Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1519/2025 30.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona “əmək pensiyaları haqqında” qanunun 9.1-ci maddəsinə əsasən, 60 yaşı tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx xxxx 1964-cü il tarixdə anadan olmuş, 29 iyul 2024-cü il tarixdə onun 60 yaşım tamam olmuşdur. Onun bugünki tarixə kimi ümumi əmək stajı 43 il 1 ay, güzəştli zərərli stajı isə 17 il 4 ay təşkil edir. O, 30 iyul 2024-cü il tarixdə Əmək və Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 29 iyul 2024-cü ildən 60 yaşım tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 16 avqust 2024-cü il tarixli 3-17-1/2-Ə-203462/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina cavabı verilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) Gil-Torpaq İstehsalatı bəndinin (7.29) fəhlələr yarımbəndində (a) avtoklavlarda və agigatorlarda, təsnifatçılarda, dekompozerlərlə, züzülmə, pulpa hazırlanması, konstifikatorlarda məşğul olan aparatçıhidrometallurqlar rəhbər və mütəxəssislər yarımbəndində (b) sahə (bölmə) rəisləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin ona dair 25 iyun 2024-cü il tarixli 13-5-3/2-0094/2024 nömrəli arayışında xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə aparatçı-hidrometallurq vəzifəsində, xx.xx.2005-xx.xx.2007-ci il və xx.xx.2013-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində isə növbə rəisi vəzifələrində işlədiyi qeyd olunmuşdur. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən, işlədiyi aparatçı-hidrometallurq və növbə rəisi vəzifələri yuxarıda göstərilən vəzifələrə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az 6 ay 6 gün (xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı hesab edir ki, Mərkəzi Filialın verdiyi imtina cavabının heç bir hüququ əsası yoxdur. Bu cavabla onun sosial təminat hüququ pozulmuşdur. Qanunvericiliyə görə işçinin zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. O məhkəməyə əmək kitabçası, "xxxx" ASC-dən verilmiş güzəştli arayışı, o cümlədən "xxxx" ASC Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsinin "Gil-Torpaq" Sexinin Qələviləşdirmə sahəsinin Texnoloji Təlimatı da təqdim etmişdir. Təlimatda Qələviləşdirmə sahəsinin əsas xammalı Avtoklov qələviləşdirmə sahəsindən daxil olan avtoklov hörrəsidir. Qələviləşdirmə sahəsinin əsas təyinatı avtoklov hörrəsini durulaşdırmaq, durulaşdırılmış hörrəni çökdürücülərdə çökdürərək qırmızı kilkəni ayırmaq, kilkəni yumaq, ayrılmış alüminit məhlulunu süzgəclərdə süzülməkdən ibarətdir. Kalium-sulfat sexindən də yeyici qələvi çənə qəbul edilir. Bu məhlul da süzgəclərdən keçirilərək süzülür və yeyici qələvi çəninə vurulur. Qələviləşdirmə sahəsinin texnoloji təlimatında həmin sahədə süzülmə, yuma, çökdürmə prosesləri həyata keçirilir. Qələviləşdirmə sahəsində bu texnoloji prosesləri məhz aparatçıhidrometallurqlar və növbə ərzində onlara rəhbərlik edən növbə rəisləri yerinə yetirir. Növbə rəisləri növbə ərzində aparatçı-hidrometallurqların işinə, texnoloji proseslərə, avadanlıqların işləməsinə, məhsulun keyfiyyətinə, işçilərin sağlamlığına və işlərin təhlükəsiz yerinə yetirilməsinə məsuliyyət daşıyır. Məhkəməyə həmçinin İstehsalat Departamentinin apartçı-hidrometallurqun və 1 nömrəli Gil-Torpaq sexinin Qələviləşdirmə sahəsinin növbə rəisi vəzifə təlimatlarını təqdim etmişdir. Göründüyü kimi Qələviləşdirmə sahəsində çalışan aparatçı-hidrometallurq və növbə rəisi vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) Giltorpaq istehsalatı bəndinin (7.29) fəhlələr yarımbəndində (a) avtoklavlarda və agigatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, konstifikatorlarda məşğul olan aparatçı-hidrometallurqlar, rəhbərlər və mütəxəssislər yarımbölməsində (b) sahə (bölmə) rəisləri vəzifələrinə tam uyğundur. Ona görə də iddiaçı hesab edir ki, Mərkəzi Filialın verdiyi imtina cavabının heç bir hüququ əsası yoxdur və onun sosial-təminat hüququm pozulmuşdur. Cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli 3-17-1/2-8-203462/2024 nömrəli məktubla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bundan narazı qalan iddiaçı V.X4 Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qanunvericiliklə tələb olunan 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olduğunu bildirmiş və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) Giltorpaq istehsalatı bəndinin (7.29) fəhlələr yarımbəndində (a) avtoklavlarda və agitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı-hidrometallurqlar, rəhbərlər və mütəxəssislər yarımbəndində (b) sahə (bölmə) rəisləri vəzifələri nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim ediyi "xxxx" ASC-nin ona dair 25 iyun 2024-cü il tarixli 13-5-3/2-0094/2024 nömrəli arayışında xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə aparatçı hidrometallurq vəzifəsində, xx.xx.2005-xx.xx.2007-ci il və xx.xx.2013-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər ərzində isə növbə rəisi vəzifəsində işlədi qeyd olunmuşdur. Sözügedən arayışda qeyd olunan məlumatlara əsasən, iddiaçının işlədiyi aparatçı hidrometallurq və növbə rəisi vəzifələri yuxarıda göstərilən vəzifələrə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (6 ay 6 gün (xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir. Beləliklə, iddiaçının qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər güzəştli iş stajı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. İşin halları AA7066603 nömrəli Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuşdur. xx.xx.1990-cı il tarixli, ТB-İ 093056 nömrəli diploma əsasən, İddiaçı 1981-ci il tarixdən 1989-cu il tarixədək təhsil almışdır. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1981-ci il tarixdən başlayaraq əmək fəaliyyəti ilə məşğul olur. Gəncə Şəhər Kəpəz RİH tərəfindən İddiaçı xx.xx.2000-ci il tarixdə 016781 nömrəli Müharibə Veteranı vəsiqəsi verilmişdir. Azərbaycan Alüminiumu” ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsi üzrə xx.xx.2005-ci il tarixli, 73a nömrəli əmrindən görünür ki, 1 N-li Gil-torpaq sexinin Qələviləşdirmə sahəsinin aparatçı hidrometallurqu İddiaçı 01 mart 2005-ci il tarixindən sexin İdarə heyətində növbə rəisi vəzifəsində əmək münasibətlərini davam etdirməsi, əmək haqqının əmək müqaviləsinə əsasən ödənilməsi qərara alınmışdır. "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsi üzrə xx.xx.2007-ci il tarixli, 346-K nömrəli əmrindən görünür ki, İstehsalat Departamentinin 1 Saylı Gil-Torpaq Sexinin növbə rəisi İddiaçı öz xahişi ilə xx.xx.2007-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə İstehsalat Departamentinin 1 Saylı Gil-Torpaq Sexinə aparıcı mühəndis vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəpəz rayon Hərbi Komisarlığının xx.xx.2008-ci il tarixli, 27 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixə kimi Sovet Ordusunun Silahlı Qüvvələrində xidmət etmişdir və SSRİ MN–nin 1985-ci il tarixli 0279 №-li əmrinə əsasən tərxis olunmuşdur. xx.xx.1993cü il tarixdə Kəpəz rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası MN–nin 0230 №-li əmr ilə ehtiyata təxris olunmuşdur. "xxxx" ASC-nin Gəncə “Gil-Torpaq” İstehsalat Sahəsi üzrə xx.xx.2013-cü il tarixli, 191a-K nömrəli əmrindən görünür ki, "xxxx" ASC-nin Cəncə “Gil-Torpaq” İstehsalat Sahəsi konservasiya rejiminə qoyulduğu üçün İddiaçı vəzifəsi xx.xx.2013-cü il tarixdən 2 (iki) ay müddətinə əmək haqqı müvəqqəti tərtib olunmuş ştat cədvəlinə uyğun ödənilməklə aparıcı mühəndis vəzifəsindən növbə rəisi vəzifəsinə dəyişdirilmişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli, 25 nömrəli “şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” arayışından görünür ki, İddiaçı Ramazan oğlu "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Gil-Torpaq Sexi - sorğac (nasos) qurğular maşinistləri, aparatçı hidrometallurq peşələrində, növbə (sahə bölmə) rəisi vəzifəsində işə başladığı və işdən cıxdığı tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi peşə üzrə sosial sığorta (əmək) stajı xx.xx.2000 dən - xx.xx.2007 dək, xx.xx.2013 dən - xx.xx.2024 dək (Əmr № 41 xx.xx.2000, Əmr № 98 xx.xx.2001, Əmr № 73a xx.xx.2005, Əmr № 191a xx.xx.2013) təşkil edir. İşlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri müxtəlif sistemli nasos və boru nasoslarla təchiz edilmiş, saatda 5000-7000 kub metrə qədər su və pulpa ötürən güclü nasos qurğularına xidmət - sorğac (nasos) qurğular maşinistləri peşəsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 9, yarımbölmə 9a bəndinə sorğac (nasos) qurğular maşinistləri peşəsi (2091100a-13910) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 9, varımbölmə 9a bəndinə aparatçı hidrometallurqlar peşəsi (2091100a-10187) peşə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 9, yarımbölmə 9a bəndinə növbə (bölmə, sahə) rəisləri vəzifəsi (2091100b-24097) vəzifə koduna uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının Bölmə 7, yarımbölmə 29 a bəndinə növbə (bölmə, sahə) rəisləri vəzifəsi vəzifə koduna uyğundur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2000-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə ona hesablanmış əmək haqqı almışdır. Azərbaycan Texnologiya Universitetinin xx.xx.2024-cü il tarixli, 111/v nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Çingiz İldırım adına va Azərbaycan Politexnik İnstitutunun Kirovabad filialına İctimai iaşənin təşkili texnologiyası ixtisası üzrə İ kursa axşam şöbəsinə 90.U(d) xx.xx.1981-cü il saylı əmrlə qəbul olmuşdur.135-U(d).xx.xx.1983cü il saylı əmrlə o, həqiqi hərbi xidmətə getmiş və 179-U(d) xx.xx.1985-ci il saylı əmrlə həqiqi hərbi xidmətdən qayıdaraq İİ kursa əyani şöbəyə bərpa olmuşdur. Nəzəri kursu tam başa vurduğu üçün ona 58-U (d) № 03.07. 1989-cu il saylı əmrlə TB-1 № 093056 li saylı diplomu verilmişdir. xx.xx.2024-cü il tarixli ərizəyə əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubundan görünür ki, yuxarıda qeyd olunan iddiaya qarşı etirazda göstərilən əsaslarla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. "xxxx" Açıq Səmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı işlədiyi aparatçı hidrometallurq peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquqi verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 № Siyahıda 9a yarımbölməsində (Giltorpaq istehsalatı, fəhlələr) nəzərdə tutulan avtoklavlarda və agitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı-hidrometallurqlar vəzifəsinə aiddir. O cümlədən İddiaçı işlədiyi növbə rəisi vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquqi verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 № Siyahıda 9a yarımbölməsində (Giltorpaq istehsalatı, rəhbərlər və mütəxəssislər) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin Siyahısında 7.29b yarımbölməsində (Giltorpaq istehsalatı, rəhbərlər və mütəxəssislər) nəzərdə tutulan sahə (bölmə) rəisləri vəzifəsində aiddir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası
5. Əmək pensiyalarının təyin edilməsi və hesablanması 5.2. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:
Qadınların yaş Dövr Kişilərin yaş həddi həddi 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №‐li Siyahısı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı
Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Məhkəmənin mövqeyi
Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı onun hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsidir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə görə, 1 iyul 2024 - 30 iyun 2025-ci illər arasındakı dövr üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş 65 ildir. Qeyd olunan normaların tələbinə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kişilər 60 yaşına çatmalı, 25 il ümumi iş stajı, 12 il 6 ay güzəştli iş stajı olmalıdır. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla xx.xx.2024-cü il tarixdə 60 yaşı tamam olmuşdur. İşdə olan sənədlərlə müəyyən olunur ki, iddiaçının xx.xx.2024-cü il tarixinədək 25 ildən artıq ümumi iş stajı mövcuddur. Hazırda cavabdeh tərəfindən iddiaçının güzəştli iş stajı mübahisələndirilir. Cavabdeh qeyd edir ki, iddiaçının işlədiyi aparatçı hidrometallurq və növbə rəisi vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan vəzifələrə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (6 ay 6 gün (xx.xx.2000xx.xx.2001-ci il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquqi verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 № Siyahıda 9a yarımbölməsində (Giltorpaq istehsalatı, fəhlələr) avtoklavlarda və agitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı-hidrometallurqlar vəzifəsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquqi verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 № Siyahıda 9a yarımbölməsində (Giltorpaq istehsalatı, rəhbərlər və mütəxəssislər) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin Siyahısında 7.29b yarımbölməsində (Giltorpaq istehsalatı, rəhbərlər və mütəxəssislər) sahə (bölmə) rəisləri vəzifəsi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2007-ci il tarixədək, həmçinin xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “aparatçı hidrometallurq” və “növbə rəisi” işlədiyi dövr güzəştli iş stajı kimi qəbul edilməlidir. Belə ki, "xxxx" Açıq Səmdar Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı işlədiyi aparatçı hidrometallurq peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquqi verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 № Siyahıda 9a yarımbölməsində (Giltorpaq istehsalatı, fəhlələr) nəzərdə tutulan avtoklavlarda və agitatorlarda, təsnifatçılarda, dekompozerlərdə, süzülmə, pulpa hazırlanması, kaustifikatorlarda məşğul olan aparatçı-hidrometallurqlar vəzifəsinə aiddir. O cümlədən İddiaçı işlədiyi növbə rəisi vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquqi verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 № Siyahıda 9a yarımbölməsində (Giltorpaq istehsalatı, rəhbərlər və mütəxəssislər) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin Siyahısında 7.29b yarımbölməsində (Giltorpaq istehsalatı, rəhbərlər və mütəxəssislər) nəzərdə tutulan sahə (bölmə) rəisləri vəzifəsində aiddir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ruhiyə Tağıyeva