Məhkəmə qərarları › İş №2-1(114)-1564/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1564/2021

21.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1564/2021 21.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxslər X15, X6, X8, X9, X11 və X12) pasport qeydiyyatından çıxarılma tələbinə dair işə məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə 06.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X13, X1, X2, X3, X4, X5, eyni zamanda azyaşlılar 05.12.2016-cı il təvəllüdlü X10 və 13.07.2014-cü il təvəllüdlü X7 Ağdam şəhəri, Füzuli küçəsi 159 nömrəli evdən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, üçüncü şəxslər 1-ci Qarabağ müharibəsindən əvvəl iddiaçının mərhum əri Aqil Muxtarovun razılığı əsasında Ağdam şəhəri, ünvan 1 ünvanına formal olaraq qeydiyyata alınmışlar. Aqil Muxtarov 01.02.1994-cü il tarixdə vəfat etdikdən sonra ev iddiaçının mülkiyyətinə keçmişdir. Üçüncü şəxslərin hazırda harada yaşamaları iddiaçıya bəlli deyil. İddiaçı həmin şəxslərin ona məxsus evdən pasport qeydiyyatından çıxarılması məqsədilə cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X8 məhkəmə iclasında bildirmişdir ki, o, 1986-cı ildə təyinatla Ağdam şəhərinə işləməyə göndərilmiş, həmin vaxt iddiaçının mərhum əri onu öz evinə pasport qeydiyyatına aldırmışdır. Hazırda Bakı şəhərində yaşayır, özünün və yaxın qohumlarının mülkiyyətində ev olmadığına görə qeydiyyata düşə bilmir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Digər üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə müəyyən olunur ki, Ağdam şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mərhum əri X18 tərəfindən Ağdam rayon X21 İcraiyyə Komitəsinin 29.03.1983-cü il tarixli 7/95 nömrəli qərarı əsasında inşa edilmiş və evə dair müvafiq texniki sənədlər tərtib edilmiş, lakin Dövlət reyestrində qeydə alınmamışdır. Hazırda iddiaçı onlara məxsus olmuş evdə qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb edir. Məlumdur ki, 23 iyul 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən Ağdam şəhəri tamamilə işğal olunmuşdur. İşğal müddətində şəhərdə mövcud olmuş inzibati binalar, ictimai-iaşə obyektləri, mədəniyyət abidələri, eləcə də yaşayış binaları tamamilə dağıdılmışdır. Bütün bunlara baxmayaraq 44 günlük Vətən müharibəsinin sonunda imzalanmış kapitulyasiya aktına - üçtərəfli bəyanata əsasən Ağdam rayonu işğaldan azad olunmuş, eləcə də 28.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Ağdam şəhərinə səfəri zamanı Ağdam şəhərinin Baş Planı təsdiq edilmiş və Ağdam şəhərinin yenidən qurulması nəzərdə tutulmuşdur. İşin faktiki hallarından da göründüyü kimi Ağdam şəhərində iddiaçıya və ailə üzvlərinə məxsus olmuş fərdi yaşayış evinin mövcudluğundan söhbət gedə bilməz və fiziki olaraq mövcud olmayan evdən (ünvandan) hər-hansı şəxsin pasport qeydiyyatından çıxarılması da mümkün deyildir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı Cavabdehnə qarşı pasport qeydiyyatından çıxarılma tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar