Məhkəmə qərarları › İş №2-1(114)-158/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-158/2020

03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-158/2020 03.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı Xudayat qızının və onun vəkili X4 iştirakları ilə İddiaçı Xudayat qızının Cavabdehnə (üçüncü şəxslər Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cavabdeh başçısının Lev kənd X12 üzrə Nümayəndəliyi və Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd X12 üzrə Nümayəndəliyi) qarşı dövlət tərəfindən verilən aylıq əmək xərci pulunun bərpa edilməsi və s. tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Cavabdeh xx.xx.2019-cu il tarixli, T-3-073 nömrəli məktubu ilə iddiaçının yoldaşının məcburi köçkün statusunun olmadığına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş « Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası »nın 2.4 maddəsinə uyğun olaraq ona verilən vahid aylıq müavinətin ödənişinin dayandırıldığı bildirilmişdir. Müavinətin dayandırılmasını qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək Cavabdehnə qarşı ona dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun bərpa olunması, dayandırıldığı vaxtdan hazırki vaxta qədər ona ödənilməmiş aylıq yemək xərci pulunun hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi, ona dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun dayandırıldığı vaxtdan hazırki vaxta qədər ona ödənilməmiş hissəsinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Kəlbəcər rayonu, Çopurlu kəndində doğulmuş, orada böyüyüb boya-başa çatmışdır. xx xxxxx 1993-cü il tarixədək, yəni Kəlbəcər rayonunun ərazisi işğal olunanadək valideynləri ilə orada yaşamış və 1993-cü ildə məcburi köçkün düşərək ailəsi ilə Goranboy rayonunda məskunlaşmışlar. O, 1993-cü ildən valideynləri ilə Goranboy rayonu Veyisli kəndində məskunlaşmıdır. 1993-cü ildən məcburi köçkün kimi bütün imtiyazlardan istifadə etmişdir. Onun və ailəsinin hər birinin qaçqın statusları var. Buna baxmayaraq 2018-ci ilin may ayından ona verilən aylıq yemək xərci pulu dayandırılmış, səbəbini öyrənəndə məlum olmuşdur ki, guya o yerli sakinlə ailə həyatı qurmuşdur. Əslində isə o heç kimlə ailə həyatı qurmamış və nikaha da daxil olmamışdır. O, dəfələrlə aidiyyəti üzrə Cavabdehnə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etsə də, nəticəsi olmamışdır. İddiaçı Xudayat qızı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, 2004-2005-ci illərdə nənəsinə qulluq etdiyi üçün Göygöl şəhərində yaşamışdır. Nənəsi vəfat etdikdən sonra, Goranboy rayonu, Veyisli kəndinə qayıtmış və hazırda da orada valideynləri ilə birlikdə yaşayır. X9 nənəsinin qardaşı oğludur, onunla rəsmi və ya qeyri-rəsmi nikahda olmamışdır. Ümumiyyətləheçvaxtrəsmivəyaqeyri-rəsmiailəqurmamışdır. İddiaçının vəkili X11 məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, cavabdeh inzibati orqan iddiaçının faktiki nikahda olması barədə arayış tərtib etsə də, həmin arayışın hansı əsasla tərtib olunması barədə sübutlarını təqdim etməmişdir. Əvvəkli məhkəmə iclasında cavabdeh inzibati orqanın nümayəndəsinə bu barədə sübut təqdim etməsini bildirilsə də, heç bir nəticə olmamışdır. İddiaçı heç vaxt rəsmi və ya qeyri-rəsmi ailə qurmamışdır. Tənha qadındır və ailəsi, yəni ata-anası ilə birlikdə Goranboy rayonunda yaşayır. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Belə ki, İddiaçı Xudayat qızı məcburi köçkün statusu olmayan vətəndaşla qeyri-rəsmi ailə həyatı qurmuşdur. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli, 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydaları təsdiq edilmişdir. Həmin Qərarın 2.4-cü maddəsinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət verilmir. Cavabdeh Nazirlər Kabinetinin 11 nömrəli qərarının müvafiq bəndinə və Cavabdeh başçısının Lev kənd X12 üzrə nümayəndəliyinin verdiyi arayışa əsasən İddiaçı Xudayat qızının vahid aylıq müavinəti dayandırılmışdır. Vətəndaş dəfələrlə Cavabdehndə və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində rəsmi qəbullarda olmuş və ona lazımi izahat verilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh Lev kənd X12 üzrə Nümayəndəliyindən Komitəyə təqdim edilmiş 03 nömrəli 16 yanvar tarixli arayışdan müəyyən olunur ki, Lev kənd X12 üzrə Nümayəndəliyin sakini İddiaçı Xudayat qızı Göygöl rayonu Kərəmli kənd sakini X10 ilə nikaha daxil olmadan ailə qurmuşdur. Həmin məlumatı Göygöl rayon Şəhriyar kənd X12 üzrə Nümayəndəliyi təsdiq edərək arayış vermişdir. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 11 nömrəli qərarının 2.4-cü bəndinə əsasən vahid aylıq müavinətin verilməsi Cavabdeh tərəfindən dayandırılmışdır. Cavabdehə və üçüncü şəxsə hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İPM-in 62.3-cü maddəsi). İş materiallarında olan: Cavabdeh xx.xx.2019-cuiltarixli, T-3-073 nömrəli məktubundan görünür ki, iddiaçının yoldaşının məcburi köçkün statusunun olmadığına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş « Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinətinin və kommunal xidmətlər üzrə güzəştlərin əvəzinə verilən vahid aylıq müavinətin ödənilməsi Qaydası »nın 2.4 maddəsinə uyğun olaraq ona verilən vahid aylıq müavinətin ödənişinin dayandırılmışdır. Cavabdeh başçısının Lev kənd X12 üzrə Nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 57 nömrəli məktubundan görünür ki, İddiaçı Xudayat qızı köçkün statusu olmayan şəxslə ailə qurmuş, ancaq nikaha daxil olmamışdır. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli Qərarının 2.4-cü bəndinə əsasən vahid aylıq müvainəti dayandırılmışdır. Bununla bağlı vətəndaşa izah edilmişdir ki, gələcəkdə mövcud qərarda hər hansı bir dəyişiklik olarsa onun da aylıq müavinətinin bərpa edilməsinə qanunla nəzərdə tutulmuş qaydada baxılacaqdır. Cavabdeh xx.xx.2019-cu il tarixli, İS-3/3449 nömrəli məktubunun surətindən görünür ki, Kəlbəcər rayon Lev kənd sakini İddiaçı Xudayat qızı Göygöl rayon Kərəmli kənd sakini X9 ilə ailə qurmuş və məqsədli şəkildə nikaha daxil olmamışdır. Goranboy Rayon İcra Hakimiyyəti başçısının Veyisli kənd X12 üzrə Nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 535 nömrəli arayışından görünür ki, İddiaçı Xudayat qızı həqiqətən müvəqqəti qeydiyyatda olmaqla hal-hazırda Goranboy rayon Veyisli kəndində yaşayır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd X12 üzrə Nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 166 nömrəli məktubundan görünür ki, İddiaçı Xudayat qızı 2003-cü ildən hal-hazıra kimi X9 ilə qurmuş, lakin nikaha daxil olmamışdır. İddiaçı Xudayat qızı Göygöl rayonunun Kərəmli kəndində qeydiyyatsız yaşamışdır. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, 02/2906 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı Göygöl rayonu, Kərəmli kənd sakini ilə nikahsız ailə qurmuşdur. Bu səbəbdən ona verilən vahid aylıq müavinət mövcud qanunvericiliyin tələblərinə əsasən Cavabdeh tərəfindən dayandırılmışdır. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd X12 üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 16 nömrəli məktubundan görünür ki, İddiaçı Xudayat qızı Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd X12 üzrə Nümayəndəliyinin 2 nömrəli formasının (müvəqqəti yaşayan şəxslərin siyahısı) 102-ci şəxsi hesab nömrəsinə əsasən 2003-cü ildən Göygöl rayonunun Kərəmli kəndində X5 məxsus evdə onunla birgə qeydiyyatsız yaşamışdır. xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Xudayat qızı X2 qohumudur. Onların rəsmi nikahları olmamış və qeyri-rəsmi olaraq da ailə kimi bir yerdə yaşamamışlar. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin hallarını, tərəfin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı Xudayat qızı həqiqətən məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti 2018-ci ilin may ayınadək almışdır. Lakin 2018-ci ilin may ayında cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarını və Cavabdeh başçısının Lev kənd X12 üzrə Nümayəndəliyinin xx xxxxxxx 2019cu il tarixli, 57 nömrəli arayışını əsas gətirərək ona verilən müavinəti dayandırmışdır. Göründüyü kimi, inzibati orqan tərəfindən müavinət dayandırılması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarına istinad olunmuş və icra nümayəndəliyi tərəfindən verilən arayış əsas kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, ilkin münasibət bildirilməli olan məsələ məhz həmin arayışın müavinətin verilməsinin dayandırılmasına əsas olub-olmamasıdır. Belə ki, Cavabdeh başçısının Lev kənd X12 üzrə Nümayəndəliyinin xx xxxxxxx 2019-cu il tarixli, 57 nömrəli arayışında və Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd X12 üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 16 nömrəli məktubunda iddiaçının köçkün statusu olmayan şəxslə ailə qurması, ancaq nikaha daxil olmaması qeyd edilmiş, üçüncü şəxs qismində dindirilən zaman Cavabdeh başçısının Lev kənd X12 üzrə icra nümayəndəsi İsmayılov Əli Möhübbət oğlu izahatında bildirmişdir ki, Tağıyeva X6 rayonu Lev kəndinin daimi sakinidir. Qeyri-rəsmi nikahda olduğu üçün çörək pulunun verilməsi dayandırılıb. Bir müddət Göygöl rayonu, Kərəmli kəndində yaşayıb. İddiaçı təsərrüfa başına kitabda Goranboy rayonu Veyisli kəndində atası ilə birlikdə göstərilib. Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd X12 üzrə Nümayəndəliyinin xx.xx.2020-ci il tarixli, 16 nömrəli məktubundan görünür ki, İddiaçı Xudayat qızı Göygöl Rayon İcra Hakimiyyəti başçısının Şəhriyar kənd X12 üzrə Nümayəndəliyinin 2 nömrəli formasının (müvəqqəti yaşayan şəxslərin siyahısı) 102-ci şəxsi hesab nömrəsinə əsasən 2003-cü ildən Göygöl rayonunun Kərəmli kəndində X5 məxsus evdə onunla birgə qeydiyyatsız yaşamışdır. Arayış, məktub və izahatdan məlum olduğu kimi müavinətin dayandırılmasına əsas iddiaçının qeyri-rəsmi nikahda olması bildirilsə də, həmin halın olmasını sübut edən hər hansı bir sənəd və ya məlumat arayışa əlavə edilməmiş, üçüncü şəxs izahtında da bu halı təsdiq edəcək sübuta istinad etməmişdir. Bunun əksinə məhkəməyə daxil olmuş notarial qaydada təsdiqlənmiş ərizəsində X1 Nurlu Xudayət qızı ilə qohum olduğunu, onunla rəsmi və ya qeyri-rəsmi ailə kimi bir yerdə yaşamadığını bildirmiş, Goranboy Rayon İcra Hakimiyyəti başçısının Veyisli kənd X12 üzrə Nümayəndəliyinin xx.xx.2019-cu il tarixli, 535 nömrəli arayışında isə İddiaçı Xudayat qızının həqiqətən müvəqqəti qeydiyyatda olmaqla hal-hazırda Goranboy rayon Veyisli kəndində yaşaması qeyd olunmuşdur. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının əsası olan arayış iddiaçının izahatı və iş materiallarına əlavə edilən sənədlərlə təkzib olunmuş, cavabdeh və ya üçüncü şəxs tərəfindən isə hansı əsasla tərtib olunması barədə məhkəməyə hər hansı bir sənəd təqdim edilməmişdir. Bununla yanaşı müavinətin dayandırılmasına əsas olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslar üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4 və 2.6-cı bəndinlərinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara və valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara məcburi köçkün statusu olan şəxslər üçün nəzərdə tutulan aylıq müavinət verilmir. Lakin işin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçı məcburi köçkün statusu olmayan şəxslə rəsmi və ya qeyri-rəsmi nikahda olmamışdır. Həmçinin, rəsmi və ya qeyrirəsmi nikah olsa belə, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan) qadınlara müvafiq müavinətin verilməməsi ilə bağlı göstəriş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” ilə müəyyən edilmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçıya məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət ödənilən zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2744 nömrə ilə xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2002-ci il 05 fevral tarixli 37 N-li əmri ilə təsdiq edilmiş "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat" qüvvədə olmuşdur. "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat"ın 5-bəndində qeyd olunur ki, yemək xərci üçün aylıq müavinət mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi və ya ev əldə edəcək həmin yaşayış sahəsinə daimi pasport qeydiyyatına düşmüş məcburi köçkünlərə (şəhid ailələri istisna olunmaqla);, məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış rayon sakininə ərə getmiş, uşaqları olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına; müddətli hərbi xidmətdə olan məcburi köçkünlərə; həbsdə olan məcburi köçkünlərə; "məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" statusu olan şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə; "məcburi köçkün" statusuna malik olub Respublika ərazisindən pasport qeydiyyatından çıxmadan və ya pasport qeydiyyatından çıxmaqla müvəqqəti başqa ölkəyə getmiş məcburi köçkünlərə geri qayıdanadək (başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yemək xərci üçün aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir); pasport qeydiyyatından çıxıb başqa ölkəyə gedən "məcburi köçkün" statusu olan şəxslərə; səfərbərlikdən boyun qaçıran və fərarilik edən şəxslərə verilmir. Yuxarıda qeyd olunan və həmin dövrdə qüvvədə olmuş qanunvericilik normalarından göründüyü kimi məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə nikaha daxil olmuş qadınlara yemək xərci üçün aylıq müavinət verilməsi nəzərdə tutulmamışdır. Hazırkı mübahisə üzrə iddiaçının nikaha daxil olması təsdiqlənməydindən (rəsmi və ya qeyri-rəsmi) və yemək xərci üçün aylıq müavinət alan zaman sözügedən Təlimat qüvvədə olduğundan, məhkəmə hesab edir ki, hazırki münasibətlərə də həmin dövrün qanunvericilik aktları tətbiq edilməlidir. Başqa sözlə iddiaçıya həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulmuş aylıq müavinətin ona ödənilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması qanunsuz olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya verilən vahid aylıq müavinətin bərpa edilərək dayandırıldığı tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. AzərbaycanRespublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı Xudayat qızının adının vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına daxil edilməsi, ona dövlət tərəfindən verilən aylıq yemək xərci pulunun dayandırıldığı vaxtdan hazırki vaxta qədər hesablanaraq ödənilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar