Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1583/2020 14.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxslər X3 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Tərtər rayon Qarağacı bələdiyyəsinə qarşı (üçüncü şəxslər X10, X7, X4, X8 və X9) qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə qərar qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh X6 qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tərtər rayonu Qarağacı bələdiyyəsinin 12.0 hektar yerə aid xx.xx.2005-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayonu Qarağacı bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli 04 saylı iclasının qərarı ilə Bərdə rayonun Kətəlparaq kənd sakini X6 pambıq təmizləmə zavodunun yaradılması məqsədilə kənd əhalisinin ümumi istifadəsində olan və satılması qanunda nəzərdə tutulmayan (qanuna zidd) örüş sahəsindən tikinti aparmaq üçün 1.0 hektar, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 11.0 hektar olmaqla ümumilikdə 12,0 hektar torpaq sahəsi satılmışdır. Satılmış torpaq sahəsinin keyfiyyət qrupu İİ və İİİ qrupa aid olması ərazinin xəritəsində və torpaqların keyfiyyət qrupunu əks etdirən digər sənədlərdə öz əksini tapmışdır. Heç bir normativ sənədləri nəzərə almadan və həmin torpaq sahəsində müayinə aparmadan keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq şöbələrinin əməkdaşları qeyd edilən torpaq sahəsinin ən aşağı keyfiyyət qrupuna, yəni V keyfiyyət qrupuna aid olmasına dair 9918 nömrəli arayış tərtib etmişlər. Eyni sahədən şəxsi mülkiyyətə verilmiş torpaq sahələrinin keyfiyyət qrupu İ və İİ qrup olduğu halda satılmış torpaq sahəsinin V keyfiyyət qrupuna aid olmasına dair tərtib edilən arayış heç bir məntiqə sığmır və qanunsuzdur. Belə ki, dövlətə məxsus ödəməli olan rüsumdan yayınmaq üçün keyfiyyətli torpağı keyfiyyətsiz yazmaqla şəxsi maraqlarını güdmüşlər. Həmçinin örüş sahəsinin satılması, orda tikinti aparılması qanunla qadağan edilməsinə baxmayaraq keçmiş bələdiyyə sədri və cavabdeh bunlara əhəmiyyət verməməkdə öz maraqlarına uyğun qondarma sənədləşmə aparmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmədə iddia qaldırılması üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə X7, X4, X8, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-cİ il tarixli qərardadı ilə X9 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, o əvvəllər iddia qaıdıranda Qarağacı bələdiyyəsinin üzvü və sədri deyildi, hazırki işin araşdırması dövründə bələdiyyə üzvü və sədri seçilmişdir. Hazırda həmin sahədən kənd sakinləri istifadə edir, heyvanlarını orada otarır, həmin sahə kənddən 2-3 km uzaqdadır, həmin ərazidə mübahisəli 12 hektara bitişik kəndin 103 hektar örüş sahəsi var, 2018-ci ilədək həmin 12 hektarı və 103 hektarı qaçqınlar istifadə ediblər, özü və kənd camaatı isə heyvanları öz pay torpaqlarında otarmışlar. Üçüncü şəxs X10 iddianı qəbul etməyərək bildirmişdir ki, o həmin sahəni alan gündən istifadə etməmişdir, çünki həmin sahədə 1993-cü ildən qaçqınlar məskunlaşmışlar, 2018-ci ildə qaçqınlar oranı boşaltmışlar, həmin vaxt sahəni X5 rəsmi qaydada icarəyə vermişdir. Üçüncü şəxs X4 əvvəlki məhkəmə iclasında iddianın təmin olunmasını xahiş edərək bildirmişdir ki, həmin sahədə hazırda o və digər sakinlər heyvanlarını otarırlar. Üçüncü şəxs X8 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X9 iddianı qabul etməyərək bildirmişdir ki, o mubahisəli sahəni 2018-ci ildə Sahib Həbibovdan icarəyə götürmüş, lakin az sonra hazırki mübahisə başladığına görə istifadə edə bilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Tərtər rayon Dövlət Arxivinin xx xxxxx 2019-cu il tarixli, 78 nömrəli arayışından görünür ki, Tərtər rayon Qarağacı Bələdiyyəsinin xx xxxx 2005-ci il tarixli, 04 nömrəli qərarı ilə Tərtər rayon Qarağacı Bələdiyyəsinin mülkiyyətinin alqı-satqı predmeti olan kənd təsərrüfatına azyararlı örüş sahəsindən alqı-satqı qaydasında Bərdə rayon Kətəlparaq kənd sakini X6 açıq və örtülü anbarların və digər köməkçi binaların tikilməsi məqsədilə 1.0 hektar, kənd təsərrüfatı məhsulları əkib-becərmək və heyvandarlığı inkişaf etdirmək məqsədilə 11.0 hektar, cəmi 12.0 hektar torpaq sahəsinin satılması barədə DTXK-nin Tərtər rayon şöbəsi tərəfindən hazırlanmış sənədlərin nəzərə alınması qərara alınmışdır (qərarın 6-cı bəndi). -“Torpağa mülkiyyət hüququna dair” JN-03xx xxx 61106018 nömrəli xx.xx.2005-ci il tarixli Dövlət Aktından görünür ki, Tərtər rayonu Qarağacı Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 04 saylı qərarı ilə 12 hektar torpaq sahəsi X6 verilmişdir. xx.xx.2018-ci il tarixli İcarə müqaviləsinin surətindən görünür ki, X10 “Torpağa mülkiyyət hüququna dair” JN-03xx xxx 61106018 nömrəli xx.xx.2005-ci il tarixli Dövlət Aktı ilə ona məxsus ünvan 1i ünvanda yerləşən ümumi sahəsi 12 ha olan torpaq sahəsini X5 xx.xx.2043-cü il tarixədək icarəyə vermişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. Baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir.X1 Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, tərəflərin izahatından göründüyü kimi iddiaçı və digər kənd sakinləri 1993-cü ildən 2018-ci ilədək mübahisəli sahədən ümumiyyətlə istifadə etməmişlər, həmçinin həmin kənddə mübahisəli sahədən əlavə 100 hektardan artıq örüş sahəsi sakinlərin istifadəsindədir. Belə olan təqdirdə mübahisəli sahəsinin satılmasının iddiaçının maraqlarına zidd olması və onun heyvanlarının otarılması baxımından hüquqlarını məhdudlaşdırılması ağlabatan görünmür. Göründüyü kimi iddiaçı müvafiq torpaq sahəsinə dair verilmiş bələdiyyə qərarının onun hüquqlarına toxunmasını əsas gətirərək hazırki iddianı qaldırmaqda haqlı deyildir.Belə olan halda qeyd olunan bələdiyyə qərarlarının ləğv edilməsi üçün hüquqi əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Eyvaz oğlunun cavabdeh Tərtər rayon Qarağacı bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncəİnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1583/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1583/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver