Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1565/2022 21.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 36 nömrə ilə, xx.xx.2007-ci il tarixdə 466 nömrəli ilə, xx.xx.2008-ci il tarixdə 32 nömrəli ilə qeyd edilmiş akt qeydlərinin ləğv edilməsi və şəhadətnamələrin etibarsız hesab olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2022-ci il tarixli, AR-İİ seriyalı 637100 nömrəli etibarnamə üzrə nümayəndəsi X8 xx.xx.2022-ci il tarixdə “akt qeydinin ləğv edilməsinə dair” ərizə ilə Cavabdehnə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 170-05/15 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun kifayət qədər əsaslar olmadığına görə müraciətin təmin olunmasından imtina etmişdir. Həmin imtina ilə razılaşmayan iddiaçı tərəf iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 36 nömrə ilə, xx.xx.2007-ci il tarixdə 466 nömrəli ilə, xx.xx.2008-ci il tarixdə 32 nömrəli ilə qeyd edilmiş akt qeydlərinin ləğv edilməsi və şəhadətnamələrin etibarsız hesab olunmasını xahiş etmişdir. İddia ərizəsi iddiaçının digər səlahiyyətili nümayəndəsi (anası) Nümayəndə tərəfindən imzalanmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və rəsmi nikah münasibətində olduğu həyat yoldaşı X11 Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onlar 2004-cü ildən etibarən X5 yaşayırlar. X6 19 noyabr 2005-ci ildə, oğulları X14 01 mart 2007-ci ildə, qızları X15 19 may 2008-ci ildə Almaniya Federativ Respublikasının Gutersloh şəhərində anadan olmuşlar. Almaniya Federativ Respublikasında doğulmalarına baxmayaraq onların hər üçünə Azərbaycan Respublikasının Bərdə rayonunda doğulmuş uşaqlar kimi Bərdə rayonunun səlahiyyətli dövlət orqanlarından Doğum haqqında şəhadətnamələr alınmışdır. Bu şəhadətnamələrdə onların doğum yerləri olaraq Bərdə rayonu qeyd edilmişdir. Belə ki, X6nın adına Bərdə rayonu Yeni Əyricə kənd i.ə.d üzrə nümayəndəlik tərəfindən verilmiş Doğum haqqında Şəhadətnamədə onun doğulduğu yer Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzaylıbəyli kəndi olduğu, bu barədə doğum haqqında akt qeydləri kitabında 2006-cı ilin dekabr ayının 06 iyununda 36 № ilə qeyd edildiyi göstərilmişdir. X1 adına Cavabdeh tərəfindən verilmiş Doğum haqqında şəhadətnamədə onun doğulduğu yer Azərbaycan Respublikasının Bərdə rayonu olduğu, bu barədə doğum haqqında akt qeydləri kitabında 2007-ci ilin aprel ayının 24-cü günündə 466 № ilə qeyd edildiyi göstərilmişdir. X2 adına Bərdə rayon Yeni Əyricə i.ə.d üzrə nümayəndəlik tərəfindən verilmiş Doğum haqqında şəhadətnamədə onun doğulduğu yer Azərbaycan Respublikasının Bərdə rayonunun Mirzalıbəyli kəndi olduğu, bu barədə doğum haqqında akt qeydləri kitabında 2008-ci ilin sentyabr ayının 08 günündə 32 № ilə qeyd edildiyi göstərilmişdir. X3, X9 və X10 adlarına Doğum haqqında Şəhadətnamələrin Azərbaycan Respublikasından alınmasının və həmin Şəhadətnamələrdə onların doğulduğu yer kimi Bərdə rayonu qeyd edilməsinin səbəbi budur ki, həmin şəhadətnamələrin alındığı 2006- 2008-ci illərdə Almaniya Federativ Respublikasında onlara Doğum haqqında Şəhadətnamə ala bilmirdilər, bu işdə Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi və onun konsul xidməti də onlara köməklik göstərə bilmirdilər. Odur ki, məcbur olub həmin şəhadətnamələri növbəti dəfə Azərbaycan Respublikasına gəldikdə Bərdə rayonunun dövlət qrumlarından almışlar. Bu zaman həmin şəhadətnamələrdə uşaqların doğum yeri kimi Bərdə rayonunun qeyd edilməsini isə mübahisələndirilməmiş, çünki uşaqların Doğum haqqında Şəhadətnamələrinin olmaması Almaniyada problemlər yaradırdı. Uşaqları üçün yuxarıda göstərilən Doğum haqqında Şəhadətnamələri aldıqdan sonra Almaniya Federativ Respublikasının səlahiyyətli dövlət orqanları bir neçə il onu qanuni şəxsiyyət sənədi kimi qəbul etsələr də, 2020-ci ildən başlayaraq bildirdilər ki, həmin şəhadətnamələrdə uşaqlarımın doğum yeri qeyri-qanuni olaraq Azərbaycan Respublikasının Bərdə rayonu olduğu qeyd edilib, uşaqlar Almaniyada doğulduqları kimi onlara Almaniyadan Doğum haqqında Şəhadətnamələr alınması və bu şəhadətnamələrdə onların doğum yeri kimi həqiqi doğulduqları yer, yəni Almaniya Federativ Respublikasının Gutersloh şəhəri göstərilməlidir. Almaniyanın yerli hakimiyyət orqanlarının özlərinin də yaxından köməkliyi ilə həmin şəhadətnamələri Gutersloh şəhərinin X7 Qeydiyyatı İdarəsindən ala bilmişlər. Bu Şəhadətnamələrdə uşaqların doğum yeri, doğum tarixi, ata-anaları barədə məlumatlar, şəhadətnamələrin verilmə yeri, nömrəsi və tarixi barədə həqiqi qeydlər yazılmışdır: Hazırda Almaniyanın yerli hakimiyyət orqanları iddiaçıdan tələb edirlər ki, həmin uşaqların adına Azərbaycan Respublikasından verilmiş Doğum haqqında şəhadətnamələri ən qısa müddətdə ləğv etdirilsin, çünki həmin şəhadətnamələrdə uşaqların doğum yeri yanlış olaraq Azərbaycan Respublikasının Bərdə rayonu olduğu qeyd edilib, həm də bir uşağın adına iki ölkədən - həm Azərbaycan Respublikasından, həm də Almaniya Federativ Respublikasında verilmiş Doğum haqqında şəhadətnamə ola bilməz. Almaniya dövlətinin yerli hakimiyyət orqanlarının bu tələbini əsaslı və qanuni hesab olunur. Həmçinin uşaqların adına iki dövlətdən ayrı-ayrı Doğum haqqında şəhadətnamələrin olması hazırda onların Almaniya dövlətində valideynlərinin yanında yaşamalarına və Almaniya dövlətinin miqrantlar üçün güzəşt və imtiyazlarından istifadə etməyə problem yaradır. Bu hal gələcəkdə uşaqlar vətəndaşlıq almaq istədikdə də problem yaradacaqdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə hüquqi prosedur başlatmağı Azərbayca Respublikasının qanunvericilik aktları baxımından da qanuni hesab edir. X3, X4 və X10 adlarına Azərbaycan Respublikasında verilmiş Doğum haqqında şəhadətnamələrin verilməsinə əsas olmuş doğum haqqında akt qeydlərinin ləğv edilməsi və həmin şəhadətnamələrin etibarsız hesab edilməsi ilə bağlı əvvəl cavabdehə müraciət etmişdir. Lakin inzibati orqan imtina cavabı verdiyi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi iddianı müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 371-05/13 nömrəli məktubla işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X13 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin şifahi məhkəmə baxışı iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişlərdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İşdəki sənədlərə görə: xx.xx.2021-ci il tarixdə Gütersloh VVAQ İdarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcüməsinin təsdiq olunmuş surətinə əsasən X16 xx.xx.2005-ci il tarixdə Almaniya Federativ Respublikasının Gütersloh şəhərində doğulmuş, bu barədə G1632/2005 nömrəsi ilə doğum akt qeydi tərtib edilmiş, anası Qasımzadə (doğum soyadı İbişova) Gülnar Vidadi qızı, atası İddiaçı qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdə verilən AZ-İV seriyalı 538943 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2005-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitaında xx.xx.2006-cı il tarixdə 36 nömrə ilə qeyd aparılmış, ata qrafasında İddiaçı, ana qrafasında X11, qeyd edilən yer qrafasında Bərdə rayon Yeni Əyricə kənd İƏDÜ nümayəndəliyi göstərilmişdir. Həmin doğumu təsdiq edən sənəd xx.xx.2006-cı il tarixli, ÜAZS- 103.6162782 nömrəli tibbi arayışdır. xx.xx.2021-ci il tarixdə Gütersloh VVAQ İdarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcüməsinin təsdiq olunmuş surətinə əsasən X14 xx.xx.2007-ci il tarixdə Almaniya Federativ Respublikasının Gütersloh şəhərində doğulmuş, bu barədə G257/2007 nömrəsi ilə doğum akt qeydi tərtib edilmiş, anası Qasımzadə (doğum soyadı İbişova) Gülnar Vidadi qızı, atası İddiaçı qeyd edilmişdir. xx.xx.2011-ci il tarixdə verilən AZ-İİ seriyalı 759743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2007-ci il tarixdə Bərdə şəhərində kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitaında xx.xx.2007-ci il tarixdə 466 nömrə ilə qeyd aparılmış, ata qrafasında İddiaçı, ana qrafasında X11, qeyd edilən yer qrafasında Cavabdeh göstərilmişdir. Həmin doğumu təsdiq edən sənəd Bərdə rayonu uşaq poliklinikasının xx.xx.2007-ci il tarixli, ******* nömrəli arayışıdır. xx.xx.2021-ci il tarixdə Gütersloh VVAQ İdarəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin azərbaycan dilinə tərcüməsinin təsdiq olunmuş surətinə əsasən X15 xx.xx.2008-ci il tarixdə Almaniya Federativ Respublikasının Gütersloh şəhərində doğulmuş, bu barədə G642/2008 nömrəsi ilə doğum akt qeydi tərtib edilmiş, anası Qasımzadə (doğum soyadı İbişova) Gülnar Vidadi qızı, atası İddiaçı qeyd edilmişdir. xx.xx.2011-ci il tarixdə verilən AZ-İİ seriyalı 759746 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2008-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitaında xx.xx.2008-ci il tarixdə 32 nömrə ilə qeyd aparılmış, ata qrafasında İddiaçı, ana qrafasında X11, qeyd edilən yer qrafasında Bərdə rayon Yeni Əyricə kənd İƏDÜ nümayəndəliyi göstərilmişdir. Həmin doğumu təsdiq edən sənəd Bərdə rayon Mərkəzi Xəstəxanasının 28 tibbi arayışdır. Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 854 nömrəli məlumatına əsasən X16 və X10 doğumları barədə heç bir qeydiyyat aşkarlanmamışdır. Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, PHŞ/6.28-2-2022-112 nömrəli məlumatına əsasən, xx.xx.2005-ci il təvəllüdlü X20, xx.xx.2007-ci il təvəllüdlü X14 və xx.xx.2008-ci il təvəllüdlü X10 doğulmaları barədə Bərdə Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində heç bir qeydiyyat yoxdur, yəni həmin xəstəxanada doğulmamışlar. X14 barəsində xx.xx.2007-ci il tarixli, ******* nömrəli, X16 barəsində xx.xx.2006-cı il tarixli, ÜAZS-103.6162782 nömrəli, X15 barəsində .06.2008-ci il tarixli AZS-103.0067725 nömrəli tibbi arayışlar mövcud deyildir, yəni rəsmi qeydiyyatla həmin arayışlar verilməmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, 33/2143 nömrəli məlumata əsasən X21 xx.xx.2004-cü il tarixdə ölkədən çıxmış, xx.xx.2010-cu il tarixdə özü və uşaqları X16, X14 və X15 ölkəyə giriş etmiş, xx.xx.2012-ci il tarixdə ölkədən çıxmışlar. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən X7 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X7 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir 159.1-ci maddəsinə əsasən . Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X7 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1 və 160.2-ci maddələrinə əsasən X7 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X7 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. X7 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur 166-cı maddənin tələblərinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır (166.1). Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir (166.2). Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür (166.3). “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "X7 dövlət qeydiyyatı Qaydası"nın: 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Beləliklə, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “X7 dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, hər bir insan vətəndaşlıq hüququna malikdir. Heş kəs öz vətəndaşlığından və öz vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Bu Bəyannamədə elan olunmuş vətəndaşlıq hüququnun doğumun qeydiyyatından asılı olması, 1959-cu il 29 noyabr tarixdə qəbul edilmiş “Uşaq hüquqları Bəyannaməsi”nin 3-cü prinsipində təsbit edilərək qeyd olunur ki, uşaq doğulandan ad və vətəndaşlıq hüququna malik olmalıdır. “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ın 24-cü maddəsinin ikinci bəndində göstərilir ki, hər bir uşaq doğulduqdan sonra dərhal qeydə alınmalı və ada malik olmalıdır (Azərbaycan Respublikası bu Pakta Milli Məclisin xx xxxx 1992-ci il tarixli 277 №li Qərarı ilə qoşulmuşdur). İddiaçının övladları Almaniya Federativ Respublikasında doğulmuş və onların doğulması sözügedən Paktın tələbləri baxımından qeydə alınmışdır. Bu qeydin hüquqauyğunluğu mübahisələndirilmir və həmin qeydiyyat qüvvədədir. Doğum qeydi qüvvədə olduğu halda yenidən (təkrar) qeydiyyat aparılması milli qanunvericilikdə, nə də beynəlxalq hüquqda nəzərdə tutulmamışdır. İddiaçı 2005, 2007 və 2008-ci illərdə uşaqlarına Almaniya Federativ Respublikasının müvafiq VVAQ İdarələrindən doğum haqqında şəhadətnamələri ala bilməsə də (2021-ci ilin dekabr ayında şəhadətnamələr verilmişdir), uşaqların doğum qeydləri Gütersloh VVAQ İdarəsində xx.xx.2005, xx.xx.2007 və xx.xx.2008-ci il tarixlərdə qeydə alınmışdır. Bu vəziyyət onu deməyə əsas verir ki, cavabdeh tərəfindən iddiaçının uşaqlarının doğulması haqqında qeydiyyat aparmasının hüquqi əsası olmamışdır. Habelə cavabdeh qurum tərəfindən doğumun qeydə alınmasına əsas olmuş sənədlər aşkar olunmadığından, onların mövcudluğu müəyyən edilmədiyindən aparılmış doğum qeydlərin mötəbərliyinə ciddi şübhələr yaranmışdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olduğundan həmin qeydlər qanunsuz inzibati akt olaraq ləğv edilməli, qeydlər əsasında verilmiş doğum haqqında şəhadətnamə isə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Doğum haqqında akt qeydləri kitabında X16 barəsində xx.xx.2006-cı il tarixdə 36 nömrəli, X14 barəsində xx.xx.2007-ci il tarixdə 466 nömrəli, X15 barəsində xx.xx.2008-ci il tarixdə 32 nömrəli akt qeydlərinin ləğv edilməsi və şəhadətnamələrin etibarsız hesab olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1565/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1565/2022
21.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver