Məhkəmə qərarları › İş №2-1(114)-152/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-152/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-152/2022 20.10.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı xx.xx.2021-ci il tarixli 03-10 nömrəli əmrin ləğv edilməsi, hərbi xidmət hərbi qulluğunun və gizir rütbəsinin bərpa edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “Azərbaycan Respublikası Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 03- 10 nömrəli əmrinin ləğv edilməsi, hərbi xidmət qulluğunun və gizir rütbəsinin bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2021ci il tarixli 0310 nömrəli əmrin ləğv edilməsi, hərbi xidmət hərbi qulluğunun və gizir rütbəsinin bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 oktyabr 2011-ci il tarixdən 13 aprel 2013-cü il tarixədək Azərbaycan Respublikası Silahli Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. 04 aprel 2014-cü il tarixdə N saylı hərbi hissənin tərkibində müddətdən artıq həqiqi hərbi qulluğa qəbul edilmiş və xx.xx.2021-ci ilə kimi müxtəlif hərbi hissələrdə xidmət etmişdir. Xidmət etdiyi müddətdə heç bir intizam tənbehi almamışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli 03-10 nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" AR Qanununun 41.0.6-cı maddəsinə əasaən (xidmətə uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Bundan sonra o, şəxsi heyyətin siyahısından, bütün növ təminatlardan çıxarılmış və sənədlər qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmət Çağrış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə göndərilmişdir. Qeyd edilən əmrlərin surəti cavabdeh tərəfindən ona təqdim edilməmiş, dəfələrlə müraciət etməyisinə baxmayaraq verilməmişdir. Əmrin surəti ona verilmədiyindən onu mübahisələndirə bilməmişdir. Onun ehtiyata buraxılmasının səbəbi bu günədək iddiaçıya aydın deyildir. Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsi tərəfindən ərizəsinə cavab olaraq bildirilirmişdir ki, iddiaçı xx.xx.2021ci il tarixli raportuna əsasən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanunununun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Quvvələrin ehtiyatına buraxılmışdr. Bildirir ki, o heç bir raport yazmamış, hansı raporta əsasən xidmətdən azad olunmaası ona məlum deyil. Əmrdəki əsalandırma dəqiq və öz təsdiqini tapmış faktlar əsasında deyil, tamamilə təsdiqini tapa bilməyən və sübutlarla tam əhatələnməyən ümumi ifadələrlə təsbit olunmuşdur. Konkret xidməti uyğunsuzluğun nədən ibarət olması əsaslandırılmamışdır. Cavabdehin bu hərəkətlərini iddiaçının hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir. Əmr verilərkən onun xidmətə uyğun olmaması kifayət qədər əsaslandırılmamış, həqiqi hərbi xidmətdən ehtiyata buraxılarkən, müvafiq hərbi hissə komandanlığı tərəfindən iddiaçı ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə əsasən müvafiq söhbətlər aparılmamış, hüquq və vəzifələri izah olunmamış, söhbət vərəqələri olmamış, həmin vərəqələrlə tanış olmamış, onun barəsində təqdimatların tərtib edilib-edilməməsində məlumatı olmamış, hərbi qulluqçu kimi öhdəçilik sənədi ilə tanış edilməmişdir. Nəticədə hərbi hissənin komandirləri tərəfindən qəbul edilmiş inzibati aktlar kifayət qədər əsaslandırılmamış və iddiaçının qanunla müəyyən edilmış hüquqlarının pozulması ilə qəbul edilmişdir. İddiaçı cavabdehin əmrini qərəzli, əsassız, qanunsuz və ədalətsiz hesab edir. Bu səbəbdən də o, işləməkdən məhrum olmuş, işləmədiyi üçün maddi cəhətdən çox problemlərim yaranmışdır ,haqsız yerə işini itirməsi həm onun, həm də valideyinləri üçün ağır nəticələrə gətirib çıxarmışdır. İddiaçı gənc bir döyüşçüdür, Vətənə xidmət etməyi özünə şərəf və borc hesab edir. İİ Qarabağ Müharıbəsinin iştirakçısıdır. Lakin, o, bu xidmətdən bu gün məhrum olmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı tərəfindən iddia verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, cavabdehin xx.xx.2021-ci il tarixli 0310 nömrəli qərarının ləğvini məqsəd güdür. Qanunvericliyin mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Hazırkı iş üzrə mübahisələndirilən əmrin iddiaçıya hansı tarixdə rəsmi qaydada təqdim olunması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübutun məhkəməyə təqdim olunmadığını müəyyən edilmişdir. Lakin iddiaçının barəsində qəbul edilmiş əmrin mövcudluğundan 2021-ci ilin may ayından (iddiaçı məhkəmə iclasında 07 may 2021-ci il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra xəbəri olduğunu bildirmiş), yəni iddiaçıya xx.xx.2021-ci il tarixdə təyinat vərəqəsi əsasında hərbi qeydiyyata alındığı zaman xəbərdar olduğu qənaətinə gəlmək mümkündür. Belə ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 1178 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.2021-ci il 153 nömrəli təyinat vərəqəsi ilə SHXÇ DX Goranboy rayon şöbəsinə qeydiyyata alınması üçün xx.xx.2021-ci il tarixdə hərbi qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı geci xx.xx.2021-ci il tarixdə məlumatlı olduğu əmri xx.xx.2021-ci il tarixdə (iddia ərizəsinin poçta təqdim olunduğu tarix) yəni 4 aydan artıq müddətdən sonra məhkəmədə mübahisələndirmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin məzmunundan bəlli olur ki, iddiaçı hərbi biletinin və əmrlərdən çıxarışların ona gec verildiyi üçün məhkəməyə vaxtında müraciət edə bilməmişdir. İddia müddətlərinin təyinatı baxımından işin hallarına nəzər salındıqda görünür ki, iddiaçıya ehtiyata buraxılması ilə əlaqədar yaşayış yeri üzrə SHXÇDX-nin Goranboy rayon şöbəsində qeydiyyata durmaq üçün xx.xx.2021-ci il tarixli təyinat vərəqəsi verilən zaman o artıq ehtiyata buraxılmasından xəbərdar idi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (İPM) 22-ci maddəsinə əsasən, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. İPM-nin 38.1-ci maddəsi də yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı xx.xx.2021-ci il tarixli 03-10 nömrəli əmrin ləğv edilməsi, hərbi xidmət hərbi qulluğunun və gizir rütbəsinin bərpa edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar