Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1575/2022 18.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********7243600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin əsas fəaliyyət növü meyvə və tərəvəzin topdan satışından ibarətdir. Müəssisə xx.xx.2018-ci il tarixdə yaradılmış və qeyd olunan müddət ərzində həmin fəaliyyətlə məşğul olmuşdur. 2021-ci il ərzində müəssisə tərəfindən xarici ölkələrə meyvə tərəvəz ixrac olunmuşdur. 31 mart 2021-ci il tarixdə Vergi orqanı tərəfindən kameral yoxlamanın nəticəsi olaraq 59605.47 manat vergi borcu və faiz hesablanmışdır. Qəbul edilmiş qərarın surəti müəssisəyə göndərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən müəssisənin vergi, sığorta məbləği və ƏDV dövriyyəsi ilə bağlı hesabladığı borclar qanunsuzdur. Belə ki, vergi orqanı alış aktlarına əsasən alınmış mallarla bağlı xərcləri, 2020-ci il ərzində alınmış elektron-qaimə fakturalarla bağlı pul köçürmələrinin 2021-ci ildə baş tutmasını nəzərə almamışdır. Halbuki həmin qaimə fakturalar əsasında müəssisəyə daxil olan pul vergi yoxlaması zamanı nəzərə alınmış rəqəmlərdir. Bundan başqa 2021-ci il ərzində cəmi ƏDV dövriyyəsi müəssisə tərəfindən olduğu kimi göstərilsə də cavabdeh orqan heç bir əsaslandırma aparmadan həmin dövriyyənin gəlir vergisi bəyannaməsinin artıq olan hissəsini nəzərə almamışdır. Hazırki idida ərizəsinə əlavə olunmuş «Malların alış aktı barədə» məlumatdan da göründüyü kimi müəssisə 39 şəxsdən mal almış və hamısı ilə bağlı alış aktları tərtib olunmaqla, bütün qanuni sənədləşmələr aparılmışdır. Alış aktlarında qeyd olunanlar müəssisənin illik dövriyyə rəqəmlərinə tamamilə uyğundur və bu müssisənin xərclərinə daxil edilmişdir. Lakin cavabdeh orqan heç bir araşdırma aparmadan sırf müəssisənin illik dövriyəsini əsas götürmüş, xərcləri nəzərə alınmış və şişirdilmiş vergi borcu barədə qərar çıxarmışdır. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar 2021-ci ilin mənfəət vergi üzrə hesablanmış xx.xx.2022-ci il tarixli **********7243600 nömrəli qərardır. İddiaçı tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixdə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edilmiş, mübahisə predmetini əhatə edən dövr üzrə vergi tutulan dövriyyəsinin olmadığını bəyan etmişdir. Bununla da xx.xx.2022-ci il tarixli **********7243600 nömrəli qərarla müəyyən edilmiş 56905,47 manat məbləğində vergi məbləği iddiaçı tərəfindən təqdim edilmiş bəyannamə əsasında ləğv edilmişdir. Vergi orqanı tərəfindən iddiaçının xx.xx.2022-ci il tarixli dəqiqləşdirilmiş vergi bəyannaməsinə görə xx.xx.2022-ci il tarixdə **********091500 nömrəli "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" məktub iddiaçıya göndərilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 37.2 və 37.3-cü maddələrinin mahiyəti baxımından iddiaçı "xxxx" MMC-nin təqdim etdiyi 2021-ci il üzrə mənfəət vergisi üzrə keçiriləcək kameral vergi yoxlaması nəticəsində inzibati orqanın yeni qərarı qəbul ediləcəkdir. Bu mənada qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli **********7243600 nömrəli qərar faktiki olaraq iddiaçının hüquq və maraqlarına toxunmadığı üçün iddia tələbi mümkün hesab edilməməlidir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüquqlarıdır. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. İş materialları ilə müəyyən edilir ki, vergi orqanı tərəfindən mənfəət vergisi üzrə xx.xx.2022-ci il tarixli **********43600 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası hallarının hesablanması barədə” qərar qəbul edilmiş, lakin iddiaçı tərəfindən 2021-ci ilin mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim edildiyindən hazırda iddiaçı tərəfindən mübahisələndirilmiş qərar öz hüquqi qüvvəsini itirmişdir. Vergi qanunvericiliyinin müvafiq tələbləri ilə işin faktiki hallarının birgə təhlili onu deməyə əsas verir ki, hazırda iddiaçı tərəfindən mübahisələndirilən qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır, başqa sözlə həmin qərar iddiaçının hüquqi maraqlarına toxunmur. Bu isə hazırki iddia tələbinin mümkün sayılmamasına əsas verir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-ci və 35-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1575/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1575/2022
18.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver