Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1541/2022 16.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə-iddiaçı) xx.xx.N97N-ci il tarixdə Tovuz rayonu, Aşağı Ayıblı kəndində anadan olmuşdur. O, xx.xx.N989-cu il tarixdən xx.xx.N99N-ci il tarixədək SSRİ Silahlı Qüvvələri tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı N nömrəli hərbi hissə komandirinin N7 avqust N992-ci il tarixli N08 nömrəli əmrilə Tovuz Hərbi Komissarlığı tərəfindən çağrılmış iddiaçı (əmrdə atasının adı tam yazılmamışdır) 2 b. və min. bat. ezam olunmuş və bütün növ təminatlarla təmin olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixdə ağır dərəcəli travmatik şok, sol budun, sağ baldırın və qasıq nahiyəsinin dəlib keçən güllə yarası, kəskin qanaxma, sol oturaq sinirinin travmatik vevriti, hərəkət pozğunluğu diaqnozu ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilmiş, xx.xx.N992-ci il tarixdən xx.xx.N992-ci il tarixədək stationar müalicə almışdır. Qazax hərbi prokurorluğunun xx.xx.2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.3 və 2N2-ci maddələri rəhbər tutularaq iddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qeydlər iddiaçı qeydiyyat kartasında və hərbi biletində öz əksini tapmışdır. Şəmkir hərbi prokurorluğunda xx.xx.20N0-cu il tarixədək olan ərizə və şikayətlərin qeydiyyatı kitabı və cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş materiallar saxlama müddətinin başa çatması ilə əlaqədar xx.xx.20N5-ci il tarixdə məhv edilmişdir. xx.xx.20NN-ci il tarixli, N87 saylı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən, Tovuz RHK tərəfindən N992-ci ildə hərbi xidmətə çağırılmış, iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N992-ci ildə aldığı və xx.xx.N992-ci ildən xx.xx.N992-ci ilə kimi Tovuz rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travma –diaqnoz : Ağır dərəcəli travmatik şok, sol budun, sağ baldırın və qasıq nahiyəsinin dəlib keçən güllə yarası, kəskin qanaxma, sol oturaq sinirinin travmatik vevriti, hərəkət pozğunluğu ilə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndəcavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, 4/3-789 nömrəli məktubunda bildirilmişdir ki, təqdim olunmuş sənədlərə (hərbi biletdə olan qeydlərə və yaralanma haqqında tibbi sənədlərə) və Mərkəzi arxivin xx.xx.2022-ci il tarixli 4/2-304 nömrəli arayışına əsasən xx.xx.N992-ci il tarixdən (müalicədən) sonra hərbi xidməti barədə məlumat olmadığı üçün vətəndaşa müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-N(NN2)-6864/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İş xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N992-ci ildə keçmiş Tovuz RHK tərəfindən hərbi xidmətə çağrılmışdır. Tovuz rayonunda yerləşən 8N2 saylı hərbi hissənin tərkibində qulluq etmiş və döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.N992-ci ildə yaralanaraq Tovuz Mərkəzi xəstəxanasına aparılmışdır. Ağır dərəcəli travmatik şok, sol budun, sağ baldırın və qasıq nahiyəsinin dəlib keçən güllə yarası, kəskin qanaxma, sol oturaq sinirinin travmatik vevriti, hərəkət pozğunluğu diaqnozu ilə xx.xx.N992-ci il tarixə kimi həmin xəstəxanada müalicə almışdır. Bununla bağlı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20NN-ci il tarixli qərarı da var. Həmin qərarda onun aldığı travmaların Azərbaycan Respublikasının müdafiəsi zamanı almış olması qeyd olunmuşdur. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin güya ona göndərilən xx.xx.2022-ci il tarixli, 4/3-789 nömrəli məktubda guya onun hərbi xidmətdə barədə məlumat olmadığına görə imtina edilmişdir. Halbuki, Mərkəzi Hərbi Həkkim Komissiyasının xx.xx.20NN-ci il tarixli qərarında iddiaçının aldığı travmaların Azərbaycan Respublikasının müdafiəsi zamanı aldığı qeyd olunur. Hərbi biletdə də, 8N2 saylı hərbi hissənin tərkibində xidmət etməsi qeyd olunmuşdur. İddiaçı yaralanandan sonra hərbi hissəyə qayıtsa da, ona xidmət edə bilməməsi bildirilmiş və geri qaytarmışlar. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, barəsində cinayət işi olsa da, o hərbi hissənin özbaşına tərk etməmiş, ona hərbi xidmətə yararlı olmaması bildirildiyi üçün buraxılmışdır. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Ona əsasən Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adı verilə bilməz. Qeyd olunanlara əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus НЗ-6040994 nömrəli hərbi biletin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20NN-ci il tarixli, N87 nömrəli qərarının surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-789 nömrəli imtina məktubu, Tovuz rayon mərkəzi xəstəxanası tərəfindən verilmiş tibbi kartadan çıxarışların notariat qaydada təsdiq edilmiş surətləri, Şəmkir Hərbi Prokurorluğunun xx.xx.2022-ci il tarixli, HP-2N/2N08 nömrəli məktubu, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 543 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmiş qeydiyyat kartasının təsdiqlənmiş surəti, cavabdehin xx.xx.2022-ci il tarixli, 4/2- 3N68 nömrəli məktubu, N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, N08 nömrəli əmrindən çıxarış, cavabdehin xx.xx.2022-ci il tarixli, N N/N847 nömrəli etirazı əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. İşdəki sənədlərdən görünür ki, iddiaçının güllə yarası alması barədə işdə sübut olmasına baxmayaraq, onun ambulator, yaxud stasionar müalicədən sonra hərbi hissəyə qayıtması hər hansı dəlillə təsdiq olunmur. Habelə iş materiallarında iddiaçının uzun müddət stasionar müalicədə olması, aldığı xəsarət nəticəsində onun hərbi xidmətə yararsız olması barədə müvafiq hərbi həkim komissiyasının qərarı mövcud deyildir. Belə olan vəziyyətdə iddiaçı müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıtmalı olduğu halda, bunu etməmişdir. İşdəki Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı isə sonradan – 20NN-ci il tarixdə verilmişdir. İş materiallarında iddiaçının xəstəxanada olması barədə müvafiq sənədlər olsa da, bu iddiaçının qanuni əsaslarla ordu sıralarından tərxis edilməsi anlamına gəlməyə əsas vermir. Məhkəmə qeyd edir ki, istinad edilən maddi hüquq normalarının təhlilinə əsasən, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) vacib şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Digər tərəfdən, iddiaçıya məxsus hərbi biletdə və qeydiyyat kartasında Qazax hərbi prokurorluğunun xx.xx.2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2.3 və 2N2-ci maddələri rəhbər tutularaq iddiaçı barəsində cinayət işinin başlanması rədd edilməsi barədə qeydlər olsa da, hazırda həmin qərarın əslini və ya təsdiqlənmiş surətini əldə etmək imkanı olmadığından məhkəmə həmin hala münasibət bildirməyi zəruri hesab etməmişdir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1541/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1541/2022
16.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver