46/1-Q-0096-8/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 509 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

25. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

26. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 ona məxsus Bərdə rayonu, Qaradağlı kəndində 800 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 12.0 kv.m olan bir otaqlı fərdi yaşayış evini İddiaçı satmışdır. Həmin müqavilə ləğv edilməmişdir və hazırda qüvvədədir.

27. İddiaçı cavabdeh orqana müraciət edərək, Bərdə rayonu, Qaradağlı kəndində yerləşən X7 adına olan 0.08 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-410A saylı şəhadətnamənin ləğv edilərək torpaq sahəsinə onun adına çıxarış verilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-21-3-46/1-Q- 0096-8/2024 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək imtinasını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasında aqrar islahat aparılmış və Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Bununla əlaqədar bildirilir ki, ərizəsi əsasında X7 adına verilmiş, Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-410A KOD 61005058 nömrəli şəhadətnamənin ləğv edilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. X1 alqı-satqı yolu ilə aldığı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-410A saylı şəhadətnaməsinin hansı səbəbdən iddiaçının adına işlənməməsi onlara məlum deyildir, Nəzərə çatdırılır ki, alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması barədə hər hansı bir qeyd göstərilməmişdir. Sözügeden torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması 0.08 ha torpaq sahəsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada onlara alqı-satqısı olunmasından sonra mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, müraciəti əsasında JN-410A nömrəli şəhadətnamənin ləğv edilərək torpaq sahəsinə onun adına çıxarış verilməsindən imtina olunur.

28. Cavabdeh orqanın iddiaya qarşı dəlili ondan ibarət olmuşdur ki, alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması barədə hər hansı bir qeyd göstərilməmişdir.

29. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.

30. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

31. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə görə: Maddə 84.1. Torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Maddə 88. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Xüsusi mülkiyyətdə olan tikiliyə (fərdi və çoxmənzilli yaşayış evlərindən başqa), qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə (şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna olaraq torpağın dəyəri ödənilməklə, həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun olaraq keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (çıxarılıb) (Həmin maddənin xx.xx.2003-cü il tarixli müqavilə bağlanarkən qüvvədə olan redaksiyası). Torpaq Məcəlləsinin 88-ci maddəsinə 17 aprel 2007-ci il tarixli 13662İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilmiş, 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmış, 88-ci maddənin 3-cü bəndinin birinci abzası aşağıdakı yeni redaksiyada verilmişdir: Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı... Maddə 10.2 Qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan cizgisi əlavə olunur. Maddə 12.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

33. Göründüyü kimi, mübahisəli Bərdə rayonu, Qaradağlı kəndində yerləşən ümumi sahəsi 12.0 kv.m olan bir otaqlı ev xx.xx.1995-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X12 tərəfindən İddiaçı satılmışdır. Həmin ev fərdi yaşayış evi olmaqla, mübahisə predmeti olan 0,08 ha torpaq sahəsində yerləşdiyindən ev satılarkən onun yerləşdiyi torpaq sahəsi də alqı-satqı müqaviləsində göstərilməsə belə, torpaq qanunvericiliyinin həmin alqı-satqı zamanı qüvvədə olan normalarına əsasən alıcının mülkiyyətinə keçmişdir.

34. Digər tərəfdən, iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.08 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə tərəfindən iş üzrə mütəxəssis rəyi təyin edilmiş və əldə edilmiş rəylə müəyyən edilmişdir ki, İddiaçı hazırda faktiki istifadə etdiyi torpaq sahəsi 0.08 hektar olmaqla, TEKUİS məlumat bazasına və Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın Qaradağlı kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, yaşayış məntəqələri torpaqları təyinatlı, bələdiyyə mülkiyyətinə aid həyətyanı torpaq sahəsidir. TEKUİS məlumat bazasına və Bərdə rayonu M.Əsədov adına Aqrofirmanın Qaradağlı kəndində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən, İddiaçı hazırda faktiki istifadəsində olan (naturada təqdim etdiyi) torpaq sahəsinin koordinatları ilə X7 və X2 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-410A KOD 61005058 nömrəli şəhadətnamədə göstərilən Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür.

35. Yəni, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə digər şəxslərə məxsus, həmçinin X7 və X2 adına tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 410A KOD 61005058 nömrəli şəhadətnamədə göstərilən torpaq sahələrinin üst-üstə düşmə halı mövcud deyildir. Eyni zamanda, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi üzərində elektron kadastr baza materiallarına istinadən daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən digər şəxslərin hüquqları qeydə alınmamışdır.

36. Təqdim edilmiş ortofoto görüntülərdən də məlum olur ki, iddiaçı həmin torpaq sahəsindən maneəsiz istifadə edir və həmin torpaqla bağlı hər hansı mübahisə mövcud deyildir. İddiaçının alğı-satqı əsasında əldə etdiyi ev həmin torpaq sahəsində yerləşir.

37. Göründüyü kimi, iddiaçının üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi evin altında yerləşməklə alqı-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmişdir və həmin alqı-satqı müqaviləsi hazırda qüvvədədir. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan sənədə etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsindən təyinatına uyğun istifadə etmişdir. Bununla da, iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.

38. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

39. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.

40. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinə görə: Bənd 2.0. DƏDKR-in fəaliyyət istiqamətləri aşağıdakılardır: 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirmək...

41. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

43. Məhkəmə qeyd edir ki, iddiaçının Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 nömrəli qərarı ilə Bərdə rayon Qaradağlı kəndi ərazisində fərdi yaşayış evi təyinatı məqsədi ilə X9 ayrılmış 0.08 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi mümkün sayılmamışdır.

Nəticəvi hissə:

44. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia qismən təmin edilsin. Bərdə rayonu Qaradağlı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar