Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-158/2025 03.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı Tərtər rayon VVAQ bürosu tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli 100 saylı doğum haqqında akt qeydinə əsasən doğum haqqında şəhadətnamənin təkrar verilməsi, xx.xx.1980-ci il tarixdə tərtib edilmiş 15 nömrəli nikahın bağlanması haqqında akt qeydində ad, soyad, ata adının X9, doğum tarixinin xx.xx.1959cu il, doğum yerinin Tərtər rayonu, Ələsgərli kəndi kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İ-ИЕ 774690 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.1959-cu il tarixdə Mirbəşir rayonu, Leninabad kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1959-cu il tarixdə 100 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə ata qrafasında X10, ana qrafasında isə X6 qeyd edilmişdir.
2. İİ-ЖГ336437 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X19 ilə X11 xx.xx.1980-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Bəylərova” soyadı verilmişdir.
3. xx.xx.2015-ci il tarixli AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində İddiaçı xx.xx.1960-cı il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olması və Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatda olması göstərilmişdir.
4. Bərdə regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-3xx/xx-2023 nömrəli məktubunda bildirilmişdir ki, onun şəxsiyyət vəsiqəsində və təqdim etdiyi doğum haqqında şəhadətnamədə adı, soyadı və ata adı "Bəylərova (Şərəfxanova) Pakizə Yusif qızı" göstərildiyi halda, Cavabdeh tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, Tərtər rayon Səhləbad kənd İ.N. tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli 100 saylı akt qeydində vətəndaşın adı, soyadı atasının adı "X9" qeyd olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Həmin məcəllənin 161.3-cü maddəsinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Bildirilir ki, doğum haqqında akt qeydində ziddiyyət olduğu üçün məhkəməyə müraciət edilməsi tövsiyə olunur.
5. Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 207 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1960-cı il təvəllüdlü Bəylərova X2 yaşayır.
6. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin şöbənin xx.xx.2023-cü il tarixli 3-16-5/7-B/15-513/2023 nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, müraciətilə əlaqədar Tərtər rayon Səhləbad kənd İ/N-də tərtib edilmiş xx.xx.1959-cu il tarixli 100 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən adının təqdim etdiyi sənədlərdə göstərildiyi kimi "Pakizə" deyil "Səkinə", ata adının "Yusif" deyil "Usub", doğum tarixinin "xx.xx.1960-cı il " deyil "xx.xx.1959-cu il", doğulduğu yerin "Bərdə rayon, Hacallı kəndi" deyil "Tərtər rayonu Ələsgərli kəndi" kimi qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Bildirilir ki, doğum haqqında akt qeydində adı, ata adı, doğum tarixi və doğum yerinə düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə ilə vətəndaşın daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, akt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmazsa, məhkəməyə müraciət edə bilər.
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-7669/2023 nömrəli cavab məktubuna əlavə edilmiş: - xx.xx.1959-cu il tarixli 100 nömrəli doğum haqqında akt qeydinə əsasən X9 xx.xx.1959-cu il tarixdə Mirbəşir rayonu, Leninabad kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1959-cu il tarixdə 100 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə ata qrafasında X10, ana qrafasında isə X6 qeyd edilmişdir. - xx.xx.1980-ci il tarixli 15 nömrəli nikahın bağlanması haqqında akt qeydinə əsasən X19 ilə X11 xx.xx.1980-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Bəylərova” soyadı verilmişdir.
8. Məhkəmənin sorğusuna Tərtər Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-78/2-1285/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli 54-Xİİ saylı qərarı ilə Mirbəşir rayonu Tərtər rayonu, Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli 708-İQ saylı qərarı ilə Leninabad kəndi Ələsgərli kəndi adlandırılmışdır.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-1657/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən P.Şərəfxanovanın doğumu haqqında məlumat aşkar edilməmişdir.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-17633/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2015-ci il tarixdə verilmiş AZE-******** nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.
11. Həmin məktuba əlavə edilmiş xx.xx.2015-ci il tarixli Fərdi uçot kartoçkasından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olmuşdur və Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. X4, anası X13r.
12. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/7-787/2024 nömrəli cavab məktubundan məlum olur ki, X3 övladları X17, X18, X20, X9, X14r. II. Məhkəmədə icraat
13. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayon VVAQ bürosu tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli 100 saylı doğum haqqında akt qeydinə əsasən doğum haqqında şəhadətnamənin təkrar verilməsi, xx.xx.1980-ci il tarixdə tərtib edilmiş 15 nömrəli nikahın bağlanması haqqında akt qeydində ad, soyad, ata adının X9, doğum tarixinin xx.xx.1959cu il, doğum yerinin Tərtər rayonu, Ələsgərli kəndi kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cü il tarixdə, Tərtər rayonunda anadan olmuşdur. Doğum şəhadətnaməsi üzrə əsl ad və soyadı X9 olubdur. O, anadan olan zaman nənəsi Səkinənin adını ona qoymuşlar. Onun ata və anası heyvandarlıq təsərrufatı ilə məşğul olduqları üçün uşaq vaxtından fermalarda yaşamış və təhsildən kənarda qalmışdır. Savadsızlığından adı nikah şəhadətnaməsinə yazılan zaman ikinci ad kimi ona deyilən el arasında çağrılan Pakizə adı yazılmış, bundan sonra onun adı X5 qeyd olunmuşdur. Nikah şəhadətnaməsində doğum tarixində yanlış yazılmış və 1960cı il kimi qeyd olunmuşdur. Sonradan həyat yoldaşı X1 ona verilmiş və onun adı İddiaçı kimi yazılmışdır. Şəxsiyyət vəsiqəsi alınan zaman isə şəxsiyyət vəsiqəsində ata adı Yusif kimi qeyd olunmuşdur. Doğum vaxtı isə xx.xx.1960-cı il kimi yazılmışdır. Bu qeydiyyat səhvlərinə düzəliş edilməsi üçün ilk öncə o, Cavabdehnə, daha sonra ASAN ximdət mərkəzinin qeydiyyat şöbəsinə müraciət etmiş, lakin hər iki qurum tərəfindən ona doğum haqqında şəhadətnaməsində olan soyad, ata adı və təvəllüdün dəyişiklikləri edilməklə ona yeni doğum aktında şəhadətnamənin verilməsindən imtina olunmuş və bununla bağlı məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Buna görə də, o, məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Hesab edir ki, onun tələbi haqlıdır, Cavabdeh imtinası əsassız olmuşdur. Ona doğum qeydində olduğu kimi olan məlumatlar olmaqla yeni doğum haqqında şəhadətnamə və nikah haqqında şəhadətnamə verilməlidir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
17. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
18. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
19. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. Cavabdehin yerləşdiyi yer olan Tərtər rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
20. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
21. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər
22. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
23. İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəməyə xx.xx.2024-cü il tarixli məktub ünvanlayaraq iddia tələbinə etirazlarının olmadığını bildirmiş və iş yükünün çox olması ilə əlaqədar işə iştirakları olmadan baxılmasını xahiş etmişdir.
24. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
25. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
26. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İ-ИЕ 774690 nömrəli doğum haqqında şəhadətnamə; - İİ-ЖГ336437 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamə; - xx.xx.2015-ci il tarixli AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi; - Bərdə regional “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-3xx/xx-2023 nömrəli məktubu; - Bərdə Rayon İcra Hakimiyyəti başçısının Bəcirəvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 207 nömrəli arayışı; - Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/7-B/15-513/2023 nömrəli məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli 3-16-5/4-13-7669/2023 nömrəli cavab məktubu; - xx.xx.1959-cu il tarixli 100 nömrəli doğum haqqında akt qeydi; - xx.xx.1980-ci il tarixli 15 nömrəli Nikahın bağlanması haqqında akt qeydi; - Məhkəmənin sorğusuna Tərtər Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-78/2-1285/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin xx.xx.2024-cü il tarixli 3-16-5/4-13-1657/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2-17633/2024 nömrəli cavab məktubu; - xx.xx.2015-ci il tarixli Fərdi uçot kartoçkası; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/7-787/2024 nömrəli cavab məktubu.
Əsaslandırma hissəsi:
VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
27. Məhkəmə proses inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.
28. İş materialları ilə müəyyən olur ki, İ-ИЕ 774690 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.1959-cu il tarixdə Mirbəşir rayonu, Leninabad kəndində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1959-cu il tarixdə 100 nömrə ilə qeyd edilmişdir. Şəhadətnamədə ata qrafasında X10, ana qrafasında isə X6 qeyd edilmişdir. İİ-ЖГ336437 nömrəli nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən X19 ilə X11 xx.xx.1980-ci il tarixdə nikah bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 15 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada “Bəylərova” soyadı verilmişdir.
29. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi və akt qeydinə düzəlişlə ilə bağlı Cavabdehnə etdiyi müraciətə həmin şöbənin xx.xx.2023-cü il tarixli 3-16- 5/7-B/15-513/2023 nömrəli məktubu ilə imtina cavabı verilərək bildirilmişdir ki, müraciətilə əlaqədar Tərtər rayon Səhləbad kənd İ/N-də tərtib edilmiş xx.xx.1959-cu il tarixli 100 nömrəli doğum haqqında akt qeydi nəzərdən keçirilərkən adının təqdim etdiyi sənədlərdə göstərildiyi kimi "Pakizə" deyil "Səkinə", ata adının "Yusif" deyil "Usub", doğum tarixinin "xx.xx.1960-cı il " deyil "xx.xx.1959-cu il", doğulduğu yerin "Bərdə rayon, Hacallı kəndi" deyil "Tərtər rayonu Ələsgərli kəndi" kimi qeyd olunduğu müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir.
30. Hazırda iddiaçı xx.xx.1959-cu il tarixdə, Tərtər rayonunda anadan olduğunu və əsl adının X9 olduğunu əsas gətirərək, Tərtər rayon VVAQ bürosu tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli 100 saylı doğum haqqında akt qeydinə əsasən doğum haqqında şəhadətnamənin təkrar verilməsi, xx.xx.1980-ci il tarixdə tərtib edilmiş 15 nömrəli nikahın bağlanması haqqında akt qeydində ad, soyad, ata adının X9, doğum tarixinin xx.xx.1959cu il, doğum yerinin Tərtər rayonu, Ələsgərli kəndi kimi qeyd olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
31. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı sayaraq, aşağıdakıları qeyd edir.
32. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Maddə 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Maddə 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir.
33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə...
34. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən əldə edilmiş xx.xx.2015-ci il tarixli Fərdi uçot kartoçkasından görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Bərdə rayonu, Hacallı kəndində anadan olmuşdur və Bərdə rayonu, Bəcirəvan kəndində qeydiyyatdadır. X4, anası X13r.
35. İddiaçının mübahisələndirdiyi xx.xx.1959-cu il tarixli 100 nömrəli doğum haqqında akt qeydində və İİ-ЖГ336437 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədə isə X7 xx.xx.1959-cu il tarixdə Mirbəşir rayonu, Leninabad kəndində anadan olması göstərilmiş, ata qrafasında X10, ana qrafasında isə X6 qeyd edilmişdir.
36. Məhkəmə qeyd edir ki, İddiaçı ilə X7 eyni şəxs olması hazırki iş materiallarında olan sənədlərlə müəyyən edilmir.
37. Ona görə də məhkəmə hesab edir ki, Tərtər rayon VVAQ bürosu tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli 100 saylı doğum haqqında akt qeydinə əsasən doğum haqqında şəhadətnamənin təkrar verilməsi, xx.xx.1980-ci il tarixdə tərtib edilmiş 15 nömrəli nikahın bağlanması haqqında akt qeydində düzəliş olunması üçün heç bir əsas yoxdur. Doğum haqqında təkrar şəhadətnamənin verilməsi tələbi də həmin səbəbdən təmin edilmir.
38. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır.
39. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
40. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva