Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1540/2024 29.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialına qarşı pensiyanın yenidən hesablanması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialına qarşı pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir.
2. İddiaçı pensiya işində olan sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 19 il 11 ay 19 gün sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 16122,01 manat pensiya kapitalı və xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 2089,51 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 270,47 manat müəyyən edilmişdir.
3. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin tələblərinə iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 301,31 manata, xx.xx.2022-ci il tarixindən 311,56 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 328,22 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 376,46 manata çatdırılıb. Ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixindən) hesablanmış fərq məbləği İddiaçı əmək pensiyasının üzərinə əlavə edilməklə ödənilir.
4. Daha sonra iddiaçı pensiyasının yenidən hesablanması üçün cavabdehə müraciət etmiş və Sosial Ödənişlərin X6 Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ- 276305/2023 nömrəli imtina cavabı ilə bildirilmişdir ki, ona "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2018-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir, Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Onun pensiya işində olan sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1973cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 19 il 11 ay 19 gün sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 16122,01 manat pensiya kapitalı və xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 2089,51 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 270,47 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə okə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən onun əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 301,31 manata, xx.xx.2022-ci il tarixindən 311,56 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən onun əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 328,22 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 376,46 manata çatdırılıb. Ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixindən) hesablanmış fərq məbləği onun əmək pensiyasının üzərinə əlavə edilməklə ödəniləcəkdir.
5. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(041)-319/2010 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Gədəbəy rayonu Maarif kənd orta məktəbinə öz əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq ödənilməsi, əmək haqqının ödənilməsinin Gədəbəy rayon təhsil şöbəsinin üzərinə qoyulması qət edilmişdir. II. Məhkəmədə icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun sosial sığorta kartında toplanmış pullar nəzərə alınmaqla pensiyasının yenidən ədalətli hesablanaraq artımın pensiyasına əlavə edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1980-ci ildə, o, Rusiyanın Samara şəhərində texniki univeristeti bitirəndən sonra, Təhsil Nazirliyinin təyinatı ilə Bişkekdəki Selmas zavoda işə göndəriblər, yəni hökümət göndərib. 1993-cü ildə SSSR-i höküməti parçalanıb zavodlar dayanıb o da məcburi olaraq zavoddan işdən çıxmışdır. İşsizlik ölkəni bürümüş idi. Hamı iş axtarırdı, iş tapmaq mümkün deyildi. 1993-cü ildən 2005-ci ilə kimi iş tapmamışdır. Heç bir yerdə işləməmişdir. Buna şahid əmək kitabçasıdır. Həmin illərdə onlar evdə olan əşyaları satıb çörəyə verirdilər. Buradan belə çıxır ki, 1980-cı ildə hökümət özü onu işə göndərib və 1993-cü ildə də hökümət özü onu göndərdiyi iş yerini bağlayıb və onu 1993-2005-ci illərdə işsiz qoyub. Məhkəmədən xahiş edir ki, 1993-2005-ci illər ona iş stajı sayılsın, çünki o illərdə o, məcburi olaraq heç bir yerdə işləməmiş, axtarmamış, ancaq iş tapmışdır. Əlavə olaraq qeyd etmək istəyir ki, o, müəllim işləyən zaman 2005-2019-cu illərdə müəllimlərin əmək haqqı çox az olub, ona görə də yığım kapitalı azdır. O, məhkəmədən xahiş edir ki, Milli Məclisin Deputatı, İqtisadçı ekspert Vüqar Bayramovun dediyi kimi onun yığım kapitalını 1.5 vurub pensiyası yenidən hesablansın. Həmçinin qeyd etmək istəyir ki, 2009-cu ildə məktəbin direktoru X2 qanunsuz olaraq onu işdən çıxarmışdır. Gədəbəy Rayon Məhkəməsi onu işinə bərpa etmiş və illlik əmək haqqını özünə qaytarmışdır. Onun pensiyası hesablanan zaman 2009-cu il nə staja nə də ki, yığım kapıtalına hesablanmayıb, xahiş edir ki, bunlar nəzərə alınsın. Məhkəmədən xahiş edir ki, 1993-2005-ci illər ona iş stajı kimi sayılsın, yığım kapitalı 1.5-ə vurulub pensiyası yenidən hesablansın, 2009-cu il həm staj kimi sayılsın həm də o, məbləğdən yığım kapitalına əlavə olunsun. O, ki, qaldı DSMF-nin etirazına DSMF-nin etirazı tamamilə əsassızdır. Yuxarıda qeyd etdikləri ilə bağlı məktubla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş və müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X6 Filialı tərəfindən xx.xx.2023-cu il tarixli məktubla imtina edilmiş və "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1 və 73-cü maddələrinə əsasən məhkəmə qaydasında şikayət vermək hüququnun olması bildirilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh ona imtina edərkən "Əmək pensiyaları haqqmda" Azərbaycan Respubiikası Oanununun müddəalarına və Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına zidd olaraq onun vəziyyətini pisləşdirmiş və nəticədə ona düzgün olmayaraq imtina barədə qərar qəbul edilmişdir. O, cavabdeh təşkilatın bu imtinasını qeyri-qanuni hesab edir.
8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
9. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbini “1993-2005-ci illərin ona iş stajı kimi sayılması, yığım kapitalının 1.5-ə vurulub pensiyasının yenidən hesablanması, 2009-cu ilin həm staj kimi sayılması, həm də həmin məbləğdən yığım kapitalına əlavə olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” tələbinə dəyişdirilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
13. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Gədəbəy rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
16. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
17. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
18. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2018-ci il tarixində qüvvədə olmuş tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilib. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun Sosial Ödənişlərin X6 Filialına müraciət etmiş, müraciətin cavablandırılması barədə xx.xx.2023-cü il tarixli, 3-17-1/1-İ- 281066/2023 nömrəli məktubda yaşa görə əmək pensiyasının təyin olunduğu tarixədək və ondan sonra işlədiyi dövrlər daxil edilməklə fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında iddiaçının pensiyası yenidən hesablanmış və bu barədə ona məlumat verilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlər ki, 2-1(114)- 1540/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Qanunun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir, Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 19 il 11 ay 19 gün sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 16122,01 manat pensiya kapitalı və xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 2089,51 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 270,47 manat müəyyən edilmişdir. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə okə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 301,31 manata, xx.xx.2022-ci il tarixindən 311,56 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 328,22 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 376,46 manata çatdırılıb. Ötən dövr üzrə (xx.xx.2020ci il tarixindən xx.xx.2023-cü il tarixindən) hesablanmış fərq məbləği İddiaçı əmək pensiyasının üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyası yenidən hesablanarkən işlədiyi bütün dövrlər onun sosial sığorta stajına daxil edilmişdir və hal-hazırda pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir.
19. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir.
20. Cavabdehin nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddianı qəbul etməyərək, etiraz və etirazda əlavədə qeyd edilənləri müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
21. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı məhkəmə qətnaməsi ilə işə bərpa olunduqdan sonra həmin qətnamədə məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi də qət edildiyindən işəgötürən tərəfindən iddiaçının hazırda mübahisələndirdiyi və işdən azad edildiyi 2009-cu il üzrə əmək haqqı ödənişi edilmiş və ondan sığorta ödənişləri həyata keçirilmişdir ki, bu da iddiaçının fərdi şəxsi hesabında əks olunmuşdur. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
22. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-276305/2023 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusu əsasında əldə edilmiş iddiaçının pensiya işi üzrə icraat materialları.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
23. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
24. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2018-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun pensiya işində olan sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1973-cü il tarixindən xx.xx.1975ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 19 il 11 ay 19 gün sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 16122,01 manat pensiya kapitalı və xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 2089,51 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 270,47 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin tələblərinə iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 301,31 manata, xx.xx.2022-ci il tarixindən 311,56 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddənin tələblərinə əsasən İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 328,22 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 376,46 manata çatdırılıb. Ötən dövr üzrə (xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixindən) hesablanmış fərq məbləği İddiaçı əmək pensiyasının üzərinə əlavə edilməklə ödənilir.
25. İddiaçı pensiyasının düzgün hesablanması üçün cavabdehə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin X6 Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-276305/2023 nömrəli məktubla müraciətindən imtina edilmişdir.
26. Hazırda iddiaçı 1993-2005-ci illərin ona iş stajı kimi sayılmasını, onun yığım kapitalının 1.5-ə vurulub pensiyasının yenidən hesablanmasını, 2009-cu il həm staj kimi sayılmasını, həm də həmin məbləğdən yığım kapitalına əlavə olunmasını xahiş edir.
27. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanunsuz və əsassız hesab edir.
28. Belə ki, iddiaçı 1993-2005-ci illərin ona iş stajı kimi sayılmasını xahiş etsə də, həmin dövrlərdə işləməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmiş, həmçinin, iddia ərizəsində də həmin illərdə işləmədiyini özü qeyd edərək, etiraf etmişdir. Bu halda həmin dövr iş illəri kimi nəzərə alına (sosial sığorta stajına daxil edilə) bilməz.
29. Eyni zamanda, iddiaçı onun yığım kapitalının 1.5-ə vurulub pensiyasının yenidən hesablanmasını tələb etsə də, onun pensiya kaptalının hansı əsasla 1.5 əmsala vurulmasını əsaslandıra bilməmiş, pensiya qanunvericiliyində isə belə bir hal nəzərdə tutulmamışdır.
30. Məhkəmə iddia tələbinin 2009-cu ilin həm staj kimi sayılması, həm də həmin məbləğdən yığım kapitalına əlavə olunması hissəsi ilə bağlı qeyd edir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(041)-319/2010 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı Gədəbəy rayonu Maarif kənd orta məktəbinə öz əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma günləri üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq ödənilməsi, əmək haqqının ödənilməsinin Gədəbəy rayon təhsil şöbəsinin üzərinə qoyulması qət edilmişdir
31. Ona görə də, iddiaçıya məxsus sığortaolunanın hesabından çıxarışdan da göründüyü kimi, 2009-cu il üzrə ödənişlər onun fərdi şəxsi hesabında əks olunmuşdur.
32. Məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması zamanı sosial sığorta stajı 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən müəyyən edilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na görə: Bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən.
34. “Əmək pensiyaları haqqında” Qanunun Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir, Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
35. Sözügedən Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
36. İddiaçının pensiya işində olan sənədlərin surətlərinə əsasən onun əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər və xx.xx.1973-cü il tarixindən xx.xx.1975-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək 19 il 11 ay 19 gün sığorta stajı və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 16122,01 manat pensiya kapitalı və xx.xx.2019-cu il tarixindən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək 2089,51 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2020-ci il tarixindən (müraciət etdiyi tarixdən 3 il əvvəl) 270,47 manat müəyyən edilmişdir.
37. Eyni zamanda, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə okə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müayyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
38. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 301,31 manata, xx.xx.2022-ci il tarixindən 311,56 manata çatdırılmışdır.
39. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır.
40. Bununla bağlı olaraq İddiaçı əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 328,22 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 376,46 manata çatdırılmışdır.
41. Göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyası yenidən hesablanarkən işlədiyi bütün dövrlər onun sosial sığorta stajına daxil edilmişdir və cavabdeh orqan tərəfindən iddiaçının əmək pensiyası təminatının həyata keçirilməsində iddiaçının qanunla qorunan hər hansı hüquqları pozulmamışdır.
42. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
43. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
44. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva