Məhkəmə qərarları › İş №2-1(114)-152/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-152/2024

04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-152/2024 04.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Muxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Muxtar oğlu və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Muxtar oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletə əsasən İddiaçı Muxtar oğlu xx.xx.1980-xx.xx.1982-ci illərdə hərbi xidmətdə olmuşdur.

2. İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli 253 nömrəli attestata əsasən İddiaçı Muxtar oğlu xx.xx.1978-ci il tarixdə Azərbaycan SSR Sumqayıt 44 nömrəli şəhər texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1979-cu il tarixdə təhsil müddəti 1 il olan həmin məktəbi əl qaynaqçısı peşəsi üzrə bitirmiş, İmtahan Komissiyasının qərarı ilə ona üçüncü dərəcəli əl qaynaqçısı ixtisası verilmişdir.

3. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı Muxtar oğlu xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək 11 nömrəli Tikinti İdarəsində 3-cü dərəcəli əl qaynaqçısı, xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək 3 nömrəli Trestdə çilingər, xx.xx.1983-cü il tarixədən xx.xx.1984-cü il tarixədək qaynaqçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Tovuz şəhər 10 nömrəli Təmir Tikinti İdarəsi Əlibəyli sahəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək 70 nömrəli X1 5-ci dərəcəli qaynaqçı, xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək 14 nömrəli Təmir-Tikinti İdarəsində 4-cü dərəcəli qaynaqçı, xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “Qazaxsutikinti” İdarəsinin 14 nömrəli TQİ-də 5-ci dərəcəli qaynaqçı, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək "xxxx" ATSC-də qaynaqçı, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək BTC-CQ boru kəməri layihəsinin X2.CO. (CCK) şirkətində armaturçu, xx.xx.2006-cı il tarixdən xx.xx.2014-cü il tarixədək "xxxx" ASC-də (daha sonra adı dəyişdirilərək “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC olmuşdur) qaynaqçı, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" QSC-nin Muğan sahəsində 5-ci dərəcəli qaynaqçı, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" ASC-də 5-ci dərəcəli qaynaqçı işləmişdir.

4. X3 "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 767/22 nömrəli arayışından məlum olur ki, İddiaçı Muxtar oğlu həqiqətən "xxxx" ASC-də xx.xx.2006-cı il tarixdən (əmr nömrəsi iq- 207) xx.xx.2014-cü il tarixədək (əmr nömrəsi 214) əl ilə qaynaqla elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.2023-cü il tarixdən AR Vergilər Nazirliyinin VŞVD-nin KHŞDQİdə "xxxx" ASC-nin adı dəyişdirilərək “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC adlandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixində təsdiq edilmiş qərarı ilə Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının “Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropalitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər” 10103000 bölməsinin alt bölməsində (1010300a – 19906) əl ilə qaynaqla elektrik qaynaqçıları qeydinə əsasən güzəştli əmək stajı 8 il 1 ay 12 gün təşkil edir.

5. "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli 83-2G8 nömrəli və xx.xx.2023-cü il tarixli 53-02/8 nömrəli arayışlarına əsasən İddiaçı Muxtar oğlu həqiqətən "xxxx" QSC-də xx.xx.2019-cu il tarixdən 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsində işləmişdir (əmr nömrəsi 26/k, xx.xx.2019-cu il). xx.xx.2019-cu ildə işdən azad edilmişdir (əmr nömrəsi 63/k, xx.xx.2019-cu il). xx.xx.2022-ci il tarixdən bugünə kimi 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsində işləyir (əmr nömrəsi 44/k, xx.xx.2022-ci il). Arayış cəmiyyətdə işlədiyi dövrün forma T-2 və cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib.

6. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli 135/21 nömrəli və xx.xx.2023-cü il tarixli 13/23 nömrəli arayışlarına əsasən İddiaçı Muxtar oğlu həqiqətən xx.xx.2021-ci il tarixdən bugünə kimi "xxxx" MMC-də 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı peşəsində işləyir.

7. "xxxx" MMC-nin şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışından görünür ki, İddiaçı Muxtar oğlu Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq güzəştli şərtlə yaşa görə pensiya hüququ verən 5-ci dərəcəli əl qaynaqçısı vəzifəsində "xxxx" MMC-də xx.xx.2021-ci il tarixli iq-017 nömrəli əmrlə "xxxx" MMC-də işə başlamışdır. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 28 il 9 ay 4 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: qaynaqların qoyulması üçün texnoloji avadanlığın seçilməsi, qaynağın bütün məkan növlərində blok dizaynında kompleks strukturlarının qaynaqlanmasından ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 1010300A bəndində 19906 yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

8. İddiaçı Muxtar oğlu hüququ yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-45362/2023 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının teyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi ona dair sənədlərdə qeyd olunan məlumatlara əsasən güzəştli iş stajı 12 il 6 aydan az (10 il 5 ay (xx.xx.1979xx.xx.1980-cı il, xx.xx.2006-xx.xx.2014-cü il, xx.xx.2021-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ vardır.

9. Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 97-02/g nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı Muxtar oğlu həqiqətən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunmuş 1 və 2 saylı siyahıda nəzərdə tutulmuş müəssisədə, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti Arpaçay ixtisaslaşmış idarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx"QSŞ-nin hüquqi varisidir) xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində işləyib (əmr- 26/k xx.xx.2019-cu il 2 saylı siyahının 33-cu fəsili, ümumi peşələr, kod- 23200000 - 19906). xx.xx.2019-cu il tarixdən işdən azad edilib. Arayış xx.xx.2019-cu il tarixdən işlədiyi dövrün cəmiyyət üzrə əmrlər kitabı əsasında verilib. "xxxx"QSC 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. Qeyd: "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Arpaçay İxtisaslaşmış idarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx" QSC-nin hüquqi varisidir.

10. Həmin məktuba əlavə edilmiş xx.xx.2023-cü il tarixli 96-02/g nömrəli arayışından məlum olur ki, İddiaçı Muxtar oğlu Azərbaycan Respublikasının əmək pensiyaları qanunvericiliyinə uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində "xxxx" QSC-də xx.xx.2019-cu il tarixdən 26/k, xx.xx.2019-cu il tarixli əmrlə xx.xx.2019-cu il tarixə kimi işləyib. İşlədiyi vəzifə üzrə iş stajı 06 ay 09 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: dağ-mədən işlərindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 33-cü fəsli – ümumi peşələr, 23200000 – 19906 vəzifə kodunda müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir.

11. Məhkəmənin sorğusuna Qazax rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-60/2-126/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Qazax rayon Statistika İdarəsində “Qazaxsutikinti” idarəsi barədə heç bir məlumat yoxdur.

12. Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli **********281500 nömrəli cavab məktubunda bildirilmişdir ki, uçot məlumat bazasında “Qazaxsutikinti” idarəsi hüquqi şəxs kimi vergi orqanında qeydiyyata alınmadığından bu barədə məlumat verilməsi mümkün olmamışdır.

13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********501500 nömrəli cavab məktubunda bildirilmişdir ki, dövlət reyestrində "xxxx" X10 Cəmiyyətinin xx.xx.1998-ci il tarixli 1546 nömrə ilə dövlət reyestrindən keçməsi və səhmdarlarının ümumi yığıncağının xx.xx.2007-ci il tarixli protokoluna əsasən adının dəyişdirilib "xxxx" Açıq Səhmdar Cəmiyyəti olması barədə məlumat mövcuddur. Sahibkarlıq fəaliyyətinin dayandırılması və vergi tutulan əməliyyatın olmaması barədə müxtəlif tarixlərdə təqdim etdiyi arayışlara əsasən uçot məlumat bazasında həmin Cəmiyyətin fəaliyyətinin xx.xx.2007-ci il tarixdən hazırki dövrədək dayandırılması barədə qeyd aparılmışdır.

14. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli xidməti məktubunda göstərilmişdir ki, X5 Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 28 il 1 ay 10 gün (xx.xx.2006-cı il tarixinədək 16 il 10 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1989-xx.xx.1998-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 1 ay), fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 35908,89 manat təşkil edir.

15. Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********841900 nömrəli cavab məktubunda bildirilmişdir ki, uçot məlumat bazasına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1998-ci il tarixdə Tovuz rayon 14 saylı Tikinti-Quraşdırma İdarəsinin əsasında yaradılmış və onun hüquqi varisidir.

16. Həmin məktuba əlavə edilmiş "xxxx" X10 Cəmiyyətinin nizamnaməsinin 2.4-cü bəndində qeyd edilmişdir ki, Cəmiyyət Tovuz rayon 14 saylı Tikinti-Quraşdırma İdarəsinin əsasında yaradılır və onun hüquqi varisidir. II. Məhkəmədə icraat

17. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “Qazaxsutikinti” İdarəsində əl qaynaqçısı əl qaynaqçısı işlədiyi illərin sosial sığorta stajına aid edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25 dekabr 1989-cu il tarixdə 14 №-li «Qazaxsutikinti» idarəsinə 5-ci dərəcəli qaynaqçı kimi işə qəbul olunmuşdur. 28 avqust 1998-ci il tarixədək həmin idarədə əl qaynaqçısı işləmişdir. Həmin müəssisədə işləməyi barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Hazırda güzəştli şərtlə əmək pensiyası cavabdeh təşkilata müraciət etmişdir. Oradan ona rəsmi olaraq bildirilib ki, onun 14 №-li «Qazaxsutikinti» idarəsində işlədiyi illərin onun sosial sığorta stajına aid edilməsindən imtina edilmişdir. Bunu əsas götürərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həmin illərin onun əmək stajına hesablanmasının mümkün olmadığı qeyd olunmuşdur. Bununla onun pensiya təminatı almaq hüququ pozulub.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

20. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “Qazaxsutikinti” İdarəsində əl qaynaqçısı və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" QSC-də əl qaynaqçısı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə hüququ yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

21. İddiaçı məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək “Qazax tikinti” İdarəsində əl qaynaqçısı və xx.xx.2019-cu il tarixədək "xxxx" QSC-də əl qaynaqçısı işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir.

22. İddiaçı xx.xx.2024-cü il tarixli baxış iclası zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

23. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

24. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

25. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

26. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

27. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

28. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

29. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

30. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə prosesində iştirak etmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

31. İddiaçı Muxtar oğlu şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

32. Cavabdehin nümayəndəsi X7 şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

33. Cavabdehin orqanın iddia tələbinə qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur.

34. Etirazın dəlilləri iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən verilən cavab məktubunda göstərilən arqumentlərlə eynilik təşkil edir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

35. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi bilet; - İddiaçıya məxsus xx.xx.1979-cu il tarixli 253 nömrəli attestat; - İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası; - X3 "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 767/22 nömrəli arayışı; - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13/23 nömrəli arayışı; - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 53-02/8 nömrəli arayışı; - "xxxx" MMC-nin “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışı; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-45362/2023 nömrəli imtina məktubu və xidməti məktubu; - Məhkəmənin sorğusuna "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 97-02/g nömrəli cavab məktubu; - "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli 96-02/g nömrəli arayışı; - Məhkəmənin sorğusuna Qazax rayon Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli 3-34-60/2-126/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli **********501500 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna 14 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2024-cü il tarixli **********841900 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

36. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

37. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

38. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

39. Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısına görə:

10100000 İ. Dağ-mədən işləri 10103000 2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər 1010300a— əl ilə qaynaqda elektrik qaynaqçıları 19906

40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına görə:

1. Dağ-mədən işləri 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması 1.1.2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağmədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər a) əl ilə qaynaqda elektrik qaynaqçıları

41. İddiaçı iddia tələbində xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

42. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması. - d) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması.

43. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuş və 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur (birinci şərt ödənilir).

44. İddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək ümumi iş stajı 25 ildən çoxdur (ikinci şərt ödənilir).

45. İddiaçının pensiya hüququnun yarandığı vaxt – xx.xx.2021-ci il tarixdə qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının toplanmış olması ilə bağlı tələb mövcud olmuş və həmin dövr üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı 28800 manat olmuş, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı isə 35908,89 manat təşkil etmişdir (üçüncü şərt ödənilir).

46. Dördüncü şərt və cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır.

47. Məhkəmə iddiaçının xüsusi stajı ilə bağlı qeyd edir ki, iddiaçının zərərli işlərdə işlədiyini iddia etdiyi dövr və peşələr aşağıdakıları əhatə edir: - xx.xx.1979-xx.xx.1980-ci il tarixlərdə 11 nömrəli Tikinti İdarəsində 3-cü dərəcəli əl qaynaqçısı (8 ay 14 gün); - xx.xx.1989-xx.xx.1998-ci il tarixlərdə “Qazaxsutikinti” idarəsinin Tovuz rayon 14 saylı TQİ-də 5-ci dərəcəli qaynaqçı (8 il 8 ay 4 gün); - xx.xx.2006-xx.xx.2014-cü il tarixlərdə "xxxx" ASC-də (daha sonra adı dəyişdirilərək “Avro-Asiya” İnşaat Korporasiyası "xxxx" ASC olmuşdur) qaynaqçı (8 il 1 ay 13 gün); - xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə "xxxx" QSC-də 5-ci dərəcəli əl qaynaqçısı (8 il 1 ay 13 gün); - xx.xx.2021-xx.xx.2022-ci il tarixlərdə "xxxx" ASC-də 5-ci dərəcəli qaynaqçı (1 il 7 ay 9 gün).

48. Cavabdeh orqanın imtina məktubu və yazılı etirazı ilə müəyyən edilir ki, iddiaçının zərərli peşələrdə işlədiyi dövr – cəmi 10 il 5 ay güzəştli iş stajı kimi qəbul edilmişdir.

49. Mübahisə iddiaçının xx.xx.1989-xx.xx.1998-ci il tarixlərdə “Qazaxsutikinti” idarəsinin Tovuz rayon 14 saylı TQİ-də və xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə "xxxx" QSC-də Muğan sahəsində 5-ci dərəcəli qaynaqçı işlədiyi dövrdəki peşələrlə bağlıdır.

50. Cavabdeh orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir.

51. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün, həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxarılmalıdır.

52. Məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

53. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli ИТ-İ № ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, İddiaçı Muxtar oğlu xx.xx.1989-cu il tarixdən xx.xx.1998-ci il tarixədək 14 nömrəli “Qazaxsutikinti” İdarəsində 5-ci dərəcəli qaynaqçı və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" QSC-nin Muğan sahəsində 5-ci dərəcəli qaynaqçı işləmişdir.

54. Həmçinin, məhkəmənin verdiyi sorğulara cavablarla müəyyən edilmişdir ki, İddiaçı Muxtar oğlu, həqiqətən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 5-ci dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsində işləmiş xx.xx.2019-cu il tarixdən işdən azad edilmişdir. "xxxx" QSC 1972-ci il tarixdən bu günə kimi respublika ərazisində tunel, açıq dağ-mədən işləri, qazma-partlayış işləri və digər ixtisaslaşmış tikinti quraşdırma işlərini yerinə yetirir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Arpaçay İxtisaslaşmış idarəsinin, Azərbaycan İxtisaslaşmış idarəsinin və "xxxx" QSC-nin hüquqi varisidir.

55. İddiaçının xx.xx.1989-xx.xx.1998-ci il tarixlərdə 14 nömrəli “Qazaxsutikinti” idarəsinin 14 saylı TQİ-də 5-ci dərəcəli qaynaqçı (8 il 8 ay 4 gün) işlədiyi dövr üzrə güzəştli arayışın tələb olunmasına gəldikdə isə, məhkəmə sorğulara alınmış cavablarla müəyyən etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti xx.xx.1998-ci il tarixdə Tovuz rayon 14 saylı Tikinti-Quraşdırma İdarəsinin əsasında yaradılmaqla, onun hüquqi varisidir. Həmin Cəmiyyətin fəaliyyəti xx.xx.2007-ci il tarixdən hazırki dövrədək dayandırılmışdır. Yəni, iddiaçının həmin müəssisədən güzəştli arayış ala bilməsi onun imkanları xaricindədir.

56. Göründüyü kimi, iddiaçının bütün müəssisələrdə işlədiyi elektrik qaynaqçısı peşəsi müvafiq olaraq Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın müvafiq bəndində (1.1.2. bəndin a) yarımbəndi) nəzərdə tutulmuşdur.

57. Həmin peşə eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004cü il 5 iyul tarixli 92 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nda öz əksini tapmışdır.

58. İddiaçının həmin peşədə işlədiyi müddət tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

59. Göründüyü kimi, iddiaçıya xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.

60. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

61. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

62. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

63. Məhkəmə hesab edir ki, iddiaçı cavabdeh orqana müraciət etdiyi xx.xx.2021-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

64. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Muxtar oğluna oğluna xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

65. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

66. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68,-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı Muxtar oğluna xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar