Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1543/2020 04.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X1rşı ona və ailə üzvlərinə Bərdə rayon İslahat Komissiyasının qərarına əsasən JN 1xx xxx 61002018 saylı dövlət aktı ilə verilmiş 2,80 ha torpaq sahəsinə yeni dövlət aktının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Bərdə rayon Böyük Göyüşlü kənd sakini İddiaçı (bundan sonra mətndə iddiaçı) və onun ailə üzvlərinə torpaq islahatı zamanı JN-190 saylı Dövlət aktına əsasən 2,80 ha pay torpağı verilmiş, lakin qeyri-müəyyən səbəbdən dövlət aktı iddiaçıya təqdim edilməmişdir. İddiaçı dövlət aktının verilməsinə köməklik göstərilməsi ilə əlaqədar xx.xx.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X2 (bundan sonra mətndə cavabdeh) müraciət etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı **********19 nömrəli xx.xx.2020-ci il tarixli imtina məktubunda Dövlət aktlarının hazırlanaraq vətəndaşlara verilməsinin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirildiyini, islahat zamanı iddiaçıya və ailə üzvlərinə verilməli olan, hal-hazırda istifadəsində olan kənd təsərrüfatı təyinatlı (pay torpağı) torpaq sahəsinin hansı səbəbdən torpağa mülkiyyət hüququna dair Dövlət aktının hazırlanaraq verilməməsinin məlum olmadığını bildirmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona və ailə üzvlərinə Bərdə rayon İslahat Komissiyasının qərarına əsasən JN 1xx xxx 61002018 saylı dövlət aktı ilə verilmiş 2,80 ha torpaq sahəsinə yeni dövlət aktının verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş iddiaçı izahatında dövlət aktının itmədiyini, ümumiyyətlə dövlət aktının onlara verilmədiyini göstərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, iddiaya dair münasibət bildirməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə əvvəl onu qeyd edir ki, Azərbaycan Respublikasında Aqrar İslahat Komissiyasının qərarı ilə vətəndaşların xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Dövlət Aktlarının hazırlanaraq verilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Daha sonra Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 453 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və onundövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 2-ci bəndinə əsasən Xidmətin əsas fəaliyyət istiqamətləri dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra — hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin etmək (2.0.1), daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır (2.0.2); daşınmaz əmlakın inventarlaşdırılmasının aparılmasını və texniki sənədlərin tərtib edilməsini təmin edir (2.0.3); daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir (2.0.4). Həmin Əsasnamənin 3-cü bəndində sadalanan Xidmətin vəzifələrində dövlət aktının verilməsi qeyd edilməmişdir. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə dair Dövlət Aktının hazırlanaraq vətəndaşlara verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 2.3, 5.2 və 8.2-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir (1.2). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3).Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar (5.2). İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir (8.2). İş materiallarından görünür ki, iddiaçının əsas məqsədi istifadəsində olan torpaq sahəsinə dair Dövlət aktı əldə etməklə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması olsa da, iddiaçı yalnız yeni dövlət aktının verilməsi tələbi ilə əvvəl cavabdeh inzibati orqana, daha sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı düzgün tələblə məhkəməyə müraciət etməmişdir. Hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan və öhdəliyin icrası haqqında iddia qaldırmaq üçün ilkin olaraq cavabdeh inzibati orqana müraciət edilməsi tələb olunur. İddiaçı hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əvvəlcə cavabdeh inzibati orqanına müraciət etməli, tələbi təmin olunmadığı halda onun məhkəmədə iddia qaldırmaq hüququndan istifadə etmək imkanı yaranır. Bu səbəbdən məhkəmə iddia tələbinin dəqiqləşdirilməsini iddiaçıya təklif olunmasını zəruri hesab etməmişdir. Məhkəmə iddiaçının nəzərinə çatdırır ki, o, əvvəl Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək torpaq sahəsinə dair arxiv sənədləri əldə etməli, daha sonra hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən imtina edildikdə iddiaçı hüquqların dövlət reyestrində qeydiyyata alınması tələbi ilə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1. maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X1rşı ona və ailə üzvlərinə Bərdə rayon İslahat Komissiyasının qərarına əsasən JN 1xx xxx 61002018 saylı dövlət aktı ilə verilmiş 2,80 ha torpaq sahəsinə yeni dövlət aktının verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Hakim: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1543/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1543/2020
04.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver