Məhkəmə qərarları › İş №2-1(114)-1553/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1553/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1553/2022 26.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4) qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1-in adına üzəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 20 iyun 2022-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X1 zavodun 3 saylı trestində çilingər işlədiyi üçün xx.xx.1971-ci il tarixdə ünvan 3 ona verilmişdir. Həyat yoldaşı xx.xx.1975-ci il tarixdə vəfat etmişdir. Yoldaşı vəfat etdikdən sonra orada uşaqları ilə birlikdə yaşamışdır. xx.xx.1990-cı il tarixdə həmin mənzilin şəxsi hesab vərəqəsi onun adına dəyişdirilmişdir. 1971-ci ildən bugünədək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayırlar. Qeyd olunan mənzildə yaşamaq üçün bütün şərait yaratmışdır. Yaşadıqları binada bir neçə nəfər öz yaşadıqları mənzillərini özəlləşdirmişlər. O da digər vətəndaşlar kimi öz hüququndan istifadə edərək, yaşadığı mənzili özəlləşdirmək üçün DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət etmişdir. DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********19 nömrəli məktubu ilə Gəncə şəhəri, Kəpəz rayonu, D.Qorqud küçəsi, ev 26 A, mənzil 35 onun adına özəlləşdirilməsindən imtina edilmişdir. Şifahi məhkəmə baxışı iclası 26 sentyabr 2022-ci il tarixə təyin edilmiş və tərəflərə bu barədə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı müraciətə əlavə olunmuş sənədlər mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmədiyi müəyyən edilmişdir. Belə ki, ünvan 3-də yaşayan İddiaçı verilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X11 07 oktyabr 2013-cü il tarixli, 735/5 nömrəli arxiv arayışına əsasən, vətəndaşların mənzilinin şəxsi hesab vərəqəsinin bir addan başqa ada dəyişdirilməsinə aid Kəpəz rayon 4 nömrəli İİTMTM-si tərəfindən çıxarılmış işlərin siyahısından çıxarışda X7 həyat yoldaşı İddiaçı dəyişdirildiyi qeyd olunmuşdur. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X6 tərəfindən İddiaçı xx.xx.2013-cü il tarixli, 160 nömrəli arayış (forma 2 A) verilmişdir. Azərbaycan Respublikası DİN tərəfindən “yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayış İddiaçı verilmişdir. Gəncə şəhəri Kəpəz rayonu XDS-nın xx.xx.1990-cı il tarixli, 6 nömrəli protokolu əsasında, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X6 ilə İddiaçı xx.xx.2022-ci il tarixli, 031 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi imzalanmışdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4 İddiaçı adına xx.xx.2022-ci il tarixli, **********478 nömrəli şəxsi hesabdan çıxarış verilmişdir. Həmçinin, X13 və X9 tərəfindən xx.xx.2021 və xx.xx.2021-ci il tarixli, 8İ- 31110 reyestr nömrəli notarial ərizələrində ünvan 1 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədikləri qeyd olunmuşdur. Hesab edirlər ki, iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia tələbi təmin edilməməlidir. Üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4 məhkəməyə 05 fevral 2022-ci il tarixli, 10-116 nömrəli məktub ünvanlayaraq, ünvan 2dir. Həmin binanın 35 nömrəli mənzilinin İddiaçı adına özəlləşdirilməsinə Birliyin rəhbərliyi etiraz etmir. Üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X3 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********46 nömrəli, xx.xx.2022-ci il tarixli, **********19 nömrəli və xx.xx.2022-ci il tarixli, **********90 nömrəli məktubları, Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 xx.xx.2022-ci il tarixli, 1- 116 nömrəli məktubu, xx.xx.2022-ci il tarixli, **********478 nömrəli şəxsi hesabdan çıxarış, xx.xx.1971-ci il tarixli, 27 nömrəli orderin surəti, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X11 xx.xx.2013-cü il tarixli, 735/5 nömrəli arxiv arayışı, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2021-ci il tarixli, ******* nömrəli arayışı, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ərizələr, xx.xx.2013-cü il tarixli, 160 nömrəli Forma-2 A arayışı, “Ölüm haqqında” xx.xx.1975-ci il tarixli, İ-JQ 337997 nömrəli şəhadətnamənin surəti, xx.xx.2022-ci il tarixli, 031 nömrəli yaşayış sahəsinin kirayə müqaviləsi və Azərbaycan Respublikası Dövlət X11 06 iyul 2022-ci il tarixli, 764(199)/3 nömrəli məktubu əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsində göstərilir ki, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinəşamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın 31.1.3-cü bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi bölmələri inzibati orqan kimi müəyyən olunmuşdur. «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi iləəlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılan iddialara aid edilmişdir. 34.1-ci maddəsinə görəöhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 35.1-ci maddəsində deyilir ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçının həyat yoldaşı X1 zavodun 3 saylı trestində çilingər işlədiyi üçün xx.xx.1971-ci il tarixdə ünvan 3 ona verilmişdir. Həyat yoldaşı xx.xx.1975-ci il tarixdə vəfat etdikdən sonra orada uşaqları ilə birlikdə yaşamışdır. xx.xx.1990-cı il tarixdə həmin mənzilin şəxsi hesab vərəqəsi onun adına dəyişdirilmişdir. 1971-ci ildən bugünədək ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır.. İddiaçı ünvan 3 üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, inzibati orqan isə mənzil sahəsinin özəlləşdirilməsinə əsas olan hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsini əsas gətirərək, hüquqların qeydiyyatından imtina etmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsindəşəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatıəmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə vəəsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qeyd edilən Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatıüçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin özəlləşdirilməsinin əsası kimi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X11 07 oktyabr 2013-cü il tarixli, 735/5 nömrəli arxiv arayışına əsasən, vətəndaşların mənzilinin şəxsi hesab vərəqəsinin bir addan başqa ada dəyişdirilməsinə aid Kəpəz rayon 4 nömrəli İİTMTM-si tərəfindən çıxarılmış işlərin siyahısından çıxarışı təqdim etmiş, lakin qeyd olunan çıxarış qanunvericiliyin tələblərinə əsasən mənzilin özəlləşdirilməsi üçün əsas hesab edilmir. Belə ki, 01 oktyabr 2009-cu il tarixdək qüvvədə olan Mənzil Məcəlləsinin 46-cı maddəsinə əsasən ictimai mənzil fonlu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı kоmitəsinin birgə qərarıüzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir. Həmin Məcəllənin 48-ci maddəsinəəsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganəəsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinəəsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədəərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi iləəlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə etməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinəəsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin özəlləşdirilməsi üçün əsas hesab olunur. Məhkəmə hesab edir ki, iddiaçının mənzilə hər-hansı hüquqmüəyyənedici sənədiorderi olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4) qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4) qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar