Məhkəmə qərarları › İş №2-1(114)-153/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-153/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-153/2025 29.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeydiyyata alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ona məxsus 0,06 ha istirahət evi tikdirmək üçün həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasına dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 06 nömrəli qərarı ilə istirahət evinin tikintisi məqsədilə 12 nəfər ailəyə 0.72 ha ayrılıb, o cümlədən İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir.

2. İddiaçı göstərilən sənədi təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-48-16-RA/2-C-5- 8/2023 nömrəli arxiv arayışına əsasən Xanlar rayon X10 İcraiyyə Komitəsinin 26 iyun 1991-ci il tarixli 06 saylı protokolun ümumi qərar olduğu, mülkiyyətçinin adının qeyd edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin Göygöl rayonu, Bənövşəli kəndi ərazisinə düşdüyü, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (örüş) torpağına və Yeni uçot xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı (örüş) infrastruktur (yol) ərazisində yerləşdiyi aşkar edilmişdir. Həmçinin, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3- 33/2-1596/2024 nömrəli məktubda bildirilmişdir ki, Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 06 nömrəli qərarı ilə istirahət evinin tikintisi məqsədilə İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından qərardad suallarının cavablandırılması və naturada təqdim olunan torpaq sahəsinin həqiqətən Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 06 nömrəli qərarı ilə İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinin olmasını müəyyən etmək mümkün olmamışdır.

4. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına istinadən Xanlar rayon X12 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 8/131 saylı qərarı ilə sorğuda göstərilən şəxslərdən yalnız X8 və X3 hər birinin Göygöl rayonu, Bənövşəli (Mixaylovka) kəndində yerləşən 0.06 ha torpaq sahələri üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışlar verilmişdir.

5. Məhkəmə iddiaçının mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi 0.06 ha torpaq sahəsinin mülkiyyət növünün müəyyən edilməsinin, həmçinin torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçülərinin üst-üstə düşüb-düşməməsinin mübahisəli məsələnin həlli baxımından əhəmiyyət kəsb etdiyini və xüsusi bilik tələb etdiyini nəzərə alaraq, həmin məsələnin aydınlaşdırılması üçün mütəxəssis rəyinin alınması zəruri hesab etmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin qərardad suallarının cavablandırılması barədə xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-2640/2025 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasına dair çıxarışın verilməsi” tələbinə dair inzibati işin 2-1(114)-4139/2023 nömrəli qərardad sualları əsasında əraziyə keçirilən baxışda, iddiaçının naturada təqdim etdiyi torpaq sahəsinin koordinatları tərəflərindən müəyyən edilmişdir. İnzibati işin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4139/2023 qərardad sualları, Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 06 nömrəli qərarı ilə istirahət eviinin tikintisi məqsədilə İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinə münasibətdə qoyulduğundan, lakin Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 06 nömrəli qərarı ilə istirahət eviinin tikintisi məqsədilə İddiaçı verilmiş 0.6 ha torpaq sahəsinin məkan göstəriciləri barədə məlumatlar əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, qərardad suallarının cavablandırılması mümkün olmamışdır. Qeyd edilir ki, əraziyə keçirillən baxış zamanı iddia edilərək naturada təqdim olunan 537.0 kv.m torpaq sahəsinin 60.0 kv.m hissəsi hal-hazırda başqa şəxs tərəfindən daş hasarla hasarlanmışdır. Naturada təqdim olunan 537.0 kv.m torpaq sahəsinin 319.0 kv.m hissəsi, elektron kadastr məlumat bazasına istinadən **********38 reyestr nömrəli (mülkiyyətçi X7) torpaq sahəsi ilə, 81.0 kv.m hissəsi **********37 reyestr nömrəli (mülkiyyətçi X5) torpaq sahəsi ilə, 11.5 kv.m hissəsi isə **********73 reyestr nömrəli (mülkiyyətçi X4) torpaq sahəsi ilə üst-üstə düşür. İnzibati işlə əlaqədar əraziyə keçirilən baxış zamanı naturada təqdim olunan torpaq sahəsi ilə, bundan öncə vətəndaşın torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiq hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciəti əsasında ərazidə müəyyən edilən faktiki sahə ilə eynilik təşkil etmir. İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasına dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə mütəxəssis rəyi verilməsi barədə, Gəncə İnzibati Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli 2-1(114)-545/2024 nömrəli məktubu əsasında əraziyə keçirilən baxışda, iddiaçı faktiki istifadəsində torpaq sahəsinin olmadığını, ona verilmiş torpaq sahəsinin isə naturada harada yerləşdiyini bilmədiyini bildirmiş və daxil olmuş iş materiallarında, İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti və konfiqurasiyası) əks olunmuş hər hansı cizgi plan aşkarlanmamışdır. Yuxarıda qeyd olunan səbəblərdən qərardad suallarının cavablandırılması mümkün olmamışdır. II. Məhkəmədə icraat

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus 0,06 ha istirahət evi tikdirmək üçün həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasına dair çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci il tarixdə Xanlar rayon X10 İcraiyyə Komitəsinin qərarı ilə (06 saylı protokoldan çıxarış əlavə olunur) Zak DMSS-na Hacıkənd qəsəbəsində verilmiş 3 hektar torpaq sahəsindən 0.72 hektar ayrılıb ayrı-ayrı vətəndaşlara (12 ailəyə 0.72 hektar) istirahət evlərinin tikintisi üçün rayon XDS İK-nin sərəncamına verilmişdir. Rayon baş yer quruluşu mühəndisi E.M.Məmmədova həmin sahəni yerində ölçüb ayrılaraq vətəndaşlara təhvil verilməsinə göstəriş verilmişdir. Rayonun baş memarı F.Ş.İsmayılova həmin sahədə tikiləcək istirahət evlərinin təsdiq edilmiş layihə-smeta sənədləri üzrə tikintisinə nəzarət etməsi tapşırılmışdır. Beləliklə də, həmin qəsəbədən rayon X10 İcraiyyə Komitəsinin sərəncamında olan 0.72 hektar torpaq sahəsindən 0.06 hektar ayrılıb ona istirahət evi tikdirmək üçün təhvil verilmişdir. Qeyd etmək istəyir ki, ona məxsus 0.06 hektar torpaq sahəsinə tərəfimdəm yaşayış üçün 2 (iki) otaqdan ibarət vaqon qoyulmuşdu. Həmin vaqona müvəqqəti olaraq Kəlbəcərdən gələn məcburi köçkün ailəsi yerləşmişdir. Uzun müddət yaşadıqdan sonra isə ailə 2018-ci ildə köçüb gedərkən həmin vaqonu da özləri ilə aparmışlar. xx.xx.2023-cü il tarixdə Göygöl rayonu, Hacıkənd qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Ərizəsinə əsasən bildirilmişdir ki, "ərizəsinə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-48-16 -RA/2-C-5-8/2023 saylı arxiv arayışına əsasən Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 06 saylı protokolun ümumi qərar olduğu, mülkiyyətçinin adının qeyd edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin Göygöl rayonu, Bənövşəli kənd ərazisinə düşdüyü, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (örüş) torpağina və Yeni uçot xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı (örüş) infrastruktur (yol) ərazisində yerləşdiyi aşkar edilmişdir. Həmçinin, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən dilmişdir. Bu səbəbdən ərizəsinin icrası mümkün olmamışdır." Odur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin Göygöl rayonu, Hacıkənd qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair cavabını düzgün hesab etmir və məsələ yalnız məhkəmə araşdırması yolu həll oluna biləcəyini mümkün sayır. Ona görə də məhkəməyə müraciət etməyi qərar vermişdir.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. Prosessual məsələlər

9. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.

10. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.

11. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

12. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

13. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin yerini tanımır. Torpaq sahəsi ayrılan zaman da ona torpaq sahəsinin yeri göstərilməmiş və naturada təhvil verməmişdir.

14. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

15. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

16. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

17. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 06 nömrəli qərarı ilə istirahət evinin tikintisi məqsədilə İddiaçı 0.06 ha torpaq sahəsi verilmişdir.

18. İddiaçı göstərilən sənədi təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ərizəyə torpaq sahəsinin yerini və ölçüsünü göstərən heç bir texniki sənəd əlavə edilmədiyi müəyyən edilmişdir. Həmçinin, təqdim edilmiş xx.xx.2023-cü il tarixli 3-48-16-RA/2-C-5- 8/2023 nömrəli arxiv arayışına əsasən Xanlar rayon X10 İcraiyyə Komitəsinin 26 iyun 1991-ci il tarixli 06 saylı protokolun ümumi qərar olduğu, mülkiyyətçinin adının qeyd edilmədiyi müəyyən edilmişdir. Aparılan araşdırma zamanı, faktiki torpaq sahəsinin Göygöl rayonu, Bənövşəli kəndi ərazisinə düşdüyü, belə ki, faktiki torpaq sahəsinin Ərazi İdarəsinin xəritə materiallarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (örüş) torpağına və Yeni uçot xəritəsinə əsasən kənd təsərrüfatı təyinatlı (örüş) infrastruktur (yol) ərazisində yerləşdiyi aşkar edilmişdir. Həmçinin, Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən faktiki torpaq sahəsinin bir hissəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

19. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(114)-4139/2023 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış və rəyin verilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-3- 33/2-1596/2024 nömrəli məktubda bildirilmişdir ki, Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 06 nömrəli qərarı ilə istirahət evinin tikintisi məqsədilə İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinin naturada yerləşmə vəziyyəti, konfiqurasiyası və koordinatları əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından qərardad suallarının cavablandırılması və naturada təqdim olunan torpaq sahəsinin həqiqətən Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 06 nömrəli qərarı ilə İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinin olmasını müəyyən etmək mümkün olmamışdır.

21. Lakin iddiaçının özünün Ərazi İdarəsinə müraciəti zamanı da mütəxəssis tərəfindən torpaq sahəsi yerində müayinə edilərək, koordinatları müayinə aktında qeyd edilmişdir. Məhkəmə iclasında iddiaçı mühəndisə torpaq sahəsi təqdim etmədiyini, əyani müayinənin onun iştirakı olmadan keçirildiyini bildirmişdir.

22. Həmin müayinəni həyata keçirmiş yerquruluşu mühəndisi X9 məhkəmə iclasında şahid qismində dindirilmiş və o, bildirmişdir ki, İddiaçı 0.06 ha torpaq sahəsinin adına qeydə alınması ilə bağlı 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə əsasən torpaq sahəsini o, xx.xx.2023-cü il tarixdə müayinə etmiş və müəyyən etmişdir ki, AZcad və TEKUİS-də Yeni Zod bələdiyyəsinə məxsus örüş sahəsidir, bir hissəsi isə infrastruktur yola düşür.

23. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin ərazidə hər hansı asfalt yol mövcud deyildir. Yol dedikdə, ərazidə olan fərdi yaşayış evlərinə getmək üçün maşınların keçdiyi yol nəzərdə tutulur. Torpaq sahəsinin koordinatlarını göstərən texniki sənəd olmadığına görə torpaq sahəsinin yerləşmə yerini müəyyən edərkən Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il taixli 8/131 saylı qərarı ilə iddiaçı ilə yanaşı torpaq sahəsi ayrılmış və hüquqları qeydə alınmış X8 və X3 0.06 ha torpaq sahələrinin koordinatlarını əsas götürmüşdür. Belə ki, digər iki torpaq sahəsi bir-birilə bitişik olduğundan o, iddiaçının da torpaq sahəsini həmin iki şəxsin torpaq sahəsindən sonrakı boş yerdə müəyyən etmişdir.

24. Bundan sonra yenidən mütəxəssis rəyinin alınması barədə qərardad qəbul edilmiş və cavabdeh orqan xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-2640/2025 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasına dair çıxarışın verilməsi” tələbinə dair inzibati işin 2- 1(114)-4139/2023 nömrəli qərardad sualları əsasında əraziyə keçirilən baxışda, iddiaçının naturada təqdim etdiyi torpaq sahəsinin koordinatları tərəflərindən müəyyən edilmişdir. İnzibati işin xx.xx.2023-cü il tarixli, 2-1(114)-4139/2023 qərardad sualları, Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 06 nömrəli qərarı ilə istirahət eviinin tikintisi məqsədilə İddiaçı verilmiş 0.06 ha torpaq sahəsinə münasibətdə qoyulduğundan, lakin Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 06 nömrəli qərarı ilə istirahət eviinin tikintisi məqsədilə İddiaçı verilmiş 0.6 ha torpaq sahəsinin məkan göstəriciləri barədə məlumatlar əks olunmuş plan və ölçü sənədi mövcud olmadığından, qərardad suallarının cavablandırılması mümkün olmamışdır. Qeyd edilir ki, əraziyə keçirillən baxış zamanı iddia edilərək naturada təqdim olunan 537.0 kv.m torpaq sahəsinin 60.0 kv.m hissəsi hal-hazırda başqa şəxs tərəfindən daş hasarla hasarlanmışdır. Naturada təqdim olunan 537.0 kv.m torpaq sahəsinin 319.0 kv.m hissəsi, elektron kadastr məlumat bazasına istinadən **********38 reyestr nömrəli (mülkiyyətçi X7) torpaq sahəsi ilə, 81.0 kv.m hissəsi **********37 reyestr nömrəli (mülkiyyətçi X5) torpaq sahəsi ilə, 11.5 kv.m hissəsi isə **********73 reyestr nömrəli (mülkiyyətçi X4) torpaq sahəsi ilə üst-üstə düşür. İnzibati işlə əlaqədar əraziyə keçirilən baxış zamanı naturada təqdim olunan torpaq sahəsi ilə, bundan öncə vətəndaşın torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiq hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciəti əsasında ərazidə müəyyən edilən faktiki sahə ilə eynilik təşkil etmir. İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “həyətyanı torpaq sahəsinin qeydiyyata alınmasına dair çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə mütəxəssis rəyi verilməsi barədə, Gəncə İnzibati Məhkəməsinin 29 dekabr 2024-cü il tarixli 2-1(114)-545/2024 nömrəli məktubu əsasında əraziyə keçirilən baxışda, iddiaçı faktiki istifadəsində torpaq sahəsinin olmadığını, ona verilmiş torpaq sahəsinin isə naturada harada yerləşdiyini bilmədiyini bildirmiş və daxil olmuş iş materiallarında, İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin məkan göstəriciləri (naturada yerləşmə vəziyyəti və konfiqurasiyası) əks olunmuş hər hansı cizgi plan aşkarlanmamışdır. Yuxarıda qeyd olunan səbəblərdən qərardad suallarının cavablandırılması mümkün olmamışdır.

25. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

26. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

27. Hazırkı işdə də iddiaçının ilk növbədə mübahisəli torpaq sahəsinə torpaq sahəsinə dair hüququ olmalıdır ki, cavabdeh orqanın hərəkəti (hərəkətsizliyi) nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun.

28. Yəni, şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun subyektiv hüququ ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır.

29. İddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun mövcudluğunun müəyyən edilməsi üçün, yəni torpaq sahəsi üzərində mülkiyyət hüququnun ona məxsus olmasını iddia edə bilməsi üçün ilk növbədə Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 06 nömrəli qərarı ilə istirahət evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin koordinatları müəyyən olmalı, yerləşmə yerini əks etdirən sənədlər mövcud olmalıdır ki, həmin torpaq sahəsinin İddiaçı məxsus olması halı müəyyən edilə bilinsin.

30. Lakin Xanlar rayon X10 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 06 nömrəli qərarı ilə istirahət evinin tikintisi məqsədilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsinin planda yerləşməsini, sərhədlərini və digər zəruri texniki göstəricilərini əks etdirən sxem və ya plan və ölçü sənədi olmadığından iddiaçının naturada təqdim edərək iddia etdiyi həmin torpaq sahəsinin sərhədlərini, koordinatlarını, yerləşməsini və İddiaçı məxsus torpaq sahəsi ilə eynilik təşkil edib-etməməsini müəyyən etmək mümkün olmamışdır.

31. İddiaçının təqdim etdiyi müvafiq protokol-qərar əsasında ona 0.06 ha torpaq sahəsi ayrılsa da, torpaq ayrılan zaman sahənin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd nə ona, nə də dövlət arxivinə təhvil verilməmişdir. Eyni zamanda 12 ailəyə ayrılmış 0.72 ha torpaq sahəsinin yerləşmə yerini göstərən texniki sənədlər də mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır.

32. Hazırkı işdə də mübahisəli, yəni tədqiq olunan sahənin hər bir halda iddiaçıya aid olması barədə sənədlər yoxdur, yəni bir növ iddiaçı torpaq sahəsinə dair özünün titul sahibliyini aşkara çıxarda bilməmişdir ki, hüququnun qeydiyyatını tələb edə bilsin. Yuxarıda qeyd olunan hallar hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna edir və iddianın mümkün sayılmaması üçün əsaslardan biridir.

33. İddiaçı isə torpaq sahəsinin yerini tanımadığını, torpaq sahəsi ayrılan zaman da ona torpaq sahəsinin yeri göstərilmədiyini və naturada təhvil verilmədiyini bildirmişdir.

34. Göründüyü kimi, iddiaçı ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin məxsusluğunu sübut edə bilmədiyindən cavabdeh həmin torpaq sahəsinin qeydə alınmasından imtina etməklə iddiaçının hər hansı hüququnu pozmamışdır.

35. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1888/2023 nömrəli qərarında da ifadə edilmişdir.

36. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır.

37. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

38. Məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar