Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1520/2024 01.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinətin bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Musayeva Ülviyyə İlham qıznın katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli müəssisəsi) qarşı 2022-ci ilin iyul ayından əmək xəsarətinə görə dayandırılmış müavinətin bərpa edilməsi və verilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı 1987-ci ildə “SSMU-3” Tikinti Quraşdırma İdarəsində işlədiyi vaxt sexin uçması nəticəsində əmək xəsarəti alaraq əmək qabiliyyətinin 75 faizini itirmiş, ona xx.xx.2009-cu il tarixdən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir.
2. "xxxx" SC-nin tabeliyində olan 3 saylı müəssisənin xx.xx.2013-cü il tarixdən özəlləşdirilmiş, bu əsasla xx.xx.2009-cu il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır.
3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2013-cü il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 566.2 kv.m olan əmlak kompleksi üzərində X2 və digərlərinin ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. 17.10.2014-cü il tarixli 5253 nömrəli Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2013-cü il tarixli ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən alıcının adına qeydiyyata alınmış Gəncə şəhəri, Kəpəz rayonu, Nəriman Nərimanov prospekti, 12 ünvanındakı 3 saylı müəssisənin istifadəsində olan 882.3 kv.m torpaq sahəsini 2859 manat müqabilində alıcı X1.
5. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-712/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı istehsalat qəzasında aldığı xəsarətə görə 2022-ci ilin iyul ayından dayandırılmış ödənişlərin bərpa edilməsi və həmin tarixdən etibarən hər ay ödənilməli olan ödənişlərin cavabdeh "xxxx" 3 saylı tikinti müəssisəsindən tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
6. Qeyd olunan qətnamə icra edilməsi üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, lakin müəssisənin fəaliyyəti dayandığına görə icra vərəqəsi icra edilmədən geri qaytarılmışdır.
7. X2 barəsində Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilmiş, Gəncə Şəhər Məhkəməsinin 3(125)-2169/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 3- 17-5/2-V-47079/2023 nömrəli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəməli, müəssisə ləğv olunduğu halda isə sözügedən qaydaların 3.11-ci maddəsinə əsasən zərərin əvəzi zərərçəkənə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ödənilməlidir. "xxxx" Səhmdar Cəmiyyətinin tabeliyində olan 3 saylı müəssisəsinə qarşı "istehsalatda baş vermiş qəza nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi" tələbinə dair Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-712/2023 nömrəli qətnaməsinə əsasən iddiası təmin edilmiş və 2022-ci ilin iyul ayından dayandırılmış ödənişlərin bərpa edilməsi və həmin tarixdən etibarən hər ay ödənilməli olan ödənişlərin cavabdeh "xxxx" Səhmdar Cəmiyyətinin 3 saylı tikinti müəssisəsindən tutularaq ona ödənilməsi qət edilmişdir. "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanununun 7 9-cu maddəsinə müvafiq olaraq müraciətində qeyd olunan məsələlərə dair zəruri sənədlərin surətlərinin təqdim edilməsi və müraciətində qaldırdığı məsələlərə münasibət bildirilməsi üçün xx.xx.2023-cü il tarixli 3-17-5/2-42873/2023 nömrəli məktubla "Azərsanəyetikinti" Səhmdar Cəmiyyətinin 3 nömrəli müəssisəsinin qanuni təmsilçisi X3 müraciət edilmişdir. Lakin poçt xidməti tərəfindən "müəssisə bağlıdır, işləmir" qeydi ilə məktub geri qayıtmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********984800 nömrəli məktubunda "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli müəssisəsinin fəaliyyətinin xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırıldığı qeyd edilmişdir. Məlum üçün bildirilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan (X8 Xidməti) bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz.
9. İddiaçı aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin Filialın xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-311780/2023 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Məlumat üçün bildirilir ki, ona xx.xx.2008-ci il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bildirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən "xxxx" SC-nin tabeliyində olan 3 saylı müəssisənin xx.xx.2013-cü il tarixindən özəlləşdirilməsinə baxmayaraq ona təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Bu səbəbdən xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, "xxxx" SC-nin tabeliyində olan 3 saylı müəssisənin özəlləşdirilməsi başa çatdığından ona xx.xx.2013-cü il tarixindən sonrakı dövr üzrə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.
10. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********984800 nömrəli məktubunda bildirilmişdir ki, "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli müəssisəsinin (VÖEN **********) fəaliyyəti xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmışdır. xx.xx.2023-cü il tarixə fəaliyyəti dayandırılmış vəziyyətdədir.
11. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli 3-21-3/2-2481/2024 nömrəli cavab məktubuna əlavə edilmiş hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərin siyahısından və digər sənədlərdən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 12 ünvanında yerləşən ümumi sahəsi 566.2 kv.m olan 3 saylı müəssisə xx.xx.2013-cü il tarixdə hərrac vasitəsi ilə özəlləşdirilmişdir.
12. Məhkəmənin sorğusuna 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********680500 nömrəli cavab məktubunda bildirilmişdir ki, "xxxx" Səhmdar Cəmiyyətinin 3 nömrəli müəssisəsinin fəaliyyəti hazırda aktiv vəziyyətdədir və hazırki hüquqi ünvanı ünvan 4 binalarının tikintisi və əlavə fəaliyyət növü beton, gisp və sementdən sair məmulatların istehsalıdır. II. Məhkəmədə icraat
13. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2022-ci ilin iyul ayından əmək xəsarətinə görə dayandırılmış müavinətin bərpa edilməsi və verilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 41 il əmək stajı vardır. 1987-ci ildə "SSMU-3" Tikinti Quraşdırma İdarəsində işlədiyi vaxt sexin uçması nəticəsində 18 metr yüksəklikdən yıxılaraq müxtəlif dərəcəli əmək xəsarəti almışdır. Əmək qabiliyyətinin 75 faizini itirmişdir. Hadisədən sonra ona İİ qrup əlillik dərəcəsi təyin edilmiş və orta əmək haqqı hesablanmış 336 manat, əmək qabiliyyətinin 75 faizini itirdiyinə görə 25 faiz əmək haqqından çıxılıb 256 manat müavinət təyin edilmişdir. Həmin pulun 120 manatını Sosial Təminat İdarəsi öz üzərinə götürmüş, qalan məbləğin 136 manatını isə idarə ödəmişdir. 2021-ci ilin dekabr ayının 30-na qədər 55 manat miqdarında əmək xəsarəti pulu almışdır. 2022-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən onun xəsarət pulu artırılaraq 225 manat təyin edilmişdir. 2022-ci ilin aprel ayında görmüşdür ki, onun 450 manat hesabına pul köçürülmüşdür. Daha sonra getmiş, Sosial Təminat Şöbəsinə soruşmuşdur ki, 450 manat nə məbləğdir. Ona cavab vermişlər ki, Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən 2022-ci ilin yanvarın 1-dən pullar əmək xəsarətinin faizi ilə hesablanıb verilsin, bu da 75 faiz əmək qabiliyyətini itirdiyinə görə hesablanıb 225 manat təyin edilmişdir. Ümumilikdə o, 2022-ci ilin yanvar ayının 1-dən 2022-ci ilin iyulun 1-nə qədər 1350 (min üç yüz əlli) manat müavinət almışdır. 2022-ci ilin iyul ayında isə əmək xəsarətinə görə müavinəti tamamilə dayandırılmışdır. Bu barədə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, ona bildirmişlər ki, "xxxx" 3 nömrəli müəssisəsi xx.xx.2013-cü il tarixdə özəlləşməsi başa çatdığına görə ödənişi dayandırılmışdır. Əlavə olaraq bildirir ki, o, cavabdeh "xxxx" 3 saylı tikinti müəssisəsinə qarşı «istehsalatda baş vermiş qəza nəticəsində sağlamlığın pozulmasına görə ödəncin verilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir və Gəncə Şəhər Məhkəməsinin 2(125)-712/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və onun istehsalat qəzasında aldığı xəsarətə görə 2022-ci ilin iyul ayından dayandırılmış ödənişlər bərpa edilməsi və həmin tarixdən etibarən hər ay ödənilməli olan ödənişlərin cavabdeh "xxxx" 3 saylı tikinti müəssisəsindən tutulub ona ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, sağlamlığına zərər vurulmasına səbəb olan müəssisənin özəlləşdirilməsi xx.xx.2013-cü il tarixində başa çatmışdır və 2022-ci ilin iyul ayından dayandırılmış ödənişlər bərpa edilməli və hər ay ödənilməli olan ödənişlər cavabdeh "xxxx" 3 saylı tikinti müəssisəsi tərəfindən ona ödənilməlidir. Lakin Gəncə şəhəri üzrə İcra İdarəsinin 02 oktyabr 2023-cü il tarixli A.C № e-206644/22 saylı məktubu ilə Gəncə Şəhər Məhkəməsinin 2(125)-712/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədi icra olunmadan geri qaytarılmışdır. Gəncə şəhəri üzrə İcra İdarəsinin 02 oktyabr 2023-cü il tarixli "icra edilməyən icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması" haqqında qərar onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin əməkdaşları tərəfindən "xxxx" 3 saylı tikinti müəssisəsinin yerləşdiyi ünvan 5 ünvana baxış keçirilmiş və tələbin yönəldilə biləcəyi heç bir daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Borclu "xxxx" 3 saylı tikinti müəssisəsinin keçmiş direktoru X4 22 fevral 2012-ci il tarixdə vəzifəsindən azad edildiyini, səhdar cəmiyyətinin səhmlərinin müxtəlif şəxslərin adına özəlləşdirildiyini və hal-hazırda həmin müəssisənin fəaliyyətinin dayandığını bildirmişdir. Bu barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin əməkdaşları barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron icra informasiya sistemindən edilmiş sorğular nəticəsində və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 21 sentyabr 2023-cü il tarixli məktubuna əsasən borclu "xxxx" 3 saylı tikinti müəssisəsinin fəaliyyətinin müvəqqəti olaraq dayandırıldığını və müəssisənin adına heç bir daşınar və daşınmaz əmlakın qeydiyyatda olmadığı məlum olmuş, həmçinin müəssisənin keçmiş direktoru X2 təqdim etdiyi özünə aid əmək kitabçasına əsasən onun 22 fevral 2012-ci il tarixdə direktor vəzifəsindən azad edildiyi müəyyən edilmişdir. Yuxarıda göstərdiyi bütün hallar, icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə ilə "xxxx" 3 saylı tikinti müəssisəsinin direktoru X2 barəsində Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən tərtib edilmiş protokol əsasında Gəncə Şəhər Məhkəməsinin 3(125)-2169/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərar onun əsaslandırılmışdır ki, Elektron İcra sistemindən əldə edilmiş məlumatlardan görünür ki, "xxxx" 3 saylı tikinti müəssisəsinin fəaliyyətinin müvəqqəti olaraq dayandırılmışdır. X2 təqdim etdiyi əmək kitabçasından görünür ki, o, 26 yanvar 2009-cu il tarixdə "xxxx" Səhmdar Cəmiyyətinin 3 saylı Müəssisəsinin rəisi vəzifəsinə təyin olunmuş, 22 fevral 2012-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 06 aprel 2010-cu il tarixli 839 saylı Sərəncamının icrasına uyğun olaraq 3 saylı müəssisə "xxxx" Səhmdar Cəmiyyətinin struktur tərkibindən çıxarılmışdır. Göstərilənlərə əsasən Gəncə Şəhər Məhkəməsinin 3(125)-2169/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə X4 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Ərizəsində göstərdiyi hallardan görünür ki, "xxxx" Səhmdar Cəmiyyətinin 3 saylı Müəssisəsi ümumiyyətlə fəaliyyət göstərmir. Ona görə də, hesab edir ki, müavinətinin dayandırılması qanunsuzdur.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə iclasına gəlməyən şəslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
19. Cavabdehin iddiaya qarşı yazılı etirazı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, əmək xəsarətinə görə dayandırılmış müavinətin bərpa edilməsini xahiş etmiş, Mərkəzi Filial tərəfindən iddiaçıya verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən müraciətin müsbət həlli mümkün olmamışdır. Cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən: 1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. 2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. 4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. 5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat gezası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən nəlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əmək haqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Məlumat üçün bildiririk ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bildirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq məktubuna əsasən Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 12 ünvanında yerləşmiş "xxxx" SC-nin tabeliyində olan 3 saylı müəssisə "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət əmlakının hərraclar vasitəsi ilə satış qaydaları"na uyğun olaraq xx.xx.2013-cu il tarixdə hərrac vasitəsilə özəlləşdirilmişdir. Əlavə olaraq bildirilir ki, "xxxx" SC-nin tabeliyində olan 3 saylı müəssisənin xx.xx.2013-cü il tarixdən özəlləşdirilməsinə baxmayaraq iddiaçıya xx.xx.2009-cu il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6685.00 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, "xxxx" SC-nin tabeliyində olan 3 saylı müəssisənin özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin 0034 ödənişi dayandırılmışdır. Qeyd etməyi zəruri hesab edirlər ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-712/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı iddiası təmin edilmiş, istehsalat qəzasında aldığı xəsarətə görə 2022-ci ilin iyul ayından dayandırılmış ödənişlərin bərpa edilməsi və həmin tarixdən etibarən hər ay ödənilməli olan ödənişlər cavabdeh "xxxx" 3 saylı tikinti müəssisəsindən tutulub İddiaçı ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş qətnamə qanuni qüvvəsinin almışdır. Odur ki, iş üzrə iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
21. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək tələbin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında etirazda göstərilən dəlillərə istinad edərək, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
Əsaslandırma hissəsi:
23. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
24. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
25. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı 1987-ci ildə “SSMU-3” Tikinti Quraşdırma İdarəsində işlədiyi vaxt sexin uçması nəticəsində əmək xəsarəti alaraq əmək qabiliyyətinin 75 faizini itirmiş, ona xx.xx.2009-cu il tarixdən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. "xxxx" SC-nin tabeliyində olan 3 saylı müəssisənin xx.xx.2013cü il tarixdən özəlləşdirilməsinə baxmayaraq iddiaçıya xx.xx.2009-cu il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmiş, həmin tarixdə isə müavinətin ödənişi dayandırılmışdır.
26. İddiaçı hazırki tələbində "xxxx" SC-nin tabeliyində olan 3 saylı müəssisənin özəlləşdirilməsinə baxmayaraq, fəaliyyət göstərmədiyini əsas gətirərək, həmin ödəncin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən bərpa edilərək ödənilməsini xahiş edir.
27. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir.
28. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə: Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Maddə 239.3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
29. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarına görə: Bənd 3.1. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aşağıdakı məbləğlərdə aylıq müavinət verilir: 3.1.1. peşə əmək qabiliyyəti itirildikdə – minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq)... Bənd 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bənd 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Bənd 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. Bənd 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 242 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydası”na görə: Bənd 7. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yazılı bildiriş göndərir. Həmin bildirişlə dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixi və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minməsi barədə təqdim olunan məlumatda belə müəssisələrin adlı siyahısı göstərilməlidir. Qurumlar bu bildirişi əsas götürməklə, həmin bildirişdə göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödəncin verilməsini dayandırırlar. Bənd 8. Aylıq müavinət müraciət edilmə vaxtından asılı olmayaraq, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın 5.1-ci bəndi ilə müəyyən olunan tarixdən müəssisənin özəlləşdirilməsi başa çatanadək, yaxud idarə etmək hüququna dair bağlanmış müqavilə qüvvəyə minən tarixədək təyin edilir.
31. Hazırki işdə iddiaçının işlədiyi Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov prospekti, 12 ünvanında yerləşmiş "xxxx" SC-nin tabeliyində olan 3 saylı müəssisə "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı" və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət əmlakının hərraclar vasitəsi ilə satış qaydaları"na uyğun olaraq xx.xx.2013-cu il tarixdə hərrac vasitəsilə özəlləşdirilmişdir.
32. Göründüyü kimi, müəssisə özəlləşdirildiyinə görə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qanunauyğun olaraq iddiaçıya ödənilmiş aylıq müavinət dayandırılmışdır.
33. Məhkəmə hesab edir ki, iddiaçının xəsarət aldığı dövlət müəssisəsi özəlləşdirildiyindən və Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filial xəsarətə görə aylıq ödənci müəssisənin özəlləşdirilməsi başa çatanadək və ya onu idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilməsinə cavabdehlik daşıdığından hazırkı iddia mümkün sayıla bilməz.
34. Digər tərəfdən, qüvvədə olan məhkəmə qətnaməsi ilə (Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-712/2023 nömrəli qətnaməsi) İddiaçı istehsalat qəzasında aldığı xəsarətə görə 2022-ci ilin iyul ayından dayandırılmış ödənişlərin bərpa edilməsi və həmin tarixdən etibarən hər ay ödənilməli olan ödənişlərin cavabdeh "xxxx" 3 saylı tikinti müəssisəsindən tutulub İddiaçı ödənilməsi qət edilmişdir.
35. Bununla da iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının məhz hazırkı cavabdeh orqan tərəfindən pozulması halı müəyyən edilmir.
36. Halbuki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
37. Məhkəmə hesab edir ki, hazırkı işdə cavabdeh tərəfindən iddiaçının istinad etdiyi hallar üzrə onun hər hansı hüquqlarının pozulmasına yol verilmədiyindən, bu barədə faktiki halların mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
38. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
39. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva