Məhkəmə qərarları › İş №2-1(114)-1563/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1563/2022

19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1563/2022 19.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Göygöl rayon Qızılca bələdiyyəsinə qaşı (üçüncü şəxs X6) qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Göygöl rayon Qızılca bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X4 0.12 ha həyətyanı torpaq sahəsinin satılması barədə Göygöl Rayon Qızılca Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 05 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayon Yeni Qızılca kəndində 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 97.8 kv.m olan yaşayış evi RX seriyalı, ******* nömrəli, xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında 1/2 payla iddiaçının və X5 mülkiyyətindədir. Çıxarış əsasında qeyd olunan 0.12 ha torpaq sahəsindən əlavə onların zəbtində 0.3479 ha torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsi 30 ildən artıqdır onların sahibliyində və istifadələrindədir, onlar qeyd olunan torpaq sahəsində meyvə ağacları əkmişlər və uzun müddətdir əkib becərirlər. xx.xx.2017ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilərkən Daşınmaz Əmlak tərəfindən də müəyyən edilib ki, iddiaçının mülkiyyətində 0.12 torpaq sahəsi olmasına baxmayaraq faktiki istifadələrində 0.4679 ha torpaq sahəsi vardır. Qeyd edildiyi kimi onlar torpaq sahəsini 30 ildən artıqdır hasarlayaraq istifadə edillər, orada uzun ömürlü meyvə ağacları əkmişlər və hazırda da həmin ağaclar bar verir. Buna baxmayaraq Göygöl Rayon Qızılca Bələdiyyəsi onlara heç bir məlumat vermədən xx.xx.2021-ci il tarixli, 05 saylı qərarla faktiki olaraq onların sahibliyində olan torpaq sahəsinin 0.12 ha hissəsini X1 qərara almışdır. Torpaq sahəsinin satılması barədə bələdiyyənin xx.xx.2021-ci il tarixli, 05 saylı iclas protokolundan çıxarışın surəti Notariat Kontoruna verilsə də qeyd olunan qərar hazırda yoxdur. Birincisi qərarda qeyd olunur ki, Dilarə Abışova 5 ildən artıqdır bəldiyyənin ərazisində yaşayır, ikinci qeyd olunur ki, guya torpaq sahəsinin Dilarə Abışovadan geri qaytarılması mümkün deyil. Halbuki, bunların hamısı yalandır. Dilarə Abışovanın qeyd olunan torpaq sahəsinə heç bir aidiyyəti olmayıb, torpaq sahəsi həmişə onların istifadəsindən olub. Dilarə Abışova xx.xx.2018-ci il tarixdə Qızılca kəndinə qeydiyyata düşüb, ancaq həmin kənddə yaşamayıb. Mübahisəli torpaq sahəsi 30 ildən artıqdır iddiaçının sahibliyində olmaqla, həmin torpaq sahəsini onlar istifadə etmişdir. Ona görə də həmin torpaq sahəsi ilk növbədə iddiaçıya təklif olunmalı, belə olmayan halda hərraca çıxarılmalı, ilk növbədə onlara təklif olunmalı, onlar imtina etdiyi halda başqa şəxslərə satıla bilərdi. Lakin, Bələdiyyə bu ardıcıllığa və qanunun tələblərinə əməl etməmiş, qanunsuz və əsassız olaraq mübahisəli torpaq sahəsini Dilarə Abışovaya satmışdır ki, bu da onların hüquqlarımızın pozulmasına gətirib çıxarır. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o 1998-ci ildə mərhum Hüseynov Vaqifə ərə gelərək ərinin valideyinlərinə məxsus mübahisəli sahədə yerləşən evdə yaşamağa başlamışdır. Sonra həmin sahədə ev tikmişlər, lakin təmirsiz olduğuna görə orada yaşamamışlar. 2000-ci ildən 2016-cı ilədək Xalça kombinatının yataqxanasında yaşamışlar. 2016-cı ildə həmin tikdikləri evə qayıtmış və orada yaşamağa başlamışdır. Əri 2016-cı ilin rəhmətə getmişdir. Dilarə 2016-cı ildə mübahisəli sahədə qaynatası tərəfindən tikilmiş evə köçmüş və orada yaşamağa başlamış, 2018-ci ildə məhkəmə qərarı ilə həmin evdən çıxarılmışdır. Mübahisəli ərazidə 0.12 ha onun mülkiyyətindədir, 0.12 ha hissə qayını Bakirin, 0.12 ha hissə isə Ağaların istifadəsindədir, qalan 0.10 ha hissəni isə o zəbt edib istifadə edir. Bələdiyyə onun zəbtində və istifadəsində olan 0.10 ha-nı və Bakirin istifadəsində olan 0.02 ha hissəni satmışdır. Həmçinin, onun zəbt etdiyi 0.10 ha sahənin ona satılması barədə heç vaxt bələdiyyəyə müraciət etməmişdir. Üçüncü şəxs X6 iddianı qəbul etməyərək bildirmişdir ki, ümumilikdə 0.46 ha sahə onun valideyinlərinin istifadəsində olmuş, onlar sağlığında sahəni faktiki olaraq hərəsi 0.12 ha olmaqla onun və digər qardaş, bacıların arasında 4 yerə bölmüşlər. 0.12 ha sənədli hissəni isə anası iddiaçının ərinə, yəni onun qardaşına bağışlamışdır. İddiaçı mülkiyyətində 0.12 ha və ona bitişik cəmi 0.46 ha sahəni özü istifadə edir, hətta bələdiyyədən aldığı sahədəndə istifadə etməyə imkan vermir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və digər üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1idə yerləşən 0.12 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. - surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1idə yerləşən 0.12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Göygöl rayonu Qızılca bələdiyyəsinin adına qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli Göygöl rayonu Qızılca bələdiyyəsinin 05 saylı iclas protokolundan çıxrışdan görünür ki, X4 ünvan 1i ünvanında yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyalı fərdi yaşayış evi tikintisi məqsədi ilə bilavasitə alqısatqı yolu ilə 0.12 ha torpaq sahəsinin onun xüsusi mülkiyyətinə verilməsi qərara alınmışdır. -sürəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AN – İ№ ******* nömrəli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”-dən görünür ki, Göygöl rayon Qızılca bələdiyyəsinin adından X7 və X6 arasında bağlanmış müqavilə əsasında ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi X2. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, şəxsin hər-hansı torpaq sahəsini, yaxud digər əmlakı qanunsuz zəbt edərək istifadə etməsi həmin əmlakın mülkiyyətcisi tərəfindən əmlakla bağlı aparılan hərəkətlərə məhdudiyyət yaratmasına əsas vermir və zəbt etmiş şəxsə bu sahədə hüquq qazandırmır. İşdən də görünür ki, bələdiyyə öz mülkiyyətində olan əmlakı üçüncü şəxsə satmışdır. Qeyd olunanlara əsasən məhkəmə mübahisələndirilən qərarın qanuniliyinə qiymət vermədən iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən;

1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir.

4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən; Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Beləliklə məhkəmə hazırki mübahisə üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə iddianı mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə

Qəraraaldı:

İddiaçı İddiaçı cavabdeh Göygöl rayon Qızılca bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar