Məhkəmə qərarları › İş №2-1(114)-1581/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1581/2020

11.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1581/2020 11.12.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Tərtər rayon filialına qarşı işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Tərtər rayon filialına (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək (1 il 3 ay 25 gün) «Azərenerjitikinti» X8 Quraşdırma İdarəsində (TQİ, SMU) 2-ci dərəcə betonçu, xx.xx.1973-cü ildən xx.xx.1974cü ilədək (4 ay 21 gün) 5-ci dərəcə katkist (ağır maşınla asfalt trampovka edən), xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (1 il 11 ay 21 gün) keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu dövr, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək (9 ay 29 gün) Mingəçevir SES Tərtər şöbəsində 4-cü dərəcə çilingər krançı, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək (11 ay 15 gün) «Azbaşenerji» X9 3-cü dərəcə üzrə BELAZ-540 markalı ağırtonnajlı avtomaşının sürücüsü, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (1 il 2 ay 24 gün) Bərdə 4 nömrəli X6 sürücü, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək (1 il 3 ay 16 gün) Kəlbəcər rayon ZOD qızıl mədənində BELAZ markalı ağır tonnajlı avtomaşında 2ci dərəcə sürücü, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək (7 ay 18 gün) «Azbaşenerji» X9 (Xankəndində) sürücü, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək (2 il 5 ay) Ağdərə rayon Şaumyan adına sovxozda sürücü, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək (2 il 3 ay 5 gün) X5 sürücü, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək (3 il 11 ay 13 gün) Bərdə 4 nömrəli X6 sürücü, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək (1 il 28 gün) «Kənd Tikinti» Birliyinin 47 nömrəli X1 (SMD-də) sürücü, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək (1 il 4 ay 12 gün) 5 nömrəli «xxxx» Trestinin Mexanizasiya və Nəqliyyat İdarəsində sürücü, xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilədək (6 il 2 ay 10 gün) 5 nömrəli «xxxx» Trestinin (Dövlət Şirkətinin) Nəqliyyat İdarəsində sürücü işlədiyi illərin (cəmi 25 il 10 ay 27 gün) ona pensiya hüququ verən ümumi iş (sosial sığorta) stajı hesab edilməsi və bu əsasla 64 yaş yarımda pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə doğulmuş, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək (1 il 3 ay 25 gün) «Azərenerjitikinti» X8 Quraşdırma İdarəsində (TQİ, SMU) 2-ci dərəcə betonçu, xx.xx.1973-cü ildən xx.xx.1974cü ilədək (4 ay 21 gün) 5-ci dərəcə katkist (ağır maşınla asfalt trampovka edən), xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək (1 il 11 ay 21 gün) keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu dövr, xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək (9 ay 29 gün) Mingəçevir SES Tərtər şöbəsində 4-cü dərəcə çilingər krançı, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək (11 ay 15 gün) «Azbaşenerji» X9 3-cü dərəcə üzrə BELAZ-540 markalı ağırtonnajlı avtomaşının sürücüsü, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək (1 il 2 ay 24 gün) Bərdə 4 nömrəli X6 sürücü, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək (1 il 3 ay 16 gün) Kəlbəcər rayon ZOD qızıl mədənində BELAZ markalı ağır tonnajlı avtomaşında 2ci dərəcə sürücü, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək (7 ay 18 gün) «Azbaşenerji» X9 (Xankəndində) sürücü, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək (2 il 5 ay) Ağdərə rayon Şaumyan adına sovxozda sürücü, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək (2 il 3 ay 5 gün) X5 sürücü, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək (3 il 11 ay 13 gün) Bərdə 4 nömrəli X6 sürücü, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək (1 il 28 gün) «Kənd Tikinti» Birliyinin 47 nömrəli X1 (SMD-də) sürücü, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək (1 il 4 ay 12 gün) 5 nömrəli «xxxx» Trestinin Mexanizasiya və Nəqliyyat İdarəsində sürücü, xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilədək (6 il 2 ay 10 gün) 5 nömrəli «xxxx» Trestinin (Dövlət Şirkətinin) Nəqliyyat İdarəsində sürücü işləmiş, ümumi iş (sosial sığorta) stajı (25 il 10 ay 27 gün) təşkil etdiyindən və əmək stajına dair həmin illər əmək kitabçasında (hərbi biletində) öz əksini tapdığından müvafiq təsdiqedici sənədlərin təsdiq edilmiş surətini cavabdehə göndərərək ona xx.xx.1972-ci ildən xx.xx.1998-ci ilədək olan müddət ərzində onun 25 il 10 ay 27 gün ümumi iş (sosial sığorta) stajının və 64 yaş 6 ay olmasını nəzərə alaraq iş illərinin ümumi iş (sığorta) stajına daxil edilməsi və bu əsasla da ona yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2020-ci ildən yaşa görə pensiya təyin edilməsini xahiş etmiş, lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********4 nömrəli məktubla xx.xx.1991-xx.xx.1992-ci illərdə 5 nömrəli «xxxx» Trestində sürücü və xx.xx.1995xx.xx.1998-ci illərdə «Tərtərkənd Tikinti» Birliyinin cavabdehlə hesablaşması olmadığından və Tərtər rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 45 nömrəli məktubuna əsasən 5 nömrəli «xxxx» Trestinin və «Tərtərkənd Tikinti» Birliyinin əmr kitabları və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən sığorta stajının yoxlanılmasının mümkün olmadığı bildirilmiş və ona yaşa görə pensiya təyin edilməsindən imtina edilmişdir. xx.xx.2020-ci il tarixə təyin edilmiş şifahi məhkəmə baxış iclasında iddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək «xx.xx.1991-xx.xx.1992-ci və xx.xx.1995xx.xx.1998-ci illərdə 5 nömrəli «xxxx» Trestinin «Tərtərkənd Tikinti» Birliyində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşmə ərizəsi məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə icraata qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X10 xx.xx.2020-ci il tarixli **********7 nömrəli etiraz ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçının xx.xx.1991-xx.xx.1992-ci illərdə və xx.xx.1995-xx.xx.1998-ci illərdə işləməsi 5 nömrəli X7, X2 Tərtər rayon DSMF ilə hesablaşması olmadığından və Tərtər rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 45 nömrəli məktubuna əsasən 5 nömrəli X7, X2 əmr kitabları və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən sığorta stajının yoxlanılması mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Qanuna əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı olmadığından iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi imkan xaricindədir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli və xx.xx.1981-ci il tarixli əmək kitabçaları, НЗ ******* nömrəli xx.xx.1974-cü il tarixli hərbi bilet, cavabdehin xx.xx.2020-ci il tarixli, **********4 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********7 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1972-ci ildən xx.xx.1973-cü ilədək «Azərenerjitikinti» X8 Quraşdırma İdarəsində (TQİ, SMU) 2-ci dərəcə betonçu, xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək 5-ci dərəcə katkist (ağır maşınla asfalt trampovka edən), xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək Mingəçevir SES Tərtər şöbəsində 4-cü dərəcə çilingər krançı, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək «Azbaşenerji» X9 3-cü dərəcə üzrə BELAZ-540 markalı ağırtonnajlı avtomaşının sürücüsü, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Bərdə 4 nömrəli X6 sürücü, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək Kəlbəcər rayon ZOD qızıl mədənində BELAZ markalı ağır tonnajlı avtomaşında 2-ci dərəcə sürücü, xx.xx.1980-ci ildən xx.xx.1981-ci ilədək «Azbaşenerji» X9 (Xankəndində) sürücü işləmişdir. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1981-ci il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək Ağdərə rayon Şaumyan adına sovxozda sürücü, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək X5 sürücü, xx.xx.1986-cı ildən xx.xx.1990-cı ilədək Bərdə 4 nömrəli X6 sürücü, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək «Kənd Tikinti» Birliyinin 47 nömrəli X1 (SMD-də) sürücü, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək 5 nömrəli «xxxx» Trestinin Mexanizasiya və Nəqliyyat İdarəsində sürücü, xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilədək 5 nömrəli «xxxx» Trestinin (Dövlət Şirkətinin) X3 sürücü işləmişdir. İş materiallarında olan iddiaçıya məxsus НЗ ******* nömrəli xx.xx.1974-cü il tarixli hərbi biletdən görünür ki, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. Qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. xx.xx.1993-cü ildən xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə göstərilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, muəssisəvə təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Cavabdehin xx.xx.2020-ci il tarixli **********4 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina edilməsi barədə məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1991xx.xx.1992-ci illərdə və xx.xx.1995-xx.xx.1998-ci illərdə işləməsi 5 nömrəli «xxxx» Trestinin və «Tərtərkənd Tikinti» Birliyinin Tərtər rayon DSMF ilə hesablaşması olmadığından və Tərtər rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 45 nömrəli məktubuna əsasən 5 nömrəli «xxxx» Trestinin, «Tərtərkənd Tikinti» Birliyinin əmr kitabları və əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən sığorta stajının yoxlanılması mümkün olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajı olmadığından müraciətindən imtina edilmişdir. Yuxarıda şərh olunan maddi hüquq normalarını nəzərə alan məhkəmə hesab edir ki, əmək kitabçalarında göstərilən illərin iddiaçının sosial sığorta stajına daxil edilməsi əsaslıdır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, əmək kitabçalarında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən (Mötəbərlik prezumpsiyası) inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə həmçinin qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarının əvəzsiz ləğv edə bilməz. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi «Qaydaları»nın təsdiq edilməsi barədə xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərara qədər qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması barədə xx.xx.2011-ci il tarixli «Qaydaları»n 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx.xx.2006-cı il tarixədək olan dövrdə sığorta olunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərinin yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Göründüyü kimi qeyd olunan bəndin tələbinə görə cavabdeh həmin tarixli «Qaydalar»la sığorta olunanın yalnız qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin yerində qarşılıqlı yoxlamasını həyata keçirə bilərlər. Hazırki, işdə iddiaçının çalışdığı yerlər dövlət müəssisələri olmuşdur. Beləliklə Qanunla müəyyən olunmuş pensiya yaşına çatdıqda tələb olunan staj 25 il olmalıdır ki, hazırki işdə iddiaçının stajı (1 il 3 ay 25 gün) «Azərenerjitikinti» X8 Quraşdırma İdarəsində (TQİ, SMU) 2-ci dərəcə betonçu işlədiyi illər + (4 ay 21 gün) 5-ci dərəcə katkist işlədiyi illər (ağır maşınla asfalt trampovka edən) + (1 il 11 ay 21 gün) keçmiş sovet ordusunda həqiqi hərbi xidmətdə olduğu dövr + (9 ay 29 gün) Mingəçevir SES Tərtər şöbəsində 4-cü dərəcə çilingər krançı işlədiyi illər + (11 ay 15 gün) «Azbaşenerji» X9 3-cü dərəcə üzrə BELAZ-540 markalı ağırtonnajlı avtomaşının sürücüsü işlədiyi illər + (1 il 1 ay 6 gün) Bərdə 4 nömrəli X6 sürücü işlədiyi illər + (1 il 3 ay 16 gün) Kəlbəcər rayon ZOD qızıl mədənində BELAZ markalı ağır tonnajlı avtomaşında 2-ci dərəcə sürücü işlədiyi illər + (7 ay 18 gün) «Azbaşenerji» X9 (Xankəndində) sürücü işlədiyi illər + (2 il 6 ay) Ağdərə rayon Şaumyan adına sovxozda sürücü işlədiyi illər + (2 il 3 ay 5 gün) X5 sürücü işlədiyi illər + (3 il 11 ay 13 gün) Bərdə 4 nömrəli X6 sürücü işlədiyi illər + (1 il 28 gün) «Kənd Tikinti» Birliyinin 47 nömrəli X1 (SMD-də) sürücü işlədiyi qəbul edilən illər) + (1 il 4 ay 12 gün) 5 nömrəli «xxxx» Trestinin Mexanizasiya və Nəqliyyat İdarəsində sürücü işlədiyi illər + (3 il 2 ay 29 gün) 5 nömrəli «xxxx» Trestinin (Dövlət Şirkətinin) X4 sürücü işlədiyi illər = 25 il 10 ay 8 gün təşkil edir və qanunla müəyyən olunmuş pensiya yaşına çatdığından pensiya hüququ yaranır. Bununla da təsdiq olunur ki, iddiaçı yaşa görə əmək pensiyası hüququ əldə etmək üçün tələb olunan sığorta stajına malikdir. Bu halda qanunvericiliyin tələb etdiyi şərtlər ödənilir və iddiaçı əmək pensiyası hüququ əldə etmiş olur. Məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrinirəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu X11 Tərtər rayon filialının üzərinə İddiaçı xx.xx.1991-xx.xx.1992-ci və xx.xx.1995-xx.xx.1998-ci illərdə 5 nömrəli «xxxx» Trestinin «Tərtərkənd Tikinti» Birliyində işlədiyi illərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin olunması öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar