Məhkəmə qərarları › İş №2-1(114)-1543/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1543/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1543/2025 02.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X7 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı4 nümayəndəsi (əri) Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və digərlərinin Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və digərləri Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək JN-118 saylı «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» ilə müəyyən olunmuş, məhkəmə qətnaməsi üzrə dövlət mülkiyyətinə qaytarılmış torpaq sahəsinə görə ailə başçısı İddiaçı1 və digər iddiaçılara cavabdeh orqan tərəfindən kompensasiya ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli, 2(041)-179/2007 nömrəli icra sənədinə əsasən X6 Komissiyasının, X5 Komitəsinin Gədəbəy rayon şöbəsinin xx.xx.2001-ci il tarixli 02 saylı qərarı ilə X1 və qeyrilərinin (150 nəfər cavabdeh) adına olan “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” ləğv edilməli, həmin dövlət aktları əsasında vətəndaşların şəxsi mülkiyyətinə verilmiş 8,53 ha əkin və 44,98 ha biçənək torpaq sahəsi dövlət mülkiyyətinə qaytarılıb, bağlanılan sazişə əsasən “Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti”nin istifadəsinə verilməli, adları göstərilən 150 nəfər vətəndaşa verilmiş əvvəlki torpağa mülkiyyət hüququna dair dövlət aktlarındakı ölçülərə uyğun olan başqa sahələrdən torpaq sahəsi ayrılmalıdır. İcra sənədi xx.xx.2016-cı il tarixdə Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlanılmış və borclulara bu barədə qərar, bildiriş göndərilmişdir (əvvəllər icra məmuru Arif Zeynalovun icraatında olmuşdur). İcra sənədi üzrə 150 nəfər vətəndaşa məxsus dövlət aktları ləğv edilmiş, ləğv edilmiş dövlət aktları üzrə olan torpaq sahələri “Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti”nin istifadəsinə verilmiş, lakin 150 nəfər vətəndaşa, o cümlədən İddiaçı1 və onun təsərrüfat üzvlərinə torpaq sahəsi ayrılaraq təhvil verilməmişdir. Belə olan halda icra sənədinin icraatına xx.xx.2023-cü il tarixli qərarla xitam verilmişdir. Daha sonra Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(042)-29/2023 nömrəli qərardadı ilə xx.xx.2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərar ləğv edilərək Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci i! tarixli, 2(041)-179/2007 nömrəli icra vərəqəsi yenidən icraya yönəldilmişdir. Belə ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(041)-832/12 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək X4 verilmiş A seriyalı 135897, 135898 və 135899 saylı "Torpaq sahəsinin planı və ölçüsü” nün ləğv olunması və X2 hüquqi varisi İddiaçı1 adına olan torpaq sahələrindən çıxarılaraq, bu sahələrin “Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti”nin istifadəsinə verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2012-ci il tarixli, 2(104)-1251/2012 saylı qətnaməsi ilə Gədəbəy Rayon Məhkəməsinin 05 iyul 2012-ci il tarixli, 2(041)-832/12 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, JN-118 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı" ləğv edildiyindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi, habelə şikayət instansiyası olan Əmlak Məsələləri Dövlət Xidməti və Gəncə İnzibati Məhkəməsi torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatından yuxarıda göstərilən əsasa (dövlət aktının məhkəmə qaydasında ləğv olunması) görə imtina etmişdir. Gədəbəy rayon İcra və Probasiya şöbəsinin icra sənədinin məhkəməyə qaytarılması (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsi) haqqında xx.xx.2024-cü il tarixli Qərarından görünür ki, icra sənədi mümkünsüzdür. Mümkünsüzlüyün əsası dövlət aktlarındakı ölçülərə uyğun olaraq 150 nəfər vətəndaşa ayrılası torpaq sahələrinin olmamasıdır. Torpaq sahələrinin müvafiq şirkətə verilməsinin təşəbbüskarı və memarı cavabdehdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Daha sonra iddiaçılar İddiaçı1 və digərləri dəqiqləşmə barədə ərizə ilə təqdim edərək cavabdeh inzibati orqan tərəfindən onlara 310000 manat məbləğdə kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 19 dekabr 2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı4 nümayəndəsi (əri) Nümayəndə1 iddia tələbinin məzmununa uyğun izahat verib tələbin təmin edilməsini xahiş etdi. Digər proses iştriakçıları məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1 və 4.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli icra sənədinə əsasən dövlət aktları ləğv edilmiş şəxslərə Dövlət Aktlarında göstərilən ölçülərə uyğun olaraq torpaq sahəsinin ayrılması qeyd olunmuşdur. İcra sənədi qeyd olunan hissədə icra edilməmiş Gədəbəy rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli qərarla geri qaytarılmışdır. Hazırda isə iddiaçılar hesab edir ki, torpaq sahələrinin şirkətə verilməsinin təşəbbüskarı cavabdeh olan orqandır. Ona görə də onlara tələb etdikləri məbləğdə kompensasiya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh dəymiş ziyanın ödənilməsi üzrə cavabdehlik daşıması üçün torpaq sahəsinin məhz onun tərəfindən alnması şərti ortaya çıxmış olur. Nə qədər ki, mübahisəli torpaq sahəsi Cavabdeh hər hansı qərarı ilə alınmamış və ya Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli icra sənədində Dövlət Aktları ləğv edilmiş vətəndaşlara hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən eyni ölçüdə torpaq sahəsinin verilməli olması göstərilməmişdir, bu zaman cavabdeh orqanın iddiaçların hüquqlarını pozmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Bənd 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. Bənd 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bütün bu halları sistemli təhlil edən məhkəmə hesab edir ki, tələbi mümkünlük şərtlərinə cavab vermir. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçılar İddiaçı1 və digərlərinin Cavabdehnə və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «kompensasiya ödənilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252)apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar