Məhkəmə qərarları › İş №2-1(114)-1547/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1547/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1547/2025 03.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı nikah haqqında akt qeydinin ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X23) qarşı cavabdeh tərəfindən xx.xx.1973-cü il tarixdə 73 nömrə ilə qeydə alınmış mərhum anası X14 ilə X23 arasında bağlanmış nikah haqqında qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Nikahın bağlanması haqqında xx.xx.1973-cü il tarixli 73 nömrəli akt qeydinə və “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışa əsasən XX.XX.1950-ci il təvəllüdlü X23 ilə XX.XX.1950-ci il təvəllüdlü X15 arasında nikah bağlanmış, nikahdan sonra kişiyə Əsədov, qadına Əsədova soyadı verilmişdir.

2. Doğum haqqında xx.xx.1974-cü il tarixli 63 nömrəli akt qeydinə və xx.xx.1976-cı il tarixli V-ЖГ 252157 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1974-cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1974-cü il tarixdə 63 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X19, ana qrafasında X16 qeyd edilmişdir.

3. “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışa əsasən X17 xx.xx.1974cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1974cü il tarixdə 63 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Şirxan Şirin, ana qrafasında X16 qeyd edilmişdir.

4. Cavabdeh xx.xx.1984-cü il tarixli kitabın 23-cü səhifəsindən xx.xx.2004-cü il tarixli 356633 nömrəli çıxarışından və “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışdan görünür ki, X2 X14 ilə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Şirinov, qadına Əsədova soyadı verilmişdir.

5. Ölüm haqqında xx.xx.2008-ci il tarixli AZ-İ 323930 nömrəli şəhadətnaməyə və “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışa əsasən X12 xx.xx.2008-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 224 nömrə ilə qeyd edilmişdir.

6. Ölüm haqqında xx.xx.2022-ci il tarixli AZ-İİ 248470 nömrəli şəhadətnaməyə əsasən X25 xx.xx.2022-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 439 nömrə ilə qeyd edilmişdir.

7. Bərdə Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-718/2024 nömrəli arayışında göstərilmişdir ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1950-c il tarixdə anadan olmuş xx.xx.2008-ci il tarixdə Bərdə rayonunda vəfat etmiş (Cavabdehndə qeydə alınmış xx.xx.2008-ci il tarixli 224 saylı ölüm haqqında akt qeydi) X12 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024-cü ilədək aparılmış və aşağıda qeyd olunan məlumatlar aşkar edilmişdir: Qızı – İddiaçı (xx.xx.1974) Oğlu – X25 (xx.xx.1976, vəfat edib) Qeyd: X4 X8 ilə Bərdə rayon Q.Ş tərəfindən xx.xx.1981-ci il tarixli 160 saylı nikah haqqında akt qeydi qeydə alınmışdır. X8 xx.xx.1985-ci ildə Şamaxı rayonu Meysəri kəndində vəfat edib. Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş arayışda X5na dair məlumatlar və vətəndaşın verdiyi məlumat daxildir.

8. İddiaçı nikah haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-473/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X5nın dövlət qeydiyyatı qaydası”-nın 5.2 və 5.4-cü bəndlərinə uyğun olaraq ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı və ya bu razılığa dair məlumat olmadıqda nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Mərhum anasının nikahın pozulması qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyil. Cavabdeh ona məhkəməyə müraciət görür.

9. Məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-10013/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, müraciətilə əlaqədar “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən İddiaçı doğumu, Sürəyya Əsədovanın (Şirinova) ölümü, Teymur Əsədovla nikahı, bu nikah pozulmadan Hüseyn Şirinovla nikahı, nikahının pozulması və yeni nikahı, Kifayət Əzimovanın (Həsənova) Şirvan Həsənovla nikahı, Ramil, Könül adlı övladlarının doğumu, habelə məktubda göstərildiyi kimi 1947-ci il təvəllüdlü X9 X6 ilə nikahı və nikahının pozulması, eləcə də xx.xx.1965-ci il təvəllüdlü Əzimova (Həsənova) Kifayət (Mahirə) Bunyad qızının deyil, X10 doğumu haqqında məlumatlar müəyyən edilmişdir.

10. Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 xx.xx.2025-ci il tarixli 3-16-5/4-13-13551/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “X5” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən T.Əsədovun ölümü haqqında akt qeydinə dair məlumat aşkar edilmədi. II. Məhkəmədə icraat

11. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən xx.xx.1973-cü il tarixdə 73 nömrə ilə qeydə alınmış mərhum anası X14 ilə X23 arasında bağlanmış nikah haqqında qeydinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası-X20 ilə anası-X7 qeyrirəsmi nikahından xx.xx.1974-cü il tarixdə o və xx.xx.1976-cı il tarixdə qardaşı Zaur anadan olmuşdur. Qeyd edir ki, atası X19 xx.xx.2015-ci ildə, anası Şirinova Surəyya xx.xx.2008-ci ildə və qardaşı Əsədov Zaur xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X22 ünvan 1 ünvanda yerləşən ev miras qalmışdır. Həmin miras əmlakı qəbul etmək istəyərkən ASAN Xidmət Mərkəzində notariat ofisinin notariusu bildirmişdir ki, anası X14 ilə atası X11 rəsmi nikahı olmamış və üçüncü şəxs Teymur Əsədov adlı şəxslə rəsmi nikahdadır. Hansı ki, əgər həmin şəxslə anası xx.xx.1973-cü ildə nikahda olsa idi, onda xx.xx.1974-cü ildə o və daha sonra qardaşı Zaurun atası Şirxan Şirinov ola bilməzdi. Onlar anadan olanda və ömrünün axırına kimi anası Bərdə rayonunda yuxarıda qeyd edilən ünvanda yaşamışdır. Cavabdehin ünvanı Beyləqan rayonudur, anası heç vaxt nə Beyləqanda yaşamamış, nə də Beyləqana ərə getməmişdır. Qeyd etməyi zəruri hesab edir ki, anası belə bir şəxslə heç vaxt nikahda olmayıb, yaşlı dayısı sağdır və o da bildirir ki, anası Teymur Əsədov adlı şəxslə heç bir vaxt nikahda olmayıb və belə bir şəxsi tanımır. Hansısa məmurun texniki səhvinin ucbatından hazırda anasından qalmış miras əmlakı qəbul edə bilmir. Əlavə edir ki, atasından ayrıldıqdan sonra anası-X8 adlı şəxslə nikahda olmuş və nikahları xx.xx.1984-cü il tarixdə pozulmuşdur. X33 nikahda olsa idi, bu barədə bircə dəfə də olsa onlara və ya qeyri-şəxslərə bildirərdi. Anası heç bir vaxt Teymur Əsəsdovla ər-arvad kimi olmamışdır. Şərh olunanlara əsasən hesab edir ki, anası X14 ilə X23 arasında olan nikah onun qanuni hüquqlarını və maraqlarını pozur. X28-Teymur Əsədov arasında olan nikahın etibrasız hesab edilməsi üçün Cavabdehnə etdiyi müraciətə 09 sentyabr 2024-cü il tarixli 3-16-5/8-15-473/2024 saylı məktubla cavab bildirmişlər ki, ərlə arvad arasında nikahin pozulması onların razılıq əsasında həyata keçirilir. Bu razılıq olmadıqda nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəməyə müraciət etməyiniz tövsiyə olunur." Göstərilən xüsusatlara və istinad olunan huquq normalaına əsasən hesab edir ki, Cavabdeh tərəfindən «18» iyul 1973-cü il tarixdə 73 nömrə ilə qeydə alınmış mərhum anası X18 ilə X38 oglu arasında bağlanmış nikah qeydinin ləğv edilməsi vəzifəsinin Cavabdeh üzerinə qoyulmasına dair qərar qəbul edilməlidir.

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

14. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

15. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

16. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

17. Cavabdehin yerləşdiyi yer olan Bərdə rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

18. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

19. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

20. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X23 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

21. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

22. Tərəflərin iddia ərizəsində göstərilmiş ünvanına məhkəmə bildirişi göndərilmişdir. Bu səbəbdən, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş hesab olunmuşlar.

23. İddiaçı məhkəmə iclasına gəlmiş, üçüncü şəxs gəlməmiş, cavabdeh isə məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli 3-16-5/8-13-336/2025 nömrəli məktubda məhkəmə iclasında təmsil oluna bilməyəcəklərini bildirmiş və məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

24. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

26. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

27. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Nikahın bağlanması haqqında xx.xx.1973-cü il tarixli 73 nömrəli akt qeydi; - “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışlar; Doğum haqqında xx.xx.1974-cü il tarixli 63 nömrəli akt qeydi və xx.xx.1976-cı il tarixli V-ЖГ 252157 nömrəli şəhadətnamə; - Cavabdeh xx.xx.1984-cü il tarixli kitabın 23-cü səhifəsindən xx.xx.2004-cü il tarixli 356633 nömrəli çıxarışı; - Ölüm haqqında xx.xx.2008-ci il tarixli AZ-İ 323930 nömrəli şəhadətnamə; - Ölüm haqqında xx.xx.2022-ci il tarixli AZ-İİ 248470 nömrəli şəhadətnamə; - Bərdə Regional “Asan Xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-718/2024 nömrəli arayışı; - Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-473/2024 nömrəli imtina məktubu; - Məhkəmənin sorğusuna xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-10013/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Ədliyyə Nazirliyi Vətəndaşlıq X3 xx.xx.2025-ci il tarixli 3- 16-5/4-13-13551/2024 nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

Vİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

28. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

29. İş materialları ilə müəyyən olunur ki, Nikahın bağlanması haqqında xx.xx.1973cü il tarixli 73 nömrəli akt qeydinə və “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışa əsasən XX.XX.1950-ci il təvəllüdlü X23 ilə XX.XX.1950-ci il təvəllüdlü X15 arasında nikah bağlanmış, nikahdan sonra kişiyə Əsədov, qadına Əsədova soyadı verilmişdir.

30. İddiaçı nikah haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-473/2024 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “X5nın dövlət qeydiyyatı qaydası”-nın 5.2 və 5.4-cü bəndlərinə uyğun olaraq ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikah onların razılığı və ya bu razılığa dair məlumat olmadıqda nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Mərhum anasının nikahın pozulması qeydiyyat şöbəsində təmin edilməsi mümkün deyil. Cavabdeh ona məhkəməyə müraciət etməyi məsləhət görür.

31. Hazırki tələbində iddiaçı cavabdeh tərəfindən xx.xx.1973-cü il tarixdə 73 nömrə ilə qeydə alınmış mərhum anası X14 ilə X23 arasında bağlanmış nikah haqqında qeydinin ləğv edilməsini xahiş edir.

32. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 158.1. X5nın qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X5nın qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Maddə 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X5nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 160.1. X5nın qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X5nın qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 160.2. X5nın qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

33. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "X5nın dövlət qeydiyyatı Qaydası"na görə: Bənd 1.4. VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X5nın qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X5nın dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər.

34. Məhkəmə iddiaçının iddiasını ona görə əsaslı sayır ki, XX.XX.1950-ci il təvəllüdlü X23 ilə XX.XX.1950-ci il təvəllüdlü X15 arasında bağlanmış nikaha dair xx.xx.1973-cü il tarixli 73 nömrəli nikah akt qeydi tərtib edilmiş, daha sonra isə həmin nikah pozulmadan (yaxud akt qeydi ləğv edilmədən) X16 ilə X8 arasında nikahın bağlanması haqqında xx.xx.1981-ci il tarixli 160 saylı akt qeydi qeydə alınmışdır.

35. Hansı ki, X14 ilə X23 arasında nikah bağlanması haqqında akt qeydi mövcud olsaydı, həmin nikah pozulmadan (yaxud akt qeydi ləğv edilmədən) xx.xx.1981-ci il tarixli 160 saylı akt qeydi tərtib edilə bilməzdi.

36. Digər tərəfdən, Doğum haqqında xx.xx.1974-cü il tarixli 63 nömrəli akt qeydinə və xx.xx.1976-cı il tarixli V-ЖГ 252157 nömrəli şəhadətnaməyə əsasən İddiaçı xx.xx.1974cü il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1974cü il tarixdə 63 nömrə ilə qeyd edilmişdir.

37. Yəni, iddiaçı X14 ilə X13 nikahda olduğu dövrdə doğulmuşdur. Buna baxmayaraq, iddiaçıya məxsus doğum akt qeydində ata qrafasında X19 qeyd edilmişdir. Halbuki, xx.xx.1973-cü il tarixdə 73 nömrəli akt qeydi həqiqətən mövcud olsaydı, bu zaman iddiaçının mərhum anası ilə nikahda olduğu üçün, iddiaçının doğum haqqında akt qeydində ata qrafasında X13 adı qeyd olunmalı idi.

38. Göründüyü kimi, heç bir əsas olmadan iddiaçının mərhum anası X14 ilə X23 arasında nikahın bağlanması haqqında xx.xx.1973-cü il tarixli 73 nömrəli akt qeydi tərtib edilmişdir.

39. Belə olan halda məhkəmə hesab edir ki, xx.xx.1973-cü il tarixdə 73 nömrə ilə qeydə alınmış X14 ilə X23 arasında bağlanmış nikah haqqında qeydi ləğv edilməlidir.

40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:

41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. xx.xx.1973-cü il tarixdə 73 nömrə ilə qeydə alınmış X14 ilə X23 arasında bağlanmış nikah haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar