Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1575/2024 05.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Tovuz rayonu Abulbəyli bələdiyyəsinə qarşı torpaq sahəsinin satılması barədə qərar qəbul edilməsi tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Tovuz rayonu Abdulbəyli bələdiyyəsinə qarşı 191 kv.m torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Tovuz rayon Abulbəyli kənd nümayəndəliyi üzrə xx.xx.1992-ci il tarixli 9 nömrəli sərəncamından çıxarışdan məlum olur ki, Tovuz rayon X2 Rəyasət Heyətinin xx.xx.1992-ci il tarixli 36 nömrəli qərarına əsasən nəzərdə tutulan siyahı üzrə 0.08 ha həyətyanı torpaq sahəsinin Abulbəyli kənd vətəndaşı İddiaçı xüsusi mülkiyyətinə verilməsi, nəzərdə tutulan torpaq sahəsinin yerseçmə aktı əsasında İddiaçı verilməklə bu barədə təsərrüfatbaşına kitabda qeyd edilməsi qərara alınmışdır.
2. Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 266 nömrəli arxiv arayışına əsasən Abdulbəyli kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət Arxivində saxlanılan 1996-2000-ci il tarixli 12 nömrəli təsərrüfatbaşına kitabın 1019-cu şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla adına 0.08 ha torpaq sahəsinin olması göstərilmişdir.
3. Tovuz Rayon İcra Hakimiyyəti başçısının Abulbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1323 nömrəli və xx.xx.2024-cü il tarixli 317 nömrəli arayışlarına əsasən təsərrüfatbaşına 6-cı kitabda 529-cu təsərrüfatda İddiaçı adına 0.08 ha torpaq sahəsi qeyd olunmuşdur.
4. İddiaçı 191 kv.m torpaq sahəsinin verilməsi ilə bağlı Tovuz rayonu Abulbəyli bələdiyyəsinə müraciət etmiş, cavabdeh orqan isə bildirmişdir ki, Tovuz rayonu, Abulbəyli kənd sakini İddiaçı ailə üzvlərinə 0.791 ha torpaq sahəsi Tovuz rayon Abulbəyli kənd icra nümayəndəsinin xx.xx.1992-ci il tarixli sərəncamına əsasən mülkiyyətinə verilmişdir. Bununla bağlı Tovuz rayon Dövlət Arxivinin arayışına əsasən 1996-2000-ci il tarixli 12 nömrəli təsərrüfatbaşına kitabın 1019-cu şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla, adına 0.08 ha torpaq sahəsi göstərilmişdir. Həmin həyətyanı torpaq sahəsi Tovuz rayonu, X4 Komissiyasının xx.xx.1998-ci il tarixli 24 nömrəli qərarına əsasən kənd sakini İddiaçı və ailə üzvlərinə 0.06 ha torpaq sahəsinə dair şəhadətnamə verilmişdir. Tovuz rayon Abulbəyli kənd bələdiyyəsi həmin torpaq sahələrinə baxış keçirən zaman həmin torpaq sahəsi 30 iyun 1992-ci il tarixli 9 nömrəli sərəncamına əsasən, Tovuz rayon arxiv arayışına əsasən Tovuz rayon Abulbəyli kənd icra nümayəndəsinin 1996-2000-ci il tarixli 12 nömrəli təsərrüfatbaşına kitabın 1019-cu şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla, 0.08 ha torpaq sahəsi göstərlmişdir. Əsas: Fond № 167 siyahı 2 1947V3 arayışına əsasən və halhazırda həmin torpaq sahəsi 4 yanı hasar ilə örtülmüş və həmin torpaq sahəsində heç bir mübahisə olmadığına görə Tovuz rayon Abulbəyli kənd bələdiyyəsi 0.0191 ha torpaq sahəsindən imtina edir.
5. Tovuz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubunda göstərilmişdir ki, Tovuz rayonu, Abulbəyli kənd sakini İddiaçı ailə üzvlərinə 0.791 ha torpaq sahəsi Tovuz rayon Abulbəyli kənd icra nümayəndəsinin xx.xx.1992-ci il tarixli sərəncamına əsasən mülkiyyətinə verilmişdir. Bununla bağlı Tovuz rayon Dövlət Arxivinin arayışına əsasən 1996-2000-ci il tarixli 12 nömrəli təsərrüfatbaşına kitabın 1019cu şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla, adına 0.08 ha torpaq sahəsi göstərilmişdir. Həmin həyətyanı torpaq sahəsi Tovuz rayonu, X4 Komissiyasının xx.xx.1998-ci il tarixli 24 nömrəli qərarına əsasən kənd sakini İddiaçı və ailə üzvlərinə 0.06 ha torpaq sahəsinə dair şəhadətnamə verilmişdir. Tovuz rayon Abulbəyli kənd bələdiyyəsi həmin torpaq sahələrinə baxış keçirən zaman həmin torpaq sahəsi 30 iyun 1992-ci il tarixli 9 nömrəli sərəncamına əsasən, Tovuz rayon arxiv arayışına əsasən Tovuz rayon Abulbəyli kənd icra nümayəndəsinin 1996-2000-ci il tarixli 12 nömrəli təsərrüfatbaşına kitabın 1019cu şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla, 0.08 ha torpaq sahəsi göstərlmişdir. Əsas: Fond № 167 siyahı 2 1947V3 arayışına əsasən və hal-hazırda həmin torpaq sahəsi 4 yanı hasar ilə örtülmüş və həmin torpaq sahəsində heç bir mübahisə olmadığına görə Tovuz rayon Abulbəyli kənd bələdiyyəsi 0.0191 ha torpaq sahəsindən imtina edir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirilir ki, 0.0191 ha torpaq sahəsi hal-hazırda Abulbəyli kənd bələdiyyəsinin mülkiyyətindədir, həmin torpaq sahəsi Tovuz rayon Abulbəyli kənd sakini İddiaçı xeyrinə qərar verilməsinə heç bir etirazları yoxdur.
6. İddiaçı digər mübahisəsinə dair əvvəllər məhkəmənin icraatında olmuş 2- 1(114)2548/2023 nömrəli inzibati işdən surəti çıxarılaraq hazırkı iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1593/2023 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Tovuz rayonunun Abulbəyli kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvələ əsasən aqrar islahat zamanı İddiaçı Məhərrəm oğlu və ailə üzvlərinin faktiki istifadələrində ümumilikdə 0.0791 ha torpaq sahəsi olmuş, ondan 0.0191 ha bələdiyyənin ehtiyat fonduna ayrılmış, 0.06 ha isə mülkiyyətçilərə verilmişdir. II. Məhkəmədə icraat
7. İddiaçı cavabdeh Tovuz rayonu Abulbəyli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə vəzifə qoymaqla 0.0191 ha torpaq sahəsinin ona və ailə üzvlərinə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Tələb onunla əsaslandırılmışdır ki, o, ailəsi ilə birlikdə Tovuz rayonu, Abulbəyli kəndində yaşayır. Onu qeyd etmək istəyir ki, yaşadıqları evin həyətyanı sahəsi 0.08 ha torpaq sahəsi 40 ilə yaxındır ki, onların istifadəsindədir. Bütün arxiv sənədlərində də həmin torpaq sahəsi 0.08 ha onlara məxsus olması qeyd olunmuşdur. Həmin iş üzrə arxiv arayışını məhkəməyə təqdim etmişdir. Ancaq buna baxmayaraq Aqrar İslahat Komissiyası islahat gedən vaxtı səhvən onlara 0.06 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Onun həyat yoldaşı ağır xəstə olduğu üçün həmin torpaq sahəsindən müalicəsi üçün bir qismini satmaq istəmişdir. Həmin torpaq sahəsini satan vaxtı ona məlum olmuşdur ki, Aqrar İslahat Komissiyası 0.08 ha deyil, 0.06 ha qeyd etmişdir. Belə hesab edir ki, bu Aqrar islahat Komissiyasının səhvi olub. Ona görə də həmin torpaq sahəsinə düzəliş olunmasını istəyir. Onu qeyd etmək istəyir ki, onun ailə üzvlərinə həyətyanı torpaq sahəsi 0.08 ha olmasına baxmayaraq 0.06 ha həyətyanı torpaq sahəsinə dair JN-165A nömrəli torpağa mülkiyyətə dair şəhadətnamə vermişdir. Bu da X6 Komissiyasının qərarına əsasən səhvən verilmişdir. Hal-hazırda hasara alınmış onun istifadəsində olan 0.0791 ha olmasına baxmayaraq ona və ailə üzvlərinə məxsus olan 0.0191 ha həyətyanı torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna ayrılmışdır. Bununla bağlı o, Cavabdehnə müraciət etmiş, onlar isə həmin torpaq sahəsinin ona verilməsindən imtina etmişdir.
9. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 191 kv.m (0.0191 ha) torpaq sahəsinin ona ayrılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III.İddianın növü və mümkünlüyü
10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş və iddia düzgün cavabdehə qarşı verilmişdir.
11. Hazırkı iddia İPM-in 2.2.2-ci maddəsində nəzərdə tutulmuş məcburetmə haqqında iddia növünə aiddir.
12. İPM-ə görə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
13. İddiaçı İddiaçı 191 kv.m torpaq sahəsinin verilməsi ilə bağlı Tovuz rayonu Abulbəyli bələdiyyəsinə müraciət etmiş, cavabdeh orqan isə müraciətdən imtina etmişdir.
14. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etmədiyi üçün hazırkı işə cavabdeh inzibati orqanın yerləşdiyi yer üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Tovuz rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
15. Məhkəmə hesab edir ki, iddia ərazi aidiyyəti üzrə düzgün verilmişdir və ona Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
16. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər
17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
18. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
19. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz etmədiyini bildirmiş və qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
21. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tovuz rayon Abulbəyli kənd nümayəndəliyi üzrə xx.xx.1992-ci il tarixli 9 nömrəli sərəncamından çıxarış; - Tovuz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 266 nömrəli arxiv arayışı; - Tovuz Rayon İcra Hakimiyyəti başçısının Abulbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1323 nömrəli və xx.xx.2024-cü il tarixli 317 nömrəli arayışları; - Tovuz rayonu Abulbəyli bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubu; - 2-1(114)2548/2023 nömrəli inzibati işdən surəti çıxarılaraq hazırkı iş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-1593/2023 nömrəli məktubu və ona əlavə edilmiş sənədlər.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
23. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Tovuz rayonu, Abulbəyli kənd sakini İddiaçı ailə üzvlərinə 0.791 ha torpaq sahəsi Tovuz rayon Abulbəyli kənd icra nümayəndəsinin xx.xx.1992-ci il tarixli sərəncamına əsasən mülkiyyətinə verilmişdir. Bununla bağlı Tovuz rayon Dövlət Arxivinin arayışına əsasən 1996-2000-ci il tarixli 12 nömrəli təsərrüfatbaşına kitabın 1019-cu şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla, adına 0.08 ha torpaq sahəsi göstərilmişdir. Lakin aqrar islahat zamanı Tovuz rayon X4 Komissiyasının xx.xx.1998-ci il tarixli 24 nömrəli qərarı ilə iddiaçı və ailə üzvlərinin faktiki istifadəsində olan 0.791 ha torpaq sahəsinin 0.0191 ha hissəsi bələdiyyənin ehtiyat fonduna ayrılaraq, əsasən İddiaçı və ailə üzvlərinə 0.06 ha torpaq sahəsi verilərək, şəhadətnamə işlənilmişdir.
24. Hazırda İddiaçı 191 kv.m torpaq sahəsinin ona ayrılması ilə bağlı Tovuz rayonu Abulbəyli bələdiyyəsinə müraciət etmiş, cavabdeh orqan isə hal-hazırda həmin torpaq sahəsi 4 yanı hasar ilə örtülmüş və həmin torpaq sahəsində heç bir mübahisə olmadığına görə həmin 0.0191 ha torpaq sahəsindən imtina etdiyini bildirsə də, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması barədə qərar qəbul etməmiş, nəticədə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
25. Məhkəmə aşağıda qeyd olunanlara əsasən iddia tələbini qanuni və əsaslı hesab edir.
26. Qeyd olunmalıdır ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
27. Həmin Qanununa görə: Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
28. Göründüyü kimi, Qanunun qüvvəyə mindiyi xx.xx.2001-ci il tarixədək qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, həmin torpaqların onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilməsi qanunvericilikdə nəzərdə tutulmuşdur.
29. Hazırki işdə mübahisə predmeti olan 191 kv.m (0.0191 ha) torpaq sahəsi Tovuz rayon Abulbəyli kənd icra nümayəndəsinin xx.xx.1992-ci il tarixli sərəncamına əsasən iddiaçının mülkiyyətinə verilmiş və iddiaçı həmin tarixdən torpaq sahəsindən mübahisəsiz istifadə etməklə üzərində fərdi yaşayış evi inşa etmişdir.
30. Cavabdeh orqan da iddianı qəbul edərək xx.xx.2024-cü il tarixli 01 nömrəli məktubunda göstərmişdir ki, Tovuz rayonu, Abulbəyli kənd sakini İddiaçı ailə üzvlərinə 0,791 ha torpaq sahəsi Tovuz rayon Abulbəyli kənd icra nümayəndəsinin xx.xx.1992-ci il tarixli sərəncamına əsasən mülkiyyətinə verilmişdir. Bununla bağlı Tovuz rayon Dövlət Arxivinin arayışına əsasən 1996-2000-ci il tarixli 12 nömrəli təsərrüfatbaşına kitabın 1019cu şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla, adına 0,08 ha torpaq sahəsi göstərilmişdir. Həmin həyətyanı torpaq sahəsi Tovuz rayonu, X4 Komissiyasının xx.xx.1998-ci il tarixli 24 nömrəli qərarına əsasən kənd sakini İddiaçı və ailə üzvlərinə 0,06 ha torpaq sahəsinə dair şəhadətnamə verilmişdir. Tovuz rayon Abulbəyli kənd bələdiyyəsi həmin torpaq sahələrinə baxış keçirən zaman həmin torpaq sahəsi 30 iyun 1992-ci il tarixli 9 nömrəli sərəncamına əsasən, Tovuz rayon arxiv arayışına əsasən Tovuz rayon Abulbəyli kənd icra nümayəndəsinin 1996-2000-ci il tarixli 12 nömrəli təsərrüfatbaşına kitabın 1019cu şəxsi hesabında təsərrüfat İddiaçı adına olmaqla, 0,08 ha torpaq sahəsi göstərlmişdir. Əsas: Fond № 167 siyahı 2 1947V3 arayışına əsasən və hal-hazırda həmin torpaq sahəsi 4 ynı hasar ilə örtülmüş və həmin torpaq sahəsində heç bir mübahisə olmadığına görə Tovuz rayon Abulbəyli kənd bələdiyyəsi 0,0191 ha torpaq sahəsindən imtina edir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirilir ki, 0.0191 ha torpaq sahəsi hal-hazırda Abulbəyli kənd bələdiyyəsinin mülkiyyətindədir, həmin torpaq sahəsi Tovuz rayon Abulbəyli kənd sakini İddiaçı xeyrinə qərar verilməsinə heç bir etirazları yoxdur.
31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 191 kv.m torpaq sahəsinin İddiaçı ayrılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir.
33. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
30. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Tovuz rayonu, Abulbəyli kəndində yerləşən 191 kv.m torpaq sahəsinin İddiaçı ayrılması barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh Tovuz rayonu Abulbəyli bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Gülşən Əliyeva