Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1570/2024 09.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı, cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin plan-cizgi sənədinin verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus olan və faktiki istifadə etdiyi Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 0.08 ha torpaq sahəsinə dair plan-cizginin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Mustafaağalı kəndində onun mərhum atası X1 mülkiyyətində 0.75 ha torpaq sahəsi olmuş, həmin torpaq sahəsinə bitişik 0.15 ha bələdiyyə torpağı mövcud olmuş, həmin torpaq sahəsini də bələdiyyə onun atasının ailə üzvlərinə vermişdir. Verilmiş sorğulara və arxiv sənədlərinə əsasən müəyyən olunmuşdur ki, onun mərhum atasının adına Bərdə rayonu, Mustafaağalı kəndində 4 nəfər ailə üzvləri ilə birlikdə 0.42 ha həyətyanı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə ƏMDX-də dövlət qeydiyyatına alınmışdır. Bərdə Rayon Dövlət Arxivində 74 saylı fondda mühafizə olunan Bərdə rayonu Mustafaağalı kəndinə aid 1986- 1990-cı illər üzrə 13 saylı təsərrüfatbaşına kitabın 846 saylı şəxsi hesabına əsasən, onun adına 0.08 ha torpaq sahəsi olduğu qeyd olunmuşdur. O, sonradan öyrənmişdir ki, onun adına olan həmin torpaq sahəsi onun adından çıxarılmışdır. Arxivə verilmiş sorğudan məlum olmuşdur ki, onun adına həqiqətən də torpaq sahəsi mövcud olmuşdur. Hazırda həmin torpaq sahəsinə dair plan-cizginin verilməsinə zərurət meydana gəlmişdir. O, hazırki tələblə cavabdeh orqana müraciət etsə də, müsbət cavab ala bilməmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 09 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasının keçirilməsi yeri və vaxtı barədə tərəflərə rəsmi məlumat verilmiş, iddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, iddia tələbinin mümkün sayılmamasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki: -iş materiallarına əlavə edilmiş Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 18/a nömrəli məktubunun surətindən görünür ki, Rayon Dövlət Arxivində 74 saylı fondda mühafizə olunan Bərdə rayonu Mustafaağalı kəndinə aid 1986-1990-cı illər üzrə 13 saylı təsərrüfatbaşına kitabın 846 saylı şəxsi hesabına əsasən, vətəndaş İddiaçı adına 0.08 ha torpaq sahəsi olduğu qeyd olunub. -iş materiallarına əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********79 nömrəli və xx.xx.2023-cü il tarixli 3-21-3-46/2-İ-0026-8 nömrəli məktublardan görünür ki, iddiaçının Bərdə rayonu, Mustafaağalı kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə həmin torpaq sahəsinin məkan göstəricilərinin və plan-cizgisinin təqdim olunmaması səbəbindən müsbət cavab verilməmişdir. -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarxdə məhkəməyə təqdim edilmiş məktuba əlavə edilən sənədlərdən görünür ki, X1 adına Bərdə rayonu, Mustafaağalı kəndində 4 nəfər ailə üzvləri ilə birlikdə 0.42 ha həyətyanı torpaq sahəsi xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsində qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı Bərdə rayonu, Mustafaağalı kəndində ona məxsus 0.08 ha torpaq sahəsinin olduğunu bildirib, həmin torpaq sahəsinə dair plan-cizgi sənədinin əldə edilməsinə nail olmaq istəsə də, iddiaçının ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənəd kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi sənəd əsasında sözügedən ərazidə istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. Belə ki, torpaq sahəsinin sərhədlərini və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər yoxdur. Bundan əlavə iddia ərizəsinin məzmunundan da görünür ki, həmin torpaq sahəsi iddiaçının istifadəsində deyil. Beləliklə qeyd olunmalıdır ki, iddiaçı iddia etdiyi torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ da istisna olunur. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı-cizgi sənədinin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1570/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1570/2024
09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver