Məhkəmə qərarları › İş №2-1(114)-158/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-158/2024

10.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-158/2024 10.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və digərlərinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçılar İddiaçı3, İddiaçı1, iddiaçılar İddiaçı2 və İddiaçı3 vəkil olan nümayəndələri Vəkil, üçüncü şəxs X12 və mütəxəssis X8 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50706018 saylı dövlət aktında göstərilən 1.54 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət aktında adları göstərilən mülkiyyətçilərin, yəni onların adına qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə 1.54 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş və onların adına xx.xx.1999-cu il tarixdə bu barədə Torpağa mülkiyyət hüququna dair JN- 0071 KOD 50705018 nömrəli dövlət aktı tərtib edilmişdir. Həmin torpaq sahəsi 2 (71C və 71D) konturdan ibarət olmuş, 71C saylı konturda 10262.61 kv.m, 71D saylı konturda isə 5100.00 kv.m torpaq sahəsi yerləşmişdir.

2. İddiaçılar həmin dövlət aktını təqdim etməklə cavabdeh orqana müraciət edərək, 1.54 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0071 saylı dövlət aktında hüquq sahiblərinin adları ilə Ərazi İdarəsinin elektron baza məlumatları arasında uyğunsuzluğun olduğu, belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarında hüquq sahiblərinin “İddiaçı1, X9 və X10” kimi qeyd olunduğu müəyyən edilmişdir. Hüquq sahiblərinin adlarında olan uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi aşkar edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

3. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 1565/2023 nömrəli cavab məktubuna əlavə edilmiş Samux rayonu Zazalı kənd inzibati ərazi ərazi vahidi üzrə pay hüququ olan vətəndaşların siyahısında ailə başçısı X5 ailə üzvləri kimi İddiaçı1, X9 və X3 adları (20-23-cü sırada) və adlarının qarşısında 0.08 ha həyətyanı torpaq sahəsi qeyd edilmiş, həmçinin İddiaçı2 və İddiaçı3 adları bir təsərrüfatda (529-530-cu sırada) qeyd edilmişdir.

4. Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2- 2328/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Mərkəzin arxivində saxlanılan Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli Qərarı ilə təsdiq olunmuş Samux rayonu, Zazalı kəndi üzrə pay torpaq sahəsinə (kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) dair subyektlərin siyahısından İddiaçı2, İddiaçı3 və X2 adları qeyd edilmiş hissədən çıxarışın təsdiq olunmuş surəti xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 1565/2023 nömrəli məktubla məhkməyə təqdim edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, arxivdə mövcud olan Samux rayonu, Zazalı kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısında yalnız həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Pay torpaq sahəsi göstərilməmişdir.

5. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-8305/23 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı1 (İmanovanın) xx.xx.1992-ci ildə Samux rayonunun Zazalı icra nümayəndəliyində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının 1925-ci il təvəllüdlü X11, anasının isə 1928-ci il təvəllüdlü X6 olduğu müəyyən edilmişdir. İddiaçı1 (İmanova) xx.xx.1992-ci ildə adıçəkilən qurumda xx.xx.1968-ci il təvəllüdlü X14 ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.1993-cü ildə İddiaçı2, xx.xx.1995-ci ildə İddiaçı3 doğulmuşdur.

6. Məhkəmə qərardadı ilə əldə edilmiş mütəxəssis rəyində göstərilmişdir ki: 1) Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə, İddiaçı2, İddiaçı3 və İddiaçı1 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1.54 ha torpaq sahəsi JN-0071 (KƏD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına, torpaq islahatı əsasında hazırlanmış ərazinin kompleks yerquruluşu layihəsinə, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına əsasən, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə verilmiş, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkin sahəsidir. 2) Həmin torpaq sahəsi naturada ölçülməklə, JN-0071 (KOD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən sahə ilə uyğunluq təşkil etdiyi müəyyən olundu. 3) Həmin torpaq sahəsinin 0.142 ha hissəsinin, **********61 reyestr nömrəli çıxarış və həmin çıxarışın A-471124 nömrəli plan və ölçü sənədinə əsasən X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlandı. Lakin torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına əsasən JN-0071 (KOD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin X12 və başqa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmadı. 4) JN-0071 (KOD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin hava məkanından elektrik xətti keçdiyi müəyyən olundu. Həmin xəttin hansı gərginliyə malik olması və mühafizə zonası barədə, istifadəmizdə olan elektron baza materiallarında məlumat aşkarlanmadı. II. Məhkəmədə icraat

7. İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı cavabdehin elektron baza məlumatlarında JN-0071 saylı KOD 50706018 nömrəli dövlət aktında hüquq sahibləri kimi adları qeyd edilmiş X9 və X10 elektron baza məlumatlarından çıxarılaraq düzəliş edilməsini və JN-0071 saylı KOD 50706018 nömrəli dövlət aktı əsasında yazılmış elektron baza məlumatlarına İddiaçı2 və İddiaçı3 adlarının qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişlər.

8. Tələb onunla əsaslandırılmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 19 yanvar tarixli 01 nömrəli qərarı ilə 1.54 hektar torpaq sahəsi onlara və anası İddiaçı1 ayrılmış və onlara Torpağa mülkiyyət hüququna dair JN-0071 saylı KOD 50705018 nömrəli dövlət aktı verilmişdir. Həmin dövlət aktına əsasən onlar cavabdeh orqandan həmin torpaq sahəsinə dair çıxarış verilməsini xahiş etmiş, cavabdeh orqan tərəfindən onlara JN-0071 saylı dövlət aktında hüquq sahiblərin adları Ərazi İdarəsinin elektron baza məlumatları arasında uyğunsuzluğun olduğu, elektron baza məlumatlarında hüquq sahibləri anası İddiaçı1, X9 və X1 qeyd olunduğu müəyyən edildiyindən hüquq sahiblərinin adlarında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi aşkar edilməsi ilə əlaqədar olaraq ərizəsinin icrası mümkün olmaması barədə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 10 mart 2023-cü il tarixli bildiriş verilmişdir. Halbuki, JN-0071 saylı dövlət aktında həmin torpağın hüquqi sahibləri onlar və anası İddiaçı1 qeyd edilmiş, X9 və X3 həmin torpaq sahəsində adlarının necə qeyd edilməsini başa düşmür. Belə ki, cavabdeh orqanın arxivində saxlanılan JN-0071 saylı dövlət aktında da torpağın hüquqi sahibləri məhz onlar və anası İddiaçı1 qeyd edilmişdir. Belə olan halda cavabdeh orqanın səhvi ucbatından elektron baza məlumatlarında onların adlarının qeyd edilməməsi və bu səhvin ucbatından onlara aid torpaq sahəsinin verilməməsi onları mülkiyyətçi kimi hüquqlarını pozur. Odur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin elektron baza məlumatlarında JN-0071 saylı KOD 50706018 nömrəli dövlət aktında hüquq sahibləri kimi adları qeyd edilmiş X9 və X10 çıxarılaraq düzəliş edilməsi, JN-0071 saylı KOD 50706018 nömrəli dövlət aktı əsasında yazılmış elektron baza məlumatlarına İddiaçı2 və X4 adlarının qeyd edilməsi vəzifəsi cavabdeh orqanının üzərinə qoyulmalıdır.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır.

10. İddiaçı1 və digər iddiaçıların vəkil olan nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, elektron baza məlumatlarında düzəliş edilməklə torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50706018 saylı dövlət aktında göstərilən 1.54 ha qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər və məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

11. Daha sonra iddiaçılar İddiaçı2 və İddiaçı3 vəkil olan nümayəndələri Vəkil və digər İddiaçı1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50706018 saylı dövlət aktında göstərilən 1.54 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə Dövlət aktında adları göstərilən mülkiyyətçilərin, yəni onların adına qeydə alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər və eyni tarixli qərardadla ərizə icraata qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmişdir.

19. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X12 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

20. İddiaçılar İddiaçı3, İddiaçı1, iddiaçılar İddiaçı2 və İddiaçı3 vəkil olan nümayəndələri Vəkil, üçüncü şəxs X12 və mütəxəssis X15 məhkəmə iclasında iştirak etmişlər. Cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

21. Məhkəmə AR İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır (qərarın 3-cü bəndi).

23. İddiaçılar İddiaçı3, İddiaçı1 və Vəkil (iddiaçılar İddiaçı2 və İddiaçı3 vəkil olan nümayəndələri) məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

24. İddiaçı1 sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, X13 onun qaynı, Nərgiz və Gülnar isə onun övladlarıdır. Onun mərhum həyat yoldaşı X14 olmuşdur. İslahat zamanı iki yerdən 1.54 ha torpaq sahəsi ona və övladları - İddiaçı2 və İddiaçı3 ayrılmışdır və həmin vaxtdan da hazırkı vaxta kimi mübahisəsiz torpaq sahəsindən istifadə etmişlər. X18 torpaq sahəsinin naturada istifadəsi ilə bağlı heç bir mübahisələri yoxdur.

25. Üçüncü şəxs X12 məhkəmə iclasında qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir.

26. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, onunla iddiaçılar arasında torpaq sahəsinin faktiki istifadəsi ilə bağlı heç bir mübahisə olmamışdır, hazırda da yoxdur. Hərə özünə məxsus torpaq sahəsini əkib-becərir.

27. Məhkəmə iclasında iş üzrə rəy vermiş mütəxəssis X15 rəylə bağlı dinlənilmiş və o, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıların Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50705018 nömrəli dövlət aktında göstərilən 1.54 ha torpaq sahəsinin 0.142 ha hissəsinin **********61 reyestr nömrəli çıxarış və A№471124 nömrəli plan və ölçü sənədinə əsasən X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı bələdiyyənin kompleks yerquruluşu xəritəsinə əsasən müəyyən edilmişdir. Lakin “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD məlumatlarına əsasən əsasən üst-üstə düşmə halı müəyyən edilməmişdir. Belə ki, ya TEKUİS tərtib edilən zaman yaxud da üçüncü şəxsin adına 2020-ci il çıxarış verilən zaman üçüncü şəxsin torpaq sahəsinin koordinatlarına düzəliş olunaraq, üst-üstə düşmə halı aradan qaldırılmışdır. Hazırda yeni xəritəyə əsasən Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50705018 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin koordinatları ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları heç bir hissədə üst-üstə düşmür. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

28. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarından çıxarış; - Samux rayonu Zazalı kənd inzibati ərazi ərazi vahidi üzrə pay hüququ olan vətəndaşların siyahısı; - Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50705018 nömrəli dövlət aktı; - Cavabdeh orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2-2- 2328/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-8305/23 nömrəli cavab məktubu; - Mütəxəssis rəyi; - Ortofotogörüntülər .

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

29. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.

30. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə 1.54 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş və onların adına xx.xx.1999-cu il tarixdə bu barədə Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50705018 nömrəli dövlət aktı tərtib edilmişdir.

31. Cavabdeh orqan iddiaçıların həmin 1.54 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatından imtina edərək, bildirmişdir ki, aparılan araşdırma zamanı təqdim edilmiş Torpağa mülkiyyət hüququna dair JN-0071 saylı dövlət aktında hüquq sahiblərinin adları ilə Ərazi İdarəsinin elektron baza məlumatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, Ərazi İdarəsinin elektron baza məlumatlarında hüquq sahibləri “İddiaçı1, X9 və X10” kimi qeyd olunduğu müəyyən edilmişdir. Hüquq sahiblərinin adlarında olan uyğunsuzluğun aradan qaldırılması müvafiq düzəlişin aparılmasına dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim edilmədiyi aşkar edilmişdir.

32. Məhkəmə aşağıda qeyd olunanlara əsasən cavabdehin imtinası qanunsuz və əsassız hesab edir.

33. Belə ki, cavabdeh inzibati orqan imtinasını Ərazi İdarəsinin elektron baza məlumatlarında hüquq sahibləri kimi “İddiaçı1, X9 və X10”nın adlarının qeyd olunması ilə əsaslandırmışdır.

34. Məhkəmə həmin halın aydınlaşdırılması üçün verdiyi sorğular nəticəsində əldə etdiyi sənədlərlə müəyyən etmişdir ki, İddiaçı1 övladları İddiaçı2 və İddiaçı3 olmaqla, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə 1.54 ha torpaq sahəsi onların mülkiyyətinə verilərək, bununla bağlı Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50705018 nömrəli dövlət aktı tərtib edilsə də, texniki səhv olaraq Samux rayonu Zazalı kənd inzibati ərazi ərazi vahidi üzrə pay hüququ olan vətəndaşların siyahısında İddiaçı1 adı ailə başçısı X5 ailə üzvləri sırasında, X9 və X3 adları ilə birlikdə (20-23-cü sırada) qeyd edilmiş, həmçinin İddiaçı2 və İddiaçı3 adları ayrıca təsərrüfatda (529-530-cu sırada) qeyd edilmişdir.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-8305/23 nömrəli məktubunda da bildirilmişdir ki, İddiaçı1 (İmanova) xx.xx.1992-ci ildə Samux rayonunun Zazalı icra nümayəndəliyində xx.xx.1968-ci il təvəllüdlü X14 ilə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.1993-cü ildə İddiaçı2, xx.xx.1995-ci ildə İddiaçı3 doğulmuşdur.

36. Məhkəmə iddiaçıların mülkiyyət hüquqlarını qeydə aldırmaq istədikləri 1.54 ha torpaq sahəsinin mülkiyyət növünün, digər şəxslərin mülkiyyətində olan torpaq sahələr ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsi məqsədilə mütəxəssis rəyi təyin etmiş və əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 nömrəli qərarı ilə, İddiaçı2, İddiaçı3 və İddiaçı1 kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə verilmiş 1.54 ha torpaq sahəsi JN-0071 (KƏD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına, torpaq islahatı əsasında hazırlanmış ərazinin kompleks yerquruluşu layihəsinə, torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına əsasən, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətlərinə verilmiş, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, əkin sahəsidir. Həmin torpaq sahəsi naturada ölçülməklə, JN- 0071 (KOD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən sahə ilə uyğunluq təşkil etdiyi müəyyən olundu. Həmin torpaq sahəsinin 0.142 ha hissəsinin, **********61 reyestr nömrəli çıxarış və həmin çıxarışın A-471124 nömrəli plan və ölçü sənədinə əsasən X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlandı. Lakin torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS) və AZCAD məlumatlarına əsasən JN-0071 (KOD-********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin X12 və başqa subyektin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı aşkarlanmadı. JN-0071 (KOD- ********) nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən torpaq sahəsinin hava məkanından elektrik xətti keçdiyi müəyyən olundu. Həmin xəttin hansı gərginliyə malik olması və mühafizə zonası barədə, istifadəmizdə olan elektron baza materiallarında məlumat aşkarlanmadı.

37. Həmin rəydə qeyd edilənlərlə bağlı rəyi vermiş mütəxəssis X15 iclasda dinlənilmiş və o, iclası zamanı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıların Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50705018 nömrəli dövlət aktında göstərilən 1.54 ha torpaq sahəsinin 0.142 ha hissəsinin **********61 reyestr nömrəli çıxarış və A№471124 nömrəli plan və ölçü sənədinə əsasən X7 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmə halı bələdiyyənin kompleks yerquruluşu xəritəsinə əsasən müəyyən edilmişdir. Lakin “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD məlumatlarına əsasən üst-üstə düşmə halı müəyyən edilməmişdir. Belə ki, ya TEKUİS tərtib edilən zaman yaxud da üçüncü şəxsin adına 2020ci il çıxarış verilən zaman üçüncü şəxsin torpaq sahəsinin koordinatlarına düzəliş olunaraq, üst-üstə düşmə halı aradan qaldırılmışdır. Hazırda yeni xəritəyə əsasən Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50705018 nömrəli dövlət aktında göstərilən torpaq sahəsinin koordinatları ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları heç bir hissədə üst-üstə düşmür.

38. Yəni, mütəxəssis rəyi və rəyi vermiş mütəxəssisin iclas zamanı verdiyi izahatı ilə müəyyən olunmuşdur ki, iddiaçıların adlarına qeydə alınmasını tələb etdikləri JN-0071 KOD 50705018 nömrəli dövlət aktında göstərilən 1.54 ha torpaq sahəsi “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD məlumatlarına əsasən heç bir subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür.

39. Həm İddiaçı1, həm Üçüncü şəxs X7 izahatları ilə də müəyyən edilir ki, onların arasında torpaq sahəsinin faktiki istifadəsi ilə bağlı heç bir mübahisə olmamışdır, hazırda da yoxdur. Hərə özünə məxsus torpaq sahəsini əkib-becərir.

40. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50706018 saylı dövlət aktında göstərilən və Samux rayonu, Zazalı kəndində yerləşən 1.54 ha torpaq sahəsı üzərində iddiaçıların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-0071 KOD 50706018 saylı dövlət aktında göstərilən və Samux rayonu, Zazalı kəndində yerləşən 1.54 ha torpaq sahəsı üzərində iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar