Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1515/2021 25.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı pensiya kapitalının vərəsələr arasında bölünməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə 05.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, mərhum əri X4 fərdi hesabında toplanmış 17000 manat pensiya kapitalının onun vərəsələri arasında bölünməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X7 05.05.1977-ci il tarixdən 04.08.2020-ci il tarixədək müxtəlif idarə və təşkilatlarda işləmiş, 27 ilə yaxın sosial sığorta stajı olmuş, 04.08.2020-ci il tarixdə isə vəfat etmişdir. X8 hesabında 17000 manat pensiya kapitalı mövcuddur. İddiaçı onun vəfatından sonra ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi, eləcə də fərdi hesabında mövcud olan pensiya kapitalının qanunvericiliyə uyğun olaraq vərəsələri kimi ailə üzvləri arasında bölünməsi üçün DSMF publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 18.5-ci bəndinə əsasən vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. X1 fərdi hesabın yığım hissəsi mövcud olmadığı üçün heç bir gəlir toplanmamışdır. Bu səbəbdən də iddiaçının ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -X6 məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, sonuncu 05.01.1977-ci il tarixdən 04.08.2020-ci il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -İİ-ЖГ439819 nömrəli, 30.05.1983-cü il tarixli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X3 arasında nikah bağlanmış, arvada “Yunusova” soyadı verilmişdir. -AZ-İİ 100643 nömrəli 12.08.2020-ci il tarixli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 04.08.2020-ci il tarixdə ölmüşdür. -AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 18 saylı regional ərazi filialının 25.05.2021-ci il tarixli, **********8 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının ərizəsinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçının əri mərhum X7 05.01.1977-ci il tarixdən 04.08.2020-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğuna görə iddiaçı onun fərdi hesabının yığım hissəsində olan vəsaitin onun varisləri arasında bölünməsini cavabdeh orqandan tələb etmiş, lakin cavabdeh X1 fərdi hesabın yığım hissəsi mövcud olmadığı üçün heç bir gəlir toplanmadığına görə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -1.0.9-cu maddəsinə əsasən fərdi hesabın yığım hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlar üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır. -1.0.10-cu maddəsinə əsasən pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. -18.5-ci maddəsinə əsasən vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlərin qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bölünməsi nəzərdə tutulmuşdur. Lakin cavabdeh orqan tərəfindən verilmiş məlumatdan da aydın olur ki, X1 fərdi hesabın yığım hissəsi mövcud olmadığı üçün heç bir gəlir toplanmamışdır. Qeyd olunan halda, yəni fərdi hesabın yığım hissəsində hər hansı məbləğ olmadığından pensiya kapitalının vərəsələr arasında bölünməsi istisna olunur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı regional ərazi filialına qarşı pensiya kapitalının vərəsələr arasında bölünməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1515/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1515/2021
25.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver