Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1555/2022 01.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (üçüncü şəxs Gədəbəy rayon Arıqdam Bələdiyyəsi) qarşı torpaq sahəsi üzərində hüquqların dövlət qediyyatının aparılması tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmə binasında məhkəmə iclasından kənar qaydada baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Gədəbəy rayonu Qaradağ kəndi ərazisində Qaradağ Bələdiyyəsi tərəfindən satılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, Məhkəmə iddiaçıya 29.04.2022-ci il tarixli, 2-1(114)-1555/2022 nömrəli sərəncamla hüquqi yardım göstərərək, iddia ərizəsində hazırki mübahisə ilə əlaqədar cavabdeh inzibati orqanın məktubu imtina xarakterli olmadığı, həmin məktub X1 ünvanlanaraq onun iddiaçının səlahiyyətli nümayəndəsi olması barədə etibarnamə təqdim edilmədiyindən qeyd olunan torpaqla bağlı hər-hansı məlumatın verilməsi mümkün olmadığı bildirilmişdir. Buna görə də, hazırki mübahisə ilə əlaqədar cavabdeh inzibati orqana (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDK və RX PHŞ-in 11 saylı Şəmkir Ərazi idarəsinə) müraciət edərək həmin müraciətə müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd olunanlara əsasən, iddia ərizəsini qanunun tələblərinə uyğunlaşdırmaq üçün iddiaçıya 17.05.2022-ci il tarixə qədər vaxt verilməsinə baxmayaraq iddiaçı həmin sənədləri təqdim etməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Şərh olunanlara əsaslanaraq qeyd edilməlidir ki, Qanunda inzibati orqana öncədən müraciət edilməsi şərti yalnız İPM-in 33.1-ci maddəsinə əsasən qaldırılan məcburetmə haqqında iddia üçün nəzərdə tutulsa da, həmin şərt prinsip etibarilə İPM-in 34-cü maddəsinə müvafiq olaraq qaldırılan öhdəliyin icrası haqqında iddiaya da aiddir, çünki burada söhbət ümumi prinsip olan hüquqların müdafiəsinə ehtiyacın olması prinsipindən gedir. İddiaçı öncədən inzibati orqana müraciət edərək müvəffəqiyyət qazanmağa cəhd etmədən birbaşa məhkəməyə müraciət etməməlidir. Beləliklə, iddia tələbi üzrə xüsusi mümkünlük şərti mövcud olmadığından mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ona Gədəbəy rayonu Qaradağ kəndi ərazisində Qaradağ Bələdiyyəsi tərəfindən satılmış 0.12 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina edilməsi barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilərək, torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah olunur ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1555/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1555/2022
01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver